213
daha şərəfli dəyərli və qiymətli bir amil yoxdur.
O halda bu
qiymətli ibadətimizi yerinə yetirərkən bəzi şərtlərə də əməl
etmək gərəkdir.
Duasının qəbul olunmasını istəyən kimsə bu şərtləri
yerinə yetirməlidir.
1. Bütün günahlardan tövbə etməli
2. Duadan əvvəl bir xeyir əməl və savab işlətməli.
3. Dua edərkən sidq ürəklə və ixlas ilə etməli
4. Duanı dəstəmazlı üzü qibləyə dönərək dizi üstə oturub
etməli
5. Dua etdiyi vaxt namaz qıldığı kimi sakit və qəlb
rahatlığı ilə sağa-sola baxmadan və başqa söz danışmadan
etmək lazımdır.
6. Duanı özü eşidəcək qədər gizli etməli ki, başqaları
eşitməsin.
7. Dua edərkən ağız təmiz və pak olmalı,
pis qoxu-
mamalı, soğan, sarımsaq kimi şeylər yeyilməməlidir.
8. Dua edərkən əlləri yuxarı qaldırıb açıq tutmalı, dua
bitdikdən sonra “Amin“deyilməlidir.
Dua etmənin qiymətli vaxtları
1. Azan ilə iqamə arasında edilən dua
2. Sübh vaxtı.
3. Ərəfə günləri.
4. Cümə gecələri
5. Bayram gecələri.
6. Ramazan ayında.
7. Quran oxunub bitdikdn sonra xətm olunan vaxt.
8. Vacib namazlardan sonra.
9. Tənha və kimsəsiz yerlərdə olduğun vaxt.
10. Mübarək gecələrdə( Rəcəb, şaban və ramazan
gecələrində)
214
11. Yağış yağdığı, ildırım çaxdığı, günəş tutulduğu vaxt,
yəni təbiət hadisələr baş verdiyi zaman.
Duası qəbul olunan kimsələr
1. Ana-atanın övladına etdiyi dua. Atanın duası tez yerinə
yetir.
2. Xeyirli övlad olub, ata-ananın qulluğunda duranların.
3. Quran əhlinin, Hafizi Quranların.
4. Kiminsə arxasınca qiyabi edilən dua.
5. Məzlumun duası.
6. Oruclu olan müsəlmanın duası.
7. Xəstələrin duası.
8. Yaxşı işlər edən kimsələrin duası.
Dua etmək sevinc adlanır
Dua etmək sevinc adlanır, o sevginin əsas obyektidir,
ondan beş hiss orqanı vasitəsilə deyil, altıncı hiss ilə ləzzət
alırsan. Bu altıncı hiss ürəkdən gəlir,
onu ancaq bu ürək
sahibi olanlar bilir. Sufilik də sevginin insanın təbiəti və ma-
hiyyəti ilə əlaqəsi haqqında Cəlal əd-Din Məhəmməd Rumi
(1207-1273) “Leylinin gözəlliyi”adlı aforizmdə belə yazır: -
Məcnunun sevgidən çəkdiyi əzabları görənlər ona kömək
etmək üçün belə məsləhət verdilər: - Leyli o qədər də gözəl
deyildir. Bizim əyalətdə daha gözəl qızlar vardır! Onlardan
birini seç.
Məcnun bu sözləri eşidib, bənizi bozardı və belə cavab
verdi:
- Gözəllik qabının nə forması, nə də xarici görünüşü
deyildir, onun içindəkidir.
Əgər qabın
içindəki sizin üçün sirkədirsə, mənim üçün
şərbətdir! Belə ki, İlahi eyni kuvşindən birinə acı zəhəri,
digərinə isə balı tökür, hamı qabı kənardan görür, onun
215
içindəkini kamil adam bilir. Bəqərə-175-Onlar doğru yol
əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış
kəslərdir.
Rumi “Bütün mövcudatın mahiyyəti haqqında poema”
əsərində “Xəlifə və
Leyli” başlığı ilə olan parçada yazır: Bir gün Xəlifəyə bir
qızı göstərib dedilər ki, bu Leylidir. - Xəlifə qıza dedi ki,
Qeysi Məcnun edən Leyli sənsən? İstəyirsən məni öldür,
səndə mən bir gözəllik görmürəm.
- Qız cavab verdi: ”Mənim gözəlliyimi görmək üçün sən
gərək Məcnun olasan.
Sən mənə onun gözləri ilə baxmalısan, hər iki dünyada
mənə sadiq olmalısan.
Belə düşüncə həqiqəti bütün şəffaflığı ilə görmək
qabiliyyətini verir. Əgər sənin fikrin
nəyi itirəcəyin və nə
qazanacağın ətrafında fırlanırsa, mənim sənə yazığım gəlir.
Sən heç bir vaxt rahatlıq tapa bilməzsən. Həyatın ancaq
kölgəsini görəcəksən. Bax biz çox tez-tez həyatımızı
kölgələrin və kabusların ardınca qaçmaqla keçiririk, həqiqəti
və gözəlliyi görmürük!”
Sevginin bütün növləri beş səbəblə təyin olunur: birinci,
insanın özünə, özünün kamilliyinə və təhlükəsizliyinə sevgisi;
ikinci, insanın ömrünün uzadılmasına, onu qorumasına, ona
bədbəxtlik gətirənlərin kənarlaşdırılmasına kömək edən öz
xeyirxahına sevgisi; üçüncü, insanın tək özünün deyil,
başqalarının da xeyirxahına sevgisi; dördüncüsü, insanın istər
daxilində, istərsə də xaricində gözəl nə varsa, hamısına
sevgisi; beşinci, insanın daxili, gizli oxşarı olana sevgisi.
Bəqərə-107-108-“Məgər sən bilmirsən ki,
göylərin və yerin
səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin
Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?! Ey
Məkkə əhli! Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala
çəkildiyi kimi Peyğəmbərinizi (Muhəmmədi) sorğu-suala
216
çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən,
doğru yoldan azmışdır.”
Allah bizə də ağıl-düşüncəylə, elm və helmlə ən düzgün
olanı və ilahi məhəbbətə çatmaq üçün ən düzgün yolu açıq-
aşkar göstərməkdədir. Bizlərin də öhdəsinə düşən məsələ bu
yolu görüb, tanıyıb, sevməyimiz və bu yol ilə İlahi sevgiyə
çatmağımızdır. Bu haqda
bütün təriqətlər tərəfindən
söylənilən səhih hədislər də belə buyurulur: -Əvvəllər 28
ədəd Ərəb hərflərində Bə hərfindən başqa heç bir hərfdə
nöqtə yox idi. Sonradan sərf və nəhv elminin alimi Nəccar
indiki şəkildə hərfləri nöqtələyib və hərəkələdi. Bu haqda Hz.
Əli: ”Allah tərəfindən nə qədər kitab nazil olmuşsa, hamısının
tamamı Qurandadır. Quranda nə mövcuddursa, hamısı Fatihə
surəsundədir. Fatihədə nə varsa Bismilləhir Rahmənir Rahim-
dədir. Bismilləhir Rahmənir Rahimin də tamamı Bə hər-
findədir, Bə hərfində də nə qədər elm və hikmət toplanmışsa
hamısı Bə-nin altındaki nöqtədədir. Mən də Bə-nin altındaki
o nöqtəyəm”- deyə buyurmuşdur.
Burada Zuxruf surəsinin 4-cü ayəsini xatırlayaq: Mənasi:
Ana kitabla, yəni Fatihə surəsinin şanı ucadır, hikmətlə
doludur. Bu ayə Hz. Əlinin: Mən Bə-nin altında nöqtəyəm”
sözünü təsdiq və təşviq edir. Bu ayə Hz. Əlinin sərhədsiz kəl-
mei hikmətinə şəhadət edən açıq bir ayə və sübutdur.
Haqq
olan Allah, Əraf 180-cı ayədə: Mənası: Allahın ən gö-
zəl isimləri vardır. Onlarla özünüz üçün dua edin.”-deyə bu-
yurmuşdur. Əsmai ilahinin ən böyük adı Bismilləhir Rahmə-
nir Rahimdir. Bilmilləhir Rahmənir Rahim isə İsmi-Əzəmdir.
“Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Hər kim
elm öyrənmək istəyir o qapıdan içəri girsin”.
Bundan başqa Quranda Əbəsə surəsinin 37-ci ayəsində
buyurulur:
“Bunlar sizin üçün və sizdən sonra gələn oxuyub anlayan
və əməl edənlərlər, həmçinin oxuyub anlamayan və əməl