Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          40 

 

istehsalından  yaxud  tədiyyə  balansında  defisitlə  müşayət  olunan  ABŞ  dollarından 



asılı olsun. XHH də bu dövrdə əlavə ehtiyyat aktivi kimi yaradıldı və BVF bununla 

üzv  ölkələrlə  hesablaşmalar  aparmağa  başladı.  XHH  bəzən  “Kağız  qızıl”  kimi  də 

tanınır. Lakin onun fiziki forması yoxdur. 

              

                                                                                                                Cədvəl 2.1.1 

                                 Azərbaycanın BVF-də maliyyə mövqeyi

1

 

 

1. Üzvlük statusu: 1992-ci il sentyabrın 18-dən təşkilata üzvdür 



 

2. Ümumi resurslar hesabı 

Milyon SDR 

Kvota % 

Kvota 


160.90 

100.00 


Fondun kapital qoyuluşları 

160.80                                             99.4 

Ehtiyat mövqeyi 

0.13 


0.08 

 

3. SDR Departamenti 



Milyon SDR 

Bölgü % 

Kapital qoyuluşları 

153.58 

                                    100 



      Şirkətlər                                                                                                                                                                    158.13                             

102.96 


 

4. Verilmiş borclar və       

    kreditlə

Milyon SDR 

Kvota % 

    ECF mexanizm 

9.01 

5.60 


 

 

 



 

 

 



 

5.Maliyyə ayırmaları 

Tipi 


Təsdiq tarixi 

Başa çatma tarixi 

Ayrılmış məbləğ 

(milyon SDR) 

Verilmiş məbləğ 

(milyon SDR) 

PRGF 

06.07.2001 



04.07.2005 

67.58 


54.71 

EFF 


20.12.1996 

19.03.2000 

58.50 

53.24 


PRGF 

20.12.1996 

19.03.2000 

93.60 


81.90 

 

6. Fonda nəzərdə tutulan ödəmələr, milyon SDR 

 

 

                             Gələcək ödəmələr 



 

2013 


2014 

2015 


2016 

2017 


Ə

sas 


məbləğdən 

ödəmələr 

5.15 

2.57 


1.29 

 

 



Faiz ödəmələri 

0.00 


0.00 

0.00 


0.00 

0.00 


Cəmi 

5.15 

2.58 

1.29 

0.00 

0.00 

 

                          

                                                 

1

Beynəlxalq Valyuta Fondunun internet saytı – www.imf.org 




 

                                                                                                                                                                       

                                                                                                                                                          41 

 

BVF-nin  Azərbaycanda  həyata  keçirdiyi  proqramlardan  ən  birincisi  1995-ci  il 



proqramıdır. Belə ki, BVF 19 aprel 1995-ci ildə Azərbaycana 29.75 milyon XHH (46 

milyon  dollara  yaxın)    vəsait  ayırdı  və  bu  SKV  mexanizmi  üzrə  yəni,  sistem 

transformasiyası  üzrə  ayrılmışdır.  SKV  müəyyən  müddət  üçün  nəzərdə  tutulmuş 

maliyyələşdirmədir  ki,  əsasən  ənənəvi  ticarət  əlaqələrinin  pozulmasından  yaranan 

iqtisadi  çətinliklər  zamanı  verilir.  Keçid  dövrünü  yaşayan  ölkələrə  daha  çox  şamil 

edilir.  Makroiqtisadi  stabillik  əldə  etmək  və  sistemli  islahatlar  aparmaq  üçün  bu 

Azərbaycanın götürdüyü ilk kredit idi.              

SKV tərəfindən dəstəklənən 1995-ci il proqramının əsas məqsədləri ilk növbədə 

qiymətləri  təcili  sabitləşdirmək,  yenidən  iqtisadi  inkişafa  yol  aça  biləcək  aşağı 

inflasiyalı  mühit  yaratmaq  və  əsaslı  struktur  islahatların  başlanğıcını  qoymaq  idi. 

Bunun üçün isə proqram daha öncə aşağıdakıları nəzərdə tuturdu: ÜDM-də azalmanı 

6 faizədək endirmək ; ilin sonunadək aylıq inflasiyanı təxminən 2 faiz həddinə qədər 

aşağı salmaq; xarici hesablardakı defisiti ÜDM-in 10 faizindən az səviyyədə tutmaq 

və xarici ehtiyyatları bərpa etmək. 

Nəticədə dövlət bütün fiskal defisitləri 1994-cü ildəki ÜDM-in 13.2% həddindən 

1995-ci ildə 4.8% -ə endirmək qərarına gəldi. Proqramın məqsədləri də özünə daxil 

edən maliyyə və kredit siyasəti həyata keçirilməyə başlandı. Beləki, bank sistemindən 

hökümətə xalis kreditlər ÜDM-in 2%-i qədər məhdudlaşdırıldı və faiz dərəcələri isə 

nisbətən yüksək səviyyədə saxlanıldı. 

Lakin 1995-ci il proqramı bununla məhdudlaşmırdı. Beləki, qeyd etdiyimiz kimi 

bu  dövrün  struktur  islahatları  da  başlandı.  Bunun  üçün  Azərbaycan  dövləti  bazarın 

fəaliyyətini  artırmaq  məqsədilə  tədbirlər  görməyə  başladı.  Beləki  ,  valyuta  dəyişmə 

rejimi  vahidləşdirildi  və  liberallaşdırıldı  ,  dövlət sifariş  sistemi  ləğv  olunda  ,  ticarət 

liberallaşdırıldı  və  yanacaq  məhsullarının  qiymətləri  beynəlxalq  səviyyəyə 

yaxınlaşdırıldı.  Proqram  çərçivəsində  qiymətlərin  liberallaşdırılmasının  başa 

çatdırılması  nəzərdə  tutulurdu.  Həmçinin  dövlət  orta  və  iri  müəssisələrin  səhmdar 

müəssisələrə  çevrilməsi  tədbirinə  başladı  ki,  bu  da  səhmlərin  yerli  və  xarici 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə