Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə76/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   72   73   74   75   76   77   78   79   ...   84

 
327 
Elə bu dünyadakı bəla atəşini də söndürən bu nurdur. Biz 
də  əgər səbrlə Haqqa sığınsaq mükafatını görərik. Bəlanın 
sənə  gəlməsi səni həyəcana salmasın. Yaxınlaşması  səni 
çəkindirməsin. Çünki bəla səni öldürmək üçün gəlməz, səni 
sınaq etmək üçün gələr, imanın dərəcəsini ölçmək üçün gələr. 
Haqqa olan bağlılığını qüvvətləndirmək istər. Sənin Onunla 
danışmağını, sənin Ona dua etməyini istər. Səndən məmnun 
olar. Bu haqda Allah-təala bizə belə buyurur: - "Biz sizi 
imtahan edərik. Ta ki, içinizdəki mücahidləri anlayaq ... Və 
işlərinizdən xəbərdar olaq. " Haqqa qarşı imanın doğru olması 
və Onun işlərinə boyun əyib razılıq göstərməyin yenə Onun 
sənə bir lütfü və mərhəmətidir. Bunu belə bil və sonuna qədər 
səbrə davam et. Allahla danış, Onu öz halından, yalvarış  və 
dualarla xəbərdar et. Artıq bundan sonra Allahdan başqa heç 
kəsdən heç nə gözləmə. Pis günündə hamının yanından 
qaçdığını  və Allahdan başqa yanında heç kəsin olmadığını 
görərsən. Dinimizi, yəni özünün mənliyini , kimliyini 
öyrənməyə çalışaq və onu dərk etməyə çalışaq. Çətin anında 
miskin-miskin oturma. Qədərə  təslim olub qalma ... Allahın 
əmrlərini yerinə yetirmək üçün bütün gücünü qüvvətini sərf 
et. Aciz qalsan Allahdan kömək istə. Ona dua et, yalvar. de, 
görəsən: - "Nə üçün ibadətdən geri qaldım? "De və səbəbini 
araşdır. Bəlkə  də buna səbəb sənin bəzi lazımsız  şeylər 
istəməyin olmuşdur. Bəlkə  də  bəzi  ədəbə uyğun gəlməyən 
hərəkətin olmuşdur. Bəlkə ibadətim zəif oldu, ya da ki, 
gücümə qüvvətimə, elmimə, nəfsimə, ailəmə, qohum-
qardaşlarıma, elimə-obama güvəndim ... Allaha qarşı ortaq 
etdim… Nəticədə, bunların hamısı  həlakımıza səbəb oldu. 
Allah da buna görə  rəhmət qapılarını bağladı. Xidmətindən 
qovdu. Köməyini kəsdi. Yaxşılıq üzünü səndən çevirdi. Və 
nəhayət səndən küsdü, incidi. Dünyavi , nəfsi, şəxsi arzuları 
başımıza bəla etdi ... Bu səbəbdən Allahdan başqa nə varsa 
hamısı yalandır. Çünki səni onlar deyil Allah yaratdı.  Əsla 
 
328
pisliklər edərək nəfsinə zülm etmə. Əgər, Yaradanın əmrlərini 
buraxıb, başqasıyla məşğul olsan, o səni atəşə atar. Elə atəş 
ki; onu alovlandıran insanlar və küfr daşıdır. Sonra peşman 
olarsan lakin bihudə. Üzr istəməyin də artıq gecdi, Təkrar 
yaxşılıq etmək üçün dünyaya dönmək istəyərsən, kimsə səni 
geri göndərməz. Özünə acı, özünə yazığın gəlsin…ona 
mərhəmət et. Sənə verilən duyğularını iman yolunda, yaxşı 
işlərdə, itaət və ibadət yolunda sərf et. . Bunlarla bacarıq 
qazan, elm öyrən. Bu ibadət və  mərifət nuru ilə zülmətləri 
aydınlatmağa çalış. Əmri tut. Qadağalardan qaç. Haqq yolda 
bu ikisi ilə get. Səni, ilk əvvəl torpaqdan insan edən Xaliqini 
inkar etmə! . . Onun əmrindən başqa bir şey istəmə. Dünya və 
axirət üçün əlindəkilə kifayətlən. Dünya və axirət üçün 
pıslədiyimiz şeyləri pis olaraq bil. Hər sevilən, istənilən Allah 
üçün istənməli. Və  hər istənilməyən yenə, Onun üçün istə-
nilməməlidir. Əgər sən, Allahın əmrində olsan, bütün canlılar 
da sənin  əmrində olar. Və  əgər Allahın qadağan etdiyi şey-
lərdən qaçsan bütün pisliklər də səndən qaçar. Harada görsən 
daim yaxşılıqla qarşılaşarsan. Allah-təala Peyğəmbərlərinə 
göndərdiyi bəzi kitablarda belə buyurmuşdur: - "Ey Adəm 
oğlu! Mən elə Allaham ki, Məndən başqa ilah yoxdur; bir 
şeyə Ol! desəm, olar. Mənə itaət etsən, səni də  mənim kimi 
edərəm. Hər nəyə qalib olmaq sənə  nəsib olur! "Yenə 
buyurmuşdur: - "Ey dünya! Mənə ibadət edənə sən kömək et 
... Sənin dalınca qaçanı da yor! . .  
          
Ölüm haqqında 
 
Həyatı və ölümü yaradan Allaha həmd olsun. (Hicr 23)-
“Həqiqətən dirildən də, öldürən də və hər şeyə varis olan da 
bizik.” 
Allah insanı sevə-sevə yaratmış və hər şeyi onun xidmə-
tinə vermiş və ona mələklərdən də artıq dəyər vermişdir. Uca 


 
329 
Allah insanı ancaq yaşayıb, yeyib-içib əylənib və sonunda da 
yox olmaq üçün yaratmamısdır. (Muminin, 115)-də buyurur 
kı: -“Yoxsa sizi əbəs yerə yaratdığımızı  və hüzurumuza 
qaytarılmayacağınızı güman edirsiniz?”Başqa bir ayədə isə 
belə buyurur ki, ”-Məgər insan, elə güman edir ki, o, başlı 
başına cəzasız buraxılacaq”-( Qiyamət, 36. )Bu ayələrdən də 
görundüyü kimi, Allah insanı müəyyən məqsəd üçün yaratmış 
və bu dünyada etdiyi əməllərin hesabını onun hüzurunda 
mütləq verəcəkdir.                                                                                     
Allah insanı özünə ibadət üçün yaratmış.”-Əcəl gəlib 
çatana qədər ibadət et!”-(Hicr 99) - buyurmuşdur.                                   
Mülk surəsinin 2-ci ayəsində uca Allah belə buyurur;”-
Hansınızın  əməlcə gözəl olduğunu sınamaq üçün ölümü və 
həyatı yaradan Odur. O, yenilməz qüdrət sahibidir çox 
bağışlayandır.”                 
İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı 
insanlar bir –birindən fərqlənib secilməsi üçün bu dünyada 
imtahandan keçirilirlər. Dünya həyatından sonra tam ayrı bir 
sonsuz həyat başlayacaq. Axirət bu sonsuz həyatın adıdır. 
Axirətə inam öldükdən sonra diriləcəyimizə, dünyada 
etdiklərimizə görə sorğu-sual ediləcəyimizə  və sonunda 
cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır.               
Can üstündə olan insan ölümün sıxıntısı, acısı, qəm və iztirabı 
ilə boğuşmaqdadır. Bədənindən ruhunu cəkib çıxarmaq üçün 
Ölüm mələyi  əlini sənin ağzına doğru uzadarkən ona 
baxırsan. Artıq ölüm mələyi ayağından başlayaraq ruhunu 
çəkməyə başlayır. Ölumlə çarpışmanın agrısını ayagının ta 
üstündə hiss edirsən. Sonra ruhun ayaqdan yuxarıya olmaqla 
bütün bədənindən çəkilir.  İzah olunmaz ağrı bütün bədənə 
yayılaraq, ölüm sıxıntısı ilə  qəlb çırpınmağa başlayır.  İnsan 
ölüm ağrısı ilə çırpınarkən Ölüm mələyinin çöhrəsi ilə üz-üzə 
gələcək. Bu çöhrə, o zamanadək gördüyün ən ğözəl və ya ən 
çirkın çöhrə olacaq. Dünyadaki müddətinin bitdiyini, ruhunun 
 
330
bir quş kimi qəfəsdən çıxıb azad olduğunu başa düşdükdə o, 
anda könlünə son dərəcə kədər, üzüntü və ya nəşə və sevinc 
hakim olar. Sonra isə hansı müjdə ilə qarşılaşacağının xiffəti 
səni daha da sıxır.  
Hər insan əcəli gələndə ölər. Ölum insanın yox olması 
demək deyildir. Yalnız ruhun bədəndən ayrılması  və sonsuz 
bir aləmə köçməsidir. İnsanın ölümüylə bədəndən ayrılan ruh 
, Axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayır. 
Qəbirdə Mühkər və  Nəkir adında iki mələk insana bir sıra 
önəmli suallar verərlər. Bu sualların başlıcaları: ”Rəbbin 
kimdir?Dinin nədir ? Peyğəmbərin kimdir? Kitabın nədir? 
suallarıdır. Ölümdən sonra dirilib hesab verməyə inanmaq 
imanın bir şərtidir. Bu, gecədən sonra səhərin, bahardan sonra 
qışın gəlməsi kimi labüddür. Ölümlə ikinci dəfə doğulacağıq. 
Dunya bir tarla, məhşər bir xırman, Cənnət və Cəhənnəm isə 
anbardır sanki. Bütün yaxşılıqlar, gözəlliklər, faydalı  və 
xeyirli insanlar Cənnətə toplanacaq. Hər cür pislik
çirkinliklər, zərərli və xeyirsiz insanlar isə  Cəhənnəmə 
toplanacaqlar.  
Sevgili Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) qəbirdə 
insanların bu fərqli halını belə  təsdiqləmişdir: ”Qəbir, hər 
insan üçün dünyadakı durumuna görə ya Cənnət bağlarından 
bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur. ”Bun-
dan aydın olur ki, hər insan vəziyyətinə uyğun olaraq qəbir 
həyatı yaşayacaq. Zəlzələ surəsi 7-8-ci ayələrdə göstərildiyi 
kimi “Kim (dunyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun 
xeyrini görəcək (mükafatını alacaqdır). Kim zərrə qədər pis iş 
görmüş olsa, cəzasini çəkəcəkdir.  
İnsanlar ölum saatından başlamış Qiyamətədək Bərzax 
aləmində qalacaqlar. Necə ki, ”Mulk”surəsi-100-cu ayədə 
deyildiyi kimi-“Onların önündə dirilib (haqq- hesab üçün 
Allahın hüzurunda) duracaqları günə, (Qiyamət gününə) 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə