Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə99/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

404 

 

Onun bir nəzəri min işıq səpər. 



Təslis və tərbiə cəvahir saçan, 

Nəsara dinindən etmiş tərtəmiz

266



Mübarək bəxtindən dünya kam almış, 



O köhnə şahlardan yadigar qalmış. 

Ulduz baş çəksə də uca göylərə, 

"Bəndənəm" deyərək baş qoyar yerə. 

Dünyanı padşahlıq gücüylə hər an 

Doldurmuş biliklə, silmiş qubardan. 

Məclisin başında parlaq günəşdir

Döyüşdə əъdaha yaxan atəşdir. 

O qədər durudur qəlbinin gözü, 

Onunla nurlanır günəşin üzü. 

Qılıncı qana qəsd etdiyi zaman 

Su, atəş çıxarır qara daşlardan. 

Yayından buraxsa nişan oxunu, 

Yerlərə bağlar o, göyün boyunu. 

Firənglə Fələstin, Rum keşişləri 

Verdiyi buyruqdan durmazlar geri. 

Gördüm ki, güvənmiş işıqlı baxta, 

Oturmuş şahanə mübarək taxta. 

Əlimdə yox elə böyük hədiyyə

Şahım, o şahanə taxta səpməyə! 

İskəndər getdiyi çeşmədən də saf 

Bir gövhər düzdüm ki, ondan da şəffaf. 

Bitincə gövhəri aldım hüzurə, 

Gövhəri hədiyyə verdim gövhərə

267


Verdim bu gövhərin üzüyünü mən 

Yeni İskəndərə o İskəndərdən. 

Yaşasın padişah uca baxtıyla! 

Var olsun həmişə tacü taxtıyla! 

Bağçanda ötən bu-şeyda bülbülün 

Səsiylə şənlənsin mübarək ömrün. 

Elə tacidarsan, göylərin tacı 

Tacının ucunu öpmək möhtacı. 

Bu taxta tək səni bəyəndi dövlət, 

Dünyada bəxtiyar bir sənsən, əlbət. 



_______________  

Milli Kitabxana

  ________________ 

405 

 

Dünyada olmamış mümkün kimsəyə 



Göndərsin padşaha layiq hədiyyə. 

Böyük bir dəryaya saxsı kuzədən 

Bir damcı su damsa, olurmu görən? 

Qara daşdan sızan damcılar, əlbət, 

Dənizə yetişməz, bu bir həqiqət! 

Nizami ki, quldur, bəndədir sana, 

Yazdı bu naməni sənin adına. 

Qarışqa, Süleyman taxtıdır, deyə, 

Bir çibin qanadı verdi hədiyyə. 

Tovuzun qanadı olsa da rəngin, 

Baxsana səsinə - pişikdən çirkin. 

Bax, kiçik bir bülbül cəh-cəh edərkən 

Quşları aşağı endirər göydən. 

Mən haman bülbüləm, uçdum cənnətdən, 

Sənin gül bağçanda eylədim məskən, 

Dövründə oxuyum elə təranə. 

Illərcə yayılsın adın cahanə. 

Onunçun adına yazdım bir dastan, 

Qələmim qızıla batsın naxışdan. 

Qəsdim fil tiynətli zər almaq deyil, 

Məhmudun filinə bənzəməz bu fil. 

Kimsə istəmədən sərvət verərsən, 

Qədərsiz xəzinə, xələt verərsən. 

Yazmaqdan olsaydı qəsdim gövhər, dürr, 

Dürr, gövhər yonmaqla keçərdi ömür. 

Bu işə eşqim var əzəldən, başdan, 

Qızılda gözüm yox, eşqimdir cahan. 

Söz demək sirrini mənə verdi haqq

Sənə də düşüncə, qüvvət və anlaq. 

Xəyala nə gəlsə artıqsan ondan, 

Məmləkət alan ol, dünyanı tutan! 

Bu uca fələkdən hey zaman-zaman 

Başqa bir zəfərlə səadət qazan! 

Dünya gənc ömrünə dadımlıq olsun, 

Qismətin dünyadan qoy artıq olsun! 

 

 




_______________  

Milli Kitabxana

  ________________ 

406 

 

 



 


_______________  

Milli Kitabxana

  ________________ 

407 

 

İZAHLAR 



 

1

 



 

 

 



Göyləri sən qurdun, ucaltdın, Allah, 

Ona yer üzünü etdin güzərgah. 

Qədim insanların təsəvvürünçə, bütün kainatın mərkəzi yer hesab 

edilirdi; Göy isə yerin ətrafinda dolanır. Buna görə, - yer göylərin güzərgahı, 

keçdiyi yoldur, - deyilir. 

2

 



 

Sənsən bu aləmdə bir damcı sudan, 

Günəşdən işıqlı gövhər yaradan. 

Burada  Günəşdən işıqlı gövhər ifadəsi ilə insan da nəzərdə tutula 

bilər. Bir damcı sudan (nütfədən) insanı yaradan sənsən, - mənası da anlaşıla 

bilər. 


3

 

 



 

 

Fələyi uca bir hasara aldın, 



O yerdə idrakı kəməndə saldın. 

Yəni insanın  şüuruna, fikrinə göylərin xaricində  nə olduğunu 

bilməyə imkan vermədin. 

4

 



 

 

 



Sənin varlığındır o laməkandan, 

İdrak elçisini hər an daşlayan. 

Yəni sənin yersiz - məkansız olan varlığın səni tapıb öyrənmək 

istəyən idrak elçisi insanı hər an daşlayıb, yaxına buraxmaz. 

5

 

   Yollardan 



tüstünü 

qaldırsan əgər, 

Bir çibin Nəmrudun beynini yeyər. 

Dini rəvayətlərə görə, Nəmrud allahlıq iddiası edərkən bir çibin 

onun burnundan beyninə getmiş, onu öldürmüşdü. Nəmrud Babili tikdirmiş 

və orada hökmranlıq etmişdir. Özü bütpərəst olmuşdur. Guya imana 

gəlmədiyindən vücuduna milçəklər daraşaraq onu tələf etmişdir. 

6

 



 

 

 



İstəsən əzilsin düşmənin beli, 

Quşlarla qırarsan əshabi-fili. 

Dini rəvayətə görə, müsəlmanların peyğəmbəri Məhəmmədin 

anadan olduğu 569-cu ildə  Həbəş padşahı  Ərəbistana gələrək, Kəbəni 

dağıtmaq məqsədi ilə  Məkkəni mühasirəyə alır. Onun ordusunda müsəlləh 

hərbi fillər də var imiş. Lakin Allah onun üzərinə  Əbabil quşlarını (dağ 

qaranquşları) göndərir. Bu quşlar dimdiklərində  xırda daşlar gətirib, Həbəş 

qoşununun üstünə salırlar. Kimin başına bu daşlardan düşürsə, o, yara 

çıxardıb ölür. Bu hadisə  həbəşləri geri qayıtmağa məcbur edir. Hərbi fillər 

ərəblərə  dərin təsir bağışladığı üçün həmin ili fil ili, onların sahiblərini isə 

əshabi-fil (fil sahibləri) adlandırırdılar. 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə