Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə18/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

46 
etmişdi ki, “Ölürsəm, qəm etmərəm, çünki, bilirəm, siz asarımı  təb 
etdirərsiniz”. 
O, yanılmamışdı.  Şairin vəfatından bir il sonra - 1912-ci ildə Sabirin 
əsərləri həyat yoldaşı Billurnisə xanımın, dostları Abbas Səhhət və 
Mahmudbəy Mahmudbəyovun gərgin əməyi ilə xalqdan yığılan ianə hesabına 
“Hophopnamə” adı ilə kitab şəklində çapdan çıxdı. 1914-cü ildə 
“Hophopnamə”nin daha təkmil nəşri oxucuların ixtiyarına verildi. Həmin 
nəşrlərə A.Səhhətin müqəddimə kimi yazdığı  məqalələri sabirşünaslığın 
gələcək inkişafı üçün özül daşları rolunu oynadı. “Hophopnamə”nin yeni nəşri 
üçün Azərbaycan Demokratik Respublikası dövründə  də  cəhd edilmişdir. 
Lakin vaxt və tarixi hadisələrin gedişi buna imkan vermədisə də, 1922-ci ildə 
Əliisgəndər Cəfərzadənin tərtibi ilə şairin kitabı yenidən və xeyli təkmilləşmiş 
halda işıq üzü gördü. Elə həmin il Nəriman Nərimanovun təşəbbüsü ilə Sabirə 
Bakıda heykəl qoyuldu. 
Sabirin  əsərləri rus, ukrayna, gürcü, tatar, fars, ingilis və s. dillərə 
tərcümə olunmuş, keçmiş sovet məkanından savayı, İran, Türkiyə, ABŞ və s. 
ölkələrdə də çap edilərək geniş yayılmışdır. Böyük  satirik  şairə ümumxalq 
məhəbbətinin təcəssümü olaraq 1962-ci ildə anadan olmasının 100 illik 
yubileyi respublikamızın və keçmiş sovetlər ittifaqının bir çox yerlərində 
böyük təntənə ilə qeyd edilmişdir. Böyük şarin 1992-ci ildə 130, 2002-ci ildə 
140 illiyi qeyd edilmişdir. M.Ə.Sabirin 150 illik yubileyinin keçirilməsi 
haqqında Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 2010-cu ildə 
sərəncam imzalamışdır. [6] 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Bizim 
XX  əsr  ədəbiyyatşünaslığında  ən fəxr etdiyimiz şəxsiyyətlər Sabirdir, 
C.Məmmədquluzadədir”... 
Biblioqrafik göstəricinin  əsas bölmələrindən “Əsərləri” hissəsində 
M.Ə.Sabirin  əvvəlcə kitabları, dövri mətbuatda və  məcmuələrdə çap olunan 
əsərləri və  tərcümə etdiyi əsərlər xronoloji ardıcıllıqla  əks etdirilmişdir. Hər 
bir kitabın tam biblioqrafik təsviri verildikdən sonra qısa annotasiya da 
yazılmışdır. 
Ümumilikdə, bu bölmədə M.Ə.Sabirin kitab şəklində  çıxmış 59 adda 
əsərinin, dövri mətbuatda və  məcmuələrdə  dərc edilmiş 349 şeirinin, 12 
tərcümə etdiyi əsərinin xronoloji ardıcıllıqla biblioqrafik təsviri verilmişdir. 
“Dövri mətbuatda və  məcmuələrdə çap olunan əsərləri” bölməsindən 
məlum olur ki, M.Ə.Sabir 1903-cü ildən başlayaraq müxtəlif dövri mətbuat 
səhifələrində  şeirləri ilə  çıxış etmişdir. Bu bölmə daxilində  də materiallar 
xronologiya üzrə sistemləşdirilmişdir. 
“Həyat və yaradıcılığı haqqında” olan bölmədə  əvvəlcə kitablar, sonra 
dissertasiya və avtoreferatlar, dövri mətbauatda və məcmuələrdə çapdan çıxan 
məqalələr, sonda isə M.Ə.Sabirin  əsərlərinə yazılmış musiqi əsərləri 
xronologiya üzrə  əks etdirilmişdir. Biblioqrafik göstəricinin bu bölməsindən 
məlum olur ki, 1922-ci ildən, 2012-ci ilə  qədər olan dövrdə M.Ə.Sabir 


47 
haqqında 81 adda kitab işıq üzü görmüşdür. Bu kitabların  əksəriyyəti uzun 
illər M.Ə.Sabir yaradıcılığını  tədqiq edən  ədəbiyyatşünas alimlər tərəfindən 
tərtib edilmişdir. Bu müəlliflər içərisində - Abbas Zamanov, Əziz Şərif, Cəfər 
Xəndan, Nazim Axundov, Əziz Mirəhmədov, Hüseyn Mehdi, Məmməd Arif, 
Mirzə İbrahimov, Mir Cəlal, Alxan Bayramoğlu daha məhsuldar olmuşlar. 
Dissertasiya və avtoreferatlar bölməsindən məlum olur ki, 1946-cı ildən 
2007-ci ilə  qədər M.Ə.Sabir yaradıcılığı, həyat və  fəaliyyəti ilə  əlaqədar 
müdafiə edilmiş doktorluq və namizədlik dissertasiyalarının tam biblioqrafik 
təsviri verilmişdir. Bu bölmədə müxtəlif müəlliflər tərəfindən bu illərdə 15 
müdafiə edilmiş namizədlik və doktorluq dissertasiyalarının müəllifi, 
mövzusu, əhatə etdiyi il, elmi rəhbəri, elmi müəssisə, nəşr ili, yeri və səhifəsi 
göstərilməklə tam biblioqrafik təsviri verilmişdir. 
M.Ə.Sabir haqqında dövri mətbuatda və  məcmuələrdə çapdan çıxan 
məqalələr biblioqrafik göstəricidə say etibarilə üstünlük təşkil edir. Belə ki, 
1903-cü ildən 2012-ci il tarixinə qədər xronoloji ardıcıllıqla 666 adda müxtəlif 
müəlliflər tərəfindən yazılmış  və  və müxtəlif mətbu orqanlarında çapdan 
çıxmış məqalələrin biblioqrafik təsviri verilmişdir. 
“Mirzə  Ələkbər Sabir - 150” biblioqrafik vəsaitinin maraqlı 
bölmələrindən biri də “M.Ə.Sabirin mətbuatda istifadə etdiyi imzalar və 
təxəllüslər” bölməsidir. Bu bölmədə materiallar cədvəldə - imzalar, jurnal və 
qəzetlər, illər verilmişdir. 
Biblioqrafik göstəricidə  əks olunmuş bu cədvəl professor Nazim 
Axundov tərəfindən 1958-ci ildə tərtib olunmuş göstəricidə verilmiş cədvəlin 
artırılmış və daha da təkmilləşdirilmiş formasıdır. Belə ki, əvvəlki biblioqrafik 
göstəricidə (1958) M.Ə.Sabirin 53 təxəllüsü göstərimişdirsə, bu biblioqrafik 
vəsaitdə bu rəqəm 80-ə çatdırılmışdır. 
“Mirzə Ələkbər Sabir - 150” biblioqrafik vəsaitinin vacib və əhəmiyyətli 
bölmələrindən biri və axırıncısı “Köməkçi göstəricilər” hissəsidir. Biblioqrafik 
göstəricidən istifadəni asanlaşdırmaq və vaxt itkisinə qənaət etmək məqsədilə 
vəsaitə 4 adda yardımçı aparat tərtib edilmişdir ki, bunlar: 
1. M.Ə.Sabirin  əsərlərinin  əlifba göstəricisi (Azərbaycan, rus və xarici 
dillərdə); 
2. Tərcümə etdiyi əsərlərin əlifba göstəricisi; 
3. Müəlliflərin əlifba göstəricisi (Azərbaycan, rus və xarici dillərdə); 
4. M.Ə.Sabirin sözlərinə musiqi yazmış bəstəkarların əlifba göstəricisi. 
Bütövlükdə Sabir yaradıcılığı Azərbaycan ictimai-bədii fikir tarixində 
bənzərsiz, özgün bir mərhələ  təşkil edir. Bu sənətin təsir və  əhatə dairəsi, 
aktuallığı  şairin öz sağlığında olduğu kimi yenə qalmaqdadır. Odur ki, Sabir 
fəlsəfəsi, Sabiranə deyim tərzi ayrı-ayrı  sənətkarları, bütövlükdə xalqı daim 
özünə cəlb etməkdədir. 
Doğrudan da, Sabirin tərəqqi, istiqlal və parlaq istiqbal amalları, yüksək 
xəlqi “məramı yenə dünyada durur”. Bəşər övladı durduqca bu amal və məram 
öz təzə-tərliyini daim hifz edəcəkdir. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə