Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə20/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

51 
Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin “Məhəmməd 
Füzulinin anadan olmasının 500 illiyi haqqında” 16 mart 1994-cü il tarixli 
fərmanından sonra dahi şairin 500 illik yubiley şənliklərinə  məhz Türkiyədə 
başlanılması türkdilli ölkələrin bir araya gətirilməsi üçün gözəl şərait yaratdı. 
Bu, türk dünyası  mədəniyyət və incəsənət xadimləri arasında  ədəbi-mədəni 
əlaqələrin genişləndirilməsinə də böyük təkan verdi. 
Daha sonra yubiley şənlikləri Bakıda 1996-cı ilin noyabr ayında 
TÜRKSOY beynəxalq təşkilatının VIII toplantısı ərəfəsində davam etdi. Belə 
ki, noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət 
Heyətində türk dünyası yazıçılarının III qurultayı [14, s.7], daha sonra 
TÜRKSOY beynəlxalq təşkilatının VIII toplantısı keçirildi. Hər iki tədbirdə 
Ulu Öndər iştirak etmiş, dəyərli fikirlərini, türkdilli dövlətlər arasında 
əlaqələrin genişlənməsi üzrə tövsiyələrini bildirmişdir [14, s.16]. 
Sonrakı illərdə  də TÜRKSOY təşkilatının fəaliyyəti türkdilli ölkələrin 
mədəniyyət sahəsində ayrı-ayrı  təşkilatların, müstəqil qurumlarının 
yaranmasına səbəb olur. Kitabxana sahəsində belə bir təşkilatın yaranması 
məqsədilə 4-8 iyun 2007-ci il tarixində Türkiyə Respublikasının Ankara 
şəhərində Türk Cümhuriyyətləri Milli Kitabxana direktorlarının iştirakı ilə 
konfrans keçirilir. Konfransın  əsas məqsədi türkdilli ölkələrin Milli 
Kitabxanalarının fəaliyyətini  əlaqələndirən və onlar arasında qarşılıqlı  iş 
birliyinin qurulmasını təmin edən və türkdilli xalqların ortaq mədəniyyətinin, 
ədəbiyyatının, əlyazmalarının tədqiqi üzrə layihələrin işlənməsini təmin edən 
bir qurumun yaradılmasından ibarət idi. Belə bir qurumun yaradılması qərarı 
hələ 2006-cı ilin dekabrında TÜRKSOY-un toplantısı zamanı Azərbaycanın 
Mədəniyyət və Turizm naziri və Türkiyə Cümhuriyyətinin Mədəniyyət və 
Turizm naziri tərəfindən irəli sürülmüşdür Bununla da artıq Azərbaycan Milli 
Kitabxanası digər türkdilli dövlətlərin kitabxanaları kimi TÜRKSOY 
çərçivəsində keçirilən tədbirlərin həm iştirakçısı, həm də təşkilatçısı timsalında 
çıxış etməyə başladı. 
Türkdilli ölkələrin Milli Kitabxana direktorlarının II konfransı Bakıda 
2008-ci il noyabrın 18-də Milli Kitabxananın 85 illik yubiley tədbirləri 
çərçivəsində keçirilmişdir. Burada Avrasiya Kitabxanalar Assambleyası 
əməkdaşlıq təşkilatının ümumi iclasının keçirilməsi də  nəzərdə tutulmuşdur. 
Türkdilli ölkələrin Milli Kitabxana direktorlarının II konfransında Türkiyə, 
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Tatarıstan, Xakasiya və 
Başqırdıstan Milli Kitabxana rəhbərləri, rəsmi nümayəndələr iştirak edirdi [4, 
s.21]. 
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyevin Türkdilli 
ölkələrin Milli Kitabxana direktorları konfransının və Avrasiya Kitabxanalar 
Assambleyası əməkdaşlıq təşkilatının ümumi iclasının iştirakçılarına müraciəti 
olmuşdur. Müraciətdə ölkə başçısı müstəqil Azərbaycan dövlətinin dünya 
mədəni məkanına inteqrasiyasında türkdilli dövlətlərlə  əməkdaşlığın mühüm 
əhəmiyyət kəsb etdiyini göstərmiş və qeyd etmişdir ki: “Qloballaşan dünyada 
informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasirləşən milli 


52 
kitabxanalar ölkələrin davamlı inteqrasiyası  və xalqların qarşılıqlı  mədəni 
əlaqələrinin zənginləşməsi proseslərinə öz layiqli töhfələrini verməkdədir. 
Ümidvaram ki, konfransınızda müzakirəyə çıxarılan məsələlər və qəbul edilən 
qərarlar milli kitabxanaların xalqlarımızın mədəni sərvətlərinin yaşadılması və 
intellektual potensialının artırılmasında faydalı olacaqdır” [2]. 
Konfransda türkdilli ölkələrin vahid elektron kitabxana və elektron 
kataloqunun yaradılması  məsələsi müzakirə olunmuş, hər bir ölkənin milli 
kitabxanasında türkdilli ölkələrin xüsusi guşəsinin yaradılması məsələsi qərara 
alınmışdır. Qeyd etmək lazımdır ki, bu qərar ortaq türk mədəniyyətinin, ortaq 
ədəbi irsimizin bütün türkdilli ölkələrdə tanınması  və  gələcək nəsillərə 
ötürülməsi, təbliği istiqamətində mühüm bir mərhələnin başlanğıcıdır. 
Türkdilli ölkələrin Milli Kitabxana direktorları növbəti dəfə 2009-cu il 
sentyabrın 8-də  Qırğızıstanın Bişkek  şəhərində görüş keçirmişlər. Görüş 
Qırğızıstan Milli Kitabxanasının 75 illik yubiley tədbirləri çərçivəsində baş 
tutmuşdur. Burada 2015-ci ilə kimi türkdilli ölkələrin milli kitabxanalarının 
əməkdaşlığının  əsas istiqamətləri müəyyən edilmiş, bu ölkələrin 
kitabxanalarının toplu kataloqunun yaradılması  və türkdilli ölkələrin elm, 
tarix, mədəniyyət və dili haqqında məqalələr mübadiləsinin təşkili məsələləri 
müzakirə olunmuş  və  qərarlar qəbul edilmişdir. Bu konfrans Türkdilli 
ölkələrin milli kitabxanalarının direktorlarını bir araya yığmaqla kitabxanalar 
arasında  əlaqələri bir daha genişləndirmiş  və  əməkdaşlığı gücləndirmişdir. 
2012-ci ildə Türkdilli ölkələrin kitabxanalarının iştirakı ilə qədim əlyazmaların 
qorunması, mühafizəsinə dair seminar da təşkil etdilmişdir. Belə ki, 2012-ci il 
noyabr ayının 28-dən 29-dək Türkmənistan Milli Elmlər Akademiyasının 
Əlyazmalar (Qolyazmalar) İnstitutunda TÜRKSOY və  İSESKO arasında 
əməkdaşlıq proqramı  çərçivəsində  Aşqabad  şəhərində “Kitabxanalarda 
saxlanılan qədim  əlyazmaların qorunması problemləri” mövzusunda seminar 
keçirilmişdir. Seminarda Türkdilli ölkələrin kitbxanalarında qorunan qədim 
əlyazmalardan, onların müasir informasiya texnologiyaları vasitəsilə elektron-
rəqəmsal formata köçürülməsindən, qədim türk xalqlarının tarixinin 
öyrənilməsində bu əlyazmaların rolundan və qarşıda duran vəzifələrdən söhbət 
açılmışdır. 
Türkdilli ölkələrin Milli Kitabxana direktorları  şurası 2010-cu ildən 
başlayaraq TÜRKSOY təşkilatının türk dünyasının görkəmli tarixi şəxslərini, 
mütəfəkkir,  şair və yazıçılarını, habelə digər böyük şəxsiyyətlərini bütün 
dünyaya tanıtdırmaq məqsədilə elan etdiyi və təşkil etdiyi yubileylərə, xatirə 
gecələrinə  və digər kütləvi tədbirlərə qoşularaq beynəlxalq elmi konfranslar, 
dəyirmi masalar, kitab təqdimatları keçirir. Belə tədbirlərin keçirilməsinin fəal 
təşkilatçılarından biri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 
olmuşdur. 
Silsilə olaraq 2010-cu ildə TÜRKSOY təşkilatı  tərəfindən görkəmli 
başqırd türkoloqu, şərqşünas alim Əhməd Zəki Validi ili çərçivəsində Əhməd 
Zəki Validi Toğanın anadan olmasının 120 illiyinə  həsr olunmuş beynəlxalq 
elmi konfrans Azərbaycan Milli Kitabxanasında, noyabr ayında isə Krım 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə