Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          37 

 

sistemin effektivliyinin artırılmasına yardım edilmişdir. Bundan savayı Dünya Bankı 



yolları müasirləşdirməyə və əhalinin daha təhlükəsiz su təchizatı mənbələrinə çıxışını 

təmin etməyə yardım edir. 

Hər  il  bankın  personalı    Azərbaycan  iqtisadiyyatının  analizini  aparır  və 

hesabatlar  dərc  edir.  Dünya  Bankının  hesabat  və  digər  sənədlərinə  çıxış  Bakıda 

yerləşən  ctimai  nformasiya Mərkəzi  vasitəsilə əldə edilir. 

BVF və Dünya Bankı  EOÖ-də və Keçid iqtisadiyyatlı ölkələrin dünya bazarına 

struktur  uyğunlaşmasına  nail  olmaq  və  onun  bir  parçası  halına  gəlməsi  üçün  xarici 

kredit  və  borclan-dırma  mexanizmlərini  istifadə  etməkdə  bu  prosesi  zəmanət  altına 

almaq üçün də həmin ölkələrə , stabillik və struktur uyum proqramları tövsiyyə edir. 

 

 



           

 

 



 

 

 



                            

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

                                                                                                                                                                       

                                                                                                                                                          38 

 

                            II Fəsil:Azərbaycanın beynəlxalq maliyyə institutları ilə                   



                                       əməkdaşğının müasir vəziyyəti və təhlili. 

      


2.1 Azərbaycanın BVF ilə əməkdaşğı: valyuta-kredit əlaqələrinin 

həcmi, strukturu dinamikası və təhlili. 

Bazar  münasəbətlərinin  inkişafına  və  iqtisadi  tərəqqiyə  təkan  verən  mühüm 

amillərdən  biri    Azərbaycanın  qısa  müddət  ərzində  beynəlxalq  kapital  hərəkətində 

fəal  iştirak  etməyə  başlamasıdır.  Kapitalın  beynəlxalq  miqrasiyası  dövrümüzün 

xarakterik  xüsusiyyətini  təşkil  etməklə  təsərrüfat  həyatının  beynəlmilləşməsinin 

dərinləşməsində  və  istehsalın  səmərəliliyinin  yüksəldilməsində  mühüm  ünsür 

olmasına  baxmayaraq  ölkəmiz  inzibati  amirlik  sistemi  dövründə  bu  prosesdən 

tamamilə kənarda qalmışdır.Məlum olduğu kimi müasir mərhələdə qlobal təsərrüfata 

qoşulmanın  səmərəliliyi  əhəmiyyətli  dərəcədə  ölkənin  beynəlxalq  rəqabət 

qabiliyyətinə nə dərəcədə malik olmasından asılıdır. Amerikan iqtisadçısı M.Porterin 

təklif  etdiyi  sxemdən  istifadə  etsək  ,  aydın  olar  ki,  müasir  mərhələdə  Azərbaycan 

iqtisadiyyatının  beynəlxalq  rəqabət  gücü  əsas  etibarı  ilə  istehsal  amillərindən 

istifadəyə  əsaslanır. Azərbaycan ixracatının 9/10-nun  yanacaq energetika kompleksi 

məhsullarından  ibarət  olması  o  deməkdir  ki,  ölkəmizin  dünya  bazarında  tutduğu  

birtərəfli  mövqe  yerli  istehsalçıların  təbii  ehtiyyatlarının  verdiyi  üstünlüklərdən 

istifadə etməsindən irəli gəlir. Dünya dövlətlərinin təcrübəsi isə göstərir ki, belə bir 

üstünlük  daimi  deyildir.  Dünya  bazarında  ölkənin  zəmanətli  üstünlüyünü  isə 

investisiya və inovasiyalar əsasında təmkin etmək mümkündür. Bu yol inkişaf etmiş 

sənaye  ölkələrinin  lider  vəziyyətinə  gəlməsində  postsənaye  cəmiyyətinin 

yaranmasında  əsas  rol  oynamışdır.  nvestisiya  yolu  ilə  rəqabət  gücünün  inkişaf 

etdirilməsi milli firmaları müasir texnika və texnologiya , lisenziyaların əldə edilməsi 

və  müştərək  müəssisələrin  yaradılması  üçün  investisiya  qoyuluşlarına  vadar  edir. 

Firma  və  müəssisələr  texnika  və  texnologiyanı  idxal  etməkdə  onların  yerli  şəraitə 

uyğunlaşdırılmasına  çalışmalıdırlar.  Lakin  nkişaf  Etmiş  Ölkələrdə  ( EÖ)  bu  proses 




 

                                                                                                                                                                       

                                                                                                                                                          39 

 

artıq arxada qalmış bir mərhələdir. Həyat bütün kəskinliyi ilə yeni texnikanın yalnız 



idxalını deyil , öz qüvvəsi ilə yaradılmasını da tələb edir. 

Təbiidir  ki,  ağır  texniki,  iqtisadi  və  maliyyə  vəziyyətində  olan  Azərbaycan 

müəssisələri  müasir  mərhələdə  yüksək  kapital  tutumlu  həmin  məsələlərin  həllini  öz 

qarşısına  qoymaq  imkanına    malik  deyildir.  Lakin  investisiya  və  innovasiyalar 

hesabına  rəqabət  üstünlüyünə  keçmək  üçün  onların  belə  bir  şəraitdə  xarici 

tərəfdaşlarının fəaliyyətinin bu və ya digər ünsürdən faydalanmaları olduqca vacibdir. 

Neft  gəlirləri  ilə  yanaşı  bu  ünsürdən  ən  mühümü  xarici  investisiyaların  cəlb 

olunmasıdır.  

Hər  şeydən  əvvəl  Azərbaycanın  geopolitik  mövqeyi,  onun  Avropa  və  Asiya 

qovşağında  beynəlxalq  biznesə  qoşulmaq  baxımından  cəlbedicidir.  Avropa-Asiya 

tranzit nəqliyyat yollarının Azərbaycan ərazisindən keçməsi, Xəzər dənizinə yaxınlıq, 

ölkədə və regionda səmərəli və perespektivli bazarların olması istər istehsal olunan , 

istərsə  də  ölkəyə  gətirilən  əmtəələrin  satış  imkanlarını  genişləndirir.  TRASECA 

proqramı çərçivəsində qədim  pək yolunun bərpası istiqamətində işlərin sürətlənməsi 

nəhəng  xarici  investorların,  kredit  təşkilatlarının  ölkəyə  marağını  artırır.

1

 Təsadüfi 



deyil  ki,  son  illərdə  karbohidrogen  yataqlarının  kəşfiyyatı,  işlənilməsi  və  istismarı 

üzrə 15 ölkənin 33 şirkətinin iştirakı ilə 23 beynəlxalq müqavilə imzalanmışdır. Bu 

müqavilələr  üzrə  1997-2005-ci  illər  ərzində  neft  sektoruna  12.6  milyard  dollar 

investisiya  qoyulub  və  bütövlükdə  60  milyard  dolların  qoyulması  nəzərdə  tutulub. 

Lakin  neft  Azərbaycanın  malik  olduğu  yeganə  təbii  ehtiyat  deyildir.  Ölkəmiz  digər 

mineral  resurslarla  da  zəngindir  .  Kifayət  qədər  inkişaf  etmiş  sənaye  potensialına, 

ucuz və keyfiyyətli əmək ehtiyyatlarına malikdir.  

Qeyd etdiyimiz kimi, Azərbaycan beynəlxalq maliyyə təşkilatları ilə əlaqəsində 

BVF  mühüm  yer  tutur.  Azərbaycanın  BVF-dəki  maliyyə  vəziyyətinin  kvotası  161 

milyon  XHH-a  yaxındır.  XHH  yəni  xüsusi  pul  götürmə  hüquqi  mənasında işlədilir. 

O, 1969-cu ildə BVF tərəfindən yaradılıb. Bu dövrədək əsas ehtiyyat aktivi kimi qızıl 

və  ABŞ  dolları  işlənirdi.  Üzv  ölkələr  isə  istəmirdilər  ki,  qlobal  ehtiyyatlar  qızıl 

                                                 

1

 Z.Məmmədov “XXI əsr iqtisadi inkişafın nəqliyyat faktoru” ,  Parni iz baku nəşriyyat evi. Bakı 2002, səh. 259-261 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə