Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə33/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

78 
infrastrukturunun yaranmasını, müasir vəziyyətini və modernləşdirilməsi 
yollarını tədqiqata cəlb edilərək ümumiləşdirilməsinə ciddi ehtiyac duyulur. 
Buna görə  də Azərbaycan Respublikasının  Şəki-Zaqatala iqtisadi 
regionunun kitabxana-informasiya infrastukturunun təkamülü, mövcud 
vəziyyəti, başlıca problemləri və prioritetləri, modernləşdirilməsi yollarının 
kompleks tədqiqatına ilk növbədə regionun sosial-iqtisadi və  mədəni 
infrastrukturunun təhlilindən başlanılması, fikrimizcə, daha məəqsədəuyğun 
olardı. Regionun kitabxana-informasiya infrastrukturunun qeyd etdiyimiz 
kompleks xarakterli tədqiqatı  və ümumiləşdirilməsi, ilk növbədə, sosial-
iqtisadi və mədəni vəziyyətin əsasları fonunda aparılması elmi obyektivlik və 
nəzəri-metodoloji prinsipiallıq baxımından ciddi vəzifə kimi qarşıda durur. 
Odur ki, regionun iqtisadi-coğrafi mövqeyi, əhalisi, sosial-mədəni təsisatları, 
ekoloji-coğrafi xüsusiyyətləri, nəqliyyat-turizm potensialı  və s. kimi mühüm 
komponentlərinin təhlili və ümumiləşdirilməsi başlıca aktuallıq kəsb edir.  
Beləliklə, qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının zəngin 
bölgələrindən sayılan  Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, 
Oğuz, Zaqatala, Şəki inzibati  rayonlarının  ərazisini  əhatə etməklə 
Azərbaycanın  şimal-qərbində - Böyük Qafqaz dağlarının cənub yamacında 
yerləşir.  Şəki-Zaqatala iqtisadi rayonunun ən inkişaf etmiş  şəhəri Şəkidir. 
İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv.km olmaqla ölkə 
ərazisinin 10,3%-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi 
hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin 
yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. 
Zona mülayim iqlim şəraitinə malikdir. İqtisadi rayonun əhalisinin ümumi sayı 
531,9 min nəfər olmaqla, ölkə  əhalisinin 6,5%-ni təşkil edir. Əhali  əsasən 
dağətəyi hissədə yaşayır. [10, s.199] 
Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının 
mis ehtiyatlarının hamısı, kükürd kolçedanın 90%-i, sinkin 99%-i bu iqtisadi 
rayonun payına düşür. Qafqaz regionun iri polimetal yataqlarından olan 
Filizçay yatağı bu rayonun ərazisində yerləşir. Dağlıq və dağ  ətəyi yerlərdə 
çınqıl, qum və digər tikinti materialları mövcuddur. Şəki-Zaqatala iqtisadi 
rayonunun ərazisinin 27%-ni meşə massivləri təşkil edir. Onların əsas hissəsi 
Balakən və Zaqatala rayonlarının  ərazisindədir.  İqtisadi rayon bol su 
ehtiyatlarına malikdir. [11, s.389] 
Rayon iqtisadiyyatının  əsasını  kənd təsərrüfatı  təşkil edir. Ölkə üzrə 
kənd təsərrüfatı  məhsullarının  əmək bölgüsündə rayon tütünçülük, 
baramaçılıq, çayçılıq, gülçülük, çəltikçilik, meyvəçilik, taxılçılıq, üzümçülük, 
qoyunçuluqla təmsil olunur. Azərbaycanda istehsal olunan tütünün 75 faizdən 
çoxu, taxılın 17 faizi, baramanın 35 faizi, yaşıl çay yarpağının 2 faizi bu 
iqtisadi rayonun payına düşür. 
Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq məhsullarının tədakürü 
ölkə üzrə  həmin məhsulların tədakürünün 10 faizdən çoxunu təşkil edir. [8, 
s.38] 


79 
Şəki-Zaqatala iqtisadi rayonunun sənayesi nisbətən zəif və birtərəfli 
inkişaf etmişdir. Ölkə üzrə sənaye məhsulunun 3%-dən bir az çoxu bu rayonun 
payına düşür.  İqtisadi rayonun sənayesi  əsas etibarilə  kənd təsərrüfatı 
məhsullarını emal edən yüngül və yeyinti sənaye sahələri üzrə ixtisaslaşmışdır. 
Bu sahələr iqtisadi rayonun sənaye məhsulunun 95%-dən çoxunu verir. 
Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına 
əsaslanır.  Şəki yeyinti kombinatı  və  şərab zavodları, Qəbələ, Qax, Balakən, 
Nic meyvə-tərəvəz konserv zavodları, Zaqatala fındıq və qızıl gül yağı zavodu, 
çay fabriki, Şəki ət kombinatı yeyinti sənayesinin əsas müəssisələridir. Bundan 
başqa, yerli tələbatı ödəyən çörəkbişirmə,  şərq  şirniyyatı, spirtsiz içkilər 
istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Yüngül sənayenin əsasını 
ipəkçilik təşkil edir. Bütün rayon mərkəzlərində müxtəlif ölçülü tikiş sənayesi 
müəssisələri fəaliyyət göstərir.  Şəkidə kustar üsulla bəzəkli toxumaları olan 
ipək parçalar, pərdələr, kəlağayılar, yaylıqlar toxunur. Tütünçülüyün inkişafı 
ilə  əlaqədar  Şəki, Qəbələ, Balakən və Zaqatala tütün fermentasiya zavodları 
fəaliyyət göstərir. Sənayenin digər sahələrinə yerli xammal bazasına əsaslanan 
Zaqatala mebel fabrikini, kərpic zavodunu, Balakən tarla müəssisəsini aid 
etmək olar. [4, s.339]. 
Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti, onu Azərbaycanın 
mühüm istirahət-turizm regionuna çevirmişdir. Qəbələdə,  Şəkidə, Zaqatalada 
istirahət-turizm müəssisələri fəaliyyət göstərir. 
Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir. İqtisadi rayon 
inkişaf etmiş  nəqliyyat  şəbəkəsinə malikdir. Avtomobil nəqliyyatı inkişaf 
etmişdir.  Əsas yol Yevlax-Balakən  şossesi və 80-ci illərin ikinci yarısında 
istifadəyə verilən dəmir yoludur. Balakənin Bakı ilə hava nəqliyyatı  əlaqəsi 
var. [3, s.98] 
İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas 
məktəbləri, ali məktəblərin filialları, mədəni-maarif və  səhiyyə ocaqları, 
muzey və teatrlar daxildir. [4, s.499] 
2004-2008-ci, həmçinin 2009-2013-cü illəri  əhatə edən “Regionların 
sosial-iqtisadi inkişafı üzrə” iki Dövlət Proqramında  Şəki-Zaqatala  İqtisadi 
rayonunda sosial-iqtisadi inkişafla bağlı kompleks tədbirlər nəzərdə 
tutulmuşdur. Bu tədbirlər uğurla həyata keçirilir. Nəzərdə tutulmuş tədbirlərin 
məqsədyönlü həyata keçirilməsi nəticəsində 2004-2011-ci illər  ərzində  Şəki-
Zaqatala iqtisadi rayonunda təxminən 54 min yeni iş yeri, həmçinin 1,4 
mindən artıq yeni müəssisə yaradılmışdır. İqtisadi rayonda 12158 kiçik biznes 
subyekti fəaliyyət göstərir. Bu təqribən Azərbaycanda olan kiçik biznes 
subyektlərinin ümumi sayının 6%-dir. Onların əksəriyyəti üç inzibati rayonda: 
2837 kiçik biznes subyekti fəaliyyət göstərən  Şəkidə, Zaqatalada (2734) və 
Qəbələdə (2226) cəmlənmişlər. [9, s.80] 
İpəkçiliyə (Balakən, Qax və  Şəki rayonları üçün aktualdır) və güllərin 
yetişdirilməsinə (Zaqatala rayonu üçün aktualdır) yatırımlar ağıllı sərmayə ola 
bilər, çünki bu sahələr məqsədyonlü inkişaf proqramına düşür.  


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə