Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə29/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

69 
formatı  əsasında həyata keçirilir. Maşınla oxunan UNIMARC formatı 
biblioqrafik yazıların kodlaşmış formada hazırlanmsını  təmin edir. Bu isə 
elektron kataloqun əsas funksiyasının yerinə yetirilməsində, oxucu sorğusunun 
işlənilməsi nəticəsində bir qiymətli nəticələrin  əldə edilməsini təmin edir. 
Kodlaşmış informasiya həmçinin informasiyanın daxil olması zamanı baş verə 
biləcək orfoqrafik səhvlərin aradan qaldırılmasına imkan verir. Bunun 
nəticəsində isə oxucu sorğusunun yerinə yetirilmə imkanını qat-qat artırır. 
UNIMARC formatının tətbiqinin  ən mühüm əhəmiyyəti hər bir 
kitabxananın elektron kataloqunun ümumdünya biblioqrafik kitabxana-
informasiya məkanına inteqrasiyasına təmin olunmasıdır. Bunun nəticəsində 
kitabxana heç bir məhdudiyyət olmadan biblioqrafik informasiya mübadiləsi 
edə bilər. Düzgün menecment siyasəti aparılarsa, elmi kitabxana əlavə  və 
böyük miqdarda maliyyə gəliri əldə edə bilər. 
UNIMARC formatı daha geniş  təsvir ünsürlərinə malik olduğundan 
elektron kataloq istifadəçilərə  ənənəvi kataloqdan fərqli olaraq daha geniş 
axtarış imkanları verir. Bunun nəticəsində oxucu sorğusu operativ və  dəqiq 
yerinə yetirilir. Bununla da yeni xidmət üsulları formalaşır ki, bu da 
kitabxananın imicini artırmaqla onun oxucu kontengentinin və oxucuların 
davamiyyətinin yüksəlməsinə səbəb olur. 
Elektron kataloqun informasiya bazası Avtomatlaşdırılmış Kitabxana-
İnformasiya İdarəetmə Sistemi vasitəsilə (məs. BDU-da MARC SQL 1.5 (4)) 
kataloqlaşdırıcı avtomatlaşdırılmış  işçi yerində yaradılmalıdır.  İnformasiya 
bazası xüsusi kitabxana üçün ayrılmış serverlərdə yerləşməlidir. 
İnformasiyanın təhlükəsizliyi üçün isə müntəzəm olaraq aşağıdakı  tədbirlər 
görülməlidir: 
- kənar şəxslərin icazaəsiz informasiyadan istifadəsi; 
- virusa qarşı mübarizə; 
- güzgülü inikas prinsipi ilə avtomatik ehtiyat surətinin alınması və s. 
Ümumiyyətlə, elektron kataloq klient-server arxitekturası  əsasında 
fəaliyyət göstərməlidir.  İnformasiyanın daxil olunması  və redaktəsi, oxucu 
sorğusunun formalaşması klient kompüterdə - müfaviq avtomatlaşmış  işçi 
yerlərində  həyata keçirilir. Elektron kataloqun yaradılmasında  ənənəvi 
proqramlaşdırma vasitələri ilə yanaşı, müasir Web texnologiyasından istifadə 
olunmalıdır. Belə ki, oxucuların sorğusunun formalaşması Web sayt (5) 
vasitəsilə  təmin olunmalıdır. Həmin sorğunun Strukturlaşmış Sorğu Dilinə 
(SQL) çevrilərək serverə ötürülməsi və elektron kataloqun biblioqrafik 
informasiya bazasından axtarış aparılaraq nəticənin yenidən oxucuya 
çatdırılması CGI texnologiyası ilə yerinə yetirilir. İnformasiya axtarışı 
informasiya bazası yaradarkən avtomatik yaradılan indeksləşmiş xüsusi 
lüğətlər (müəllif, sərlövhə, predmet, açar sözlər və s.) əsasında aparılır. 
Nəticədə digər sistemlərdən fərqli olaraq informasiya axtarışına sərf olunan 
vaxt minimuma endirilir. CGI texnologiyasının digər Web texnologiyalarından 
üstünlüyü ondan ibarətdir ki, istifadəçilər üçün informasiyanın axtarış 


70 
alqoritmi məxfi qalır. Bunun nəticəsində digər qeyri-leqal müəssisələrdə 
sistemdən istifadə qeyri-mümkün olur. Digər tərəfdən oxuculara və 
istifadəçilərə informasiya yalnız baxış üçün təqdim olunduğuna görə 
informasiyanın dəyişilmə ehtimalı sıfıra bərabər olur. 
Bu prinsiplər əsasında Azərbaycanda ilk dəfə olaraq elektron kataloqun 
yaradılması Bakı Dövlət Universitetində  Əməkdar elm xadimi, tarix elmləri 
doktoru, BMT yanında Beynəlxalq  İnformasiyalaşdırma Akademiyasının 
akademiki, professor A.Xələfovun rəhbərliyi ilə “Kitabxanaların 
kompüterləşdirilməsi” elmi tədqiqat laboratoriyasında həyata keçirilmişdir. 
Laboratiriyanın əməkdaşları qısa müddət ərzində dövri mətbuat, xarici, rus və 
Azərbaycan dilində olan ədəbiyyat fondunun, nadir kitablar və dissertasiya 
fondunun elektron bazasının yaradılması işinə başlamışdılar. 
Hazırda BDU-nun Elmi Kitabxanasında elektron bazanın yaradılması 
prosesi davam edir. Ümidvarıq ki, bu proses yaxın gələcəkdə başa çatacaq və 
BDU-nun Elmi Kitabxanası bir çox ölkələrin kitabxanaları ilə müqayisə 
ediləcək dərəcədə inkişaf edəcəkdədir. Bu təcrübədən Azərbaycanın digər 
kitabxanalarının da yararlanması məqsədəuyğun olar. 
Dünya praktikasında elektron kataloqların bir sıra inkişaf  ənənələri 
nəzərə alınmışdır: bura müxtəlif axtarış növlərinin çoxalması, indeksli 
fayllardan (bütün yazıların indeksləşdirilməsi), qeyri-məhdud miqdarda 
istifadə edilməsi, qeydləri  əhatə edən normativ faylların və bu sahədə 
beynəlxalq  əlaqələrin formalaşması,  ənənəvi kataloqların maşınla oxunan 
formaya çevrilməsi, praktiki olaraq bütün kataloqların internetə verilməsi və 
ondan müxtəlif  şəbəkələrdə axtarışı  və istifadə edilməsi daxildir. Elektron 
kataloqlarında sənədlər haqqında məlumatın toplanması hər hansı sənədə dair 
lazımi informasiyanın tələb olunan şəkildə  tələbatçıya çatdırılması  təmin 
edilir. 
Məlumatlar aşağdakı şəkildə əks etdirilir: 
Müəllif (o cümlədən müştərək müəllif, kollektiv müəllif, tərtib edən və 
s.); 
Sərlövhə (o cümlədən oxşar sərlövhə, seriyanın sərlövhəsi, digər 
sərlövhə, açar sərlövhə, xüsusi sərlövhə, ümumi sərlövhə və s.); 
Açar sözü (açaq sözü imkan verir ki, kitabxana fondunda mövcud olan 
informasiya ehtiyatlarının axtarışını maksimum dərəcədə təmin etsin); 
Predmet rubrikaları; 
Təsnifləşdirmə indeksi; 
Nəşr yeri, nəşriyyat və nəşr tarixi; 
Sənədin saxlanma yerinə görə; 
Kitabın Beynəlxalq Standart Nömrəsi (ISBN); 
Seriyalı Nəşrlərin Beynəlxalq Standart Nömrəsi (ISSN). 
Elektron kataloqlar dünya kitabxanalarının internet vasitəsilə yayılan 
əsas informasiya mənbəyidir. Elektron kataloq olmadan kitabxanada kompüter 
əsasında tətbiq edilən bütün işlərin xarakteri dar məna daşıyıcısıdır. Elektron 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə