Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə23/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

57 
Kitabxanasının təşkilatçılığı ilə keçirilmişdir. Burada əsasən təşkilati məsələlər 
müzakirə edilmiş,  İqtisadi  Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Milli 
Kitabxanalarının direktorlarının  İctimai Birliyinin yaradılması barədə  qərar 
qəbul olunmuşdur. Bu beynəlxalq təşkilata  İran, Türkiyə, Azərbaycan, 
Pakistan, Tacikistan, Qırğızıstan,  Əfqanıstan, Türkmənistan və Özbəkistan 
Milli kitabxanalarının direktorları daxil olmuşlar [3, s.15]. 
Növbəti dəfə 2009-cu ildə Bakıda Azərbaycan Respublikasının 
Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanası  tərəfindən “Bakı - İslam Mədəniyyətinin paytaxtı - 2009” 
tədbirləri çərçivəsində İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının direktorları 
Şurasının II Konfransı keçirilmişdir. Konfransın  əsas məqsədi qloballaşan 
dünyada Milli Kitabxanaların öz işlərini informasiya cəmiyyətinin tələblərinə 
uyğun qurması problemlərinin müzakirəsi və qarşılıqlı  əlaqələrin inkişaf 
etdirilməsi olmuşdur. 
İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının vahid 
portalının yaradılması, türk xalqlarının görkəmli 
şəxsiyyətlərinin 
yubileylərinin islam dünyasında qeyd olunması və Milli Kitabxanalar ilə bağlı 
müxtəlif çıxışlar dinlənilmiş  və müzakirələr edilmişdir. Bakı konfransında 
İqtisadi  Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanalarının 
Direktorlar  Şurasının nizamnaməsi qəbul olunmuş, Azərbaycan Milli 
Kitabxanasının direktoru, professor Kərim Tahirov konfransın sədri,  İran 
İslam Respublikasının Milli Kitabxana və Arxiv Təşkilatının direktoru, 
Prezidentin Mədəniyyət məsələləri üzrə müşaviri  Əli  Əkbər Aşari isə Baş 
direktoru seçilmişlər. Konfransın işində İƏT-ə üzv ölkələrdən 16 xarici qonaq 
iştirak etmişdir. 
“Bakı - İslam Mədəniyyətinin paytaxtı - 2009” tədbirlər çərçivəsində 
İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının saytlarına birbaşa çıxışı təmin edən 
“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları” adlı səhifə 
hazırlanmışdır [5, s.30]. 
2010-cu ildə Türkiyənin paytaxtı Ankara şəhərində  İƏT-ə üzv olan 
ölkələrin milli kitabxana direktorlarının 3-cü toplantısı keçirilmişdir. 
Toplantıda Türkiyə, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, 
Pakistan və Əfqanıstan milli kitabxanalarının direktorları və İƏT Mədəniyyət 
İnstitutunun nümayəndəsi iştirak edirdi. Konfrans İƏT ölkələrinin milli 
kitabxanalarının birgə  əməkdaşlığına və bu əməkdaşlıq  şəraitində ortaq 
layihələrin həyata keçirilməsinə, rəqəmsal kitabxanaların yaradılmasına və 
digər məsələlərə həsr olunmuşdur [6, s.27]. 
БАЕ (Avraziya Kitabxanalar Assambleyası; 
Библиотечная 
Ассамблея  Евразии  БАЕ)Azərbaycan Milli Kitabxanasının sıx  əməkdaşlıq 
etdiyi qurumlardan biri də BAE-dir. Hələ keçmiş SSRİ dövründə kitabxana işi 
sahəsində yaradılan birliklər,  şuralar, qarşıya çıxan problemlərin həllində
təcrübə mübadiləsində, kitabxanaşünaslıq elminin inkişafında bu qurum böyük 
rol oynamışdır. Belə birliklər, o cümlədən Ümumittifaq kitabxana şurası, 
(Всесоюзный  библиотечный  совет  (ВБС)), sahəvi kitabxana şuraları  və 


58 
komissiyaları müxtəlif tip kitabxanaların – universal dövlət kitabxanalarının, 
akademik, ali məktəb, elmi texniki və digər kitabxanaların ixtisaslı 
mütəxəssislərini bir araya toplayırdı. Bu da kitabxanaların ümumi proqram 
çərçivəsində  fəaliyyət göstərməsinə,  əldə olunan təcrübənin yayılmasına 
böyük köməklik göstərirdi. Lakin SSRİ dağıldıqdan sonra hər sahədə olduğu 
kimi kitabxana sahəsində olan bu birliklər öz fəaliyyətini dayandırdı. Müstəqil 
dövlət quruculuğu yoluna qədəm qoymuş ölkələr ümumbəşəri dəyərlərə 
söykənən demokratik hüquqi və dünyəvi dövlət yaratmaq arzularını 
reallaşdırmaq istiqamətində addımlar atmağa başladılar. Sürətlə başlanan 
demokratikləşmə prosesləri, cəmiyyətin düzgün inkişafı  və  mədəniyyətin 
yeniləşməsini tələb edirdi. Bu kitabxana quruculuğunda da özünü tam büruzə 
verdi: köhnə  əlaqələrin pozulması, yenilərinin hələ yaradılmaması kitabxana 
sahəsində xüsusilə yeni ədəbiyyatın komplektləşdirilməsində  çətinliklərin 
əmələ gəlməsi və s. Digər tərəfdən oxucuya xidmətdə informasiya çatışmazlığı 
kitabxanaların modernləşdirilməsini, yeni xidmət növlərinin təqdim edilməsini 
tələb edirdi. 
Bu sahədə  əldə olunan bəzi qabaqcıl kitabxanaların təcrübəsini 
öyrənmək, problemlərin həllini birgə araşdırmaq məqsədilə kitabxanaların bir 
araya gəlməsinə, bir təşkilat ətrafında toplanmasına ehtiyac duyulurdu. 
26 iyun 1992-ci ildə Moskvada keçirilən Avropa Humanitar forumu 
çərçivəsində Rusiya Dövlət Kitabxanasının təşəbbüsü ilə ilk dəfə olaraq 
kitabxana  şurasının yığılması  qərara alınır.  Şuraya MDB ölkələrinin Milli 
kitabxana rəhbərləri, kitabxana assosiasiyaları  və birliklərin prezidentləri, 
nümayəndələri toplanır. Yığıncaqda kitabxanalar qarşısında duran əsas 
vəzifələr, kitabxanalarda olan informasiya qıtlığının aradan qaldırılması, 
kitabxanalararası çap məhsulları mübadiləsi, fondların düzgün mühafizə edilib 
gələcək nəsillərə çatdırılması kimi məsələlər müzakirə edilir. Yığıncaqda 
bütün bu məsələlərin düzgün həlli üçün iştirakçılar birləşərək vahid kitabxana-
informasiya məkanında birləşməyi  əsas görürlər. Nəticədə beynəlxalq 
kitabxana birliyinin yaradılması qərara alınır. 
27 noyabr 1992-ci il tarixində Moskvada və 1993-cü ilin aprel ayında 
Sankt-Peterburq  şəhərində Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, 
Maldova, Rusiya, Türkmənistan, Ukrayna, Ermənistan respublikalarının 
kitabxana ictimaiyyətinin razılığı ilə beynəlxalq kitabxana və kitabxana 
cəmiyyətlərinin birliyinin təsis yığıncağı keçirilir Avraziya Kitabxanalar 
Assambleyası (БАЕ-Библиотечная Ассамблея Евразии) təşkilatı yaradılır. 
M.F.Axundov adına Milli Kitabxana bu təşkilatla sıx əlaqələr qurmuş və 
həyata keçirilən layihələrdə yaxından iştirak etmişdir. Belə ki, 2007-ci ildə 
Avrasiya Kitabxana Assambleyasının (BAE) Qeyri-Kommersiya Əməkdaşlıq 
Təşkilatının Moskva şəhərində Rusiya Dövlət Kitabxanasında keçirilən 9-cu 
iclası, 2008-ci ildə  Qırğızıstanın paytaxtı Bişkek  şəhərində BAE-nin XI 
toplantısı, 2010-cu ildə Sankt Peterburqda keçirilən XII ümumi iclası, 2013-cü 
ildə Azərbaycanın paytaxtı Bakı  şəhərində XV ümumi iclası, 2014-cü ildə 
Qırğızıstanın Bişkek şəhərində BAE-nin XVI iclası, 2015-ci ildə Qırğızıstanda 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə