Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə27/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

65 
yerinə qoyulmadığı üçün tapılıb oxucuya verilə bilməyən, sadəcə olaraq, 
oğurlanan sənəd ola bilməz.  
Dünyanın hər hansı kitabxanasından müəyyən sənəd yerli kitabxanadakı 
kimi asanlıqla tapılıb istifadə edilə bilər.  Şübhəsiz, deyilən üstünlüklər o 
demək deyil ki, elektron kitabxana ənənəvi kitabxanadan daha etibarlıdır. 
Elektron kitabxanada kompüter sisteminin işi dayana bilər,  şəbəkədə rabitə 
xətti ləng və etibarsız işləyə bilər, virus təsiri ola bilər və s. Lakin ənənəvi 
kitabxanalarla müqayisədə elektron kitabxana yerləşdiyi coğrafi məkandan 
asılı olmayaraq istənilən istifadəçi üçün bütün sutka ərzində operativ və 
açıqdır. Çünki elektron sənədlər mühafizə olunduğu serverlər (kompüterlər) 
fasiləsiz işləyir. Bu proses qlobal şəbəkənin bütün provayderləri və qovşaqları 
üçün də xarakterik haldır; 
5. Çap əsərlərinin, ümumiyyətlə, onların mühafizə edildiyi 
kitabxanaların nə özləri, nə  də sosial-informasiya funksiyaları elektron 
kitabxanalardan asılı olmayaraq heç vaxt dəyişməyəcəkdir.  İnformasiya 
daşıyıcıları kimi gil lövlələr papirusla, sonuncu perqamentlə, perqament 
kağızla, kağız isə qismən mikroformalarla əvəz edilmişdir. Elektron 
informasiya vasitələri isə çap əsərlərilə paralel şəkildə inkişaf edir. Onlar 
hazırda ümumi sənəd informasiya məhsulunun təqribən 20%-ni təşkil edir; 
2000-ci ildə dünyada 315 mln. ton kağız sərf edilmişdir. OCLC kataloqunda 
43 milyon adda sənədin biblioqrafik məlumatları vardır.  Əgər onların hər 
birini orta hesabla 300 səhifə hesab etsək 13 milyard çap səhifəsi alınar (4, 
s.70). 
Bütün bunlar göstəriri ki, indi biz sadə deyil, çox mürəkkəb, çətin və 
eyni zamanda şərəfli və qüdrətli peşə adamlayırıq. Lazımi resurs olmadan heç 
bir istehsal və  tədavül mümkün deyil. Zəngin informasiya resursları ancaq 
kitabxanalardadır. Deməli, informasiya bazasının  əksər komponentlərinə 
sahiblik hüququ da kitabxanalardadır. Kitabxanalar yeni, yüksək 
texnologiyalarla, metod və vasitələrlə daha yaxşı silahlanmalıdır. Bu 
istiqamətdə elektron kitabxanaların rolu və əhəmiyyəti böyükdür. 
Elektron kitabxanalar haqqında elmi fikirlər son illər yaranmışdır. Hələ 
XX  əsrin 50-ci illərində V.Buş “Biz necə düşünürük” məqaləsində, dünyada 
ilk dəfə açıq  şəbəkə ideyasının müəllifi olan Y.Liklayder “Gələcəkdə 
kitabxanalar” kitabında elektron kitabxanaların ümumi konturlarını müəyyən 
etmişdir. 80-ci illərin  əvvəllərindən informasiya texnologiyalarının 
keyfiyyətcə yeni mərhələyə keçməsi (CD-ROM, fərdi kompüterlər, internet və 
s.) ilə əlaqədar olaraq elektron kitabxanaların yaradılması problemləri yenidən 
aktuallıq kəsb etmişdir. Həmin illərdən başlayaraq elektron kitabxanaların 
yaradılması və təcrübi olaraq reallaşdırılması üçün milli və transmilli proqram 
layihələr işlənmiş, təqribən 90-cı illərin  əvvəllərindən həmin kitabxanalar 
fəaliyyət göstərməyə başlamışdır. Onların miqdarı və resursları sürətlə artır. 
Rusiyada elektron kitabxanaların yaradılması istiqamətində bir neçə 
milli və regional layihə  və proqram işlənmiş  və onların bəziləri təcrübədə 


66 
reallaşdırılmışdır. Bunlardan Rusiya Dövlət məqsədli elmi-texniki proqramı, 
elm və  təhsil sahəsində “Ali məktəblər və elmlər üçün milli kompüter 
telekommunikasiya  şəbəkəsinin yaradılması”, Rusiya elektron kitabaxanaları, 
Rusiya Mədəniyyət Nazirliyinin “Rusiya mədəniyyəti (2001-2005) federal 
proqramın “elektron kitabxanalar” altproqramını misal göstərmək olar. 
Hazırda “Rusiya elektron kitabxanaları” qlobal dövlət proqramı 
reallaşdırılmağa başlamışdır. Bu proqramda 11 nazirlik, “Soros” fondu, Elm 
və Texnika üzrə Federal İnformasiya Fondu iştirak edir. Məsələn, “Soros” 
fondunun vəsaiti hesabına 14 min adda elmi-texniki jurnalın elektron variantı 
hazırlanmışdır. Ümumiyyətlə, ilk mərhələdə Rusiyada 80 milyon adda 
sənəddən ibarət olan milli baza elektron kitabxanası yaradılacaqdır. 2010-cu 
ildə proqramın ikinci mərhələsi başa çatmalıdır. Bu mərhələ qlobal 
parametrlərə malikdir (məsələn, ölkənin bütün inzibati-ərazi bölgüsündə, o 
cümlədən 1500-dən çox MKS-də  fəal istifadə olunan sənəd massivləri 
əsasında elektron kitabxanalar şəbəkəsinin yaradılması, xarici ölkələrin (böyük 
yeddilərin) elektron kitabxanaları ilə informasiya mübadiləsi, Rusiya milli 
elektron depozitariyasının və  şəbəkə elektron kataloqunun yaradılması, milli 
informasiya məkanında sənədin elektron göndərişi və s.). 
Elektron kitabxanaların yaradılmasına dair transmilli proqramı  və 
layihələr də  işlənmişdir. Bunlardan Avropa Komissiyasına üzv olan böyük 
yeddilərin, o cümlədən Rusiyanın da iştirak etdiyi “Biblioteka universalis”, 
“Avropa  İttifaqının “Kitabxanalar üçün telematika”, “CANDEL” (Avropa 
elektron kitabxanalaranın nəzarətli müraciət  şəbəkəsi), “DECOMATE” 
(Avropada elektron kitabxanalarının nəzarətli müraciət  şəbəkəsi), “DIEPER” 
(Avropa elektron dövri nəşrləri), Miracle (Korlar üçün müsiqi kataloqu) və bir 
neçə digərlərini göstərmək olar. Sonuncu deyilən layihə Avropada korlar üçün 
multimedia elektron kitabxana mərkəzinin yaradılmasını  və Brayl şriftinin 
rəqəm formasında müsiqi əsərlərinin onlayn rejimində istifadəsini nəzərdə 
tutur. Bu layihənin koordinasiya mərkəzi korlar üçün Hollandiya Milli 
Kitabxansıdır. Layihədə Böyük Britaniya, İtaliya,  İsveçrə  və  İspaniya iştirak 
edir. 2003-cü ildən bu layihə reallaşdırılmışdır. 
Elektron kitabxanaların yaradılması mürəkkəb elmi və texniki 
problemdir. O, böyük maliyyə vəsaiti və savadlı kadrların olmasını tələb edir. 
Ənənəvi kitabxanalar kimi və onların bir altsistemi funksiyasında o da 
müntəzəm inkişaf edir. Onun yaradılmasının və istifadəsinin xeyli təşkilati, 
texniki, texnoloji və normativ-hüquqi problemləri vardır. 
Məlum olduğu kimi, kataloqlaşdırma qaydaları bütün ölkələrdə  əsas 
normativ sənəd hesab olunur və biblioqrafik qeydlərin formalaşmasının 
mühüm tərkib hissəsini təşkil edir. Hazırda MDB ölkələrində mürəkkəb 
vəziyyət yaranmışdır: onlar da müstəqil milli kataloqlaşdırma qaydaları 
olmadığına görə, iki seçim prinsipi qarşısında qalmışlar. Belə ki, onlar ya 
kataloqlaşdırmada başladıqları Rusiya qaydalarını davam etdirməlidirlər, ya da 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə