Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə79/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   76   77   78   79   80   81   82   83   84

 
339 
bəxş edər. Atəş isə ancaq yandırır.  İblis: Mən heybətliyəm
dağıdıcı, yandırıcıyam “deyərək Yaradanına qarşı  çıxdı. O 
Allahın təcəllisinin, Onun sifətlərinin Adəmdə zühur edə 
biləcəyinə inanmadı  və bu səbəbdən Allah dərgahından 
qovulmuşlardan oldu. Biz də bir-birimizdə Allahın sifətlərini, 
Allahın təcəllisini görərək sanki Allahı görürük kimi bir-
birimizi sevməyə çalışaq. Uca Allah bir bəndəsini daha çox 
sevərsə,  əvvəlcə onu bəlalara uğradır. Bəla  əzəldən ver-
diyimiz “Sən bizim Rəbbimizsən” əhdinin aşikar olması üçün 
lazımdır. Lakin ən böyük bəla, bəlanı elə  bəla kimi 
görməkdir. Əgər Allahın verdiyi hər bir bəlanı bəla kimi yox
Allahıln bir lütfü kimi qəbul etsək onda bütün dərd-sərlər, 
sıxıntılar gedər.  
 Həyat, sonrakı bir anın nə  gətirəcəyi bəlli olmayan bir 
yoldur. Zaman isə bizə  məlum olan və ya məlum olmayan 
yollarla çox sürətlə sel kimi axıb gedir. Yəni, həyatda bəzən 
düşünüb, istədiyimiz kimi hər  şey alınır, bəzən isə heç 
düşünüb. gözləmədiyimiz hadisələrlə rastlaşırıq. Zaman-
zaman həyat təcrübəsinin artması isə bu yolda “kəşkə”-deyə 
təəssüf hisslərini bildirərək, peşman olduğumuz vaxtlar da 
olur. Bu səhvlər gələcək həyatımız üçün bir sınaq olar. Heyf 
ki, insan yaşadığı dövr ərzində “Keşkə”- lər heç bitib 
tükənmir. Həyat heç bir dövrdə mütləq döğruların zəmini 
olmamışdır. Əgər insan səhvlər, günahlarla əhatə olmasaydı, 
onda qəza-qədər də olmazdı. Elə hamının taleyi eyni olardı.  
     
Virdu Səttar duasının müəllifi haqqında 
 
Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir 
tanınmış sufi, filosof alim və  şair
 
Seyid Yəhya Bakuvi XIV 
əsrin sonlarında Azərbaycanda  Şirvanşahlar dövlətinin   pay-
taxtı olan Şamaxı  şəhərində anadan olmuşdur. Onun atası 
altıncı  İmam Musa  Kazımın soyundan və  nəbilər sülaləsin-
 
340
dəndir. Atası  Bəhaəddin  Şirvanşahlar dövlətinin nəqibül-
əşrafı idi. (1) Seyid Yəhya Bakuvi şerlərində Seyid təxəl-
lüsündən istifadə etmiş,  əsərlərinin sonunda adını  Yəhya  əl-
Hüseyni yazaraq seyid olduğunu bildirmişdir. (2)
 
Seyid 
Yəhya 1464-66-ci illərdə Bakıda vəfat edtmişdir. Qəbiri şərifi 
Şirvan Şahlar Saray Kompleksindədir. Onun çoxlu sufi-dini-
təsəvvüfi  əsərləri vardır, bunlardan biri də Virdu-Səttar 
duasıdır.  
                
Virdu Səttar duası haqqında qısa məlumat 
 
Virdu-Səttar duası dua qiymətli dualardan biridir. Oxu-
mağa başlarkən belə insanın qəlbi yumşalır, ruhu genişlənir, 
qəlbindəki sıxıntılar sanki yox olur. Bu duanı  hər hansı bir 
mətləb üçün niyyət edərək 1-3-5 və ya 7 dəfə oxuyan bir 
kimsənin bütün alınmayan işləri qısa zamanda yoluna düşər
pis vərdişlərindən qurtarar. Alış verişi artar, qazancı bol-
bərəkətli olar. Subaysa evlənər, borcu varsa, borcdan qurtarar, 
xəstədirsə,  şəfa tapar, mətləbinə çatar, zindanda olan oxusa, 
həbsdən qurtarar, tələbə oxusa, imtahandan uğur qazanar
düşmənlərini peşiman edər, həmçinin Allah-taala hər cür 
qəza-bəla və pisliklərdən qoruyar. Bu duanı niyyət edərək , 
yalvararaq və dua etmək üçün lazım olan qanunlara riayət 
edərək oxuduqda, qüdrət sahibi olan Allah qulunun əllərini 
boş qaytarmaz. Allahın lütfi, ehsanı  və  mərhəməti boldur. 
Allah Qurani Kərimdə buyurur: ”Və  mə  kənəllahu li yuəz-
zəbəhum və əntum fiihim. Və mə kənəllahu muəzzibəhum və 
hum yəstəğfirun.” 
Mənası: ”Ya Peyğənbər!Sən onların içində sevimli ol-
duqca, yəni ümmətin sənə inanaraq, sənə bağlanaraq, səni 
sevdikcə, Mən onları əzabıma girifdar etmərəm.” Allah hansı 
vədinə əməl etməmişdir ki?“İnnəllahə lə yuhliful miad”Allah 
qətiyyən vədindən dönməz”.  


 
341 
Həmçinin Peyğəmbərin vəsiyyət və göstərişinə  əməl 
edənlər, yəni Hz. Peyğəmbərin bizlərə əmanət edib tapşırdığı 
Əhli-Beytini sevmək və onların elmindən faydalanaraq Alla-
hın  əmrlərini, Peyğəmbərin göstərişlərini yerinə yetirməklə 
həm Allaha, həm də Peyğəmbərə verdiyimiz vədə sadiq 
qalmağı buyurmuşdur. Bununla da biz verdiyimiz Tovhid 
əhdini və Peyğəmbərin əmrlərini yerinə yetirmiş olaraq. Yenə 
Qurani-Kərimdə buyurulur:  
Əzhəb 39-O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara 
verdiyi risaləti) təbliğ edər, risaləti tərk etməkdən çəkinər və 
Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab 
çəkməyə kifayətdir.  
əş-Şura-22-23 - Bu Cənnətlə müjdələnmə elə bir 
mərhəmət və savabdır ki, Allah onunla bəndələrinə  bəşarət 
verər. Belə ki, onlar iman gətirdilər və yaxşı əməllər etdilər. 
Ya Peyğəmbər!De ki, ey ümmətim, risaləti təbliğ etdiyim 
üçün sizdən qohumlarımı, Əhli-beytimi dost tutmaq və onları 
sevməkdən başqa heç bir əcr istəmirəm. Kim bir yaxşı  iş 
görərsə, onun yaxşılığının savabını, mükafatını artırarıq.  
”Qul mə  əsəlukum aleyhi min əcrin illəl muvəddətə fil 
qurami.” 
Mənası: Sizi dəvət etdiyim, səadət, salamatlıq və  fərəh 
yolunda , yəni  İslam və Allahın göstərdiyi yoldan başqa , 
sizin üçün heç bir yardım və mükafat yoxdur.” 
Virdi Səttar duası da Allahın bəndələrinə Peyğəm-
bərimizə və onun ümmətinə bəxş etdiyi bir hədiyyədir.  
 1. ( E. Bertles – Sufizm i sufiyskaya literatura, izbrannıe 
trudı, Moskva, 1965)                
2. (S Mumtaz – Xəlvətilik, AMEA Əİ Fondu: 24/454)              
 
 
342
Virdi Səttar duasının ərəbcə oxunuşu       
 
 
 
 
 


 
343 
 
 
 
 
344
 
 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə