Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə73/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   69   70   71   72   73   74   75   76   ...   84

 
315 
9.”Subhənəlləzi ləm yəlid vələm yuləd vələm yekulləhu 
kufuvən  əhəd”-Doğurmayan və doğmayan və Özü üçün heç 
bir yoldaşı olmayan zatı təsbih edirəm. (Əqaidi Kəstəli: 134) 
            
Şeytan əməlləri haqqında ayələr 
 
Bu haqda Qurani-Kərimdə buyurulur:  
ən-Nisa-117-119-Allahdan başqa bir şeyi, Şeytanı çağır-
mayın. Allah Şeytana lənət etdi və Şeytan dedi: -Əlbəttə, mən 
sənin bəndələrindən müəyyən olunmuş bir hissəsini götürə-
rəm, onların yüzdə doxsan doqquzunu öz ardımca apararam. 
Onları azdırar, uzun-uzadı ömür sürmək, hesab və kitabın 
olmaması kimi xülyalara salaram.  
əs-Səba-19-22-Şeytanın onların haqqındakı gümanı doğ-
ruldu. Möminlərin müəyyən hissəsindən başqa, qalanları 
onun arxasınca getdilər. Lakin Şeytanın onların üzərində bir 
qüdrəti yox idi, fəqət biz istədik bilək, kimlərin Qiyamətə 
imanı var və kimlər onun haqqında  şübhədədirlər və  sənin 
Tanrın hər  şeyin qoruyanıdır. De: -“Çağırın Allahdan başqa 
bildiyiniz allahları. Onlar göylərdə  və yerdə bircə  zərrəyə 
malik deyillər və yaranışda heç birisinin Onunla ortaqlığı 
olmayıbdır və Allaha dünyanı  və insanı yaratmaqda yardım 
etməyiblər. Allahın yanında heç kəsin  şəfaətinin faydası 
olmaz, məgər ki, o adamın haqqında O özü izn verə.  
ən-Ənam-129-Beləliklə, biz zalımların bəzisini digəri ilə 
dost etdik. Zalımlar və şeytana taqe olanlar dünyada olduqları 
kimi axirətdə də bir yerdə olarlar, birlikdə əzab çəkərlər.  
Açıqlama: Bu ayədən belə  məlum olur ki, Şeytanlar da 
Allahın izni olmadan heç kəsə müsəllət ola bilməzlər. Şeytan 
Allahla bu haqda şərt kəsib və Allah da icazə verib buyurub 
ki, Mənə və Peyğəmbərlərimə inanmayanlara müsəllət olam. 
Başqa bir ayədə isə Allah-təala bildirir ki, Şeytanlar 
Qurandan üz döndərən, ona inanmayan kəslərə nazil olarlar.  
 
316
Şeytan vəsvəsəsindən Allaha sığınaq 
 
ən-Nur-21-Ey möminlər!  Şeytanın izinə  və  vəsvəsəsinə 
tabe olmayın, onun dalınca getməyin. Hər kəs Şeytanın izinə 
tabe olsa, həqiqətən o sizi nalayiq işlərə sövq edər.  Əgər 
Allahın fəzli və  rəhməti olmasaydı, sizdən bir nəfər də pak 
olmazdı və əzabdan qurtulmazdı.  
əl-Əraf -200-202-Əgər  Şeytandan sənə  vəsvəsə yetişsə, 
Allaha pənah apar. Həqiqətən, Allah sənin dua etməyini və 
sənin işlərini biləndir. Allahdan qorxan kəslərə  şeytandan 
vəsvəsə  və xülyalar yetişən zaman, Allahın  əmr və  nəhyini 
yada salarlar, bilərlər ki, bunlar Şeytan tərəfindəndir. O 
zaman onlar bəsirət  əhli olarlar, xətanı düzlükdən ayıra 
bilərlər. Lakin Şeytanların qardaşları onları həlakətə çəkərlər, 
sonra da onlardan əl çəkməzlər.  
ən-Nisa-120-121-Şeytan onlara yalnız aldanmağı  vəd 
edər. Vəsvəsə edər ki: ”Allah kərimdir, axırda tövbə edər-
sən”. Allah öz rəhmətini şeytana ibadət edənlərdən uzaq etdi. 
Hər kəs Allaha itaət etməyi tərk edərək  şeytanı özünə dost 
tutsa, ömür sərma-yəsini verib, behişt  əvəzinə  Cəhənnəmi 
qazanar. Cəhənnəmdə qaçmağa yol tapmazlar.  
Açıqlama:  Şeytanın fitnələrindən qurtarıb, həqiqi Allah 
dostu olmaq istəyən insan qarşısındakı üç əngəli qaldırmaq 
məcburiyyətindədir:  
1-ci  Şeytan və onun aşılamaq istədiyi pis duyğu və 
düşüncələri.  
Bu haqda Qurani-Kərimdə belə buyurulur:  
əl-Həşr-15-  Şeytan insanı küfr və inkara sövq edər və 
deyər: ” Allaha kafir ol! Kafir olduqda, mən səndən uzağam, 
mən aləmlərin pərvərdigarı olan Allahdan qorxuram.” 
2-ci Nəfs və arzuları ilə insanı daima çirkin, pis əməllər 
işlətməyə sövq etmək istər. Çünki nəfs gerçək yaradılışı ilə 


 
317 
alçaq və qüsurludur. Uca Allah bu önəmli məsələni Yusif 
Peyğəmbərin dilindən bu sözlər ilə dilə gətirir:  
-Yusif-40  Şübhəsiz ki, nəfs sahibini daima pis işlər 
görməyə, pisliklərə sürüklər.  
əl-Naziat-40 Allahın hüzuruna çıxaraq hesab verməkdən 
qorxan və nəfsinin çirkin istək və arzularını boğan kimsənin o 
biri dünyada sığınacağı yer, şübhəsiz ki, Cənnətdir.  
3-cü Dünya və insanı yolundan azdıran dünya işləri. 
Dünya, daima dünya işlərini axirətdən üstün tutar. Bu 
səbəbdən Allah-taəla insanı dünyanın keçici və aldadıcı 
gözəllikləri ilə xəbərdar edər.  
əl-Naziyat-7 Allaha qarşı dikbaşlıq edən və dünya hə-
yatını istəyən kimsənin sığınacağı yer, şübhəsiz ki, Cəhən-
nəmdir.  
Şeytanın əsas məqsədi, istəyi və ən böyük arzusu insanı 
dinindən edib, özünə Cəhənnəmdə əbədi olaraq qalacaq dost 
toplamaqdır.  
əş-Şüara-212-Həqiqətən,  şeytanlar mələklərin sözlərini, 
ya  Allahın vəhyini eşitməkdən kənar olunmuşlar.  
əs-Saffat-6-10-  Şübhəsiz, biz aşağı göyü ulduzlarla süs-
ləndirdik. Onu itaətdən çıxmış, azğın  şeytanlardan qoruduq 
ki, şeytanlar yuxarı aləmdə olan mələklərin dediklərinə qulaq 
asıb, ülvi aləmin sözlərini eşitməsinlər və  hər tərəfdən 
qovulsunlar. Əgər birdən şeytanlar bir şeyi oğurlayarsa, onda 
onları parlaq ulduzlar təqib edib üstlərinə  hər tərəfdən 
yandıran ox atarlar. Onlar üçün həmişəlik  əzab var. Əgər 
şeytanlardan biri mələklərdən bir söz oğurlayıb öyrənsə, onu 
işıq saçan və yandıran od tutub yandırar.                     
əş-Şüəra-221-223-Şeytanların kimə nazil olduqlarını sizə 
xəbər verimmi? Hər yalan danışana, adını kahin qoyaraq 
xalqı aldadanlara nazil olarlar. Şeytanların sözünə qulaq 
asarlar və deyərlər ki, şeytanlar bizə xəbər vermişlər. Onların 
çoxu yalan danışanlardır.  
 
318
Şeytanların qeybdən xəbərləri yoxdur 
 
Şeytanların bütün məşğuliyyətləri və  səyləri insanları 
imandan uzaqlaşdırmaq, onlara günah işlər gördürərək kafir 
olmaları üçün çalışmaqdır. Bəşəriyyətin mənəvi yüksəlişində, 
Allaha xidmət vəzifəsini yerinə yetirməsində ən böyük maniə 
şeytandır. Qurani-Kərimdə  şeytan insan üçün “əduvvu-
mubun”-“açıq düşmən “ kimi vəsfləndirilmişdir.  
Şeytan  şübhə  və fitnələrə qarşı meyilli olduğuna görə 
insanın nəfsi, qəzəb və nifrət hissləri vasitəsilə onda vəsvəsə 
hissi yaradaraq, onu öz təsiri altına alır, insanı bir çox mənəvi 
fəlakət və ziyanlara sürükləyir.  
Əslində, şeytanlar kainatda icad və əməl baxımından heç 
bir qüvvəyə malik deyillər. Onlar Allahın mülkinə heç bir 
müdaxilə edə bilməzlər. Deməli, Allah istəməsə şeytanlar və 
insanlar, heç kəsə heç bir ziyan vura bilməzlər.  
İnsanın həsəd, şəhvət hisslərinin rəzalətləri olan: -qeybət, 
vaxtını boş keçirmək, tamah, tələsmək, xəsislik, elmsizlik və 
sair bu cür halları vasitəsilə, şeytan ona müsəllət olaraq onu 
uçuruma aparır. Bu barədə  hədisdə belə buyurulur: -Şeytan, 
qan orqanizmdə dövr edən kimi insan bədənində gəzir. Onun 
yollarını ac qalmaqla, oruc tutmaqla daraldın.” 
Əslində,  şeytanın tək halda qüvvəsi yoxdur. Şübhə  və 
fitnələri də  zəifdir. Lakin əməlləri təxribat, pozub-dağıtmaq 
olduğundan, kiçik şübhə  və fitnələrlə böyük nəticələr  əmələ 
gətirir, böyük ziyanlar verir, buna görə  də qüvvətli sayılır. 
Bütün bunları  dərk etməyə çalışaraq  şeytandan qorunmaq 
üçün yalnız Allaha və Qurani- Kərimə sığınaraq, özümüzü öz 
hisslərimizdən və şeytanın vəsvəsəsindən qoruya bilərik.  
Adəm də  İblis kimi Allahın  əmrindən çıxdı, lakin öz 
əməlinə görə tez tövbə edərək kafirlərdən olmadı. İblis isə öz 
hərəkətlərində israrlı olaraq Allaha tövbə haqqında heç dü-
şünmədi. Deməli, Tanrı bizim günahlarımızın böyüklüyündən 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə