Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə12/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

32 
 
Ədəbiyyat 
1. 
Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında 
Azərbaycan Respublikası Prezidentinin sərəncamı [Mətn] // Respublika.-2007.-
7 oktyabr. 
2. 
Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsinin 2008-2013-cü 
illərdə inkişafı üzrə Dövlət Proqramı [Mətn] // Kitabxanaşünaslıq və 
biblioqrafiya.- 2008.-N2.-S.6-29. 
3. 
AZS 754-2013. Biblioqrafik yazı. Biblioqrafik təsvir [Mətn]: Ümumi tələblər 
və tərtib qaydaları.- Bakı: Metrologiya və Patent üzrə Dövl. Komitəsi, 2013.-60 
s.  
4. 
İsmayılov, X. Kitabxana və informasiya texnologiyaları [Mətn]: Dərs vəsaiti/ 
X.İ.İsmayılov- Bakı: Nurlar, 2009.- 312 s. 
5. 
Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu [Mətn] // 
Azərbaycan.- 1999.- 14 mart. 
6. 
Mustafayeva, S.M. Normativ-texniki sənədlərin təsviri və 
təsnifləşdirilməsi[Mətn]: (Dərs vəsaiti) / S.M.Mustafayeva; elmi red. 
Ə.M.Rüstəmov; red. T.F.Quliyev; rəyçilər: Z.İ.Baxşəliyev, H.S.Əfəndiyeva.- 
Bakı: BDU nəşr-tı, 2001.- 214. 
7. 
Mustafayeva, S.M. MARC formatlarının yaranması və tətbiqi [Mətn] / 
S.M.Mustafayeva // Kitabxanaşünaslıq və biblioqrafiya. – 2004. - №1. – S. 45-
53.  
8. 
Mustafayeva, S.M. Biblioqrafik təsvirə dair ilk Milli Dövlət Standartı [Mətn]/ 
S.M.Mustafayeva // Kitabxanaşünaslıq və biblioqrafiya.-2015.- №.1.- S. 90-
100.  
9. 
Aналитико-синтетическая переработка информации[Текст] : Учебник.- 
С.Пб.: Профессия, 2013.-336с. 
10.  ГОСТ 7.80-2000. Библиографическая запись. Заголовок [Текст]:Общие 
требования и правила составления. – Минск, 2000. – 8 с. 
11.  ГОСТ7.1-2003. Библиографическая запись. Библиографическое описание 
[Текст]: Общиетребования и правила составления. – М.: Изд-во 
стандартов, 2004. – 48 с. – (Межгосударственный стандарт). 
12.  12. Российские правила каталогизации [Текст]:Ч.1:Основные положения и 
правила. / Рос. библ. ассоц.,Межрегион. ком. по каталогизации;авт. 
коллектив: Н.Н.Каспарова (рук.) [и др.]. - М., 2005. - 242 с. 
13.  Российские правила каталогизации [Текст]: Ч.2.Специальные правила 
каталогизации отдельных видов документов / Рос. библ. 
ассоц.,Межрегион. ком. по каталогизации;авт. коллектив: Н.Н.Каспарова 
(рук.) [и др.]. - М., 2005.-255 с. 
 
 
 


33 
M.F.AXUNDOV ADINA MİLLİ KİTABXANANIN 
MULTİKULTURALİZM SAHƏSİNDƏ 
 İNNOVATİV BİBLİOQRAFİK FƏALİYYƏTİ 
 
Solmaz Sadıqova  
BDU, Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, 
 tarix üzrə fəlsəfə doktoru 
solmaz_bdu@mail.ru 
 
Инновационная библиографическая деятельность Национальной 
библиотеки им. М.Ф.Ахундова в области мультикультурализма  
Резюме: В статье рассказывается об инновационной библиографической 
деятельности Национальной Библиотеки им. М.Ф.Ахундова в области 
мультикультурализма. Отмечается важность первичных ресурсов, а также 
роль вторичных ресурсов в предоставлении информации. Также 
подчеркивается важность электронной базы данных, названной как 
«Мультикультурализм в Азербайджане», которая организована в библиотеке. 
Innovative bibliographic activity of National Library named after M.F.Akhundov in 
the field of multiculturalism 
Abstract: The article talks about innovative bibliographic activity of National Library 
named after M.F.Akhundov in the field of multiculturalism. The importance of 
primary resources, as well as the role of secondary resources in the information 
providing are highlighted here. The importance of an electronic database named 
"Multiculturalism in Azerbaijan" that organized in library is underlined too. 
 
Açar sözlər: M.F.Axundov adına Milli Kitabxana, multikulturalizm, innovativ 
biblioqrafik fəaliyyət, ilkin resurslar, ikinci dərəcəli resurslar. 
Ключевые слова: Национальная библиотека им. М.Ф.Ахундова, 
мультикультурализм, инновационная библиографическая деятельность, 
первичные ресурсы, вторичные ресурсы. 
Keywords: National Library named after M.F.Akhundov, multiculturalism, innovative 
bibliographic activity, primary resources and secondary resources. 
 
Giriş 
Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm 
adlandırdığımız sosial münasibətin mövcudluğu və davamlılığını şərtləndirən 
dinc birgəyaşayış  ənənəsini, tolerantlıq, qarşılıqlı hörmət və ehtirama 
söykənən köklü münasibətləri örnək göstərə bilərik. Bunun nəticəsidir ki, 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 2016-cı ili 
Azərbaycanda “Multikulturalizm ili” elan edib. 
“Multikulturalizm ili”ndə Azərbaycan Milli Kitabxanasının həyata 
keçirdiyi layihələr də çoxşaxəli və Azərbaycan multikulturalizm modelinin 
sistemli öyrənilməsi və  təbliği baxımından  əhəmiyyətli olmuşdur. Milli 
Kitabxana ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən mədəniyyət 
ocaqlarında, kitabxanalarda “Multikulturalizm ili”nə  həsr olunmuş  tədbirlər 


34 
keçirmişdir. Multi-kulturalizmə dair ədəbiyyatın toplandığı geniş kitab 
sərgisinin və “Multikulturalizm Azərbaycanın həyat tərzidir” mövzusunda 
daimi fəaliyyət göstərən guşənin yaradılması bu baxımdan təqdirəlayiqdir.  
Məsələnin qoyuluşu 
Məqalədə M.F.Axundov adına Milli Kitabxananın multikulturalizm 
sahəsində innovativ biblioqrafik fəaliyyətindən bəhs olunur. Bu sahədə 
kitabxanaya daxil olan ilkin resursların əhəmiyyətindən, eyni zamanda ikinci 
dərəcəli resursların informasiya təminatında rolu işıqlandırılmışdır. 
Kitabxanada təşkil olunmuş “Azərbaycanda multikulturalizm” adlı elektron 
məlumat bazasının əhəmiyyəti də vurğulanmışdır. 
Vətəndaş  cəmiyyətində multikultural inkişafın informasiya təminatında 
çap olunmuş ilkin sənədlərin mühüm rolu vardır (3). 
M.F.Axundov adına Milli Kitabxanaya daxil olmuş ilkin mənbələrə 
misal olaraq "Multikulturalizm siyasəti: Din və Gender Dialoqunda" kitabını 
göstərmək olar. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 
"Politologiya və siyasi sosiologiya" şöbəsinin müdiri,fəlsəfə elmləri doktoru 
Rəna Mirzəzadənin müəllifi olduğu kitabın elmi məsləhətçisi professor İlham 
Məmmədzadədir.  
Kitabda Azərbaycan siyasətşünaslıq elmində ilk dəfə olaraq 
multikulturalizm siyasəti, Qərb-Şərq mədəni müxtəlifliyi Din və Gender 
Dioloqunda təhlil olunub, tarixi inkişaf mərhələlərində cinslərarası 
münasibətlərə mədəni, mənəvi aspektdə nəzər yetirilib, qloballaşma zəminində 
gender siyasəti və din məsələləri işıqlandırılıb. Müəllif yüksək  əxlaqi 
keyfiyyətlər xəzinəsi olan İslam dünyagörüşünü gender ölçülərini izləməklə, 
Şərqlə  Qərb arasında yerləşən Azərbaycan məkanının özəl və özünəməxsus 
mənəvi dəyərlərini işıqlandırmaqla, Qərb-Şərq mədəni müxtəliflərindəki oxşar 
və  fərqli cəhətlərini araşdırıb. Kitabda Multikulturallıq-Din-Gender Dialoqu 
"dünyasında" olan çarpazlaşma, qarşılaşma, bərabərləşmə, tarazlaşma, 
inteqrasiya və s. bu kimi qloballaşan proseslərdə  həmin politoloji termin 
fenomenləri arasında olan "körpünü" və "savaşı" araşdırmağa cəhd edilir. 
Çoxrəngli mədəniliyin yeni dünya mənzərəsində müxtəlif "çalarlarının" oxşar 
və  fərqliliyi Dövlətlərin Siyasi "palitrasındakı" olan görünüşü və ya reallığı 
analiz olunur.  
Digər ilkin mənbələrdən A.Həsənovun “Müasir şəraitdə Azərbaycanda 
dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri” adlı monoqrafiyası 2014-cü ildə 
143 səhifədən ibarət çap olunmuşdur. M.Yaqubqızının “Azərbaycan 
folklorunda tolerantlıq və multikulturalizm: Şəki-Zaqatala bölgəsində yaşayan 
xalqların və etnik qrupların folklor örnəkləri əsasında” monoqrafiyası 2016-cı 
ildə “Elm və  Təhsil” nəşriyyatında 184 səhifədən ibarət işıq üzü görmüşdür. 
İlkin mənbələrin çap olunması  tələbatçıların informasiya təminatında və 
biblioqrafik resursların meydana gəlməsində mühüm rol oynayır. 
2016-cı ildə  nəşr sahəsində  də xeyli iş görülmüşdür. Qəzet və sayt 
səhifələrində, ayrı-ayrı kitablarda, jurnal və toplularda multikulturalizm həm 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə