Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   2   3   4   5   6   7   8   9   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          7 

 

dağılmasına  gətirib  çıxartdı.  1929-32-ci  illərdə  bütün  dünyada  əmtəələrin  qiyməti 



48%  aşağı  düşdü,  ticarətin  həcmi  63%-ə  qədər  azaldı.  Bu  problemləri  həll  etmək 

üçün  30-cu  illərdən  başlayaraq  dəfələrlə  beynəlxalq  konfranslar  çağırılsa  da,  lakin 

qəbul  edilmiş  müvəqqəti  qərarlar  məsələni  tam  həll  etmirdi.  Bunun  üçün  dünyanın 

ə

ksər  ölkələrinin  birgə  əməkdaşlığı  lazım  idi.  Yalnız  bu  halda  bütün  dövlətlərdə 



valyuta  sistemini  tənzimləyən  və  böhran  nəticəsində  iqtisadiyyatı  dağılmış  ölkələrə 

uzun  müddətə  kredit  verə  bilən  bir  maliyyə  təşkilatının  yaradılması  mümkün  idi. 

Odur  ki,  1940-cı  illərin  əvvəllərində  Birləşmiş  Ştatlardan  Qarri  Dekster  Uayt  və 

Birləşməş  Krallıqdan  Con  Meynard  Keyns  məhs  belə  bir  sistemin  yaradılması 

yollarını təklif etdilər. Onlara görə bu sistem hazırki şəraitə təsir etməliydi. Çoxsaylı 

danışıqlardan  sonra  çətin  vəziyyətdə  olan  beynəlxalq  aləm  belə  bir  sistemin 

yaradılmasına və nəzarət etmək üçün təşkilatlanmasına razılıq verdi. 1944-cü ilin iyul  

ayında  BMT-yə  daxil  olan  45  dövlətin  iştirakı  ilə  ABŞ-ın  Bretton-Vuds  şəhərində 

(Nyu-Hempşir  Ştatı)  Beynəlxalq  Valyuta  Maliyyə  konfransı  keçirildi.  Bu  konfrans 

tarixə  “Bretton-Vuds  Konfransı”  kimi  daxil  oldu.  Konfransın  qəbul  etdiyi  qərarla 

1945-ci  ilin  dekabr  ayında  BMT-nin  iki  xüsusiləşmiş  təşkilatı  –  Dünya  Bankı  və 

Beynəlxalq  Valyuta  Fondu  (BVF)  təsis  edildi.  1946-cı  ilin  may  ayında  isə  bu 

təşkilatlar  fəaliyyətə  başladı.  Bu  təşkilatlar  fəaliyyətə  başlayarkən  qarşılarına 

qoyduqları əsas məqsəd   kinci Dünya Müharibəsindən sonra daha da pis vəziyyətə 

düşmüş  dünya  iqtisadiyyatını  əsaslı  fundament  üzərində  qurmaq  oldu.  Lakin  bu 

təşkilatlar  ümumi  məqsəddə  bir-birlərini  tamamlasalar  da  funksiyalarına  görə  bir-

birlərindən fərqlənirdilər. 

Dünya Bankı kredit təşkilatı olub məqsədi inkişafda olan ölkələrə kömək etmək, 

onların iqtisadiyyatını yüksəltmək, iqtisadi tərəqqiyə nail olmaq, inkişaf etməkdə olan 

ölkələrdə kasıblığı aşağı səviyyəyə çatdırmaq və ləğv etməkdir. 

Beynəlxalq  Valyuta  Fondu  isə  dünya  valyutasının  monitorinqini  həyata 

keçirmək, ölkələr arasında ödəmə sistemini təşkil etmək  və  ödəmə  balansında ciddi 

kəsiri olan ölkələrə borc verməyi qarşısına məqsəd qoyur.  



 

                                                                                                                                                                       

                                                                                                                                                          8 

 

Dünya Bankı ancaq inkişaf etməkdə olan ölkələrə kredit verməkdədir. BVF isə 



az  bir  vaxt  çərçivəsində  yaranan  maliyyə  problemlərini  aradan  qaldırmaq  üçün 

ehtiyacı olan bütün üzv ölkələrə kredit verir. 

Hər iki təşkilat həm qlobal miqyasda (dünya iqtisadiyyatı çərçivəsində) , həm də 

regional miqyasda (ayrı-ayrı ölkələr çərçivəsində) maliyyələşmə işləri aparırırlar. 

BVF  188 ölkəni birləşdirən qlobal xarakterli beynəlxalq maliyye istitutudur. Bu 

təşkilat beynəlxalq valyuta əməkdaşlığı və mübadilə stabilliyini təmin etmək, iqtisadi 

artımı gücləndirmək və yüksək məşğulluq əldə etmək, ödəmə balanslarında yaranan 

prblemlərlə əlaqədar dövlətlərə müvəqqəti maliyyə yardımı etmək məqsədlərilə təsis 

edilmşdir.  BVF-nin  əsas  əməliyyatları  müşahidə,  maliyyə  yardımı  və  texniki 

köməkdən  ibarətdir.  Müşahidə  əməliyyatı  ölkələrin  iqtisadi  və  maliyyə  inkişafına 

nəzarət  etmək,  iqtisadi  siyasətlə  baglı  tövsiyyələr  vermək  və  xüsusilə  də  böhraların 

qarşını  almaqdan  ibarətdir.  BVF  müxtəlif  ölkələrə  oların  ödəmə  balanslarında 

yaranmış  problemlərlə  əlaqədar  müvəqqəti  maliyyə  yardımı  ayırır.  Burada  əsas 

məqsədlərdən  biri  yəxsulluğun  qarşısının  alınmasıdır.  Son  zamanlar  beynəlxalq 

maliyyə  sistemini  gücləndirmək  və  iqtisadi  böhraların  qarşısının  alınması  planları 

çərçivəsində BVF müşahidə və texniki yardım əməliyyatları vasitəsilə standartlar və 

kodlar  hazırlamışdır.  BVF  həmçinin  terrorizmə  və  çirkli  pulların  yuyulmasına  qarşı 

mübarizə aparır. 

 1960-cı illərin əvvəllərində qızıl hasilatının qeyri-adekvat artımı ilə bağlı olaraq 

beynəlxalq  likvidliyin  artırılmasının  zəruriliyi  ilə  əlaqədar  diskussiyalar  başlandı. 

BVF-nin  1967-ci  ildə  Rio-de-Janeyro  şəhərində  keçirilən  yığıncağında  ilk  dəfə 

Xüsusi  Əvəzetmə  Hüququ  (XƏH-SDR)  sxemindən  istifadə  olunması  təklif  olundu. 

1969-cu  ildə  BVF  üzvləri  XƏH-SDR  ilə  işləməyə  imkan  yaratmaq  üçün  fondun 

nizamnaməsinə  əlavə  etmək  barədə  razılığa  gəldilər.  XƏH-ə  digər  valyutalara, 

məsələn dollara yanaşılan kimi yanaşılmalıdır. XƏH kursu gündəlik olaraq bir neçə 

aparıcı dönərli valyutanın kursu üzrə müəyyənləşdirilir. XƏH-in ilk emissiyası 1970-

ci  ildə  oldu.  BVF  öz  əsas  əməliyyatlarını  XƏH-SDR-lə  hesablayır.  BVF-in  hər  bir 



 

                                                                                                                                                                       

                                                                                                                                                          9 

 

üzvü 250 baza səsinə malikdir. Bundan əlavə hər üzv ölkə öz kvotasının hər yüz min 



SDR-ə bərabər olan hissəsi üçün də bir səs qazanır. 

  BVF  nizamnaməsi  1976-cı  ildə  Yamaykanın  Kinqston  şəhərində  bağlanmış 

Yamayka  sazişindən  sonra  əsaslı  dəyişikliyə  məruz  qaldı.  Saziş  beynəlxalq  valyuta 

sistemində qızılın əhəmiyyətini azaltdı, valyutaların üzən kursunu qəbul etdi, XƏH-

SDR-in  qiyməti  və  onun  tətbiq  dairəsinə  yenidən  baxdı  və  nkişaf  Etməkdə  Olan 

Ölkələrin xeyrinə BVF-nin qızıl ehtiyyatlarının satılmasına icaze verdi. 

BVF  Nizamnaməsinə  görə  təşkilata  üzvlük  bütün  dövlətlərin  üzünə  açıqdır, 

lakin kvotaların miqdarı qeyri-məhdud olub, dövlətin iqtisadi imkanları ilə bağlıdır , 

daha çox kvotası olan daha çox səsə malik olur. Həmin kvotalar BVF-nin kapitalını 

təşkil edir. 

BVF-nin  strukturuna  aşağıdakı  orqanlar  daxildir  Müdirlər  Şurası,  Müvəqqəti 

Komitə,  nkişaf Komitəsi;  craiyyə Şurası; BVF-nin Statistika Komitəsi; Bölüşdürücü 

direktor.

1

 



Fondun  ali  orqanı  üzvləri  5  illiyə  təyin  olunan  Müdirlər  Şurasıdır.  Şuraya  üzv 

dövlətlərin hər birindən bir müdir və bir müavin daxil olur. Müdirlər və müavinləri, 

bir  qayda  olaraq  maliyyə  naziri  və  Mərkəzi  Bankın  direktorundan  ibarət  olur.  Şura 

ildə bir dəfə toplanır və BVF-də strateji rəhbərliyi həyata keçirir.Müdirlər Şurası öz 

səlahiyyətlərinin bir qismini  craiyyə Şurasına həvalə etmək səlahiyyətinə malikdir. 

Müdirlər Şurası öz üzvlərindən Müvəqqəti Komitə yaradır. Komitənin tərkibinə 

24  icraçı  direktor  daxil  olur,  bunlardan  7-si  Fondda  daha  çox  kvotaya  malik 

dövlətlərdən(  Almaniya,  ngiltərə,  Çin,  Fransa,  Səudiyyə  Ərəbistanı,  ABŞ  və 

Yaponiya)  seçilir.  Digər  üzvlər  isə  ədalət-li  regional  prinsip  üzrə  təyin  edilirlər. 

Komitə  ildə  üç dəfə toplanır.  craiyyə  Şurasına  müxtəlif  xarakterli  tövsiyyələr  verir 

və məruzələr hazırlayır. 

nkişaf  Komitəsi  və  ya  Birləşmiş  Nazirlər  Komitəsi  Müvəqqəti  Komitə  ilə 

birlikdə Müdirlər Şurası üçün fond ehtiyyatlarının real vəziyyəti haqqında tövsiyə və 

məruzə hazırlayır,  EOÖ-ə yardımların istiqamətlərini müəyyənləşdirir və s.  

                                                 

1

 Ə.H.Ələkbərov, M.Ə. Vəliyev, S.H. Məmmədov “Beynəlxalq  qtisadi Münasibətlər” , Çaşıoğlu 2010, səh. 638 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə