209
vurar. Onda belə anlaşılır ki, yaşadığımız
bu hallara səbəb elə
özümüzük. Yəni dost-düşmənimizi tanımırıq və şər adam-
lardan qorunmuruq. Bu səbəbdən də insana zərbə, səni daha
yaxşı tanıyıb, uğurlarına dözməyən insandan, yəni elə
özünkündən dəyər. Bəzən elə şərlər olur ki, insanın bütün
həyatını 180 dərəcədə dəyişdirər və sən susaraq tamaşa
edərsən. Çünki başqa əlacın yoxdur. Susduğunuz zaman
Allah sizin bu duyğularınızı çox gözəl görür.
Bax həmin o
duyğu, səbr və təqva bizi Allaha yaxınlaşdırır. Şər insanı və
ona uyaraq inanan insanı isə Şeytana sarı yönəldib, ona
yaxınlaşdırır. Şər, böhtançı insanlardan Allaha sığınırıq və
həmin insanlar nə qədər bədbəxt olduqlarının fərqində belə
deyillər. Bu hal insanın həm daxilini, həm də xarıcini
eybəcərləşdirir, bədbəxt edir və həmin insan yalnız onun-
bunun həyatını yaşayır. Öz həyatından isə Cəhənnəmdə xəbər
tutacaq.
Duaların fayda və savabı haqqında Qurani-Kərimdə belə
buyurulur:
“De ki, Əgər sizin Rəbbinizin yanında duanız, ibadətiniz,
şükrünüz olmasaydı , nə qiymətiniz olardı? Lakin siz tovhidi,
şükrü, duanı, qulluğu, ibadəti, yalan saydınız. Bunun cəzasını
görəcəksiniz”. (Furqan-77)
210
“Rəbbiniz buyurur: Mənə dua edin ki, duanızı qəbul
edim. Yaxud ibadət edin ki, sizə cavab verim. Mənə ibadət və
dua etməyə təkəbbürlük edənlər
zəlil halda Cəhənnəmə
gətirilər.”Yəni dua edib yalvarmadığımız müddətcə əzab, izti-
rab, işgəncə içində çırpına qalarıq.” (Mu`mun 60)
Hər arzuya və istəyə çatmaq, hər niyyətimizə Qadir Allahın
Ol! deməsini istəyiriksə, Yaradana Özü bizə buyurduğu kimi,
yalnız dua və zikrlərlə müraciət etməliyik. Beynimizi
qüvvətləndirən, mikrodalğaları düzgün istiqamətləndirən dua
və zikrdir. Çünki biz dua və zikrlə göydə,
yerdə və ya
ətrafımızda olan Allahın tək, sonsuz olduğuna, hər zərrədə
belə Onun mövcud olduğuna və Onun Ol! deməsi ilə hər
şeyin olacağına inanırıq. Allahın bizim dualarımıza ehtiyacı
yoxdur, lakin Onun bizim dualarımızı qəbul etməsinə çox
ehtiyacımız vardır. Çünki dua və zikr bu dünyanın ən böyük
silahı, atom bombasıdır. Bundan əlavə də dua və zikr bizim
əbədi dünyada olacaq məqamımızın təməl daşlarıdır. Dua
etməyi öyrədən Uca Rəbbimiz Quranda necə dua edəcəyimizi
öyrətmiş və duaların təsiri haqqında işarələr də vermişdir.
“De ki: Yalvarmanız olmasa Rəbbim sizə nə deyə dəyər
versin?” (Furqan-77 ) “Qullarım
səndən məni soruşarlarsa, de
ki, Mən onlara çox yaxınam. De ki: ”Mənə dua edənlərin
duasını qəbul edərəm.”(Bəqərə-186)
Allah-təala bizdən dua etməyi və istəməyi əmr etmişdir.
Sevgili Peyğəmbərimiz (s.ə.s.) buyurur ki: ” Rəbbimiz həya
sahibidir. Qulları əllərini qaldırıb özləri üçün bir şey
istədikləri vaxt onları boş çevirməkdən həya edər “
Hər gün beş vaxt namaz qıldığımız zaman oxuduğumuz
Fatihə də və hər rükət də bunu söyləyirik: ” Yalnız Sənə
ibadət edir yalnız Səndən istəyirik.” (Fatihə-5) Kimin ver-
məyə gücü var ki ? Güc Onun varlıq Onun. Onun verdiyini
kimsə geri ala bilmədiyi kimi, vermədiyini də kimsə verə
bilməz.
211
“Rəbbimiz buyurur: “Əgər
Allah sənə bir zərər toxun-
durursa onu yenə də Ondan başqası üzərindən götürə bilməz.
Əgər sənə bir xeyir dilərsə Onun kərəmini geri çevirəcək heç
bir güc yoxdur. O xeyrini istədiyi bəndələrinə nəsib edər.
Çünki O çox bağışlayan və verəndir. ( Yunus 107 )Deməli
hər şey yalnız Allahdan istənilir.
Həmd olsun O Allaha ki, hökmünü qəzasını dəf edəcək,
yerinə yetirməsinə mane olacaq bir kəs yoxdur. O, Cavad
rəhmi çox olandır O, heç bir nümunəsi olmadan canlıları
yaratdı. O yaratdıqlarından, gələcəkdə olacaqlardan xəbərdar-
dır. Ondan heç bir şey gizli deyildir, bütün əməllərimizdən,
saniyəmizdən, nəfəsimizdən xəbərdardır və bütün əməllə-
rimizə mütləq əvəz verəndir. O duaları eşidən, görən lətif və
hər bir şeyə qadirdir. Hər bir azanı islah edən,
hər bir zəifə
rəhm edəndir. Ondan başqa heç bir məbud yoxdur.
Dünya elmlə əldə edildiyi kimi, axirət də elmlə əldə
edilir.
Elm iki növdür. Birinci: Metafizik, yəni mənəvi və ru-
hani elmlər. İkinci isə Dünya elmləridir. Hər hansa bir sahədə
olursa olsun bir kimsə oturarkən, yeriyərkən, yatarkən,
çalışarkən, hər bir vəziyyətdə və hər bir zaman Ləfzi-Cəlalı
qəlbən davamlı oxusa, mütləq
qəlbində hikmət və elm bu-
laqları qaynayar. İşləri ən yaxşı şəkildə davam edər. Fağır-
lıqdan, ehtiyacdan qurtarar, şərəfli və hörmətli olar.
Dua nədir?
Məxluqu Xaliqə yaxınlaşdıran ən qısa yoldur.
Məzlumların ümidi, zalımların həlakı.
Acları doyuran, çılpaqları geyindirən.
Subayları evləndirən.
Borcluları zillət xaltasından qurtaran.
Məhbusları zindandan qurtaran.
212
Fağırlıqdan, yoxluqdan qurtaran.
Hər cür xeyir yetirən.
Hər cür şərdən qurtaran.
Xəstələrə şəfa verən.
Dərdlərə dərman olan.
Dua haqqında
Dua lüğətdə”çağırmaq” və “kömək istəmək” deməkdir.
Dini termində isə çətinliklərin həll olması və hacətlər üçün
Allah-təala ilə razi-niyaz etməkdir. Peyğəmbərimiz buyurur
ki: ”Dua ibadətin özüdür və ibadətin özü ilə əlaqədardır. Dua
inananların silahıdır. Həmçinin: -Dua möminin silahı və dinin
sütunudur! Müsəlmanlar dua sayəsində hər cür pisliklərdən,
zərərlərdən, xəstəliklərdən qoruna bilərlər. Bu zərərlər
şeytandan, insanlardan və öz nəfsindən də ola bilər.
Dua ən böyük ibadət və ən qüvvətli bir niyazdır. Ağlı
olan bir müsəlman aldığı bir nəfəs qədər belə duadan uzaq
olmaz. Dua qədər insanın imdadına çatan vasitə yoxdur.
Dua Cənabu Haqqa yalvarmaq Allahı anmaq
və zikr
etməkdir.
Dua Allahdan yardım diləmək və ona möhtac olduğunu
bildirməkdir.
Dua ümidsizlərin ümid qaynağıdır.
Dua bütün diləklərin hacətlərin açarlarıdır.
Dua Uca Allaha yazılmış bir məktub misalıdır.
Dua Allahla dərdləşmək, söhbət etmək deməkdir.
Çarəsiz və darda qalan kimsə dua ilə halını Uca Allaha
ərz edir, bildirir, dərdində dua edərək ondan kömək diləyir.
Dua etmənin qaydaları
Hər əməlin bir üsulu, qaydası olduğu kimi dua etmənin
də üsulu, qaydası və yolu vardır. Uca Allahın qatında duadan