Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə13/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

35 
elmi-nəzəri, həm tarixi, həm mədəni, həm bölgələr üzrə, həm də müasir siyasi-
ictimai baxımdan sərf-nəzər edildi. BBMM tərəfindən “Azərbaycan 
multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı son dərəcə əhəmiyyətli kitab 
çap olundu. On əsrlik Azərbaycan ədəbiyyatı tarixindəən müxtəlif klassik şair 
və yazıçılarımızın müxtəlif əsərlərində, dastan və nağıllarımızda başqa dinin, 
başqa millətin nümayəndə  və  rəhbərlərinə hörmət dolu münasibət, sevgi və 
ehtiram sərgiləndiyi bu kitab artıq rus və ingilis dillərində də nəşr edilib.  
2016-cı ildə “Multikulturalizm” adlı rüblük jurnalın nəşrinə  də 
başlanıldı. Jurnal Azərbaycan multikultural dəyərlərinin dünyada, dünya 
təcrübəsinin isə Azərbaycanda yayılmasını nəzərdə tutur. Bu jurnal vasitəsilə 
Azərbaycan multikultural əhvalının energiyasının dünyaya yayılması prosesi 
gələn illərdə də davam edəcək (2, s.9). 
M.F.Axundov adına Milli Kitabxananın multikulturalizm sahəsində 
innovativ biblioqrafik fəaliyyətindən bəhs edərkən qeyd etmək lazımdır ki, 
Tədbirlər Planının icrası ilə  əlaqədar Milli Kitabxana Mədəniyyət və Turizm 
Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Azərbaycan 
multikulturalizminin  ədəbi-bədii qaynaqları” kitabının və “Multikulturalizm” 
jurnalının Bakıda, Ağcabədidə, Lənkəranda, Qubada, Gəncədə  və 
respublikamızın digər regionlarında ictimaiyyət nümayəndələrinin iştirakı ilə 
təqdimat mərasimlərini keçirmişdir.  
Problemin təhlili 
M.F.Axundov adına Milli Kitabxananın hazırladığı “Azərbaycanda 
multikulturalizm” adlı fundamental biblioqrafik göstərici də bu əlamətdar 
hadisəyə  həsr edilib(2).Layihənin rəhbəri Azərbaycan Respublikasının 
Mədəniyyət və Turizm Naziri, fəlsəfə üzrə  fəlsəfə doktoru Əbülfəs Qarayev, 
elmi redaktoru Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm 
və Dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, ixtisas 
redaktoru və buraxılışa məsulprofessor,  Əməkdar mədəniyyət işçisiKərim 
Tahirov, rəyçilər fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov və Bakı 
Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, professor Azad 
Məmmədov, redaktor Əməkdar mədəniyyət işçisi Gülzar Səfərəliyevadır. 504 
səhifəlik biblioqrafik göstərici 2016-cı ildə çapdan çıxmışdır. Biblioqrafik 
göstəricidə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” 
elan edilməsi  haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 
verilmişdir.Sərəncamda deyilir: “Tarixi İpək yolunda yerləşən Azərbaycan 
müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni 
rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların 
nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində 
yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi 
olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm 
Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən 
siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz 
nümunəsidir.  


36 
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal 
Forumunun 2016-cı ildə Bakı  şəhərində keçirilməsi barədə  qərar qəbul 
edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan 
münasibətinin real ifadəsidir.  
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci 
bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub 
saxlanması, daha da inkişaf etdirilməsi və geniş  təbliğ olunması  məqsədi ilə 
qərara alıram:  
1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan 
edilsin.  
2.Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq 
Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və 
Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan 
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli 
Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan 
Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını 
bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 
etsin”(1). 
Biblioqrafik göstəricidə “Redaktordan” adlı yazı yer almışdır. Burada 
biblioqrafik göstəricinin quruluşu və axtarış imkanları haqqında məlumat 
verilir. 
Biblioqrafik göstəriciyə Azərbaycan Respublikasının Millətlərarası, 
Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal 
Abdulla tərəfindən “Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət 
siyasətidir” adlı geniş  məqaləsi verilmişdir. Qeyd olunmuşdur ki, ölkə 
Prezidentinin 2014-cü ildə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm 
Mərkəzinin də  fəaliyyəti məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu 
günə qədər 15 xarici ölkədə – Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada, 
Gürcüstanda,  İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, 
İsveçrədə  və başqalarında, həmçinin 36 Azərbaycan universitetində 
“Azərbaycan multikulturalizmi” adlı  fənnin tədrisini həyata keçirdi. Onu da 
qeyd etmək lazımdır ki, əgər əvvəllər biz xarici universitetləri belə bir fənnin 
tədrisinin vacibliyinə inandırmağa çalışırdıqsa, bu gün bizə  həm artıq 
əlaqəqurduğumuz universitetlərdən, həm də tamamilə yeni universitetlərdən 
təkliflər gəlir. Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici 
tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin 
ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin 
universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna 
xüsusi həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını, 
mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan 
həqiqətlərini öyrənirlər.  Əsas məqsəd bu tələbələrin Azərbaycana olan 
maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir.  


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə