Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə78/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   74   75   76   77   78   79   80   81   ...   84

 
335 
bizdən də yaxşı tanıdığını bildirir. Həmçinin  Şeytanı da bu 
duyğu üzvlərinə müsəllət edərək, daima bunlarla bizi imtahan 
etdiyini də  xəbərdar edir və bütün bunların fitnələrindən 
qorunmağın da yolunu öyrədərək, yalnız Onu çağırıb, yalnız 
Ona sığınmağımızın nicat yolu olduğunu bizlərə bildirir.  
6. Qədim-“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyəti: -Həm 
əzəli, həm də  əbədi olan şeyə  qədim deyirlər. Qədim -
keçmişdə, hazırda və  gələcəkdə yox olmayandır. Allah hər 
şeydən  əvvəl var imiş, kainatı yaradıb, axırda hər  şeyi yox 
edib axıra qalacaq və onun olmayan vaxtı olmayacaq. 
Vacibül-vücud, yəni vücudu vacib olan, yox ol-ması mümkün 
olmayan yalnız Allahdır. Qədim-sifətinin işarə  və hikməti: 
Allahın bu sifətinin xüsusiyyəti: bizi lap qədimdən, hələ heç 
Adəmi yaratmamışdan da qabaq yaxşı tanımasıdır. Çünki bizi 
Öz ruhundan zərrəciklər  şəklində yaratmış, zamanımız 
gəldikdə müəyyən qabığa geyindirilərək həyata gətirib, 
yaşadıb, cısmimizi öldürüb, ruhumuzu isə yenə  də Öz 
aləminə aparıb. O bizim əvvəlimizi də axırımızı da bilir. 
Yaşadığımız zaman isə şah damarımızdan da bizə yaxın olub, 
qəza-qədərimizin də  əlində olması, ölüm və axirətimizin də 
harada olacağını bilməsidir. Yox olması mümkün olmayan 
yalnız Allahdır.  
7. Mutəkəllim-“Sifəti-sübutiyyə”-Yəni Allah danışandır. 
Onun danışmaşı insanların danışmağı kimi deyildir. Bu o 
deməkdir ki, O danışıq yaradır, sözlər, kəlmələr xəlq edir.  
Mutəkəllim- “Sifəti-sübutiyyə” sifətinin işarəsi;Allahın 
bizə  bəxş etdiyi danışmaq, fikirləri bəyan etmək xüsusiy-
yətimizin olmasıdır.  
8. Sadiq-“Sifəti-sübutiyyə”-sifətinin xüsusiyyəti: -Yəni 
Allah doğruçudur, ondan yalan vəd gözləmək olmaz, onun 
şəninə heç layiq də deyil. Çünki yalan ya acızlikdən, ya da 
ehtiyacdan irəli gəlir. Bu sifətlər isə onda yoxdur. Odur ki, 
Allaha yalan nisbət vermək, onun haqqında zülmdür. Sadiq-
 
336
sifətinin hikmətləri: Qurani-Kərimdə bildirdiyi: yaranışımız, 
ruhumuz, həyatımız, ölüm, bərzax aləmi, yenidən dirilmək, 
Məhşər, Sirat, Cənnət, Cəhənnəm və onlarda baş verənlər 
haqqında xəbərlərin, vədlərin haqq olduğunu bilməkdir. Bun-
lara inanmamaq isə Yaradana qarşı üsyandır. İnsan vücudunu 
diqqətlə incələsək, Uca Allahın sifətlərinin sirlərini öyrənmiş 
olarıq. Bir insan nə  qədər elm və  sənətdəki, incəlikləri çox 
öyrənib, bilirsə  şairin, yazıçının, alimin, sənət sahiblərinin 
dəyərini də o qədər dərk edər. Uca Allahın da işlərindəki, bu 
incəlikləri ağıla gəlməz hikmətləri araşdırdıqca, onun 
böyüklüyünün və elminin sonsuz olduğunun  şahidi oluruq. 
Deməli, Uca Allahın “Sifəti-sübutiyyə” sifətlərini öyrənib 
tanımaq, insanın özünü, vücudunu tanımasının  əsasıdır. 
Qurani-Kərimin 119 ayəsində Allahın sifətləri haqqında qeyd 
edilmişdir. Öz qüdrət və  əzəmətini bizlərə tanıtmaq istəmiş-
dir.  Əgər Allahın sifətlərinin keyfiyyətlərini tam öyrənib, 
onların xüsusiyyətlərini görüb, tanıya bilsək, onda Qüdrət 
sahibi olan Allahı da tanıya bilərik.  
                      
Ədl haqqında 
 
Qurani-Kərimdə mühüm mövzulardan biri “Ədl”, yəni 
Allahı  və Onun yaratdıqlarını sevməkdir. Həmçinin “Usulu-
din”də vacib buyurulan hökmlərdən biri də elə “Ədl”dir.  
Hz. Peyğəmbər möminlərin Allah üçün bir-birlərini sev-
mələrinin vacibliyini müxtəlif səbəblərlə dilə  gətirmiş  və  İs-
lam dininin barışıq, dostluq və sevgi dini olduğunu bildirmiş-
dir. Bu haqda “Hədisi Qüdsi” də Peyğəmbərimiz belə buyur-
muşdur: “Mənim üçün bir-birini sevənləri, sevməyim vacib 
oldu.” “Bir-birinizi sevmədikcə iman gətirmiş olmazsınız.”            
 “Sizdən biriniz özü üçün istədiyi bir şeyi mömin qardaşı 
üçün də istəmədikcə, iman gətirmiş olmaz.”“Mömin yaxşı və 
pis gününda mömin qardaşlarının yanındadır.”     


 
337 
Başqa bir hədisdə  “İnsan sevdiyi ilə  bərabərdir”- deyə 
buyurulmuşdur. Allahın yaratdıqlarnı sevmək elə Allahı 
sevməkdir. Yəni, dünya mənfəətini, Cənnət istəyini və ya 
Cəhənnəm qorxusunu belə bir tərəfə qoyub, sırf Allaha olan 
sevgidən insanlara qarşı günahlardan çəkinib, ibadət və itaətlə 
o məhəbbətdən məhrum olmaqdan qorxmaqdır. Allahı sevən, 
Onun kəlamı olan Quranı və elçisi Hz. Məhəmmədi, bir sözlə 
Allahın sevdiyi hər kəsi və hər şeyi sevər.                                                
İnsanla Uca Yaradan arasındaki sevgi qarşılıqlı bir 
sevgidir. Allah-talanın “Vədud”və “Vali” isimləri qullarını 
çox sevməsi və onları dost kimi qəbul etməsi mənasına gəlir. 
Belə ki, Uca Allah Hz. Peyğəmbəri hər kəsdən çox istədiyi 
üçün ona “Həbibullah” (Allahın istəklisi) Hz.  İbrahimə  də 
“Xalilullah” (Allahın dostu) demişdir.                                                      
 Hz. Peyğəmbərə itaət etmək Allaha itaət etmək mənasına 
gəldiyi kimi, onu sevmək də Allahın sevgisinə nail olmaq 
mənasına gəlir. Quranda belə buyurulur: “Peyğəmbərə itaət 
edən kimsə,  şübhəsiz ki, Allaha itaət etmiş olur.” Nisa-80- 
”Mömin möminin aynasıdır, sözünün mənası nədir?                 
Birinci mömin kamil insan deməkdir.  İkinci mömin sö-
zündə məqsəd Allahın sifətlərini özündə cəmləyən deməkdir, 
Yəni insan orada, o ilahi aynada əslini, öz qəlb həqiqətini seyr 
edir, insanlarda da onu görür və  hər kəsi də öz qəlbinin 
cilaladığı göz aynası ilə görür. Hamı  səni görməkdən zövq 
almaz, lakin sən hamını görməkdən zövq almalısan, çünki 
insanlıq elə budur.                                 
Məlum olduğu kimi insan sözü “Üns-insan, ünsiyyət 
kəlməsi ilə bir kökdəndir. Uca Allahın “Yasin-Ey insan! 
xitabı ilə müraciət etdiyi Hz. Peyğəmbərimizin “Meraca” 
qalxdığı zaman nəfsini, ağlını, vücudunu, hər şeyi tərk edərək 
bir insanın çıxa biləcəyi  ən yüksək nöqtəyə “Sidrətul-
muntəhaya” qədər qalxa biləcəyi və Allaha çata biləcəyi 
 
338
yerdə olduğunu təsvir etmişdir. Bu hal insanlığın başlanğıcı, 
hər kəsi sevmək, hər şeyini buraxaraq Allaha qovuşmaqdır.                    
Allah, Sad surəsinin 75 ayəsində;‘İki  əlimlə yaratdığım 
insana səcdə etməyə mane olan nədir? deyərək  Şeytana 
səslənərkən, -burada  Allahın  əlləri mənası bir çox təfsirlərə 
görə Allahın Cəlal və Cəmal sifətlərinin olduğu bildirilir. Bu 
sifətlər Allahın biz insanlarda təcəlli edən qüvvət və qüdrəti-
dir ki, biz insanlar da özümüzü faili-muxtar (sərbəst) və 
qüdrətli hesab edərək bu hissləri həm yaxşı, həm də pis 
məqsədlə istifadə edə bilirik. Bu qüdrət və qüvvətin bizlərin 
bu cisminə Allah tərəfindən müvəqqəti  əmanət verildiyini 
artıq dərk etdikdə, insanın qəlbində bütün canlılara qarşı 
məhəbbət, sevgi, hörmət nəvaziş artır və  sən həyatında baş 
verən sevinc və  kədərə, gözəllik və pisliklərə, fitnə  və 
yaxşılıqlara, haqsızlıq və haqqa ibrət gözü ilə baxırıq və 
Allahın verib aldıqlarına şükür edərək hər şeyi Yaradanın öz 
ixtiyarına veririk. Elə bu da kamala yetmək, öz nəfs və 
hislərini yox edərək Allahı dərk etmək deməkdir.                                    
İblis isə elə öz İblisliyində qaldı, qeybə inanmadı. Alla-
hın yaratdığına, Adəmə  səcdə etmədi. O, Adəmdə Allahın 
təcəllisini görə bilmədi: ”Mən atəşdənəm, o isə torpaqdan”- 
dedi. Lakin atəşlə torpaq arasındakı  əlaqəni, hər ikisinin də 
yaradanının bir Allah olduğunu təkəbbürlük hissindən başa 
düşmək istəmədi. O bilmədi ki, atəş ağacdan, ağac da torpaq-
dan  əmələ  gəlmişdir. Həmçinin torpaqda olan təvazökarlığı, 
torpağın özünü “heç belə”edə bilməsini görə bilmədi. Yəni 
biz torpağı ayaqlarımızın altında tapdalayaraq, onun üzərinə 
hər cür pislikləri tökürük, hətta onda ölülərimizi də basdırırıq, 
lakin torpaq bizim həyatda yaşamağımız üçün hər cür ne-
mətlər yetişdirir. Bu səbəbdən torpaq olan insan günahlardan 
tövbə edərək: ”Mən bir heçəm,  əfv edilməyə möhtacam
günahkaram deyə Allahdan bağışlanma dilər, Allah da onu 
bağışlayaraq təzədən otu göyərdən kimi yenə də ona nemətlər 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə