Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
138 
 
Qəhqəhə çəkərək güldükcə gülər, 
O qədər gülər ki, gülməkdən ölər. 
Misqaldan az olsa daşın çəkisi. 
Oyatmaz insanda o, gülüş hissi!" 
Bunları dinləyib şah fikrə getdi, 
Adamlar göndərib təcrübə etdi. 
Qocanın sözləri düz-doğru çıxdı, 
Daşlar çoxlarını torpağa yıxdı. 
İskəndər əmr etdi, bir miqdar əsgər 
Minib dəvələrə ora getsinlər
Sarınsın gözləri yetişən zaman, 
Yığıb gətirsinlər həmin daşlardan. 
Nə qədər bacarsa toplayıb hərə, 
Çatsınlar daşları tez dəvələrə. 
Bez ilə bürüyüb bərk sarısınlar, 
Üstdən də çox qalın şeylər salsınlar. 
Daşlarla yükləyib o dəvələri, 
Daşlıqda qalmayıb dönsünlər geri. 
Şahın adamları dinləyib bunu, 
Icra elədilər buyurduğunu. 
Ölüm qorxusundan şah ilə ordu 
Yel kimi tərk etdi o qorxunc yurdu. 
Dəvə sürənlərə padşah əmr etdi, 
Yüz dəvə o sarı qumdan yüklətdi. 
İmarət tikməyə yararlı olan 
Sulu bir çəmənə çatdığı zaman, 
Buyurdu, daşları yerə tökdülər, 
Onlardan bir böyük bina tikdilər. 
Parçaya sarınmış həmin daşlardan 
Eləcə sarıqlı qoyub, açmadan, 
Onları qaydayla düzüb yığdılar, 
Tikdilər qapısız uca bir hasar. 
Daşbadam sayağı gözəl qəsrlər, 
Hərəsinin hüsnü bir özgə təhər. 
O sarı torpaqdan palçıq tutaraq, 
Bayırdan çəkdilər hasara suvaq. 
Hasar içəridən çılpaq divardı, 


               _______________  
Milli Kitabxana
  ________________ 
139 
 
Çünki bu pərdədə gizli sirr vardı. 
Alimlər bu cürə edir rəvayət: 
Aradan keçincə bir xeyli müddət
Çürüyüb sarğılar töküldü yerə, 
Yeddi rəng gövhərlər çıxdı zahirə. 
Binalar xaricdən vermirdi ziyan, 
Çünki suvaq vardı sarı palçıqdan. 
Geyimi soyundu daxildən hasar, 
Ölürdü oraya ayaq basanlar. 
Ora yetişəndə hər yoldan ötən, 
Hasarı içindən görmək istərkən, 
Bir qapı axtardı, tapmadı ancaq, 
Hasara dırmaşdı kəmənd ataraq. 
O hasar daşları bir adam görcək
Alırdı canını ahənrübatək. 
Batmanı adamı öldürsə əgər, 
Gör dağtək qalansa nələr törədər? 
Deyirlər: qürurlu şahlardan biri 
Əfsanə sayaraq belə sözləri, 
Bir adam göndərmiş, təcrübə etmiş, 
Eşitdiyi sözlər sübuta yetmiş. 
Binanı qurtarıb, sonra İskəndər 
Dəryadan səhraya elədi səfər. 
Altı ay yol getdi sonsuz çöllərdən, 
Qoşun təngə gəldi axır səfərdən. 
O, fil ayağıyla səhralar keçdi, 
Nilin sahilinə gəlib yetişdi. 
Çayın mənbəyini istədi görə
Çıxan olmamışdı o yüksəklərə. 
İskəndər çox iti bir hərəkətlə, 
Böyük mətanətlə, böyük cürətlə 
Dördnala çapırdı çayla yanaşı, 
Aşırdı sel kimi o, dağı-daşı. 
Dağları, çölləri keçərək getdi, 
Nəhayət, dağ-dərə axıra yetdi. 
Quru qumluqları keçib ötürdü, 
Axırda yamyaşıl bir təpə gördü. 


               _______________  
Milli Kitabxana
  ________________ 
140 
 
Təpənin ətrafı uca dağlardı, 
Minatək yamyaşıl daşları vardı, 
Bu daşlar kəsmişdi çıxacaq yolu, 
Yol gedən azardı orda sağ-solu. 
Minalı dağlardan büllur sütuntək 
Şəlalə axırdı yolu kəsərək. 
Iti daşlar ilə doluydu hər yan
Yol tapa bilməzdi təpəyə insan. 
Bənzərdi tikanlı təpə kirpiyə. 
Zillətlə qalxsaydı biri zirvəyə, 
Orda unudardı əziyyətləri, 
Keçərdi o üzə, dönməzdi geri. 
Birisi, ya mini çıxsaydı bura, 
Burdan da uçardı o çəmənzara. 
Ora neçə nəfər oldusa rəvan, 
Olmadı bir nəfər geri qayıdan. 
Gedənlər nədənsə salırdı məskən, 
Təxtü tac tapırdı orda deyəsən. 
Qoşunu etmirdi onlar bir də yad, 
Qalırdı onlardan quruca bir ad. 
Yığdı alimləri yenə İskəndər, 
Bu işə bəlkə bir çarə etsinlər. 
Dedilər: "Yaramaz təklikdə getmək, 
Oraya çıxanlar cüt olsun gərək. 
Birbaşa çıxmaq da ora çətindir. 
Yolda dincəlsinlər on addımda bir. 
Təpəyə yetişib dayansın onlar. 
Sonra tədbirləri işə salsınlar. 
Heyrətə düşməsin deyə gözləri, 
O üzə tədriclə baxsın hər biri." 
Nəticə vermədi bu son tədbir də, 
Yığdı alimləri İskəndər bir də. 
Düşünüb verdilər belə bir qərar: 
"Hünərli, vicdanlı bir şəxs tapsınlar. 
Dünyagörmüş olsun, yazmaq bacarsın, 
Gedəndə qələmlə kağız aparsın. 
Götürsün yanınca əziz oğlunu, 


               _______________  
Milli Kitabxana
  ________________ 
141 
 
Dərd-qəmdən qorusun övladı onu. 
O dağı çıxdıqda oğlu da hər an 
Gərək təqib etsin onu arxadan. 
O çıxsın, ətəkdə qoysun oğlanı, 
Balası zəncirtək saxlar aslanı
207

Qayıda bilməsə o kişi əgər, 
Ordan övladına eləsin xəbər. 
Işdir, heyrətindən dili tutulsa, 
Danışa bilməsə, qəfil lal olsa, 
Yazar, gördüyünü verər oğluna, 
Çünki varlığıyla bağlıdır ona." 
Həmin sifətlərə malik, cəld, qıvraq 
Bir qoca tapdılar soraqlaşaraq. 
Yollandı dağlara qocayla cavan, 
Sanki balasıyla getdi bir aslan. 
O günün sabahı, günorta çağı 
Gənc igid qayıdıb gəldi aşağı. 
Bükülü naməni möhkəm tutaraq
Baş əydi padşaha rəngi ağappaq. 
Şah alıb oxudu, beləydi yazı: 
"Məni bezdirmişdi yolların tozu, 
Lap cana gəlmişdim, qorxurdum yaman, 
Sanki cəhənnəmdi bu yolda hər yan. 
Elə bil həyatın asılır tükdən, 
Canından əl üzər bu yolu gedən. 
Bu yollar çətindir, incədir tüktək, 
Burdan mümkün deyil geriyə dönmək. 
Sarp qaya üstünə gəlib çatarkən 
Darısqal yollardan təngə gəldim mən. 
Baxdıqca keçdiyim qorxunc yollara, 
Qəlbim sıxıntıdan gəldi zinhara. 
Bu tayın yolları düzdür, hamardır, 
Hər yana baxırsan yaşıl bağlardır, 
Boldur gül-çiçəyi, suyu, meyvəsi, 
Gəlir hər tərəfdən quşların səsi, 
Havası tərtəmiz, qəşəngdir hər yan, 
Belə yurd arzular allahdan insan. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə