Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə5/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   2   3   4   5   6   7   8   9   ...   74

16 
metodikası) kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və informatika sahəsi 
üçün olduqca vacibdir. Onun fənlərarası xarakter daşıması bir çox aparıcı 
səviyyələri özündə birləşdir. Belə ki, kitabxana işi sahəsində “Məlumat axtarış 
aparatı” (MAA)və “Məlumat biblioqrafiya aparatı” (MBA) - bu terminlər 
birbaşa kitabxana biblioqrafiya sahəsinə aiddir. Odur ki, müasir zamanda 
kitabxana fondlarının formalaşdırılması prosesləri müəyyən mənada keçid 
dövrünü yaşayır. Belə ki, Azərbaycan kitabxanalarının iş  təcrübəsinə, 
respublika 
əhəmiyyətli bir sıra kitabxanalarda müəyyən yeni 
texnologiyalardan istifadə edilsə 
də, 
əksər kitabxanalarda yeni 
texnologiyaların tətbiqi olduqca ləng gedir. Faktiki olaraq respublika 
kitabxanalarında müasir texnologiyalardan tam şəkildə geniş oxucu kütləsini 
təmin edəcək vəziyyətdə istifadə edilmir. Yəni inkişaf etmiş xarici ölkələrdə 
olduğu kimi, kitabxanalardan bir sistem kimi axtarış aparmaq, məlumat  əldə 
etmək, bütövlükdə kitabxana proqramlarından səmərəli şəkildə istifadə etmək 
hələlik lazımi səviyyədə deyildir. Sırf kitabxana fondlarının 
komplektləşdirilməsi, fondun bütün elementlərinin  əlaqəli  şəkildə  və sistem 
halında  əhatə edilməsi komplektləşdirilməsi texnologiyası olduqca vacib 
şərtlərdəndir. Bütün bu əlamətlərin uzun müddətli və davamlı olması üçün 
kitabxana texnologiyası  aşağıdakı  şərtləri özündə  əks etdirməlidir: 
məqsədyönlü (qarşıya qoyulan məqsədə uyğun; funksonal və struktur 
quruluşun qaydaya salınması; işin həyata keçirilməsi;əmək normaları, işin 
yerinə yetirilməsi səviyyəsinə uyğun olmaqla, norma və  əmək normativləri 
nəzərdə tutulmalı  və ödənilməlidir; işin yerinə yetirilməsi kefiyyətli 
aparılmalıdır.  
Bütün bunlar bütövlükdə kitabxana fəaliyyətinin düzgün və 
məqsədyönlü idarə edilməsini nəzərdə tutur. Xüsusilə, fondun idarə edilməsi, 
kitabxana işinin idarə edilməsində  əsas  şərtlərdən biridir. Fondun idarə 
edilməsi ilə bağlı rus alimləri, görkəmli kitabxanaşünas alimlər, uzun müddət 
fondşünaslıqla məşğul olan aparıcı mütəxəssislər kitabxana fondunun idarə 
olunması ilə bağlı müxtəlif məqalələrində  və kitabxanaların idarəolunması 
sahəsində bir sıra sanballı fikir və  təkliflər irəli sürmüşlər. Praktiki olaraq 
dünya kitabxanalarının idarə olunmasında bu və ya digər formada fərqli və 
üstün cəhətlər, həm də  fərqli yanaşmalar,  əlbəttə, mövcuddur. Dünya 
kitabxanalarının idarə edilməsini  əsas götürərək Azərbaycan kitabxanaların 
idarə edilməsində demək olar ki, bir sıra ciddi problemlər də öz həllini 
tapmalıdır. Xüsusilə, yeni kitabxana texnologiyalarının tətbiqi ilə bağlı 
avadanlıqların  əldə edilməsi, kitabxana proqramlarının tətbiqi məqsədilə 
kitabxanaçılar arasında maarifləndirmə  işlərinin aparılması çox vacib 
məsələlərdən biridir. 
Qeyd etmək lazımdır ki, son illərdə kitabxanaların aktiv inkişafı ilə bağlı 
onların fəaliyyətləri, 2 mühüm istiqamətdə inkişaf etdirilir. Birinci ənənəvi 
proseslərin avtomatlaşdırılması,ikinci yeni informasiya texnologiyalarının 
tətbiqi, hansı ki, intensiv texniki avadanlıqların  əldə edilməsi, kompüterlərin 


17 
açılması  və  şəbəkələrin yaradılması  və s. Bu yeniliklərdən,  əlbəttə, kimlərsə 
lazımi səviyyədə istifadə edərək öz işlərini lazımi səviyyədə qurarlar, bəziləri 
isə bu işi zəif həyata keçirərlər. Hazırda dünya kitabxanalarında, həmçinin 
Azərbaycan respublikasının bütün kitabxanalarında artıq  ənənəvi kitabxana 
proseslərinin avtomatlaşdırılması, fəaliyyəti və ya onların texniki təminatı, bir 
sıra kitabxanalarda əsasən həyata keçirilmişdir. Bu gün qarşıda duran başlıca 
məqsəd, ilk növbədə, effektli və keyfiyyətli kitabxana xidməti göstərməkdir. 
Artıq qeyd etmək olar ki, kitabxana fondlarının idarə edilməsi və onların 
formalaşması özünün tarixi inkişafını yaşayır. Kitabxana fondlarının 
formalaşdırılmasının ilkin mərhələlərində xüsusi xidmətləri olan Yuri 
VladimiroviçQriqorevə görə, fondun idarə edilməsinin əsas cəhətlərindən biri 
formalaşma prosesində, yəni komplektləşdirmə, təşkil və idarəetmə, 
bütövlükdə eyni bir prosesdən ibarətdir. Müəyyən bir dövr keçdikdən sonra 
kitabxana fondlarının idarə edilməsi görkəmli kitabxanaşünas alimlərdən 
professor Y.N.Stolyarov, V.İ.Feryosin, N.P.Vasiçenko və başqaları tərəfindən 
Qriqoreyvdən fərqli olaraq izah edilmişdir.  
Fikrimizcə, fondun idarə edilməsi problemi mükəmməl  şəkildə 
N.P.Vasilçenko tərəfindən düzgün izah olunmuşdur. Vasilçenkonun fikrincə, 
fondun idarə edilməsi məqsədyönlü fəaliyyət növü olmaqla fondun əhatəli 
formalaşdırılmasını, qorunmasını və səmərəli istifadəsini əhatə edir.  
Kitabxana fondlarını idarə edilməsinin bir neçə komponentləri 
mövcuddur və onlar kompleks proseslərlə əhatə edilir. İlk növbədə, kitabxana 
fondunun formalaşmasının idarəedilməsini qeyd etmək lazımdır. Bu proses 
fondun idarə olunmasının  ən başlıca prosesləri və  əməliyyatlarını özündə 
birləşdirir.  İkinci, bura artıq formalaşdırılmış fondun qorunması, yəni 
saxlanılmasını  nəzarətdə saxlamağı, onun məlumat aparatının yaradılması 
sisteminin yaradılmasını daxil etmək olar. Nəhayət, üçüncü proses kitabxana 
fondundan istifadənin idarə edilməsidir. Bu 3 komponent özlüyündə fondun 
formalaşması, saxlanılması, qorunmasını və fonddan istifadəni əhatə edir.  
Yuxarıda qeyd etdik ki, fondun formalaşdırılmasının əsas proseslərindən 
biri onun formalaşdırılmasından ibarətdir. Kitabxana fondunun 
formalaşdırılmasının idarəetmə prosesləri aşağıdakılardan ibarətdir:  
 
Modelləşdirmə  
 
Komplektləşdirmə  
 
Uçot 
 
Kitabişləmə 
 
Köhnəlmiş ədəbiyyatın fonddan çıxarılması  
İdarəetmə prosesində göstərdiyimiz bu 5 prosesinin birincidən başqa 
qalanları bizə daha çox tanışdır, modelləşdirmə isə bu və ya digər dərəcədə 
təcrübədə az istifadə edilən formalardan və ya proseslərdən biridir. Ona görə 
də kitabxana proseslərinin modelləşdirilməsi haqqında ətraflı məlumat vermək 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə