Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə70/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   66   67   68   69   70   71   72   73   ...   84

 
303 
şeyə qalibdir), Cəbbardır (qullarının hallarını və ehtiyaclarını 
düzəldəndir). Varlığı çox ucadır. Mütəkəbbirdir (əzəmət və 
yaxşılıq sahibidir), Allah müşriklərin ona qoşduğu adlardan 
Münəzzəhdir.  
Odur yeganə Allah ki, Haqdır (hər şeyi yaradıb, nəzarət 
edəndir), Bəridir (yoxdan var edəndir), Musavvirdir (bütün 
varlıqlara  şəkil verəndir),  Əsməul-hüsnədir-ən gözəl isimlər, 
Onundur. Bütün göylərdə  və yerdə olanlar, hey onu təsdiq 
edir. O, Əzizdir (hər  şeyə qalib və  hər kamala sahibdir), 
Həkimdir (hikmət sahibidir).  
Açıqlama: -Qeyd edildiyi kimi Bəqərə surəsinin-285 və 
286-ci ayələri Peyğəmbərimizə  Cəbrail (ə. s. ) vasitəsi ilə 
deyil, Peyğəmbərimiz (s.ə.s.) Meracda olarkən Allah-təala 
tərəfindən vəhy edilmişdir. Bu ayələr haqqında Peyğəmbəri-
mizdən belə  hədis buyurulur: -“Allah-təala Bəqərə surəsini 
tamamlamaq üçün, bu iki ayəni,  Ərşi-Əlasının altındakı bir 
xəzinədən mənə verdi.” 
Peyğəmbərimiz  əlavə olaraq buyurdu: “Bu iki ayəni 
öyrənin, ailə və uşaqlarınıza da öyrədib, əzbərlədin. Çünki bu 
iki ayə Rəhmətdir, həm Qurandır, həm də ki, duadır.” 
Bu iki ayənin mənəvi bərəkəti çox böyükdür. Belə rəva-
yət olunur ki, Cəbrail (ə. s.) da bu dua oxunub qurtardıqdan 
sonra “Amin-Ya Rəbbi, qəbul buyur” deməsini Peyğəmbə-
rimizə söyləmişdi.  
əl-Bəqərə-286-“a-mənər rasulu bimə un`zilə ileyhi mir-
rabbihi vəl muminun, kullun ə-mənə billəhi və mələikətihi və 
kutubihi və rusuluhu lə nufərriqi bey`nə  əhədim mirrusuluh, 
və qalu səmi`ənə  və  ətəə`nə  ğufranəkə rabbənə  və ileykəl 
məsır. Lə yukəllifullahu nəfsən illə vusəhə ləhə mə kəsəbət və 
əley`hə məktəsəbət rabbənə lə tuə`xiznə in nəsinə əv əxta`nə, 
rabbənə və lə təhmil əley`nə ıs`ran kəmə həməltəhu ələlləzinə 
min qablinə, rabbənə və lə tuhəmmil`nə mə lə taqata lənə bih, 
 
304
və  ə`fu  ənnə  vəğfir lənə  vər`həmnə  əntə  məv`lənə  fənsurnə 
ələl qovmil kəfirin.” 
Mənası-Allah-təala Merac gecəsi buyurdu: ”Allah yalnız 
gücü, taqəti miqdarında təklif edər. Nəfsin qazandığı xeyir də, 
şər də özü üçün xeyirli və zərərlidir.” Peyğəmbər dedi: Allah-
təala buyurdu ki, bu cür dua edin: ”Pərvərdigara,  əgər unut-
saq, ya səhv etsək bizi cəzalandırma. Pərvərdigara, bizdən 
əvvəlki kəslərə  təklif etdiyin kimi, ağır təklifləri bizim boy-
numuza qoyma. Pərvərdigara, gücümüz çatmayan ağır tək-
lifləri bizim öhdəmizə vermə. Bizim günahımızdan keç, bizi 
bağışla, bizə rəhm et.  
           
Nadu Əli duası haqında 
 
Böyük çətinliklərdən nicat tapmaq üçün oxunan dua-
lardan biri də, ”Nadu Əli” duasıdır. Bütün əməllərimiz niy-
yətə bağlıdar. Atalar demişkən: “Nuyyətin hara, mənzilində 
ora.” Bu səbəbdəndə niyyətlərimiz gözəl olacaq, düşmən-
lərimizi isə bir olan Allaha rücuh edəcəyik. Bu duanı daima 
oxumaqla insan, bir sıra çətinliklərdən qurtula bilər. O 
cümlədən:  
 1.”Nadu  Əli” (ə) duasının gündə azı yüz on dəfə 
oxunmasının itmiş  şeyin tapılmasında və itmiş  şəxsin 
qayıtmasında çox böyük təsiri var.  
2. Bir qrup adamın ucbatından çətinliyə düşən  şəxs bu 
duanı yeddi dəfə oxuyub onlara tərəf üfürsə, onların heç 
birindən zərər görməz.  
3. Düşməndən qorxan şəxs Nadu Əli duasını iyirmi yeddi 
dəfə oxusa, düşmənləri pərakəndə salıb məğlubiyyətə uğradar 
4. Mühüm çətinliklərin həlli üçün min dəfə oxumaq 
lazımdır.  
5. Əgər rəsmi dairə işçisi üçün oxusa, onun yanında sözü 
keçər.  


 
305 
6. Cümə gününün əvvəlində on iki dəfə oxuyan şəxsin 
sözü keçərli olar.  
7. Böhtana düşmüş  şəxs onu dəf etmək üçün səhər və 
axşam qırx dəfə                    Nadu  Əli duasını oxusa, şərdən 
qurtarar.  
8. Var-dövlətli olmaq üçün, hər gün səhər on iki dəfə 
oxumaq lazımdır.  
9. Var-dövlətin artması üçün hər gün otuz bir dəfə 
oxumaq lazımdır.  
10. Düşmənlərə  qələbə çalmaq üçün, hər gün on yeddi 
dəfə oxumaq lazımdır.  
11. Pis niyyətli şəxslərin ağzını bağlamaq üçün on yeddi 
dəfə oxumaq lazımdır.  
12. Mühüm çətinliklərdən çıxış yolu tapmaq üçün hər 
gün otuz dörd dəfə oxumaq lazımdır.  
13. Göz ağrısı üçün, üç gün, iyirmi dəfə oxumaq 
lazımdır.  
14. Xəzinələri ələ gətirmək və muharibələrdə qələbə əldə 
etmək üçün qırx dəfə oxumaq lazımdır.  
15. Həzrət Məhəmməd Peyğəmbəri (s.ə.s.)yuxuda 
görmək üçün hər gecə yeddi dəfə oxumaq lazımdır.  
16. Həbsdən xilas olmaq üçün yeddi gün(hər gün) on altı 
dəfə oxumaq lazımdır.  
17. Bağlı qapıların və  bəxtin açılması üçün hər gün əlli 
dəfə oxumaq lazımdır.  
18. Sirlərin aşkarlanması və dövlətli olmaq üçün hər gün 
on altı dəfə oxumaq lazımdır.  
19. Düşməndən amanda qalmaq üçün səkkiz gün və hər 
gün on səkkiz dəfə oxuyub o şəxsə tərəf üfürmək lazımdır.  
20. Elm əldə etmək üçün sübh namazı vaxtı on yeddi 
dəfə oxumaq lazımdır.  
 
306
21. Hacətin rəva olması  və istəklərin padşah (rəhbər və 
ya yüksək rütbəli  şəxslərin) yanında qəbul olması üçün altı 
gün müddətində hər gün yüz dəfə oxumaq lazımdır.  
22. İzzətli olmaq üçün hər gün on dəfə oxumaq lazımdır.  
23. İki zalımın arasında düşmənçilik salmaq üçün hər gün 
iyirmi dəfə oxumaq lazımdır.  
24. Düşmənin avara və  sərgərdan olması üçün hər gün 
otuz dəfə oxumaq lazımdır.  
25. Bir dəstənin arasındakı ixtilafı aradan qaldırmaq üçün 
hər gün otuz dəfə oxumaq lazımdır.  
26. Düşmənlərin məğlub olması üçün gündə yüz dəfə 
oxumaq lazımdır.  
27. Qəlbin qüvvətlənməsi üçün hər gün iyirmi beş  dəfə 
oxumaq lazımdır.  
28. Düşmənin ürəyinin yumşalması üçün altı gün hər gün 
yüz dəfə oxumaq lazımdır.  
29. Düşmənin hiylə  və tüğyanının qarşısını almaq üçün 
hər gün yüz dəfə oxumaq lazımdır.  
 
 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə