Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          31 

 

ünvanlanmışdır.



1

 BVF-nin  texniki  yardım  proqramı  maliyyə  böhranı  yaşamış 

ölkələrin makroiqtisadi sabitliyinin bərpa edilməsinə kömək edir. Texniki yardım və 

təhsil  proqramı  həm  BVF-in  öz  büdcəsindən,  həm  də  donor  ölkə  və  təşkilatlar 

vasitəsilə  malliyyələşdirilir.  BVF  tərəfindən  hazırlanan  tədris  proqramları  dünyanın 

müxtəlif ölkələrində həyata keçirilir. Məsələn, Çin Milli Bankı ilə dövlət rəsmilərinin 

təlimi  proqramı  həyata  keçirilmişdir.  BVF  və  Braziliya  hökuməti  ölkədə  regional 

tədris mərkəzinin açılışı haqqında razılaşma əldə etmişlər. 

Dünya  Bankı  EOÖ-də  demək  olar  ki,  bütün  sahələrdə  1800-ə  yaxın  layihəni 

maliyyələşdirir.  Maliyyələşdirilən  layihələr  müxtəlif  sahələrə  aiddir:  mikrokreditlər 

sisteminin  inkişafından  başlayaraq,  A DS  problemi  haqqında  məlumatların  əhaliyə 

çatdırılmasınadək.  Bura  həmçinin  qız  uşaqlarının  təhsil  alması  ,  səhiyyə  sahəsində 

xidmətin  keyfiyyətinin  artırılması  və  s.  aiddir.  Bank  2002-ci  ildə  öz  müştəri  - 

dövlətlərinə 19.5 milyard ABŞ dolları məbləğində istiqraz ayırmışdır. Bu gün Dünya 

Bankı yüzdən artıq  EOÖ - də fəaliyyət göstərir. Bank hər bir üzv ölkə ilə ayrılıqda 

fəaliyyət  strategiyası  hazırlayır,  həmin  ölkənin  dövlət  orqanları,  qeyri-hökumət 

təşkilatları və özəl sektoru ilə əlaqələr qurur və əməkdaşlıq edir. Bank eyni zamanda 

səhiyyənin,  təhsilin  və  pensiya  təminatının  inkişafına  xüsusi  diqqət  yetirir.  Dünya 

bankının  üstünlük  verdiyi  yeni  istiqamətlərə  gender  inkişafı,  etnik  xalqların 

problemləri, yoxsul əhali üçün həyat əhəmiyyətli infrastrukturun yaradılması daxildir. 

Dünya  Bankı  təhsilin  maliyyələşdirilməsinin  ən  iri  beynəlxalq  mənbələrindən 

biridir.  Dünya  Bankı  təhsil  sahəsini  maliyyələşdirməyə  hələ  1963-cü  ildən  etibarən 

başlamışdır.  Bu  zaman  təhsilə  kredit  və  istiqraz  formasında  31  milyard  dollar 

ayrılmışdır. Hal-hazırda Bank təhsil sahəsində 83 dövlətdə 158 layihə maliyyələşdirir. 

Dünya  Bankı təhsil  səviyyəsinin  artırılması üçün  BMT  ixtisaslaşmış  qurumları, üzv 

dövlətlərin  hökumətləri,  qeyri-hökumət  təşkilatları  və  digər  qurumlarla  sıx 

ə

məkdaşlıq  edir.  Əsas  məqsəd  ondan  ibarətdir  ki,  2015-ci  ilə  qədər  bütün  uşaqlar, 



xüsusən də qızlar və aztəminatlı ailələrin uşaqları ibtidai təhsil alsınlar və təhsillərini 

davam  etmək  üçün  imkan  əldə  etsinlər.  Məsələn,  Hindistanda  qız  uşaqlarının 

                                                 

1

 M.Məmmədov, E. badov “Beynəxalq  qtisadi Münasibətlər” , Bakı 2008, səh. 62 




 

                                                                                                                                                                       

                                                                                                                                                          32 

 

savadsız  böyüdülməsi  böyük  problemdir  və  bu  problemi  həll  etmək  üçün  Dünya 



Bankı  orta  məktəblərdə    qızların  təhsil  alması  üçün  layihələr  həyata  keçirir. 

ndiyənədək  Hindistanın  29  ştatından  18-də  60  milyon  şagird  bu  proqrama  cəlb 

edilmişdir.  Anoloji  layihələr  Braziliyada,  El  salvador  və  Trinidad  və  Tobaqoda 

həyata keçirilir. 

Dünya  Bankı  A DS-lə  mübarizədə  də  öz səylərini  əsirgəmir.  Dünyada  hər gün 

14000 insan A DS virusunun daşıyıcısına çevrilir,onların yarısını gənclər təşkil edir. 

Bu  xəstəlik  EOÖ-in  son  50  ildə  sosial-iqtisadi  inkişaf  prosesində  qazandıqları 

uğurları  yox  edir.  Problemlə  mübarizə  üçün  BMT-nin  UNA DS  proqramı 

çərçivəsində mübarizə aparılır.  DB bu proqrama 1.7  milyard  dollar ayırmışdır. DB 

bütün  dövlətləri  nəmin  etmişdir  ki,  hansı  dövlət  A DS-lə  mübarizədə  daha  effektiv 

strategiya  hazırlasa  bu  layihə  maliyyəsiz  qalmayacaq.  Təkcə  2002-ci  ildə  DB 

tərəfindən Afrika ölkələrinə ayrılmış vəsaitin miqdarı 1milyard dollar təşkil etmişdir 

və  proqram  əsasən  xəstəliyin  profilaktikası,  müalicə  edilməsi  və  xəstələrə  qulluq 

formasında  həyata  keçirilmişdir.  Bundan  savayı  DB  Karib  hövzəsi  ölkələrinə  155 

milyon dollar ayırmışdır. 

Dünya  Bankı  yoxsul  əhali  üçün  elementar  tibbi  xidmətin  və  qidanın  təmin 

edilməsinə,  yoxsulluğun  səviyyəsinin  azaldılmasına  və  iqtisadi  artıma  yardım  edir. 

Baxmayarq  ki,  dövlətlər  səhiyyə  sahəsində  son  bir  neçə  onillik  ərzində  mühüm 

uğurlar əldə etmişlər , bir sıra məsələlər hələ də öz həllini tapmamışdır.  EOÖ-də hər 

il  ölən  11  milyon  uşaqdan  70%-i  infeksion  xəstəliklərdən(pnevmoniya, 

malyariya,diarreya,  A DS)  və  aclıqdan  ölür.  Dünya  Bankı  hər  il  bu problemin  həlli 

üçün 1 milyard dollar vəsait ayırır. Ayrılan vəsaitlər hesabına 46 ölkədə malyariya ilə 

mübarizə  aparılır,  30  ölkədə  isə  vərəm  xəstəliyinə  qarşı  tədbirlər  görülür.  Çində 

ailələrin  90%-i  yodlaşdırılmış  duzla  təmin  edilmişdir,  bu  da  yeni  doğulan  uşaqların 

sağlam  olmasına,  vaxtından  əvvəl  doğuşların  azaldılmasına  səbəb  olmuşdur. 

Seneqalda  Dünya  Bankı  uşaqların  aclığı  ilə  mübarizə  aparır  və  kompleks  müalicə-

profilaktik  tədbirlər  həyata  keçirir.  Dünya  Bankı    yoxsul  ölkələrin    borclarının 

azaldılması ilə bağlı tədbirlər görür. 1996-cı ildə bu təşəbbüslə Dünya Bankı və BVF 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə