Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə9/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

24 
tərtibi qaydaları” adlı müstəqil standart təşkil etmişdir. Burada təsvirdə 
biblioqrafik təsvirin başlığının tətbiq edilməsinə xüsüsi diqqət yetirilmişdir. 
Hazırda standartlar kompleksinə daha bir standart da daxil edilmişdir ki, 
o da elektron ehtiyatlar üçün nəzərdə tutulmuşdur - DÖST 7.82-2001 
“Biblioqrafik yazı. Ümumi tələblər və  tərtibi qaydaları”. Həmin standart 
kitabxana fondlarına daxil olan elektron sənədlərin təsviri üçün tərtib 
edilmişdir. 
Qeyd etmək lazımdır ki, 7.1-2003 dövlət stardartı özündən əvvəlki bütün 
standartların  əvəzinə  nəşr edilmişdir. Ona görə  də bütün nəşr növləri üçün 
nəzərdə tutularaq universal standart hesab edilir. Belə ki, 1980-ci illərdə 
yaranmış standartların bir qismi kitab, seriyalı  sənədlər, normativ-texniki 
sənədlər, dərc edilən və dərc edilməyən sənədlər üçün, bir qismi də ayrı-ayrı 
nəşr növlərinin (not nəşrlərinin təsviri, kartoqrafik nəşrlərin və s.) təsviri üçün 
nəzərdə tutulmuşdu. Onu da demək lazımdır ki, 7.8-2000 və 7.1-2003 
standartları biblioqrafik isnadların təsvirində tətbiq edilmir.  
Son illərdə respublikada kitabxana işi sahəsində baş verən yeniliklər, 
xüsusilə informasiya texnologiyalarının tətbiqinin nəticəsində elektron 
kitabxana və elektron kataloqların yaradılması, milli kitab fondunun surətlə 
artması, elektron sənəd fondunun artması, cəmiyyətdə baş verən qlobal 
proseslər ictimai həyatın bütün sahələrinə  əhəmiyyətli dərəcədə öz təsirini 
göstərmişdir. 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə öz 
müstəqilliyini qazanaraq dünya dövlətləri tərəfindən tanınmış, diplomatik 
münasibətlər yaratmışdır. Artıq öz müstəqilliyini  əldə edən Azərbaycan 
Respublikasında bütün sahələrdə olduğu kimi kitabxana işinin inkişafı sahəsinə 
dair bir sıra sərəncamlar verilmiş, Dövlət Proqramları  qəbul edilmişdir. Bu 
baxımdan 2013-cü ildə Azərbaycan Respublikasının Standartlaşdırma, 
Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilən 
“Biblioqrafik yazı.Bibliorafik təsvir (Ümumi tələblər və tərtib qaydaları)” adlı 
Dövlət Standartı xüsusi əhəmiyyət kəsb edir. Standart Asərbaycan 
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli 
Kitabxanası tərəfindən işlənib təqdim edilmişdir.(3) 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının müstəqilliyinə 
qədər və ondan sonrakı dövrdə də Respublika kitabxanalarında Rusiyada qəbul 
edilən Dövlət standartları (7.1-69, 7.1-76; 7.1-84) tətbiq edilirdi. 2013-cü ilə 
qədər istər Respublikanın iri elmi kitabxanalarının və  Mərkəzləşdirilmiş 
kitabxana sistemlərinin ənənəvi kataloqlarında 7.1-84 “Sənədlərin biblioqrafik 
təsvir qaydaları” adlı Rusiya Dövlət Standartı tətbiq edilməkdə idi. Buna görə 
də 2013-cü ildə Respublikada biblioqrafik təsvirə dair ilk Milli Dövlət 
Standartının qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Burada əsas məqsəq 
biblioqrafik yazıların mübadiləsi üçün Azərbaycan və Beynəlxalq 
kataloqlaşdırma qaydalarını bir-birinə yaxınlaşdırmaqdan ibarət olmuşdur. 
Biblioqrafik təsvirə dair Azərbaycan Milli Dövlət standartı bir sıra 
beynəlxalq standartlara əsaslanaraq tərtib edilmişdir. “Biblioqrafik yazı. 


25 
Biblioqrafik təsvir (Ümumi tələblər və  tərtib qaydaları)” adlı Milli Dövlət 
standartı  həcmcə böyükdür və onun dəqiq öyrənilməsi xeyli vaxt tələb edir. 
Qeyd etmək lazımdır ki, əvvəlki standartlara dair bir sıra vəsaitlər çap edilsə 
də, Milli Dövlət standartının biblioqrafik təsvir qaydalarını özündə əks etdirən 
bu ilk vəsaitdir. 
Qeyd etməliyik ki, AZS 754-2013 Milli Dövlət Standartında biblioqrafik 
təsvirin bütün növləri öz əksini tapmışdır. Burada kitablar, seriyalı, çoxcildli, 
kollektiv müəllifli nəşrlərin təsviri ilə  bərabər, xüsusi nəşr növlərinin 
(avdiovizual nəşrlərin, kartoqrafik nəşrlərin, not nəşrlərinin, avtoreferat
dissertasiyaların və s.) təsviri qaydaları da öz əksini tapmışdır.Hazırki 
məqalədə audovizual və kartoqrafik nəşrlərin təsviri qaydalarından bəhs 
edilməsi nəzərdə tutulmuşdur. 
Xüsusi nəşr növlərinin təsviri içərisində audiovizual nəşrlərin təsviri 
mühüm yer tutur. Biblioqrafik təsvirin obyektini audiovizual (AV) mateialın 
ayrıca vahidi, komplekti, AV materialın komplektindən və seriyalı nəşrindən 
ayrıca vahidi təşkil edir. AV materiallar: A materiallardan –fonoqrammalar, 
qrammafon valları, səs jazıları  və s.; V materiallardan – diafilm, diapozitiv, 
kinofılm və s. ibarətdir. 
AV ayrıca vahidi – qrammafon valı, diafilm, diapozitivlərin toplusu, 
ayrıca müstəqil material kimi nəşr edilən məzmunu bitmiş kinofilmlərdən 
ibarətdir.  
AV materialın komplekti - iki və daha artıq eyni tipli informasiya 
daşıyıcılarından (qrammafon valı, maqnit fonoqramları, diafilmlər, 
diapozitivlərin toplusu, kinofilmlər, disklər,  CD-ROM)ibarət olaraq miqdarı, 
məzmunu və tərtibatına görə əvvəlcədən müəyyənləşdirilmiş bütöv bir vahidi 
təşkil edir.  
AV materialın ayrıca vahidinə AV komplektindən və seriyalı nəşrindən 
ayrıca materialına bir hissədən ibarət (birsəviyyəli) təsvir tərtib edilir. 
Birsəviyyəli AV materialın təsvirinin sahə və ünsürləri: (13, s.152) 
 
Təsvirinbaşlığı 
1. Sərlövhəvəməsuliyyətlik haqqında məlumatsahəsi 
Əsassərlövhə 
[ ] Materialınümumiəlaməti 
Paralelsərlövhə 
Sərlövhəyəaid məlumatlar 
Məsuliyyətlik haqqındaməlumatlar 
/ İlkinməlumatlar 
Sonrakıməlumatlar 
2. Nəşrsahəsi 
Nəşrhaqqındaməlumat 
Nəşrhaqqındaparalelməlumatlar 
Nəşrəaid məsuliyyətlikhaqqındaməlumatlar 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə