Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə10/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

26 
/ İlkinməlumatlar 
Sonrakıməlumatlar 
, Nəşrhaqqındaəlavəməlumatlar 
Nəşrə aidməsuliyyətlik haqqında əlavəməlumatlar 
/ İlkinməlumatlar 
Sonrakıməlumatlar 
3. Xüsusiməlumatlarsahəsi 
4. Buraxılışməlumatlarısahəsi 
Nəşryerivəyayımı 
İlkinnəşryeri 
Sonrakınəşryeri 
: Naşirvəyanəşriyayanınadı 
Naşirvənəşriyayanınfunksiyalarıhaqqındaməlumatlar 
, Nəşrvənəşrinyayılmasıtarixi 
Hazırlandığıyer 
Nəşrihazırlayanınadı 
,) Hazırlandığıtarix 
5. Fizikixarakteristikasahəsi 
Materialınxüsusi əlaməti vəhəcmi 
Fizikixarakteristikahaqqındadigərməlumatlar 
 [Texniki parametrlər ]  
; Materialın ölçüsü 
Qoşmamaterialhaqqındaməlumatlar 
6. Seriyasahəsi 
(Seriyanınvəseriyaaltınınəsassərlövhəsi 
Seriyanınvəseriyaaltınınparalelsərlövhəsi 
: Seriyanınvə yaseriyaaltınınsərlövhəsinəaidməlumatlar 
Seriyavə yaseriyaaltına aid məsuliyyətlikhaqqında 
 məlumatlar 
 / İlkin məlumatlar 
Sonrakı məlumatlar 
, Konkret seriya və ya seriyaaltına aid edilən seriyalı  
nəşrin Beynəlxalq standart nömrəsi (İSSN) 
;) Seriyanın və ya seriyaatının buraxılış nömrəsi 
7. Qeyd sahəsi 
8. Standart nömrəsi (və ya onun alternativi) əldə olunma şərtləri 
sahəsi 
 Standartnömrə (vəyaonunalternativi), firmanın nömrəsi 
, Firmanın və ya istehsalın nömrəsi 
Əldə olunma şərtlərivə (vəya) qiymət 
( ) Sahəninünsürlərinəaidəlavəməlumatla 
 


27 
AV materialın biblioqrafik təsvirinin ünsürlərinin hər birinin 
özünəməxsus xarakterik xüsusiyyətləri vardır. 
AV materialın təsvirində  təsvirin başlığı biblioqrafik təsvirin ilk 
ünsürünü təşkil edir. Burada fərdi müəllifin (müəlliflərin) adı, yaxud da ona 
bərabər olan şəxslərin adı, həmçinin də ifaçının adı, yaxud da kollektiv 
müəlliflərin, həmçinin də ona bərabər olan ifaçı kollektivlərin adı (orkestr, xor, 
ansambl və s.) yazılır.  İri elmi kitabxanaların kataloqları üçün biblioqrafik 
təsvir tərtib etdikdə müəllifin soyadı, adı və atasının adı tam verilir. Məsələn: 
Qarayev, Q.Ə. 
Qarayev, Qara Əbülfəz oğlu 
Eyni soyadlı qohumluq əlaqələri olan müəllifləri fərqləndirmək 
məqsədilə onların yaşadıqları dövrləri (tarixi), ixtisaslarını, tədqiqat sahələrini 
və yaxud da “ata”, oğul”, “baba” və s. sözləri göstərmək olar. Bir, iki və üç 
müəllifli AV materialın təsvirinin başlığında yalnız bir müəllif göstərilir.  
Əgər AV material iki müəllifin musiqili əsəridirsə  və onlardan biri 
musiqinin müəllifi, digəri isə  ədəbi-mətnin müəllifidirsə, onda təsvirin 
başlığında  əsərin musiqisinin müəllifi göstərilir. Hər iki müəllifin adı isə 
məsuliyyət haqqında məlumat sahəsində verilir və burada musiqinin 
müəllifinin soyadı birinci yazılır.  
Əgər AV iki müəllifin əsəri kimi tərtib edilibsə və bunlardan biri orijinal 
musiqi əsərinin müəllifi, digəri isə həmin əsərin yenidən işlənməsində iştirak 
edibsə, o zaman hər iki müəllifin soyadı  təsvirin başlığında göstərilir. 
Məsələn: 
 Hacıbəyov, Ü. – Sadıqova, G. 
 Kollektiv müəllifli nəşrlərin təsvirinin başlığında idarə və təşkilatın adı, 
ifaçı kollektivlərin adı göstərilir. Kollektiv müəllifli təsvirin başlığı öz 
quruluşu etibarilə sadə  və mürəkkəb ola bilər. Sadə  təsvirin başlığı  təkcə 
kollektivin adından ibarətdir. Mürəkkəb təsvirin başlığı kollektivin adından və 
onun quruluş bölmələrinin adından ibarətdir. Məsələn: 
Azərbaycan radio və televiziyasının estrada orkestri 
Müvəqqəti xarakter daşıyan kollektivləri bir-birindən fərqləndirmək 
məqsədilə təsvirin başlığında sıra nömrəsi, konfransın, müsabiqənin, festivalın 
keçirilməsinin ili göstərilir. Məsələn: 
Estrada artistlərinin müsabiqəsi (3; 1995; Bakı) 
Sərlövhə  və  məsuliyyət haqqında məlumat sahəsində AV material 
haqqında, onun digər materiallardan fərqləndirilməsi haqqında  əsas 
məlumatlar  əks etdirilir. Bu məlumatlara materialın,  əsərin və onun nəşrində 
iştirak edən fərdi şəxslərin, kollektivlərin adı daxildir. 
 
Əsas sərlövhə bir əsərin adından və yaxud da bir neçə əsərin birləşmiş 
adından ibarət ola bilər.  Əsas sərlövhənin tərkibinə müəllifin, ifaçının, 
kollektiv müəllifin adı, nəşrin növü, janrı  və s. daxil ola bilər. Məsələn: 
Simfoniya N2 
Hərbi mahnılar 


28 
T.Quliyevin mahnıları. 
AV materialın  əksəriyyəti tematik sərlövhəyə malikdir, burada 
materialın mövzusu və məzmunu aydınlaşdırılır. Tipik sərlövhəyə malik olan 
AV materiallarda materialın növü və janrı göstərilir. Məsələn: Qəhrəmanlıq 
ruhlu akkordlar 
Konsert 
Əgər etiket və titrlərdə bir neçə  sərlövhə verilərsə, onda biblioqrafik 
təsvirdə poliqrafik üsulla qeyd edilmiş sərlövhə yazılır. Materialda poliqrafik 
üsulla qeyd edilmiş sərlövhə verilmədikdə, onda birinci sərlövhə əsas sərlövhə 
kimi təsvirdə yazılır. (13, s.160) 
A materialda ifaçılıq haqqında, materialın nömrələnməsi haqqında, 
əsərin tonu haqqında məlumatlar  əsas sərlövhənin tərkibi kimi göstərilir. 
Məsələn: 
Orqan musiqisi 
İkinci rapsodiya 
Əgər A materialın adı  əsərin müəyyən hissəsinin adından ibarətdirsə 
(nömrə, hissə və s.), onda sərlövhə kimi A materialın müəyyən hissəsinin adı 
yazılır. Məsələn:  
1 N-li Sonatadan Adajio 
Sərlövhəyə dair məlumatlar təsvirin ünsürü olaraq materialın  əsas 
sərlövhəsi ilə bağlı olan məlumatları  əks etdirir. Bu məlumatlar  əsas 
sərlövhəni aydınlaşdırır və izah edir. Sərlövhəyə dair məlumatlarda materialın 
forması, növü, janrı, quruluşu, oxucu təyinatı və s. məlumatlar öz əksini tapır. 
Məsələn: 
Aşıq: Pənah Pənahov 
Memar düşüncəsi, rəssam xəyalı [Mətn]:  
Bakı metrosunun “Nizami” stansiyasının bədii tərtibatı haqqında 
Sərlövhəyə dair məlumatlar ayrı-ayrı kateqoriyalara ayrılır. Onlar 
materialda ya müstəqil ola bilər, ya da qrammatik şəkildə bir-biri ilə bağlı ola 
bilərlər. Sərlövhəyə dair məlumatlar bir-biri ilə qrammatik şəkildə bağlı 
olduqda təsvirdə A materialda göstərilmiş qaydada əks etdirilir. 
Sərlövhəyə dair məlumatda AV materialın mövzusu, həmçinin də 
məzmununu aydınlaşdıran məlumatlar verilir. Burada həmçinin  ədəbi  əsərin 
janrı haqqında, musiqi əsərinin növü və janrı haqqında məlumatlar da verilir. 
Məsələn: 
Ulduzlara doğru: Kosmonavtlar haqqında mahnılar  
İldırımlı yollarla: Balet 
Əgər A materialda təsvir edilən  əsərin ifa ediləcək alətlərinin adı 
göstərilibsə, onda təsvirdə bu alətlərin sayı qeyd olunur. Məsələn: 
Sonata N6: Skripka üçün 
Məsuliyyət haqqında məlumatlarda AV materialın (əsərin) 
yaradılmasında, çapa hazırlanmasında, həmçinin onun ifa edilməsində  iştirak 
edən fərdi şəxslər, kollektivlər haqqında məlumatlar əks etdirilir.  


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə