Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə77/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   73   74   75   76   77   78   79   80   ...   84

 
331 
qədər maniə (öldükdən sonra Qiyamətədək qalacaqları 
Bərzəx aləmi) vardır” 
Olduğumuz aləmə oxşadığına görə Bərzəxa Misali aləm 
deyirlər. Ölumdən sonra elə bir aləmə daxil oluruq ki, bu 
dunya ona nisbətən ana bətnini xatırladır. Bərzəxdə bədəndə 
bə misalı  bədəndir, yəni formaca da bu dunyadakı  bədənin 
eynidir, lakin maddi deyildir. Bu bədən havadan da lətifdir və 
ona mane olacaq bır  şey yoxdur. Onların gözləri Qiyamət 
gününədək görəcək və dünyadaki gözlər kimi zəifləməyəcək. 
İnsanın özü kimi ordakı nemətlər də maddi yox , lətifdir. 
Həzrəti Peyğəmbərdən belə rəvayət olunur ki: Seyydi-şuhədə 
Həmzənin  şəhadətindən sonra onu belə yuxuda görmüş ki, 
onun qabağında behişt meyvələrindən ibarət bir tabaq varmış 
. O, meyvələrdən yeyəndə özünün istəyi ilə nar üzümə , üzüm 
yenidən xurmaya çevrilirdi. Bərzəx aləminin bu fani 
dünyadan üstunlüklərindən biri də orada təsir gücünün 
böyüklüyüdür.  
Rum -19 “Allah ölüdən diri, diridən də ölü çıxardır, ölən-
dən sonra torpağı dirildir. Siz də, (Qiyamət gunu dirildilib 
qəbirlərinizdən)belə çıxardılacaqsız.”                                                       
Loğman -28 “Ey insanlar sizi yoxdan yaratmaq və qiya-
mət ğünü diriltmək Allah üçün, ancaq bir nəfəri yaratmaq və 
diriltmək kimidir!”                                                                   
Qaf -16- “And olsun ki, insanı biz yaratdıq və  nəfsinin 
ona nə  vəsvəsə etdiyini də, biz bilirik. Biz ona, şah dama-
rından da yaxınıq!  Qaf-17 Xatırla ki, insanın sağında və 
solunda onun bütün əməllərini yazan, iki mələk oturmuşdur.  
əl-Maun -1-Ya Muhəmməd!Qiyamətdə cəza verilməyi və 
ölümdən sonrakı həyatı təkzib edən kəsi gördünmü? 
Hud-119-Allah insanların dində ixtilafda olub-olma-
yacaqlarını, özlərini necə aparacaqlarını əzəldən bildiyi üçün 
onların bütün gələcək işlərini və  hərəkərlərini öz qüdrət 
Qələmi ilə, Lövhu-Məhfuzda yazmışdır.        
 
332
Allahın “Sifəti-sübutiyyə”sifətlərinin  
insanda olan əlamətləri 
 
Allahın həyat verən ismi Heyy, tasəvvufdə  Kəbənin 
ətrafındaki təvafın birinci dövrəsini təmsil edir. Allah ilk döv-
rədə dirildir, Heyy edir. İkincidə dövrədə elm verir(Alimdir), 
üçüncü dövrədə iradə etdirir (Muriddir), dördüncü dövrədə 
qüdrət sahibi edər(Qadirdir). Artıq Allah ilə  eşitnə- Səmi, 
Allah ilə görmə-Bəsir, Allah ilə danışma-Mutəkəllim sifət-
lərini geyindirər. Kəbə evinin təvafının yeddi dövrəsi belə 
tamam olar. Qəlbi Kəbə olan mürşid də onu təvaf edən muridi 
“İradə edən” hala gətirərkən eyni mərhələdən keçirər. Sonun-
da muridin kəlamı, murşidinin, yəni Allahın kəlamı olur. Belə 
isimlər tarixə Heyy olaraq keçərlər. Məsələn: Həzrət Əli kimi 
Heyy” olarlar. Biz insanlar özümüzün keyfiyyət və mahiy-
yətini araşdırıb düşünsək, varlıqların vəziyyətinə, kainatın hal 
və hərəkətlərinə bəsirət gözü ilə baxsaq, aləmin bütün parça-
larının Allahın sənətilə sonradan yarandığını  ağıl gücü ilə 
dərk edərik. Uca Allah bütün gözəllikləri yalnız insana deyil, 
bütün yaratdıqlarına, heyvanat və nəbatat aləminə də vermiş-
dir. Bunların hər birinə gərəkli olan şeyləri vermiş, görünüş-
lərini gözəl cizgi və rənglərlə bəzəmişdir. O halda insan vücu-
dunu diqqətlə incələsək, Uca Allahın sifətlərinin sirlərini 
öyrənmiş olarıq.  İnsan nə  qədər elm və  sənətdəki incəlikləri 
çox öyrənib, bilirsə,  şairin, yazıçının, alimin, sənət sahibə-
rinin dəyərini də o qədər dərk edər. Uca Allahın da işlərindəki 
bu incəlikləri, ağılagəlməz hikmətləri araşdırdıqca, onun 
böyüklüyünün və elminin sonsuz olduğunun şahidi oluruq.  
Qurani-Kərimində Allah Öz qüdrət və  əzəmətini bizlərə 
tanıtmaq istəmişdir. Allahın sifətlərinin keyfiyyətlərini, xüsu-
siyyətlərini görüb, tanıya bilsək, onda Qüdrət sahibi olan 
Allahı da tanıya bilərik  Əgər Allahı “Sifəti-sübutiyyə” sifət-


 
333 
lərini öyrənib tanıya bilsək, onda ruhumuzu da, vücudumuzu 
da tanımış olarıq.  
Allahın“Sifəti-sübutiyyə”-(sifəti-kəmaliyyə) sifətləri sək-
kizdir. Bunlardan üçü: Qadir, Alim, Murid sifətlərinin  əla-
mətləri biz insanlarda vardır. Qalan beşində isə bizə çox 
şeyləri anladan hikmət və  işarələr vardır: Həyy, Müdrik, 
Qədim, Mütəkəllim, Sadiq.  
1. Qadir-“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyəti: -Allah 
Qadirdir, yəni qüdrət sahibidir. İnsan əqlinə gələn və gəlmə-
yən hər bir şeyi icad edə bilər, bir şərtlə ki, o şeylərin vücuda 
gəlməsinin bir hikməti olsun.  
Qadir sifətinin bizdə olan əlaməti: -Bizi faili- muxtar 
yaratmasıdır. Yəni, bizə bəxş etdiyi bədəni, əzalarla birlikdə 
öz ixtiyarımıza buraxmış və biz istədiyimiz kimi yaşayırıq. , 
özümüzü hər  şeyə qadir bilirik. Bizim ən böyük imtahan və 
böyük sınağımız da elə özümüzü, həqiqətən də, faili–muxtar 
bilməyimizdir.  Əslində isə bütün ruh, bədən, həyat və 
axirətimizlə Qadir Allahın nəzarət, əmr və hökmü altındayıq.  
2. Alim: “Sifəti-sübutiyyə”sifətinin xüsusiyyəti: Allah-
Alimdir, yəni elmlidir. Həm də Onun elmi insanların elmi 
kimi deyildir. Allahın elmi özündəndir. Allah bütün möv-
cüdatı bilir, bütün məxluqatı elmi ilə tanıyır, nə yerdə nə də 
göydə, heç bir şey Onun elminin xaricindən çıxmaz. Alim-
sifətinin bizdə olan əlaməti: -Alim-Allahın bizə verdiyi əql və 
şüurdur ki, bu da bildiyimiz kimi ruhumuza bəxş edilmiş əzəl 
və əbədi nemətdir.  
3. Murid: “Sifəti-sübutiyyə”sifətinin xüsusiyyəti: -Allah 
idarə edəndir, yəni Allah yaratdığı  şeylərin xeyrini və 
vacibliyi məsləhət bildiyi üçün vücuda gətirib, yaratmadığı 
şeyləri isə Kainata və insanlara xeyri olmadığı üçün vücuda 
gətirməyib. Bütün felləri idarə edən odur, çünki bütün canlılar 
Allahın iradəsi ilə hərəkət edir.  
 
334
Murid-sifətinin bizdə olan əlaməti: -Qəza-qədərimizi 
əvvəldən yazan Adil Allah, bizə ağıl-şüur, sərbəst hərəkət və 
seçim qabiliyyəti vermişdir. Həmçinin  əməl və niyyətimizə 
görə qəza-qədərimizi dəyişdirməyə qadir olduğunu bildirərək, 
bütün seçimlərimizdə bizə sərbəst hərəkət etmək qabiliyyətini 
bəxş etmişdir.  
4. Həyy-“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyətləri: -
Allah-təala Həyydir, yəni diridir. Allahın diri olması canlı-
ların diri olması kimi deyildir. Allahın diri olmadığı vaxt 
olmayıb, gələcəkdə  də olmayacaq. Elm və qüdrəti olan bir 
zatın diri olması istər-istəməz labüddür. O, nə mürgüləyər, nə 
də  dərin yuxuya dalar. Göylərdə  və yer üzündə  hər nə var
Onundur. Həyy-sifətinin hikmətləri və  əlaməti: -Bu sifətin 
əzəmət və böyüklüyünü müqayisə etmək və özümüzün 
həqiqətən də yalnız Allahın yaratdığı bir varlıq olduğumuzu 
hiss etmək üçün açıq-aydın bir dəlildir. Hər gecə bizi öldürüb, 
səhər yenidən dirildən Allah bunu hər gün bizə xatırladır ki, 
“Mən sizi istədiyim vaxt öldürüb, istədiyim vaxt da 
diriltməyə qadirəm.”     
Bizdə olan Heyy sifətinin  əlaməti isə bizə  bəxş edib, 
əmanət verdiyi ruhun daim oyaq olmasıdır. Yəni, bizim cis-
mimiz yatsada, ruhumuz heç vaxt yatmır, o da Heydir. Çünki 
gözümüzü yumub yatdığımız zaman özümüzü unutmağımız 
ruhumuzun bədənimizi tərk edərək “Ruhlar aləminə” pərvaz 
etməsidir.  
 5.  Müdrik-“Sifəti-sübutiyyə”sifətinin xüsusiyyətləri: -
Allah dərk edən və  hər  şeyi biləndir. Onun insanlar kimi 
duyğu üzvlərinə ehtiyacı yoxdur. Dərk etmək onun zatında-
dır. O, hər  şeydən xəbərdardır, ona gizli qalan heç bir şey 
yoxdur. Müdrik-sifətinin hikməti: -Uca Allahın bizlərə bütün 
duyğu üzvlərini bəxş edib, bunları öz ixtiyarımıza verməsidir. 
Bununla belə, onların həvəs və hallarını, fitnə və fəsadlarını, 
rəzalət və xislətlərini, qəzəb və cihadını, niyyət və mətləbini 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə