201
“Qədr surəsi Mədinədə nazil olan ilk surədir. Surə-
nin adı ilk ayədən götürülmüşdür. Qədr sözü: lüğətdə
“miqdar”, “məbləğ”, “güc”, “taqət”, “hökm vermək”
kimi mənalara dəlalət edər. Çoxluğu bildirir. Allah təala o
gecədə bir il içərisində olacaq şeylər haqqında hökm
verdiyi üçün bu gecəyə bu ad verilmişdir. Bu barədə digər
bir ayədə belə buyurulur: "Hər hikmətli iş, tərəfimizdən
əmr edilərək o gecə təsbit və təyin edilər”. Qədr surəsində
5 ayə, 30 söz, və 112 hərf vardır.” (”Vəsailuş-şiə” Şeyx
Hurr Amili. )
Allah kəlamı 23 il müddətində (610-632)
vəhy vasitəsi
ilə nazil edilmişdir. Vəhy sözü ərəb dilindən azərbaycan
dilinə tərcümədə “gizli söz”, “dərhal anlamaq üçün edilən
işarə”, “əmr etmək”, ”ilham etmək”, və ”səslənmək” anla-
mına gəlir. Vəhy ilahidir. Yəni Allah tərəfindən peyğəm-
bərlərə elm və xəbərlər verilir. Bütün peyğəmbərlər vəhy
vasitəsi ilə Allahla rabitə saxlamışlar. Bu rabitə mələk Cəbrəil
vasitəsi ilə qurulmuşdur.
Allah kəlamı olan Quranın
digər səmavi kitablardan
(Tövrat və İncil) əsas fərqi bundan ibarətdir ki, digər ilahi
kitablar zaman keçdikcə dəyişiklikə uğramış və ilahi ecazını
itirmişdir. Lakin Quran ayələri öz əslini itirmədən peyğəm-
bərə nazil olan formada günümüzə qədər qalmış, təhrif olun-
mamışdır. Quranın özündə bu barədə belə buyrulur: “
Şübhə-
siz Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub
saxlayacağıq”. (Hicr surəsi 9)
Quran elmlərində sözügedən ilkin mövzulardan biri də
Qurani-Kərimin adları və sifətləri mövzusundan ibarətdir.
Bədrəddin Zərkeşinin yazdığına əsasən, Hərrali Quranın
adları mövzusunda ayrıca bir kitab yazaraq, bu kitabda Qura-
nın 90-dan çox ad və ya vəsfini sadalamışdır. .”Əl-Burhan fi
ulumuilil-Quran” Zərkeşi
202
Bədrəddin Zərkeşinin yazdığına əsasən, Hərrali Quranın
adları mövzusunda ayrıca bir kitab yazaraq,
bu kitabda
Quranın 90-dan çox ad və ya vəsfini sadalamışdır.”Əl-Burhan
fi ulumuilil-Quran” Zərkeş Cəlaləddin Süyuti bu barədə
Qurani-Kərim üçün 55 ad sadalamış və Quranda keçən
ayələrə əsaslanmışdır.””Əl-İtqan fi ulumil-Quran” Süyuti. )
Lakin Şeyx Təbəri, Şeyx Tusi, Şeyx Təbərsi kimi
alimlər müqəddəs Quran üçün 4 ad sadalamışlar: “Quran”,
“Furqan”, “Kitab”, ”Zikr”, -bəyan ən təviliayil Quran” Şeyx
Təbəri, “Ət-tibyan fi təfsiril Quran” Şeyx Tusi, “Məcməul-
bəyan fi təfsiril Quran” Şeyx Təbərsi Sübhi Saleh kimi bəzi
alimlər isə deyilənlərdən əlavə “Tənzil” adını da qeyd
etmişlər.”Məbahisun fi ulumil-Quran” Sübhi Saleh.”
İndi isə Qurani-Kərim haqqında deyilən və ayələrlə
təsdiqini tapmış adlarına nəzər salaq:
1.”Quran” (oxunulan) İsra surəsi 9-cü ayə,
2.”Furqan” (haqq ilə batili bir-birindən ayıran) Furqan
surəsi 1-ci ayə”Aləmləri (insanları və cinləri Allahın əzabı
ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz
bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə
qədər) uludur! (Ucalardan ucadır; əzəli
və əbədidir, xeyir-
bərəkəti bol və daimidir!)”.
Bu kəlmə ayırmaq anlamında bir məstərdır. Quran, haqq
ilə batili, həlal ilə haramı tam anlamıyla ayırd etmək üçün bu
isimlə adlandırılmışdır.
3.”Kitab” (yazılmış və ya toplanmış) Nəhl surəsi 89-cü
ayə, əl-Kitab: Qələmlə birlikdə təqdim edildiyi üçün bu adı
almışdır. Bu kəlmə Quranda 230 yerdə keçir. İslam hüqu-
qunda Quran üçün daha çox "Kitab" ismi istifadə edilir. Bir
çox ayələrdə"əl-Kitab" kəlməsinin Qurani-Kərim anlamında
işlənildiyi məlum olur. Bəqərə-1-2-Əlif, Lam, Mim. Bu,
(Allah
tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir
203
şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis
əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
Ummul-Kitab: Ha, Mim! (Haqqı batildən ayıran) açıq-
aydın Kitaba and olsun ki, Siz onu,
anlaya biləsiniz deyə,
Quranı nazil etdik. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda
(Lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir
(yaxud ayələri baxımından çox möhkəmdir).
4.”Zikr”-(həqiqəti yada salanəz). Anmaq və xatırlamaq
anlamına gələn bu kəlmə, Allahı andırıb, tanıtdığı və unut-
mamaq naminə xatırlatdığı üçün Quranın ismi olmuşdur.
Anmaq, qəlblə, dillə və əməllə olur.
əl-Hicr- 9-: ”Şübhəsiz ki, Quranı Biz nazil etdik və
sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-
əskiltmədən qoruyub saxlayacağıq!”
5.”Tənzil” (tədricən nazil olan)-Allah qatından endiril-
diyi üçün bu isim verilmişdir. (əş-Şuara-4-192)”Şübhəsiz ki,
bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!”
“əl-Huda” (Hidayət), ər-Rahmət, əş-Şifa, əl-Məvizə
(Öyüd):
əl-Bəqərə-2- Bu, (Allah tərəfindən nazil edilməsinə,
haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə
(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol
göstərən Kitabdır.
Yunus-57-(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-
nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir
şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!
6.”Hədis” (söz) Nəcm surəsi 9-cü ayə,
7.”Moizə” (öyüd-nəsihət) Yunis surəsi 57-ci ayə,
8.”Təzkirə” (xatırlama) Haqqə surəsi 48-ci ayə,
9.”Zikra” (nəsihət) Hud surəsi 120-ci ayə,
10.”Bəyan” (xəbər) Ali-imran surəsi 138-ci ayə,
11.”Huda” (hidayət) Ali-imran surəsi 138-ci ayə,
204
12.”Şəfa” (müalicə, məlhəm) Yunis surəsi 57-ci ayə, əl-
İsra-82-Biz Qurandan möminlər
üçün şəfa və mərhəmət olan
ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını
artırır.
13.”Hökm” (göstəriş) Rəd surəsi 37-ci ayə,
14.”Hikmət” (dolğun mənalı) Əhzab surəsi 34-cü ayə,
15.”Həkim” (hikmətli) Ali-imran surəsi 58-ci ayə,
“Şübhəsiz ki bu Quran; Hakim (hikmət sahibi), Alîm (her
şeyi bilən) Allah tərəfindən sənə endirilmişdir”. “Bu kitabın
endirilməsi: Əziz (güc-izzət sahibi), Hakim (hikmət sahibi)
olan Allah tərəfindəndir.”
16.”Hadi” (hidayət edən) Cinn surəsi 1-2 ayələr,
17.”Nur” (aydınıq, işıq) Maidə surəsi 15-ci ayə, ən-Nisa-
174-Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən
dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik.
18.”Muhəymin” (qoruyan, hakim olan) Maidə surəsi 48-
ci ayə,
19.”Rəhmət” (mərhəmət) Yunus surəsi 57-ci ayə,
20.”İsmət” (qorunmaq) Ali-imran surəsi 103-cü ayə,
21.”Nemət” (ilahi pay) Duha surəsi 11-ci ayə,
22.”Həqq” (haqq və doğru) Maidə surəsi 48-ci ayə,
23.”Tibyan” (izah edən, aydınlaşdıran) Nəhl surəsi 89-cü
ayə,
24.”Bəsair” (aydınlıq) Casiyə surəsi 20-ci ayə,
25.”Mübarək” (xeyir-bərəkətli) (Sad-29), əl-Mubarək:
Ənam-92-Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim,
faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki,
onu sənə Məkkə əhlini və ətrafındaki insanları (Allahın əzabı
ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər
ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar
(vaxtlı-vaxtında qılarlar).
26.”Məcid” (şanlı, əzəmətli) Qaf surəsi 1-ci ayə, Buruc-
21-Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır!