197
Maşaallah
Sahib olduqların ilə səni bağlayan bağ nədir? Əlindəkilər
nə qədər əlində qalacaqdır? Əlindəkilər əlində qalsa belə, sən
özün onu nə vaxtacan tutub saxlaya biləcəksən? ”Mənim”
dediyin
hər şey, indi sənin yanında olandır. Uşağın, ailən,
anan, baban indi yanındadır. Qəlbinin sevinci, hər gün
gözlərinin sevgi ilə baxdığı o üzlər ayrılığa məhkumdur.
Sevdaların hamısı bir vida gününə aparır. Bir gün ya sən
onlara vida edəcəksən, ya onlar sıra ilə sənə vida edəcəklər.
İndi, burada bir yerdə olmanız yalnız Allahın istəyidir.
Allahın sahib olduqlarını sənin yanında olmasını istəməsidir
sənin zənginliyinin səbəbi. O sənə sonsuzluq vəd etməsəydi,
axırda sonsusluğun olduğu, bu son sözü verməsəydi indidən
aranızdakı sevgilər, yoxluğa gedəcəkdi.
Sahib olduğun hər
şey, heçliyin rüzgarlarında sovrulub, öz mahiyyətini itirə-
cəkdir. Bu səbəbdən də sən heç bir şeyə “mənimdir” demə.
De ki, sadəcə yanımdadır. Çünki onu yanımda tutan Rəb-
bimin istəyidir. De ki, Maşaallah!” Allah belə istəmişdir.
Şükür etmək
İnsanın əldə etdiyi nailiyyətlər, üzləşdiyi xoş hadisələr,
eşitdiyi yaxşı xəbərlər, ona verilən ucsuz- bucaqsız, sada-
lamaqla bitməyən nemətlər qarşısında bütün bu gözəllikləri
bəxş edən Allaha minnətdarlıq mənasında işlətdiyi ifadədir.
Allaha şükür-insanın səmimi-qəlbdən bildirdiyi təşəkkürüdür.
İnsan digərinə bir yaxşılıq etdikdə,
yaxud bir şey verdikdə və
s. qarşı tərəf ona öz təşəkkürünü bildirir. Əks halda nankorluq
etmiş olar: ”(Allah buyurdu): Əgər (Mənə) şükür etsəniz, sizə
(olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz,
(unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”
(İbrahim -7).
198
Həyatımızda əldə etdiyimiz hər bir şey, hətta bizə
bağışlanan hədiyyələr də elə Allah tərəfindən olan bir paydır.
Buna görə isə həmin yaxşılığa nankor olmamaq, “Şükür
Allaha” demək lazımdır. Bu, bəndənin bir sədaqət rəmzidir:
”Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün
əzab
versin ki, Allah şükrə qiymət verəndir.” (Nisa-147).
Bunu xatırladaq ki, şükür ”Ya Rabbi! Ehsan buyurduğun
nemətlərinə görə təşəkkür edirəm” demək deyildir. Şükür-
Allahın verdiyi ehsanları, münasib yerlərə sərf etmək, bütün
insanlarla paylaşmaq, sədəqə vermək, fağırları doyurmaq, xe-
yirxahlıq etmək, heç kəsin haqqına girməmək, mal və əməllə
fədakarlıq etmək, yaxınlarına, qohumlarına, qonşularına
hörmət və yardım etmək deməkdir. Yalnız bu əməlləri yerinə
yetirənin şükrü Allah qatında qəbul olunur. Şükrün qəbulu
üçün
görülən bütün işlər canidildən, ürəklə edilməlidir.
“Lə alimə illəllah! Şükür”- Biz Uca Allahın hər sifətilə
Alim olduğuna iman etdik.
Zul-cəlal vəl-ikram zikri
Ancaq Səlal və ikram sahibi olan Rəbbinin zatı baqidir
(əbədidir). (Rəhman 27)
Cəlal və ikram sahibi Rəbbinin adı çox ucadır. (Rəhman 78)
Cəlal, Allahın qəhr və qəzəb sifətlərindəndir, əzəmət,
böyüklük, heç bir şeyə möhtac olmamaq deməkdir. Bu ismə
İsmi-Əzəmdir, deyirlər.
Hədis: Hz. Peyğəmbərimiz , bir kimsə (Ya zəl-cəlali vəl-
ikram)
deyərək dua edərsə, duası qəbul olar, deyə buyurmuş-
dur.
Xanım Fatimei-Zəhranın zikri
Hz. Məhəmməd (s.ə.s.) qədər əzab-əziyyət çəkən Pey-
ğəmbər məlum deyil. O, Allahın sevimlisi olduğu kimi,
məsuliyyəti də böyük idi. Peyğəmbər (s.ə.s.) canından çox
199
sevdiyi, “anam” deyə əzizlədiyi qızı Fatiməyə də çox ciddi
münasibət göstərirdi və bunu öz Rəbbindən öyrənmişdi. Artıq
Xanım Fatimə Əlinin də əzablarına şərik idi. Hz. Fatimə
Peyğəmbərlik və imamət arasında bir halqa olmuşdu. Pey-
ğəmbər (s.ə.s.) Fatiməni nə qədər sevirdisə də, öz şagirdinin
ilahi vəzifələr qarşısında çəkdiyi əziyyətlərini aradan
qaldırmaqda aciz idi.
Bir gün Xanım Fatimə ev işlərində ona
kömək məqsədilə
Hz. Peyğəmbərdən köməkçi istəyəndə, Peyğəmbərimiz Hz.
Fatiməyə belə cavab vermişdi: “Məndən istədiyinizdən daha
üstün bir şeyi sizə verəcəyəm. Bu sözləri mənə Cəbrail (ə. s. )
öyrədib: “Hər namazdan sonra və yatağa girəndə 34
dəfə“Allahu əkbər”, 33 dəfə “Əlhəmdulilləh” və 33 dəfə
“Subhənəllah”-deyin. Bununla da Hz. Fatimə növbəti dərsini
alırdı. O, bu dərsi körpəlikdən oxumuşdu. Amma bu dəfə ki,
sadəcə bilik almaq deyildi. Bu“necə olmaq”dərsi idi!
“Fatimə” olmaq asan deyildi. Bu təsbihlər, zikrlər Fatimənin
adı ilə bağlıdır. Çünki xidmətçi istəyi əvəzində Fatiməyə
“gəlinlik hədiyyəsi” edilmiş bu ilahi kəlmələr idi.
Həzrəti
Peyğəmbər (s.ə.s.) özü durub gəldi, hədiyyəni verdi və getdi!
“Məkarimul–əxlaq” kitabında yazılıb ki, Fatimeyi –Zəhranın
(ə. s. ) zikri möminin beş əlamətindən biridir.
İmam Sadiq (əleyhis-səlam) buyurdu: ”Təsbihu
Fatimətəz-Zəhra (əleyha-səlamu) minəz-zikril –kəsirilləzi
qaləl-ləhu əzzə və cəllə: Uzkurul-lahi zikrən kəsirən”
Yəni: ”Həzrət Fatimeyi-Zəhranın (ə. s. ) zikri o ən üstün
zikrlərdəndir. Allahın bu zikrini çox deyin “.
İmam Hadi (ə. s. ) buyurdu: ”Biz əhli-beyt yatan zaman
on əməli yerinə yetiririk: Bunlardan: Dəstəmaz almaq və 33
dəfə “Subhənəllahi”, 33 dəfə ”Əlhəmdulillahi” və 34 dəfə
“Allahu-əkbər” deməkdir.”
200
Həftənin hər günü üçün zikr
Şənbə günü: ”Lə iləhə illə əntə subhənəkə inni kuntu
minəz zalimin.” (100 dəfə)
Bazar günü: ”Lə İləhə illəllahul Məlikul Haqqul Mubin.”
(100 dəfə)
1-ci gün: “Lə İləhə illəllahu Azizun Cəliulun Ya Azizu
Ya Cəlil.”(100 dəfə)
2-ci gün: “Allahummə salli alə Muhəmmədin və alə ali
Muhəmmədin və səllim təslimən kəsira.”(100 dəfə)
3-cü gün: ”Lə İləhə illəllahu xalisan muxlisə.” (100 dəfə)
4-cü gün: ”Lə İləhə İlləllahu xaliqu kulli şeyin və huvə
alə kulli şeyin qadir.” (100 dəfə.
Cümə günü: ”Subhənəllahi vəl
həmdu lilləhi və lə ilahə
illəllahu vallahu əkbər. Və lə həvlə və lə quvvətə illə billəhi
aliyyul azim.” (100 dəfə)
Qurani-Kərimin digər adları
“Əksinə o şanlı-şərəfli Qurandır! O, Lövhi-məhfuz-
dadır” (Buruc-21-22). Qurani-Kərim Ramazan ayının
daxilində olan Qədr gecəsində “Lövhi məhfuz”dan dünya
səmasında yerləşən “Beytul-məmura” nazil edilmişdir.
Quranda bu barədə oxuyuruq:
“İnsanlara doğru yolu
göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı
batildən) ayıran Quran, Ramazan ayında nazil edilmiş-
dir”. (Bəqərə surəsi 185)
Ramazan ayı həmdə ilahi kitabların nazil olma ayı kimi
qeyd edilir. Necə ki, İmam Sadiq buyurur:
“ Tövrat
Ramazan ayının altısında, İncil on ikisində, Zəbur on
yeddisində, Quran isə Qədr gecəsində nazil olmuşdur”.
(
3-4.”Tarixi-Qurani-Kərim” Məhəmməd Baqir Höccəti. )
Qədr gecəsinin təfsiri haqqında isə İbn
Kəsir belə qeyd
edir: