Microsoft Word ismi sherif doc


Müharibə və çətinlik zamanı qalib olmaq üçün



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə72/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   68   69   70   71   72   73   74   75   ...   84

 
311 
        Müharibə və çətinlik zamanı qalib olmaq üçün 
oxunacaq dualar 
 
Allah-təala bir bəndəsini qorumaq istəsə, bütün dünya 
əhli yığılsa da, ona heç kəs zərər verə bilməz. Yox, əgər 
Allah-təala onu bəlaya salmaq istəsə, yenə bütün dünya əhli 
yığılsa belə, onu xilas edə bilməz. Bu səbəbdən də, başımıza 
gələn yaxşılıq və pisliklərdə səbir edərək, yalnız Ona sığınıb, 
Ondan kömək diləyək 
1. Ali-İmran 120-127- İn təmsəskum həsənətun tesu'hum 
və in tusıb`kum seyyiətuy yəfrahu bihə  və in təsbiru və 
təttəqu lə  yədurrukum keyduhum şey'ən innəllahə bimə 
yə'məlunə muhit. Və iz ğadəvtə min əhlikə tubəvviul 
mu'mininə məqaıdə lilqıtəli vallahu səmiun alım. İz həmmət 
taifətəni minkum ən təfşələ vallahu vəliyyuhumə  və aləllahi 
fəl yətəvəkkəlil mu'minun. Və  ləqad nəsarakumullahu bi 
bədrin və əntum əzillətun fəttəqullahə lə alləkum təşkurun. İz 
təqulu lil mu'mininə  ələy yəkfiyəkum  əy yumiddəkum 
rabbukum bi sələsəti  ələfim minəl mələikəti munzəlin. Bələ 
in tasbiru və  təttəqu və  yə'tuküm min fəvrihim həzə yum-
didkum rabbukum bi xamsəti ələfim minəl mələikəti musəv-
vimin. Və  mə  cəaləhullahu illə buşra ləkum vəlitət`məinnə 
qulubukum bih, və mən nəsru illə min ındilləhil azızil həkım. 
Liyəqtaa tarafəm minəlləzınə  kəfəru  əv yəkbitəhum fəyen-
qalibu xaibin.  
Mənası: -Sizə  hər mənfəət yetişəndə onlar qəmqin olur, 
bir zərər toxunanda sevinirlər. Əgər səbr edib özünüzü qoru-
sanız, (Allahdan qorxsanız)onların hiyləsi sizə heç bir zərər 
yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiyini yaxşı bilir. Ya 
Peyğəmbər! O zaman ki, sən döyüşməkdən ötrü möminlərə 
yer hazırlamaq üçün öz əhlinin yanından çölə çıxdın. Allaha 
dua edib, kömək istədin. Allah (sözlərini eşidən) niyyətləri 
biləndir. O zaman ki, iki tayfa sizdən ayrılmaq istədilər. 
 
312
(Allah onlara kömək edəndir.) Bədr vuruşunda zəif olduğu-
nuz halda Allah sizə nüsrət verdi ki, Allahın nemətinə şükür 
edəsiniz. Gərək möminlər Allaha təvəkkül etsinlər. O zaman 
ki, sən möminlərə deyirdin: -Məgər Allahınızın özü tərəfin-
dən nazil etdiyi üç min mələk sizə kifayət etməzmi? 
Bəli, onlar-müşriklər sizin üstünüzə  gələn zaman əgər 
səbir edib Allahdan qorxsanız və qaçmasanız, Allahınız nişan 
qoyulmuş, yəni başlarında şücaət nişanəsi olan ağ əmmaməli 
beş min mələklə sizə kömək edər. Allah bunu yalnız bəşarət 
verməkdən ötrü etdi ki, qəlbləriniz arxayınlaşsın. Nüsrət 
ancaq qələbə çalan və  hər  şeyi hikmət üzündən edən Allah 
tərəfindəndir. O bununla kafirlərin bir hissəsini məhv etsin və 
ya onları  məğlubiyyətə  uğratsın. belə ki, onlar naümid geri 
dönsünlər. (Kitabul-Bəyan-fi Təf-sirul Quran. )  
2.  əl-Ənfal-9-11-İz təs`təğisunə rabbəkum fəs`təcəbə 
ləkum ənni mumiddukum  
bi  əlfin minəl mələikəti mur`difinə. Və  mə  cəaləhullahu 
illə buş`ra vəli tət`məinnə bihi qulubikum və mən nəs`ru illə 
min ın`dilləhi innəllahə azizun həkim. İz yuğaşşikumun nuasə 
əmənətən min`hu və yunəzzilu aleykum minəs səməi mə  ən 
yutahhirakum bihi və yuzhibə an`kum ric`zəş  şeytani və 
liyər`ibita alə qulubikum və yusəbbitə bihil əq`dəm.          
Mənası: O zaman ki, siz Allahınızdan kömək diləyirdi-
niz. Allah sizin duanızı bununla qəbul etdi ki: -Mən mö-
minlərin arxasınca gələn 1000 mələklə sizə kömək edənəm. 
Allah sizə qələbə müjdəsi verməkdən ötrü mələk göndərməyi 
vəd etdi ki, sizin qəlbləriniz arxayın olsun.  
3.  Ənfal-66-Əl`ənə xaffəfəllahu an`kum və alimə  ənnə 
fikum da'afə  fəin yəkum minkum miətun sabiratuy yəğlibu 
miəteyn və in yəkum minkum əlfuy yəğ`libu  əlfeyni bi 
iznilləh vallahu məas sabirin.  
Mənası-Ey möminlər!  İndi Allah yükünüzü yüngülləş-
dirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Artıq aranızda 


 
313 
yüz səbirli kişi olsa, iki yüz nəfərə, min kişi olsa, iki min 
nəfərə Allahın izni ilə qələbə çalar. Allah səbir edənlərlədir!  
4. Fatir-2-Allahın insanlara əta etdiyi mərhəmətə, verdiyi 
nemə-tə, ruziyə heç kəs mane ola bilməz. Onun vermədiyi bir 
şeyi də özün-dən başqa heç kəs göndərə bilməz. O, yenilməz 
qüvvət və hikmət sahibidir! 
5. əl-Əraf-188-Qul lə əmliku li nəfsı nəf'əv və lə darran 
illə məşəəllah və ləv kuntu ə`aləmul ğaybə ləstəksərtu minəl 
xayr və  mə  məssəniyəs suu inənə illə  nəzıruv və  bəşırul li 
qavmiy yu'minun.  
Mənası: Ya Peyğəmbər! De ki: -Mən Allahın istədiyin-
dən başqa özümə  nə bir xeyir, nə  də bir zərər verə bilərəm. 
Əgər qeybi bilsəydim, sözsüz ki, özüm üçün daha çox xeyir 
tədarük edərdim. Savab qazanmaq üçün dünyada daha çox 
yaxşı işlər görərdim və mənə pislik toxunmazdı.  
6. Ali-İmran-160- İn yənsurkumullahu fələ ğalibə ləkum 
və in yaxzulkum fəmən zəlləzi yənsurukum mim bə'dih və 
aləllahi fəlyətəvəkkəlil mu'minun.  
Mənası:  Əgər Allah sizə kömək etsə, heç kəs sizə qalib 
gələ bilməz. Yox, əgər səni zəlil edərsə, ondan sonra kim 
sənə kö-mək edə bilər? Buna görə möminlər Allaha təvəkkül 
etsinlər.   
7.  əl-Casiyə-19-  İnnəhum lən yuğnu  ənkə minəllahi 
şey'ən və innəz zaliminə  bə'aduhum  əvliyəu bə`ad valləhu 
vəliyyul muttəqın.  
Mənası: -Şübhəsiz, Allah göndərən əzabdan bir şeyi heç 
kəs səndən dəf edə bilməz. Zalımlar bir-biri ilə dostdurlar
onlar səni aradan aparmaq üçün müttəfiqdirlər. Allah isə 
təqvalıların dostudur. Zalımların sənə qarşı müttəfiq olma-
larından qorxma, Allah səni qoruyar.  
             
 
314
Ən təhlükəli zamanda oxunacaq dua 
 
Hər kim bu”Ya vədud” duasını hər cür sıxıntı və çarəsiz 
qaldığı, ümidlərin kəsildiyi,  ən çətin və  ağır vaxtlarında 
oxuyarsa, Allah-təala ona yardım edər:                           
“Yə vədudu, yə vədud! Yə Zəl-ərşil Məcidi Yə Mubdiu 
yə Muid! Yə fəə`alun limə yuridu əs`əlukə binuri vəchikəlləzi 
mələlə ərkənə ərşikə və əs`əlukə biqudratikəl-ləziyə qaddər`tə 
bihə alə xalqıkə və birahmətikəl ləzinə vəsiə`tə kullə şeyin lə 
ilahə illə  əntə  Yə Muğisu  əğisni!Yə Muğisu  əğisni, Yə 
Muğısi əğısni!”                              
 
Qiyamət günü sorğu–sualın rahat olması üçün 
oxunacaq dualar 
 
Hadis: Peyğəmbərimizdən buyurulur ki, Qiyamət günü 
sorğu–sualın rahat olması üçün aşağıdakı zikrləri zikr edin.  
1.”Subhənalləhil əbədil əbəd”-Əbədi olan, sonu olmayan 
zatı təsbih edirəm.  
2.”Subhənəl vahidil əhəd”-Bir olan bənzəri olmayan zatı 
təsbih edirəm.  
3. Subhənəl fərdis saməd”-Tək olan, kimsəyə möhtac 
olmayan zatı təsbih edirəm.  
4.”Subhənə rafiıs səməi bi ğayri  əməd”-Göyləri 
yüksəldən zatı təsbih edirəm.  
5.”Subhənə  mən bəstal ardə alə mai caməd”-Yeri 
dayanmış su üzərinə döşəyən zatı təsbih edirəm.  
6.”Subhənə mən xaləqal xalqa fə əhsə hum ədəd”-Bütün 
maxluqatı yaradıb, onları tək-tək sayan zatı təsbih edirəm.  
7.”Subhənə  mən qasəmər rızqa vələm yensə  əhəd”-
Ruziləri paylayan və kimsəni unutmayan zatı təsbih edirəm.  
8.”Subhənəlləzi ləm yəttəhız sahibətu vələ vələd”-Ailə və 
uşağı olmayan olmayan zatı təsbih edirəm.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə