205
27.”Əziz” (dəyərli, qiymətli) Casiyə surəsi 41-42-ci
ayələr, 13) Fussilər-41-Özlərinə Quran
gəldiyi zaman onu
yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar). O
(Quran), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır.
28.”Əzim” (əzəmətli) Hicr surəsi 87-ci ayə,
29.”Kərim” (uca və kəramətli) Vaqiə surəsi-77-79-cü
ayələr,
30.”Sirac” (çıraq) Əhzab surəsi-46-ci ayə,
31.”Munir” (nurlu) Əhzab surəsi -46-ci ayə,
32. “Bəşir” (müjdə verən) Fussilət-3-4-Özlərinə Quran
gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına
çatacaqlar). O (Quran), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir
kitabdır. Bu Quran) həm (möminlərə Cənnətlə) müjdə
verəndir və həm də (kafirləri cəhənnəm əzabı ilə) qorxudan.
Onların (Məkkə əhlinin) əksəriyyəti (Qurandan) üz döndərib
(onu) dinləməz (Allahın kəlamının qüdsiyyəti, hikməti
haqqında düşünməz).
33. “Nəzir”(qorxudan) Fussilət surəsi-3-4-cü ayələr,
34.”Sırat”(düz yol) Fatihə surəsi 6-cı ayə,
35.”Həbl”(möhkəm ip) Ali-imran surəsi 103-cü ayə,
36.”Ruh” (vəhy): əş-Şura-52-(Ya Rəsulum! Əvvəlki
Peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə
əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən
Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir,
iman nədir
bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq
yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla
insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa
qovuşdurursan).
37.”Qəsəs” (əhvalatlar) Yusuf surəsi 3-cü ayə,
38.”Fəsl” (ayırd edən) Tariq surəsi 13-14-cü ayələr,
39.”Nucum” (burada Quranın tədrici nuzulu) Vaqiə
surəsi 75-ci ayə,
40.”Əcəb”(təəccüb doğuran) Cinn surəsi 1-ci ayə,
206
41.”Qəyyim” (düzgün dayaq) Kəhf surəsi 1-2-ci ayələr,
42.”Mubin” (açıq-aydın) Yusuf surəsi 1-ci ayə, əl-Mubin
(Açıq-aydın): əl-Maidə-15-Ey kitab əhli! Sizə kitabda
(Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu
bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və
ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq
Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran)
gəldi.
43. “Aliy”(çox uca) Zuxruf surəsi 4-cü ayə,
44.”Kəlam” (söz) Tövbə surəsi 6-cı ayə,
45.”Qavl” (söz) Qəsəs surəsi 51-ci ayə,
46. “Bəlağ” (öyüd-nəsihət) İbrahim surəsi 52-ci ayə,
47.”Mütəşabih” (bənzər) əl-Məsani: əz-Zumər-23-Allah
sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbər-
ləri və hekayətləri, əmrləri və qadağanları,
vədləri və təhdid-
ləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın
təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar.
Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra
ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın
hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın
(küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı
kimsəyə isə heç bir yol göstərən olmaz!
48. “Arabi” (ərəb dilində) Zümər surəsi 28-ci ayə,
49.”Adl” (insaflı) Ənam surəsi 115-ci ayə,
50.”Buşra” (müjdə) Nəhl surəsi 89-cü ayə, əl-Bəqərə-97-
(Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu
(Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici,
möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə
sənin qəlbinə o nazil etmişdir.
51.”Əmr” (iş, göstəriş) Təlaq surəsi 5-ci ayə,
52.”İman” (inanılası həqiqət) Ali-imran surəsi 193-cü
ayə,
53.”Nəbə” (xəbər) Nəbə surəsi 2-ci ayə,
207
54.”Vəhy” (Allah kəlamı) Ənbiya surəsi 45-ci ayə,
55.”Elm” (ilahi bilik) Rədd surəsi 37-ci ayə.
Göründüyü kimi bu iki ayədə “İzzət” ismi, qüdrət və
təsəvvüfu, “Hikmət” ismi isə həmd və elm kamalını bildirir.
Qurana nə qədər vəsf və gözəllik daşıyan adlar verilsə də bu
cür adlar Quranın ecazkarlığı qarşısında öz zəifliyini göstərir.
Unutmamalıyıq ki, yuxarıda sadalananlar Qurani-Kərimin
adları yox, onun sifət və vəsfləri sayılır.
Dua etmək
Gecə yarısında günəşin ilk şüaları görünənədək
israrla
edilən ibadət və duaların xüsusi təsiri vardır. Səcdə halında
bədəndəki qan güclü surətdə başa, beynə axdığından, oksigen
və digər enerji qaynaqları beyni daha yaxşı qidalandırır. Bu
səbəbdən də səcdə halında edilən dualar daha güclü dalğalarla
yayılır. Duanın təsirini gücləndirən və gerçəkləşdirən ən
önəmli amil, dua anında insanın şüurunun vəsvəsə halından
çıxaraq istək və iradəsini Allaha bağlamasıdır. Dua əsas eti-
darı ilə beynin, ruhun və ağlın Allaha yönəlmiş dalğalarıdır.
Bu səbəbdən də təsirlənərək, titrəyərək edilən duanın
təsiri
daha güclü olur. Necə demişlər ki, ” Məzlumun duası yerdə
qalmaz, ahh qazanan fərəh tapmaz.”
Dua edərkən əllərimizi qaldırıb(qoltuğun altı görünən
qədər) və əlləri bir-birindən 30 sm-ə qədər aralı tutaraq dua
etdiyimiz zaman bizim bioenerjimiz daha çox sahəni əhatə
edir. (Qadınlar əllərini sinələri müqabilində tutmalıdırlar)
Deməli, səcdə halında olanda və əlləri qaldıraraq dua edəndə,
bir də toplum halında dua edəndə, səsimiz az qala Ərşə çatar.
Allah bizdən göyə qalxan xeyir dualara qarşılıq olaraq xeyir
işlər, sevinc və fərəh qismət edər. Bəd dualarımıza qarşılıq
olaraq isə bəlalar,
təbii fəlakətlər, xəstəliklər, müharibələr və
bir çox bunun kimi müsibətlər üzərimizə endirər. Dua
208
etdiyimiz zaman ancaq xeyirli dualar edəcəyik, çünki kainat
bizdən qalxan qüvvəni elə özümüzə də qaytarır. Sizə zülm
edənləri, sizin üstünüzə yalandan şər atanları, sizi güdüb,
ararşdıranları, bütün günü paxıllıq
səbəbindən sizi düşünərək
öz həyatlarını zəhərləyənləri isə Allaha rücuh edəcəyik. Onlar
üçün Allaha dua edəcəyik ki, bizdən əl çəksinlər. Allah dua
edəcəyik ki, Allah onlara daha gözəl, sizdəkindən də yaxşı
şeylər qismət etsin ki, daha sizi unutsun və elə özünə başı
qarışsın. Hətta arada ona hədiyyə də göndərəcəyik ki, bu
dünyada günahlarınızı öz boynuna götürür, Əbədi
dünya da,
Siratda da sizin günah yükünüzü o daşıyacaqdır. Bu səbəbdən
də sizin üçün danışılan şər, yalan sözbətləri eşidəndə, həqiqəti
sübut etməyə çalışmayın. Onda həm zəifləyərsizin, həm də ki,
abrınız gedər. Bu zaman Allaha şükürlər edin ki, yalan, şər
danışan adam sizin yükünüzü daşıyır, ona qulaq asıb,
inanan
və təsdiq edəni isə nə yaxşı ki, Allah sizdən tez uzaqlaşdırdı.
Deməli, Allah sizi özgənin pis fikirlərinə inanaraq, öz əqidə,
düşüncə və öz dünya görüşü olmayan insandan elə şər adamın
vasitəsilə uzaqlaşdırdı. Bəlkədə o sizə yaxınlaşmış olsaydı,
siz daha pis zərərlər görmüş olardınız. Allah da şər adamın əli
isə pisi sizdən uzaqlaşdırdı. Əgər onun qəlbində sizə qarşı
həqiqi , dürüst fikirlər olsaydı, o heç vaxt pis danışana qulaq
asmazdı. Çünki Allah hamımıza ağıl, göz, qulaq və duyğu
üzvləri bəxş etmişdir və hər kəs yalnız öz bəsirət gözü ilə
insanları ayırd etməlidir. Özü kimin kim olduğunu duy-
malıdır. Əgər bu hisslər bir insanda yoxdursa və özgələrinin
fikirləri
onun üçün önəmlidirsə, deməli o insan bütöv
deyildir. Öz duyğularının, nəfsinin və düşüncələrinin sahibi
olmayan insanlar elə sizdən uzaq olsalar o qədər yaxşıdır.
Bütün bu hallarla rastlaşmağımızın dərəcələri Allahın bu
dünyadakı sınaq və imtahanından asılıdır. Həm də yuxarıda
qeyd edildiyi kimi zalımlar Allahın qılınclarıdır və Allah bizi
günahlarımıza görə cəzalandırmaq istədikdə, zalımların əli ilə