Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə71/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   67   68   69   70   71   72   73   74   ...   84

 
307 
 
 
Bismilləhir Rahmənir Rahim. Nədu  Əliyyim muzhiril 
əcəibi təcid`hu  əv`nən ləkə fin nəvaibi iləllahi həcətəm min 
kulli həmmin və ğammin yə Allahu yə Allahu yə Allahu və 
binubuvvətikə  yə Muhəmmədun yə Muhəmmədun yə 
Muhəmmədun və bi viləyətikə  yə  Əliyyu yə  Əliyyu yə 
Əliyyu və  əleyhə  yə muhəvvili  ədrikni  ədrikni  ədrikni bi 
lutfikəl xafiyyi yə xafiyyəl  əltafi nəccinə mimmə  nəxafu yə 
Allahu yə Allahu yə Allahu yə Muhəmmədun yə Muhəm-
mədun yə Muhəmmədun yə Əliyyun yə Əliyyun yə Əliyyun 
bəlliğni muradi və məqsudi yə Allahu bi hurməti həbibikə bi 
hurməti Əliyyiv vəliyyikə və əlihi əcməin.                              
 
Nadu Əli duasının nazil olma səbəbi 
 
Uhud müharibəsi Hicrətin 3-cü ilində  Şəvval ayında 
Uhud dağı  ətrafında baş vermişdir. Məhəmməd Peyğəmbər 
(s.ə.s.) min nəfərlik ordu ilə  Mədinənin  şimalında yerləşən 
Uhud dağına tərəf hərəkət etdi. Yolun yarısında  İslam or-
dusundan məşhur münafiq Abdullah ibn Übeyyin üç yüz 
tərəfdarı onun sözü ilə  Mədinəyə qayıtdı. Beləliklə,  İslam 
ordusunda cəmi yeddi yüz nəfər döyüşçü qaldı. Bu müha-
ribəyə Qüreyşli bütpərəstləri Məkkənin  ətrafında yaşayan 
ərəb qəbilələri də daxil olmaqla üç min nəfərlik ordu 
hazırlamışdı. Bu orduda Əbu Süfyanın yoldaşı Hind də daxil 
 
308
olmaqla, on dörd qadın var idi. O, Bədr döyüşündə Hindin 
atasını öldürdüyü üçün Hində Vəhşi adlı köləyə Hz. Həmzəni 
göstərərək onu öldürməsini əmr etmiş, əvəzində, ona azadlıq 
verəcəyini bildirmişdi. Mahir nizə atan vəhşi qul Cubeyr ibni 
Mutim kənarda dayanaraq Hz. Həmzəni izləmiş, nizə ilə 
vuraraq onu şəhid etmişdi. Başda Hində olmaqla, bəzi 
qadınlar müsəlmanların döyüş meydanında qalmış meyitləri 
üzərində qeyri-insani hərəkətlər edir, zorakılıqlar törədirdilər. 
Hind Hz. Peyğəmbərin  əmisi Hz. Həmzənin meyitini parça-
layaraq ciyərini çıxarmışdı. Müsəlmanlar bundan hiddət-
lənmişdilər. Amma Peyğəmbər (s.ə.s.) Allahın nazil etdiyi 
vəhyə əsasən, onlara səbirli olmağı tapşırmış, eyni hərəkətləri 
törətməkdən çəkindirmişdi. Peyğəmbər (s.ə.s.) bu savaşda 
xeyli  əsgər itirdi. Həmzə ibn Əbdül Müttəlib (Peyğəmbərin 
əziz əmisi) və İslam ordusunun bayraqdarlarından biri Müsəb 
ibn Ümeyr şəhid oldular.  
İmam Sadiq bu barədə buyurmuşdur: "Uhud döyüşündə 
müşriklərin doqquz bayraqdarı olmuş və onların doqquzu da 
Əlinin qılıncı ilə qətlə yetirilmişdilər. ". Dağın başındakı yolu 
qoruyan oxatanlar bunu görüb qənimət  ələ keçirtmək üçün 
yerlərini boşaldıb aşağı enmək istədilər. Onların başçısı 
Abdullah Hz. Peyğəmbərin tapşırığını bir daha onlara 
xatırlatdı. Ancaq onlar Abdullahın sözünə heç bir məhəl 
qoymayıb qırx nəfərdən çox oxatan qənimət  ələ keçirtmək 
üçün dağdan aşağı endi. Bu müharibə  də Hz. Peyğəmbər 
dişinə  və alnına dəyən zərbədən müşriklərin müsəlmanlar 
qarşısında qazdıqları quyuya düşmüşdü. Bu zaman müşriklər 
onun öldüyünü zənn etmişdilər ( Rəvayətə görə bu anında Hz. 
Peyğəmbər Nadi Əli duası ilə Hz. Əlini köməyə çağırıb) 
Nəhayət, o ağır vəziyyətdə Hz. Əli Peyğəmbərin  əlindən 
tutaraq qaldırdı ki, müsəlmanlar onun ölmədiyini görsünlər. 
Hz. Əli Hz. Peyğəmbərin önündə dayanaraq yaxına gələni ya 
uzaqlaşdırır, yaxud da öldürürdü. Nəhayət, müsəlmanlardan 


 
309 
bir dəstə adam geri dönüb Peyğəmbərin ətrafına toplaşdılar və 
qoşun yenidən təşkil oldu. Əbu Süfyan bu döyüşdə qalib 
gəlməsinə baxmayaraq, Mədinəyə hücum etmədən geri 
döndü, ancaq söz verdi ki, bir ildən sonra yenidən Bədrdə 
görüşəcək. Əbu Süfyan Mədinəni ələ keçirməkdən vaz keçdi, 
bu ancaq qeybdən olan köməklik vasitəsi ilə ola bilərdi. 
Allah-təala onun ürəyinə qorxu saldı ki, Mədinə  şəhərini 
mühasirə etməkdən yayınsın.  
Uhud müharibəsində müsəlmanlar məğlub olsalar da, bu 
döyüş böyük mənəvi dəyərlərlə  nəticələndi. Onlar Bədr 
müharibəsində xalis niyyətlə vuruşduqları üçün Allah onlara 
yardım etmişdir. Ancaq bu döyüşdə Peyğəmbərin (s) 
əmrindən çıxaraq qənimət və dünya malı dalınca getdikləri 
üçün məğlub oldular.  
       
Nədu Əli duasının tərcüməsi 
 
Əlini səslə! O Əli ki, onun simasında ecazkar və mükəmməl 
xüsusiyyətlər heyrətamiz şəkildə təzahür etmişdir! Əlini 
səslə! Səslə ki, bütün çətinliklərdə və çıxılmaz vəziyyətlərdə 
sənə yardımçı olsun! Bu aciz və dəyərsiz bəndə daim Allaha 
möhtacdır. Mən hər bir işimdə o Həzrəti Rəbbimlə öz aramda 
vasitəçi seçib ona arxalanıram. Bu günə qədər və bundan 
sonra həyatda hər bir addımımı Tanrının lütfünün kölgəsi 
altında atmışam və atacağam. İlahi! Məni narahat edən, 
qəlbimi sıxıntıya düçar edən hər bir iş üçün Sənə üz tutub 
Səni səsləyirəm ki, işlərimdəki düyün açılsın, çətinliklərim 
həll olunsun. Ey Tanrım! And olsun Sənin əzəmətinə və 
böyüklüyünə! Ey Muhəmməd (s)! And olsun sənin 
Peyğəmbərliyinə! Və and olsun sənin imamətinə, ilahi 
rəhbərlik məqamına, Ey Əli! Ey Əli! Ey Əli! Gizli və sirli 
məhəbbətin, lütfün xatirinə... Mənim halımdan xəbərdar ol! 
Allahın böyüklüyü vəsf edilə bilməz. Sənə qarşı kin-küdurət, 
 
310
pislik və ədavət yürüdənlərə mən də düşmən kəsilirəm! 
Mənim bütün ehtiyaclarımı təmin edən hər bir şeydən 
ehtiyacsız olan Allahdır. Və mənə səndən yardım və dəstək 
yetişir. Sənə inanıram, sənə arxalanıram! «İyyəkə nəbudu və 
iyyəkə nəstəin» xatirinə! Ey imdada yetənlərin ağası! Mənə 
yardım et, fəryadıma çat! Ey Həsən və Huseynin atası! 
Mənim halımdan xəbərdar ol! Ey Tanrının qılıncı! Düşdüyüm 
vəziyyətdən hali ol! Ey Allaha doğru açılan qapı! Mənim nə 
halda olduğumdan xəbər tut! Ey Allahın höccəti və Ona 
doğru aparan haqq yolun bələdçisi! Mənim halımdan 
xəbərdar ol! Ey Tanrının təyin etdiyi ilahi rəhbər! Düşdüyüm 
vəziyyətdən hali ol! And olsun o gizli və sirli lütfünə, ey 
qələbələr qazanan, zəfərlər çalan və hamıya qalib gələn! Səni 
and verirəm Allahın qüdrət və hakimiyyətinə, halbuki bu 
qüdrət və hakimiyyət sənin zəfərində və üstünlüyündə təzahür 
edir. Ey düşmənə qələbə çalıb qalib olan! Ey Allah dostlarına 
dost olan! Ey ecazkar xüsusiyyətlərə malik olan! Ey Murtəza 
Əli! Yəqin bilirəm ki, mənə zülmü rəva görmək istəyən hər 
bir kəsi sən ölüm gətirən ox və qılıncınla qüvvədən salıb yerə 
yıxarsan. Mən bütün işlərimi Allaha həvalə edirəm. 
Həqiqətən, Uca Tanrı öz bəndələrini görür, eşidir və onların 
halından xəbərdardır. O özü Quranda belə buyurur: ”Sizin 
Rəbbiniz vahid olan Allahdır və Ondan başqa Tanrı yoxdur. 
O mehriban və mərhəmətlidir”. Ey imdad diləyənlərin 
harayına yetişən! Mənim halımdan xəbərdar ol! Ey yolunu 
azıb çaş-baş qalanları doğru yola istiqamətləndirən! Ey qorxu 
və vahimə içərisində olanların pənahı! Ey Ona üz tutub pənah 
gətirənlərə yardımçı olan! Ey aləmlərin yoxsul və biçarələrinə 
rəhm edən! Mənim halımdan xəbərdar ol! Sonsuz rəhmətin 
xatirinə, ey rəhm edənlərin ən rəhimlisi! Ağamız Həzrət 
Muhəmmədə (s.ə.s.) və onun xanədanına sənin salamın olsun! 
Həmd və sitayiş aləmlərin rəbbi olan Allaha məxsusdur.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə