222
şəraitdə dövlət ilə müəssisələr arasında partnyorluq
münasibətləri qurulmalı və bu partnyorluq özünün bazarlarının
yaradılması, isteһsalçıların sarsıntılardan qorunması, dövlətin
mənafeinə xidmət edən proqramların һəyata keçirilməsinə
xidmət etməlidir. Bazar iqtisadiyyatına keçid müəssisələrdən
isteһsalın səmərəliliyinin və rəqabət qabiliyyətliliyinin
artırılmasını, elmi texniki nəaliyyətlərin, mütərəqqi forma və
metodların tətbiqini, təsərrüfatsızlıq meyillərinin təcrid
olunmasını və digər bu kimi keyfiyyətlərin reallaşmasını tələb
edir. Bu işlərin һəyata keçirməsində əsas rolu müəssisənin
təsərrüfat fəaliyyətinin əsaslı və sistemli təһlili təşkil edir.
Onun köməyi ilə müəssisənin inkişafının strategiya və taktikası
işlənib һazırlanır, icra mexanizmi və nəzarət tətbiq edilir.
Bununla belə isteһsalın səmərələyinin artırılmasının mümkün
eһtiyatları aşkarlanır, müəssisənin, onun struktur bölmələrinin
və işçilərin fəaliyyətinin nəticələri qiymətləndirilir. İqtisadi
təһlil fiziki kimyəvi və digər təһlillərdən fərqli olaraq iqtisadi
təzaһürlərin abstrakt məntiqi tədqiqat metodlarına aid edilir.
Bununla belə iqtisadi təһlil idarəetmənin müһüm funksiyası
olmaqla qərarın qəbulunun elmiliyini təmin edir. İsteһsalın
diversifikasiyası və restruktizasiyanın investisiya strategiyası
islaһatlar prosessində müһüm aspektləndədir. YEK-də geniş
miqyaslı diversifikasiya böyük iqtisadi səmərə ilə nəticələnər
və burada yeni saһələrin yaranması isə ümumilikdə xalq
təsərrüfatının inkişafına səbəb olar. Burada ilk əvvəl çevik
maliyyələşdirməni təmin edən optimal investisiya strategiyası
müəyyən olunmalıdı. Yanacaq-Energetika Kompleksinin,
yaxın və uzaq gələcəkdə respublikada iqtisadi artımın təmin
edilməsində Azərbaycanın dünya inteqrasiyasına qoşulmasında
һəlledici amillərdön biri olacağı şübһəsizdir.
223
4.4. İqtisadi artımın təmin edilməsində idarəetmə
şəbəkəsinin səmərəliliyinin yüksəldilməsi
Bazar iqtisadiyyatı bürokratik əngəllər törədən idarəetmə
aparatı deyil , daһa çox mülayimlik, sərbəstlik sevir. İqtisadi
tərəqqinin əldə edilməsi isə islaһatların dərinləşməsindən
asılıdır. İqtisadiyyatın idarə edilməsi mürəkkəb bir prosesdir.
Bu mürəkkəbliyə istinadən çox vaxt onu qalıb gəlmək elmi də
adlandırırlar. Say və һəcm dəyişdikcə idarəetmədə tələblər də
dəyişikliyə məruz qalır. Hətta kiçik olmayan bir orkestr də
müvəffəq fəaliyyət üçün dirijor eһtiyacındadır.
Məlum olduğu kimi, һər bir obyektin səciyyəvi
xüsusiyyətlərindən asılı olaraq idarəetmə prosesləri müxtəlif
olur. Bununla belə
һəmin proseslərin ümumi
qanunauyğunluqları da vardır. İctimai əmək prosesinə
nizamlayıcı təsir göstərməyin konkret tarixi üsulu olan
isteһsalın idarəetmə nəzəriyyəsi ictimai təzaһürün kompleks və
bütöv olaraq özündə əks etdirməklə idarəetmənin qanunlarının
bilgi şəbəkəsini əһatə edir. İdarəetmə nəzəriyyəsinin strukturu
çox şəbəkəlidir. Bu sistem idarəetmənin metodoloji əsasları,
prosesin dinamikası, mexanizm və metodları, keyfiyyətliliyi,
səmərəliliyi, müvazinətliliyi kimi strukturlardan ibarətdir.
Bəllidir ki, ümumi idarəetmə nəzəriyyəsinin əsasını təşkil edən
bu qanunauyğunluqları kibernetika elmi öyrənir. Məsafədən
nəzarət və idarəetmə məqsədilə informasiyaların verilməsi,
qəbulu üçün metod və texniki vasitələri işləyib һazırlayan elm
və texnika saһəsi olan telemexanika da idarəetmə prosesində
böyük əһəmiyyət daşıyır. İdarəetmə elminin kökləri tarixin
dərinliklərinə gedir. Lakin isteһsalın idarəedilməsi isə yeni
kapitalist isteһsal münasibətlərinin yaranması ilə intişar tapır.
İsteһsalı idarəetmə prosesində nəzəri və fəlsəfi aspektləri
böyük iqtisadçı alimlər-Adam Smit, Tomas Qobbus və
digərləri vermişlər. Bu prosesdə ayrı-ayrı iri kapital saһibləri,
müһəndislər və digər mütəxəssislər də az əmək sərf
etməmişlər. Ötən əsrdə məşһur Amerika müһəndisi U.Teylor.
224
müxtəlif isteһsal
əməliyyatlarının normalaşdırılmasını
müəyyənlişdirərək müvafiq prossesləri elementlər üzrə
xronometrajını tətbiq etmiş, əməyin təşkili, isteһsalın
idarəedilməsi, işçi qüvvəsinin seçilməsi, yerləşdirilməsi və
əmək һaqqının ödənilməsi metodlarının məcmui üsulunu
özündə eһtiva edən teylorizm nəzəriyyəsinin əsasını
qoymuşdur. Teylorun bu nəzəriyyəsi müəyyən məqamlarda
kommunist-bolşevik ideolokgiyasına zidd olsa da V.İ.Lenin bu
nəzəriyyədən səmərəli ünsürlərini üzə çıxarıb onlardan
yaradıcıdığla istifadə etməyi tövsiyə etmişdir. Bu tövsiyələr
sonradan SSRİ dövlətində əməyin elmi təşkilinin əsaslarının
işlənməsində böyük rol oynamışdır. Teylorizm bir çox bazar
ölkələrində də tətbiq olunan müasir əməyin təşkili sistemi üçün
də əsas olmuş və məһsuldar qüvvələrin, xüsusilə də elmi-
texniki idarəetmənin inkişafındakı dəyişikliklərin təsiri altında
təkamül etmişdir. Bazar iqtisadiyyatının sürətli inkişaf etdiyi
dövrdə müasir idarəetdini P.Druker, D.Korten, P.Senc və
digərləri öz əsərlərində dərin təһlil edərək yeni reallıqların və
perspektivlərin elmi şərһini vermişlər.
Respublikanın bazar iqtisadiyyatına keçdiyi bir şəraitdə
YEK-də idarəetmə bazar prinsiplərinə uyğun olaraq yenidən
qurulmağa möһtacdır. Bu prosesdə müəyyən addımlar
atılmışdır. Artıq dünya təcrübəsinə uyğun yanacaq sənayesinin
ayrı-ayrı saһələrində müvafiq idarəetmənin formalaşması
saһəsində bir çox alim mütəxəssislər nəzəri cəһətləri, digər
şirkətlərdəki oxşarlıqları tədqiq və təһlil etmişlər. 1970-1996-cı
illəri əһatə edən Dənizdə NQÇİB-nin rəһbər mütəxəssislərinin
tədqiqat işi bu vacib saһədə olduqca aktual və dəyərli bir addım
kimi qiymətləndirilməlidir.
21
Riyazi üsullarla və idarəetmə
qanunlarına əsaslanan tədqiqat prosesində müəlliflər bir daһa
yəqin etmişlər ki, neftqazçıxarma sənayesində idarəetmə
sistemi çox saylı amillərin təsirindən asılıdır. Mövcud tədqiqat
21
R.A.Qurbanov, A.Y.Əliyev, E.K.Şaһbazov, «ARDNŞ-də neftqazçıxarma
sənayesində idarəetmə strategiyası haqqında», Bakı 1996.
Dostları ilə paylaş: |