Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə64/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   60   61   62   63   64   65   66   67   ...   84

 
277 
 
 
 
Bismilləhir rahmənir rahim. Hunəlikə  dəa zəkəriyyə 
rabbəhu qalə rabbi həm`li min lədunkə zurriyyətən rayyibətən 
innəkə  səmiud duai. Fənədəthul mələikətu və huvə qaimun 
yusalli fil mih`rabi ənnəllahə yubəşşirukə  bə  yəhyə 
musaddiqan bikəlimətin minəllahi və səyyidən və həsuran və 
nəbiyyən minəs dalihin. Qalə rabbi ənni yəkunu li ğuləmun 
və qad bələğanil kəbəru vəmraəti aqirun qalə  kəzəlikəllahu 
yəf`alu mə yəşəu.  
           
Şirinlik üçün 
 
Bir kasa gül suyunun içinə yeddi gün xiftən namazından 
sonra və ya gecə yarısı niyyət edərək 121 dəfə “Yasin” surə-
sinin 78, 79-cu ayələrini, 121 dəfə də ”Ya bədiyus səməvati 
vəl ard” - deyə duanı oxuyub üfürərək ağzını bağlamaq 
lazımdır. Bir kimsə yeddi gecə bu gül suyuna bu ayələri 
 
278
oxuduqdan sonra, həmin gül suyunu səhər–axşam üzünə 
sürtsə hamıya mehriban, əziz olar.  
 
Nəzər, göz dəyməsi, nəfs və  
şərdən qorunmaq üçün dualar 
 
1.  əl-Fatihə-1-7-“Bismilləhir-Rahmənir Rahim. Əlhəm-
dulilləhi rabbil a`ləmin.  Ərrahmənir rahim. Məliki 
yovmiddin. İyyəkə nə`budu və iyyəkə nəstəin. İhdinəs sıratal 
mustəqim. Sıratal ləzinə  ən`əmtə  əley`him  ğeyril məğdubi 
əley`him və lədda`llin.” 
Mənası: Həmd olsun aləmlərin Pərvərdigarı olan Allaha. 
Həmd olsun Rəhman və Rəhim olan Allaha. Həmd olsun din, 
cəza gününün sahibi olan Allaha. Yalnız Sənə tapınırıq və 
yalnız Səndən yardım diləyirik. Bizi doğru yola hidayət et. 
Nemət verdiyin kimsələrin yoluna apar, qəzəbə düçar 
olanların, (haqdan) azanların yoluna yox! 
2.  əl-Bəqərə -255-“Allahu lə iləhə illə huvəl həyyul 
qayyum. lə  tə`xuzuhu sinətuv vələ  nəvm ləhu, mə fis 
səməvati və mə fil ard. mənzəlləzi yəş`fəu indəhu illə bi iznih 
yə`ələmu mə beynə eydihim vəmə xəl`fəhum və lə yuhitunə 
bi  şeyim min ılmihi illə bimə  şə`ə  vəsiə kur`siyyuhus 
səməvati vəl ard vələ yuduhu hifzuhumə  vəhuvəl  əliyyul 
əzim. Lə ikrahə fid`din qat təbəyyənər`ruşdu minəl ğəy fəmən 
yəkfur bittağuti vəyu`min billəhi fəqədistəmsəkə bil ur`vətil 
vusqa lənfisamə  ləhə  vəllahu səmiun  əlim. Allahu vəliyyul 
ləzinə ə-mənu yux`ricuhum minəz`zuluməti ilənnur vəlləzinə 
kəfəru  əvliyəuhumut`tağutu yux`ricunəhum minən nuri 
iləz`zulumət uləikə əshəbun`nərihum fihə xalidun.” 
Mənası: -Allah, ondan başqa Tanrı yoxdur. Diri və 
Qəyyumdur. O, nə mürgüləyər, nə  də  dərin yuxuya dalar. 
Göylərdə və yer üzündə hər nə var, onundur. Kim onun izni 
olmadan, onun yanında şəfaət edər? Önlərində və arxalarında 


 
279 
olanı bilir və onun elminə, öz istədiyi  şeydən başqa, heç nə 
əhatə edə bilməz. Onun kürsüsü göyləri və yeri ehtiva edir. 
Onları qorumaq ona çətin deyildir. O, ali rütbəli və çox 
böyükdür. Dində heç bir məcburiyyət yoxdur. Hidayət 
sapqınlıqdan aydın  şəkildə ayrılmışdır. Beləcə kim tağutu 
danıb, Allaha iman gətirsə, elə bir möhkəm ipdən yapışmışdır 
ki, qırılması mümkün deyildir. Allah eşidən və biləndir.  
3. əl-İxlas-1-3-“Qul huvəllahu əhəd. Allahus saməd. ləm 
yəlid və ləm yuləd. və ləm yəkul ləhu kufuvən əhəd.” 
Mənası: -De: -“Odur vahid Allah”. O Allah birdir, heç bir 
şəriki yoxdur. Allah heç kəsə, heç nəyə möhtac deyildir!O, nə 
doğmuş, nə  də doğulmuşdur!Onun heç bir tayı  bərabəri, 
bənzəri yoxdur! 
4.  əl-Fələq-1-5-Qul  əuzu bi rabbil fələq. min şərri mə 
xaləq. vəmin şərri ğasiqin izə vəqab. vəmin şərrin nəffəsəti fil 
uqad. vəmin şərri həsidin izə həsəd.  
Mənası: -De: “Səhəri işıqlandıran Pərvərdigara sığınıram. 
Yaratdıqlarının  şərindən və qaranlığın  şərindən, onda ki, 
örtər. Və düyünlərə ovsun üfürən cadugərlərin şərindən və bir 
də paxılın şərindən.” 
5. ən-Nas-1-6-“Qul əuzu birabbin nəs. məlikin nəs. iləhin 
nəs. Min şərril vəs`vəsil xannəs.  əlləzi yuvəsvisu fi sudurin 
nəs. minəl cinnəti vən nəs.” 
Mənası: -Ya Peyğəmbər!De ki: “Pənah aparıram insan-
ların Rəbbinə! 
İnsanların ixtiyar sahibinə;İnsanların tanrısına. Vəsvəsə 
verən, (Allahın adı  çəkiləndə isə qorxudan) qaçıb gizlənən 
Şeytanın şərindən. O Şeytan ki cinlərdən də olur, insanlardan 
da!” 
6. Yusif-67-“və qalə  yə  bəniyyə  lə  tədxulu min bəbin 
vahidin vəd xulu min əbvabim mutəfərriqah, və  mə  uğni 
ənkum minəllahi min şeyin inil hukmu illə lilləhi  əleyhi 
təvəkkəltu və əleyhi fəl yətəvəkkəlil mutəvəkkəlun.”  
 
280
Mənası: Söylədi: “Ey mənim oğlanlarım, bir darvazadan 
içəri keçməyin, müxtəlif qapılardan içəri girin. Mən artıq 
Allahın qəzasını sizdən iraq edə bilmərəm və Allahın 
hökmündən başqa hökm yoxdur. Mən ona təvəkkül etdim və 
təvəkkül edənlər yalnız ona təvəkkül edərlər.  
7.  əl-Qələm -51-52-“və in yəkədulləzinə  kəfəru lə 
yuzliqunəkə bi əbsarihim ləmmə  səmiuz zikra və  yəqulunə 
innəhu lə məcnunə və mə huvə illə zikrun lil ələmin.” 
Mənası: Həqiqətən, kafirlər Quranı  eşitdikləri zaman 
sənə qarşı olan həsədlərindən və qəzəblərindən, az qala səni 
gözləri ilə yeyələr. Onlar sənin barəndə: ”O divanədir!” 
deyirlər.  
8. Dua: ”Bismilləhir: Allahumməz həb hərrahə  və 
bərdəhə və həbəsəhə.” 
Mənası: -“Bi iznillahi-təala”-Allahın izni ilə qalx“-desin.  
9. " Bismilləhilləzi lə  yə durru məasmihi sey'un fil-ardi 
və lə fis səmaî və huvəssəmî ul-alîm . "  
Mənası: "Allahın ismi-şərifi ilə başlayanda, Onun İsmi-
şərifi hörmətinə yerdə  və göydə olan heç bir şey sənə  zərər 
verə bilməz. Allah hər şeyi eşidən və biləndir.  
10. Nəzər dəyməsindən və bir çox müsibətlərdən 
qorunmaq üçün “Ya Bərru” ismi-şərifini oxumaq xeyirlidir.  
Açıqlama: -Nəzər-göz dəymə haqdır. Ayətlərdə və hədis-
lərdə  də  nəzərdən Allaha sığınmaq lazım olduğu bildiril-
məkdədir.  
Hədis:  Əli (ə. s. ) buyururdu ki, Peyğəmbərimiz(s.ə.s.) 
səhər açıldıqda və axşam şər qarışdıqda bu duanı oxuyardı.  
“Allahummə əs`əlukə min fəc`ətil xayri və ə`uzubikə min 
fəc`ətil şərri.” 
Allahım Səndən açılan səhərin xeyrindən istərəm. 
Qaralan gecənin şərindən də Sənə sığınıram.  
             


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə