Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə24/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

59 
İssık-Kulda XVI ümumi iclası, Sankt-Peterburq şəhərində XVIII ümumi 
iclasında Azərbaycan Milli Kitabxanasının  əməkdaşları  fəal iştirak etmişlər. 
Bu toplantılarda MDB ölkələrinin vahid elektron kitabxanasının və elektron 
kataloqunun yaradılması, BAE-yə daxil olan ölkələrin milli kitabxanalarındakı 
mədəniyyət, incəsənət və turizmlə bağlı olan məlumatların toplu şəkildə vahid 
informasiya mənbəyi kimi istifadə edilməsi, Rusiya Milli Kitabxanasında əski 
Azərbaycan  əlifbası ilə inqilaba qədər çap olunmuş kitabların  əlifba 
kataloqundan Azərbaycan Milli Kitabxanasında olmayan kitabların  əldə 
olunması, Rusiya Dövlət Kitabxanasında mühafizə edilən dissertasiyaların 
virtual oxu zalının  əməkdaşlıq ölkələrinin milli kitabxanalarında yaradılması 
kimi məsələlər müzakirə obyekti olmuşdur. 
Bir sıra beynəlxalq təşkilat və assosiasiyalara üzv olan Milli Kitabxana 
beynəlxalq fəaliyyətində ayrı-ayrı ölkələrdə keçirilən seminar, treninq və 
forumlarda da fəal iştirak edir. Bunlardan 2010-cu ildə Moskvada “MDB 
ölkələrinin Milli Kitabxanalarının fəaliyyətinin keyfiyyət göstəriciləri” adlı 
beynəlxalq seminarda, 2012-ci ildə Budapeşt  şəhərində keçirilən beynəlxalq 
kitab festivalında, 2013-cü ildə Daşkənd şəhərində “Mərkəzi Asiya - 2013” 7-
ci beynəlxalq konfransda, 2013-cü ildə Malayziyanın paytaxtı Kuala-
Lumpurda Malayziya Texniki Əməkdaşlıq Proqramının təşkilatçılığı ilə 
“Kitabxanaçılar üçün kitabxana menecmenti və planlaşdırma” kursunda, 2014-
cü ildə Özbəkistanın Karşi  şəhərində  təşkil edilmiş “Elm, təhsil, mədəniyyət 
və biznesdə internet və kitabxana-informasiya resursları” 7-ci beynəlxalq 
konfransda, Sankt-Peterburq şəhərində Rusiya Milli Kitabxanasında III Sankt-
Peterburq beynəlxalq mədəniyyət forumu çərçivəsində keçirilmiş “Milli 
kitabxana və onun oxucusu: transformasiya problemi” adlı elmi-təcrübi 
konfransda, Belarus Milli Kitabxanasında respublikada ali kitabxanaçılıq 
təhsilinin 60 illiyinə  və Belarusun alman faşist işğalçılarından azad 
edilməsinin 60 illiyinə  həsr olunmuş  “Библиотека  как  феномен  культуры” 
adlı I Beynəlxalq konqresdə, Qazaxıstan Respublikasının Mədəniyyət və 
İdman Nazirliyinin və Akademik Milli Kitabxananın təşkilatçılığı ilə 
Qazaxıstan Respublikasının Birinci Prezidenti gününə  və Akademik Milli 
Kitabxananın 10 illiyinə həsr olunmuş “Prezident və millətin mənəvi dirçəlişi” 
adlı beynəlxalq forumda, Slovakiyada VTLS, Chamo proqramının 
təkmilləşdirilməsi məqsədilə treninqlərdə, 2015-ci ildə Daşkənd  şəhərində 
“İnternet, elmdə, təhsildə, mədəniyyətdə  və biznesdə kitabxana resursları” 
mövzusunda keçirilən IX beynəlxalq konfransda, IV Sankt-Peterburq 
Beynəlxalq Mədəniyyət Forumunda, Həştərxan vilayətində  Xəzəryanı 
Assambleyada, 2016-cı ildə Moskva şəhərində Rusiya Dövlət Kitabxanasında 
Avrasiya Kitabxana Assambleyası (BAE) təşkilatçılığı ilə “Milli kitabxanalar 
və MDB vahid informasiya məkanı: dövrün çağırışları  və inkişaf 
perspektivləri” adlı forumda, 2016-cı ildə  Səmərqənd  şəhərində Özbəkistan 
Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Elmdə, təhsildə, mədəniyyətdə 
və biznesdə internet, informasiya və kitabxana resursları” adlı 10-cu 
beynəlxalq konfransda, Qazaxıstanın paytaxtı Astana şəhərində 


60 
Kitabxanaçıların Beynəlxalq Konqresində kitabxananın  əməkdaşları  fəal 
iştirak etmişlər. 
Nəticə 
Beləliklə, Milli Kitabxananın beynəlxalq kitabxana təşkilatlarında elmi, 
mədəni və  təşkilati fəaliyyətinin  əsas istiqamətlərini nəzərdən keçirərkən bir 
daha bəlli olur ki, kitabxana bu qurumlarda iştirak etməklə beynəlxalq 
informasiya mühitinə inteqrasiya imkanları  əldə etmiş olur, beynəlxalq 
kommunikativliyi artırır, yeni portnyorların tapılmasına şərait yaranır. 
Nəticə olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Milli Kitabxanasının 
modernləşdirilməsi və informasiyalaşdırılmasında beynəlxalq kitabxana 
təşkilatları mühüm yer tutur, kitabxananın bu sahədəki fəaliyyəti çox 
vektorludur və qarşılıqlı faydalığa əsaslanan siyasət həyata keçirilir. 
 
 Ədəbiyyat 
1. 
Azərbaycan Milli Kitabxanası //Azərbaycan Kitabxana Ensiklopediyası. Bakı, 
2015, s. 70-78. 
2. 
Əliyev, İ. Türkdilli ölkələrin milli kitabxana direktorlarının konfransı və 
"Avrasiya Kitabxanalar Assambleyası" əməkdaşlıq təşkilatının ümumi 
iclasının iştirakçılarına /İ.Əliyev//Azərbaycan.-2008.-18 noyabr.- S. 1. 
3. 
M.F.Axundov adına Milli Kitabxananın 2007-ci il hesabatı, 51 s. 
4. 
M.F.Axundov adına Milli Kitabxananın 2008-ci il hesabatı, 63 s. 
5. 
M.F.Axundov adına Milli Kitabxananın 2009-cu il hesabatı, 75 s. 
6. 
M.F.Axundov adına Milli Kitabxananın 2010-cu il hesabatı, 64 s. 
7. 
M.F.Axundov adına Milli Kitabxananın 2011-ci il hesabatı, 90 s. 
8. 
M.F.Axundov adına Milli Kitabxananın 2012-ci il hesabatı, 88 s. 
9. 
M.F.Axundov adına Milli Kitabxananın 2014-cü il hesabatı, 77 s. 
10. 
M.F.Axundov adına Milli Kitabxananın 2015-ci il hesabatı, 88 s. 
11. 
M.F.Axundov adına Milli Kitabxananın 2016-cı il hesabatı, 92 s. 
12. 
Məxdimqulu F. Seçilmiş əsərləri /tərt. ed. Ramiz Əskər; red. Əli Şamil.- Bakı-
Ankara, 2010.- 448 s. 
13. 
Muxtarov, K. Azərbaycan Respublikası və TÜRKSOY //[Elektronresurs] 
URL: http://onerjurnali.narod.ru/0002.htm 
14. 
Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, 
məruzələr, müraciətlər, fərmanlar /H.Ə.Əliyev; burax. məs. R. Mehdiyev
Əliyev, Heydər Əlirza oğlu Azərbaycan Respublikasının Ümummilli Lideri 
1923-2003. 8 Noyabr, 1996 - mart, 1997/Bakı: Azərnəşr, 1998. 488 s.  
15. 
Türkmən şairi Nurməhəmməd Əndəlibin Azərbaycan dilində nəşr olunmuş 
kitabı təqdim edilib: [TÜRKSOY-un təşkilatçılığı ilə M.F.Axundov adına 
Milli Kitabxanada türkmən şairinin “Şeirlər, poemalar, dastanlar” kitabının 
təqdimatı keçirilib] //525-ci qəzet.- 2011.- 10 mart.- S. 7. 
 
 
 
 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə