Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə17/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

44 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 dekabr 2011-ci 
ildə dahi Azərbaycan  şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik 
yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: 
2011-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi 
Azərbaycan  şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi tamam 
olmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan 
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinin keçirilməsi haqqında 
Sərəncamına  əsasən Milli Kitabxana tərəfindən tərtib olunmuş “Nizami 
Gəncəvi” fundamental biblioqrafik göstərici şairin yubileyinə həsr edilmişdir. 
[8] M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası  tərəfindən tərtib 
olunmuş bu elmi-köməkçi xarakterli biblioqrafik göstərici  şairin həyat və 
yaradıcılığına dair çap olunan materialların 1828-ci ildən 2012-ci ilədək olan 
dövrünü əhatə edir. 
AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli “Nizami Gəncəvi” 
biblioqrafik göstəricisinə yazmış olduğu “Dahi Azərbaycan  şairi və 
mütəfəkkiri” adlı oçerkə belə bir epiqraf vermişdir: “Nizami Gəncədən doğdu, 
Azərbaycan göylərinə qalxdı və bütün dünyaya işıq saçdı”. 
Haqqında bəhs ediyimiz bu elmi-köməkçi xarakterli şəxsi biblioqrafik 
göstərici də bu sərəncama  əsasən M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanası tərəfindən 2012-ci ildə yüksək bədii tərtibatla tərtib olunaraq çap 
edilmişdir. 
Biblioqrafik göstəricinin maraqlı  və oxunaqlı bölmələrindən olan 
“Nizami Gəncəvinin aforizmləri” adlı hissədə  şairin  əsərlərində  işlətdiyi 
hikmətli şeir parçaları verilmişdir. Onlardan birini misal olaraq göstərək: 
Nə qədər şair var, söz var, şeir var 
Dünyada onlardan mənəm yadigar. 
“Görkəmli  şəxsiyyətlər Nizami Gəncəvi haqqında” bölməsində 
Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyev, Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyev, Xalq yazıçısı Mirzə  İbrahimov, 
akademik Həmid Araslı, şair, filosof Əlişir Nəvai, rus şərqşünası Y.E.Bertels, 
Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuli, xalq şairi Səməd Vurğun 
və digər görkəmli  şəxsiyyətlərin dərin məzmunlu fikirləri verilmişdir. Bu 
fikirlər içərisində ulu öndər Heydər Əliyevin fikirləri Nizami şəxsiyyətinə olan 
dərin hörmət və ehtiramın bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyev 
demişdir: 
“Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun 
yubileylərini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır.” 
Bu gün daim yeniləşən Azərbaycan mühitində Nizami irsi, Nizami 
şeiriyyatı, Nizami humanizmi və hikməti cəmiyyət üzvlərinin mənəvi qidasına 
çevrilmişdir. 
“Azərbaycanın görkəmli  şəxsiyyətləri” seriyasında nəşr edilmiş 
biblioqrafik göstəricilərdən biri də “Mirzə Ələkbər Sabir - 150” adlı vəsaitdir. 


45 
Mirzə  Ələkbər Sabir Azərbaycan xalqının böyük inqilabçı satirik şairidir. 
Onun  ədəbi irsi 1905-1907-ci illər imperializm dövrünün birinci xalq 
inqilabının Azərbaycanda və yaxın Şərqdə əmələ gətirdiyi siyasi oyanışı inikas 
edən zəngin bədii bir xəzinədir. Çarizm və müstəmləkəçi imperialist 
dövlətlərin Azərbaycan və  Şərq aləmində inqilab əleyhinə törətdiyi irtica və 
terroru M.Ə.Sabir ustalıqla əks etdirmişdir. M.Ə.Sabir şeirdə böyük bir ədəbi 
məktəbin, inqilabi satiranın banisidir. 
Böyük  şairin  ədəbi-bədii irsi ilkin mənbələrlə yanaşı, biblioqrafik 
mənbələrdə  də  əks etdirilərək çoxsaylı oxucularına çatdırılmışdır. M.Ə.Sabir 
yaradıcılığını, həyatını, əsərlərini əks etdirən ilk elmi-köməkçi xarakterli şəxsi 
biblioqrafik vəsait 1958-ci ildə  ədəbiyyatşünas alim, çoxsaylı biblioqrafik 
göstrəicilərin müəllifi Nazim Axundov tərəfindən tərtib edilmişdir. [1] 
M.Ə.Sabirə  həsr edilmiş ikinci, daha mükəmməl və  əhatəli  şəxsi 
biblioiqrafik göstərici M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 
tərəfindən tərtib olunaraq 2012-ci ildə çapdan çıxmışdır. Biblioqrafik 
göstəricinin ixtisas redaktoru və buraxılışına məsul  Əməkdar Mədəniyyət 
İşçisi, Milli Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Kərim Tahirov, 
tərtibçilər - Məlahət Həsənova və Gülbahar Misirova olmuşdur. [7] 
“Mirzə  Ələkbər Sabir - 150” biblioqrafik göstəricisi Azərbaycan 
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli 
Kitabxana tərəfindən  şairin yubileyinə töhfə olaraq hazırlanmışdır. Vəsait 
şairin 1903-2012-ci ilədək nəşr olunan əsərlərini, eyni zamanda həyat və 
fəaliyyəti haqqında yazılan materialları  əhatə edir. Şairin yubileyi ərəfəsində 
hazırlanan bu elmi-köməkçi xarakterli biblioqrafik göstərici üçün materiallar 
yenidən işlənmiş,  əlavələr edilərək daha da təkmilləşdirilmişdir. Biblioqrafik 
göstəricidə “M.Ə.Sabirin həyat və yaradıcılığının  əsas tarixləri”, “Görkəmli 
şəxsiyyətlər M.Ə.Sabir haqqında”, “Əsərləri”, “Həyat və yaradıcılığı 
haqqında” bölmələri öz əksini tapmışdır. Biblioqrafik vəsaitdə Azərbaycan və 
xarici dillərdə  nəşr edilmiş materiallar xronoloji ardıcıllıqla verilmiş, daxildə 
isə əlifba sırası ilə qruplaşdırılmışdır. 
Sabir türkdilli xalqlar arasında tək-tək  şairə  nəsib olan şan-şöhrət 
sahibidir. “Molla Nəsrəddin”  ədəbi məktəbinin başçılarından biri kimi o, 
Azərbaycanla birlikdə Şərqin bir çox ölkələrindəki ədəbi inkişafa qüvvətli təsir 
göstərmiş, orjinallığı, böyük fikri-estetik qüvvəsi ilə seçilən poeziya məktəbi 
yaratmışdır. Bütövlükdə Sabir yaradıcılığı Azərbaycan ictimai-bədii fikir 
tarixində  bənzərsiz, özgün bir mərhələ  təşkil edir. Bu sənətin təsir və  əhatə 
dairəsi, aktuallığı şairin öz sağlığında olduğu kimi yenə qalmaqdadır. Odur ki, 
Sabir fəlsəfəsi, Sabiranə deyim tərzi ayrı-ayrı  sənətkarları, bütünlükdə xalqı 
daim özünə cəlb etməkdədir. Doğrudan da, Sabirin tərəqqi, istiqlal və parlaq 
istiqbal amalları, yüksək xəlqi “məramı yenə dünyada durur”. Bəşər övladı 
durduqca bu amal və məram öz təzə-tərliyini daim hifz edəcəkdir. 
Sağlığında Sabir əsərlərini kitab halında görə bilməmişdi. Tiflisdən 
Abbas Səhhətə yazdığı 27 iyun 1911-ci il tarixli son məktubunda ona vəsiyyət 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə