Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə81/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   76   77   78   79   80   81   82   83   84

 
353 
ululardan ulu və ucalardan uca olan, Ey bütün yaratdıqlarını 
dilədiyi hər  şeyə  məcbur edən və onları sülhə  və nicata 
yönəldən, Ey qəlbləri və gözləri haqq və həqiqətə, düzgünlük 
və  fəzilətə çevirən, Ey mütləq bir nizam və intizam içində 
gecəni-gündüzə  və gündüzləri gecəyə çevirən Allahım! Biz-
ləri, qəbir və  Cəhənnəm  əzabından qoru. İlahı ayıblarımızı, 
qüsurlarımızı, nöqsanlarımızı və günahlarımızı ört, üsyanları-
mızı bağışla, ürəklərimizi iman və  İslam ilə  təmizlə, qəbir-
lərimizi Quran nuru ilə nurlandır, ölu qəlblərimizi həqiqət və 
mərifət sirləri ilə oyandır, günahlarımızı  və  təqsirlərimizi sil 
və bizləri ilahı razılığına çatmış saleh və sadiq qullarınla 
bərabər eylə. Səni təşbih və  tənzih edirik Ey Məbud! Sənə 
layiq olduğun kimi əməllərlə qulluq və ibadət edə bilmədik. 
Səni təşbih və  tənzih edirik Ey Məruf! Səni, layiq olduğun 
əməllərlə zikr edə bilmədik Səni təşbih və  tənzih edirik ey 
Məşkur! Sənə, layiq olduğun  əməllərlə  şükr edə bilmədik. 
Səndən fəzli kərəmini diləyərək, rəhmət və şükür niyaz eylə-
yirik. Bizlərə qismət və ehsan etdiyin bütün nemətlərə qar-
şılıq bütün həmd-səna və  təşəkkürlərimiz, yalnız Sənə 
məxsusdur. Bizləri itaət və ibadətinə müvəffəq qıldığı üçün 
Sənə  həmd-səna eyləyirik. Bilərək və ya bilməyərək, yanı-
laraq, səhv edərək, unudaraq işlətdiyimiz bütün günah və 
təqsirlərimizi, qüsur və nöqsanlarımızı əfv edib, bağışlamağın 
üçün dua edirik. Allahım! Bizlərə qismət və ehsan buyur-
duğun nemətlərinə həmd olsun ki, bütün həmd və sənalarımız 
ancaq Sənin üçündür. Bu həmdu-sənamız, dünyada və 
axirətdə  Sənin kərəminə  səbəb olar. Səni bütün dualarla 
həmdi səna edirik. Varlıqda, darlıqda, sevincdə  və  kədərdə, 
hər halımızda bildiyimiz və ya bilmədiyimiz bütün nemət-
lərinə qarşılıq olaraq Sənə  şükr edirik. Ey, bütün qüdrət və 
halları istədiyi kimi dəyişdirən Allahım! Bizim hallarımızı da 
ən gözəl hala çevir. Bütün qorxular üçün “Lə iləhə illəllah” 
Bütün nemətlər üçün “Əlhəmdulilləh” Bütün bolluq və 
 
354
genişlik üçün “Şükranəllah” Bütün qarşılıqlar üçün 
“Subhənəllah” Bütün günahlar üçün “Əstəğfirullah”Bütün 
müsibətlər üçün “İnnəlilləh”Bütün darlıqlar və  çətinliklər 
üçün “Həsbiyəllah” Bütün qəza və  qədər üçün ”Təvəkkəl-
tullah” Bütün itaət və ibadətimiz üçün “Və  lə  həvlə  və  lə 
quvvətə illə billəh”, -deyək Allahu-taala hər  şeyə qalib və 
daim üstündür. Hər işimizdə Allah bizə kafidir. Allah dua ilə 
çağıranları  eşidir və razılıq buyurur. Dünyada və axirət də 
Onun çata bilməyəcəyi heç bir şey yoxdur Allahdan qeyri 
haqq məbud yoxdur, mütləq o vardır, birdir, ortağı və bənzəri 
yoxdur. Mülk onundur, həmd ona məxsusdur, daimi və əbədi 
həyat ilə diridir. O vardır, birdir, ortağı  və  bənzəri yoxdur. 
Əbədidir, daimidir, hər şey ona möhtacdır və o bütün ehtiyac-
lardan uzaqdır. Baqidir, bütün xeyirlər onun qüdrət əlindədir, 
o hər şeyə qadirdir, hər şeyə gücü yetər, dönüşümüz də ancaq 
Onadır. Ya Rəbb! Səni nə  qədər tərifləməyə çalışsaq da və 
dünyada nə  qədər tərifli söz varsa hamısını saysaq, yenə  də 
Sənin Özünü səna etdiyin kimi tərifləməyə gücümüz çatmaz. 
Sənə  sığınanlar, daim qalib və qüvvətli olarlar. Səni təriflə-
mək, bütün təriflərdən ulu və ucadır, Səndən qeyri haqq 
məbud yoxdur . Göylərdə və yerdə, göylərlə yer arasında və 
nəmli torpaq altında nə varsa hamısı onundur, onun mülkidir. 
Biz, sözümüzü açıqlasaq da, açıqlamasaq da o bizim bütün 
gizli sözlərimizi və sirlərimizi, hətta daha gizlilərini, hələ 
ürəyimizdən keçməyənləri belə Allah bilir. O elə bir Haqq 
məbuddur ki, ondan qeyri ibadətə layiq yoxdur, mütləq O 
vardır. Bütün gözəl adlar Əsmau-Hüsnalar Onundur. Ona, bu 
gözəl adları ilə dua edin. Allahın vədinə sadiq olduğumu 
təsdiq edirəm. O Allah, elə Allahdır ki, ondan qeyri ibadətə 
layiq olan yoxdur. Dünyada yaratdıqlarına fərq qoymadan, 
bütün məxluqatına rəhmət edəndir. Axirətdə yalnız mömin 
qullarına rəhmət edəndir. Bütün kainat və mövcudatın mali-
kidir. Hər cür nöqsanlardan pak və münəzzəhdir. Hər növ 


 
355 
qəza və hadisələrdən salimdir. Özünə inanan və  sığınanlara 
aman vericidir. Yaratdıqlarına nəzarətçi və qoruyucudur. 
Məğlub edilməsi mümkün olmayan qalibdir.  
 Yaratdıqlarını dilədiyi hər şeyə məcbur edən və çatışma-
yanları tamamlayandır. Hər  şeydə böyüklüyünü göstərəndir. 
Bütün məxluqat və mövcudatın mütləq yaradıcısıdır. Yarat-
dıqlarını bir-birinə uyğun və mülayim bir halda yaradandır 
Hər şeyə bir şəkil və xüsusiyyət vericidir, mübaliğə ilə qoru-
yucudur. Hər  şeyə, hər istədiyini etdirəcək surətdə qalib və 
hakimdir. Hər cür nemətləri davamlı olaraq bağışlayandır. 
Yaratdıqlarına ruzilər vericidir. Hər cür çətinlikləri asanlaş-
dırıcı və açandır. Hər şeyi haqqı ilə ən yaxşı biləndir. Dilədiyi 
zaman darıxdırıcı  və daraldıcıdır. Dilədiyi zaman açıcı  və 
genişləndiricidir. Dilədiyi zaman yuxarıdan aşağıya endirici, 
alçaldıcıdır. Dilədiyi zaman yuxarıya qaldırıcı, ucaldandır. 
Dilədiyi zaman izzət vericidir. Dilədiyi zaman zəlil edəndir. 
Hər zaman hər şeyə ən yaxşı nəzarətçidir. Hər zaman hər şeyi 
ən yaxşı görəndir. Daim hökm edici və haqqı yerinə yetiri-
cidir. Məxluqatına qarşı çox ədalət ehsan edicidir. Yaratdıq-
larına lütf və ehsanını çatdırıcıdır. Hər şeyin iç üzünü və gizli 
istiqamətlərini  ən yaxşı biləndir. Sevdiyi qullarına yumşaq 
davranandır.  Əzəmətli və çox uludur. Bağışlayan və qoru-
cudur. Bəndələrinin razılığına uyğun  əməllərini rəhmlə 
qarşılayıcıdır. Çox uca və yüksəkdir. Ululardan ulu yaşlı-
lardan çox böyükdür. Hər şeyi, müəyyən vaxtına qədər bütün 
fəlakət və  bəlalardan saxlayıcıdır. Bütün yaratdıqlarının 
azuqələrini vericidir. Bütün yaratdıqlarının ömürləri boyunca 
əməllərinin hesabını  təfsilatı  və  təfərruati ilə bilicidir. Cəlal 
və ululuq sahibidir, Kərəmi, lütfi və ehsanları çox boldur. 
Bütün yaratdıqlarını davamlı olaraq nəzarət edicidir. Özünə 
sığınanların istəklərini vericidir. Mərhəmət və  məğfirəti, 
ehsan və inayəti genişdir. Bütün əmr və hökmlərində hikmət 
sahibidir. Yaxşı qullarını sevinci və onları razılığına yetişdi-
 
356
ricidir.  Şanı çox böyük və yüksəkdir. Ölüləri qəbirlərdən 
çıxararaq dirildəcəkdir. Hər zaman, hər yerdə olub bitənlərə 
şəhadət edicidir. Varlığı heç dəyişmədən  əbədidir. Sevdiyi 
qullarının işlərinə kömək edəndir. Çox güclü möhkəm və 
mətinli, yaxşı qullarına dostdur. Ancaq özünə  həmd olu-
nandır. Hər  şeyin  ədədlərini biləndir. Hər  şeyi, bənzəri və 
nümunəsi olmadan yaradandır. Yaratdıqlarını, yox etdikdən 
sonra təkrar yaradacaq olandır. Həyat verici, dirildəcək olan, 
ölüm verici, öldürəndir. Daimi və  əbədi diri olandır. Yarat-
dıqlarını qoruyub saxlayandır. Qədri və  Şanı uca, kərəm və 
şəfaəti çox bol olandır.  Şəxsində sifətində  və hökmlərində 
ortağı  və  bənzəri olmayan, bir və  tək olandır. Hər cür ehti-
yacdan münəzzəh olub yaratdıqlarının bütün hacətlərini tək 
Özü verəndir.  İstədiyini istədiyi kimi etməyə gücü çatandır. 
Qüvvət və qüdrət sahibləri üzərində də dilədiyi kimi təsəvvür 
edəndir.  İstədiyini önə keçirib, önə alan və istədiyini geri 
qoyaraq arxaya salandır.  Əvvəli olmayan əvvəldir. Axırı 
olmayan axırdır. Varlığı  və birliyi, zahiri və batini, zati 
həqiqəti ağıllardan və duyğulardan örtülü olandır. Bilinən və 
bilinməyən, görünən və görünməyən aləmlərdə olub bitənləri 
tək başına sövq və idarə edəndir. Yaradılmışlar haqqında 
ağlın mümkün gördüyü hər şeydən, hər hal və rəftardan uca 
olandır. Bütün yaratdıqları haqqında uyğun olan, yaxşılıq və 
bəxşişi bol olandır. Özünə rucu edərək tövbə edən qullarının 
tövbələrini qəbul buyuraraq bağışlayandır. Pislik edənləri 
ədalətilə layiq olduqları  cəzalara çatdırandır. Qullarını 
mübaliğə ilə  əfv edəndir. Mərhəmət və  şəfqət sahibidir. 
Mülkin əzəli və əbədi malikidir. Ululuq, ucalıq və fəzli kərəm 
sahibidir. Bütün işləri bərabər və bir-birinə uyğun olaraq 
yerli-yerində edəndir istədiyini, istədiyi zaman, istədiyi yerə 
toplayandır. Zati çox zəngin və heç neyə möhtac deyildir. 
Dilədiyinə  zənginlik verən, dilədiyinə mane olan, dilədiyinə 
zərər yetişdirəndir. Dilədiyinə xeyir və fayda verəndir. Bütün 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə