Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə19/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

48 
Müxtəlif seriyalarda çap olunmuş bu şəxsi biblioqrafik vəsaitlər 
ədəbiyyatşünaslıq üzrə biblioqrafik informasiya sistemini, ümumilikdə, 
Azərbaycan biblioqrafik resursunu zənginləşdirən zəngin informasiya 
mənbələri tələbatçıların informasiya tələbatlarının ödənilməsində  ən mühüm 
vasitədir. 
   
Ədəbiyyat 
 
1. 
Axundov, N. Mirzə Ələkbər Sabir / Biblioqrafiya .- B., 1958 .- 110s. 
2. 
Elçin (Əfəndiyev Elçin İlyas oğlu): Biblioqrafiya/ Tərtibçi-müəllif. 
B.A.Ələsgərov: M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası.- Bakı, 
1997.-206s 
3. 
Elçin (Əfəndiyev Elçin İlyas oğlu): Biblioqrafiya/ ixtisas red.və burax. məsul 
K.Tahirov; red. G.Səfərəliyeva; M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanası .-Bakı, 2013.-560s. 
4. 
“Mir Cəlal: Biblioqrafiya” (Tərt.ed. N.P.Nağıyeva; Elmi red. Ş.Ə.Axundov) 
//Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası; M.F.Axundov adına 
Azərbaycan Milli Kitabxanası.-Bakı, 2006.-260s.   
5. 
Əliyev, Z.H. Azərbaycan biblioqrafiyasının tarixi.-B.: BUN, 2007.-145s. 
6. 
Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında: Azərbaycan 
Respublikası Prezidentinin Sərəncamı, 1 iyun 2010-cu il / İ.Əliyev // 
Azərbaycan .- 2010 .- 2 iyun .-S. 3. 
7. 
Mirzə Ələkbər Sabir – 150: Biblioqrafiya // M.F.Axundov ad. Azərbaycan 
Milli Kitabxanası .- B., 2012.- 384s 
8. 
Nizami: Biblioqrafiya / M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası .- B., 
2012 .- 632s. 
 
 
 
 
 
 
 
 
 


49 
MİLLİ KİTABXANANIN BEYNƏLXALQ KİTABXANA 
TƏŞKİLATLARINDA ELMİ, MƏDƏNİ VƏ TƏŞKİLATİ 
FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ 
 
Mələk Xanım Məmməd qızı Hacıyeva 
Azərbaycan Milli Kitabxanasının Elmi işlər və beynəlxalq 
əlaqələr üzrə direktor müavini, BDU-nun dissertantı 
e-mail: hmelek@hotmail.com 
 
Основные направления научной, культурной и организационной 
деятельности Национальной Библиотеки в международных библиотечных 
структурах 
Резюме: Статья содержит обзор международных библиотечных организаций, 
анализируется совместная деятельность и итоги сотрудничества 
Азербайджанской Национальной Библиотеки с этими организациями. 
Main directions of the National Library’s scientific, cultural and organizational 
activities in international library organizations 
Summary: International library organizations, joint activity of the Azerbaijan 
National Library with those organizations and the results obtained in cooperation are 
investigated on the article. 
 
Açar sözlər: Azərbaycan Milli Kitabxanası və kitabxananın beynəxalq əlaqələri, 
beynəlxalq kitabxana təşkilatları, Milli kitabxananın bu təşkilatlarla birgə 
əməkdaşlığı. 
Kлючевые слова: Азербайджанская Национальная Библиотека и 
международные библиотечные связи, международные библиотечные 
организации, совместная деятельность Национальной Библиотеки с данными 
организациями. 
Keywords: Azerbaijan National Library and international relations of the library, 
international library organizations, the National Library in cooperation with those 
organizations. 
 
Giriş 
Dünya arenasına inteqrasiyanın  ən vacib həlqələrindən biri də digər 
dünya ölkələrinin milli kitabxanaları, kitabxana işinin inkişafı ilə məşğul olan 
qurumlarla qarşılıqlı  əlaqələrin qurulması  və inkişaf etdirilməsidir. Son illər 
ərzində Azərbaycan daha çox beynəlxalq tədbirlərin keçirildiyi, ölkə 
başçılarının, dünya alimlərinin, mədəniyyət və incəsənət xadimlərinin tez-tez 
görüşdüyü və toplaşdığı bir məkana çevrilmişdir. Azərbaycan Respublikasının 
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya xalqlarının 
mədəniyyətlərinin dialoqu və qarşılıqlı  zənginləşməsi istiqamətində atılan 
addımlar, keçirilən beynəlxalq konfranslar və festivallar, beynəlxalq sərgilər 
və müsabiqələr, bu və ya digər ölkələrin mədəniyyət günləri və s. tədbirlər 
xüsusilə örnək olmuşdur. Bu mühüm işdə qabaqcıl dünya kitabxanalarının iş 


50 
təcrübəsindən, beynəlxalq təşkilatların qərar və 
qətnamələrindən, 
tövsiyələrindən istifadə edilməsinə diqqət artırılmışdır. 
Məsələnin qoyuluşu 
Azərbaycan Milli Kitabxanasının da beynəlxalq  əlaqələri sistemində 
dünya kitabxana təşkilatları ilə  əməkdaşlıq prioritet istiqamətlərdən birini 
tutur. Bu təşkilatlar vasitəsilə bir tərəfdən, dünyada kitabxana işi sahəsində 
əldə edilən nailiyyətlər öyrənilir, digər tərəfdən bu innovativ yeniliklər 
kitabxananın modernləşdirilməsi strategiyasının hazırlanmasında istifadə 
olunur. Bu qurumlardan TÜRKSOY, İFLA,  İƏT (ECO), CENL, BAE və s. 
adlarını çəkmək olar. 
Türk Mədəniyyəti və  İncəsənətinin  İnkişafı Üzrə Beynəlxalq Təşkilat 
(TÜRKSOY)Milli Kitabxananın beynəlxalq əlaqələr sistemində bır sıra dünya 
təşkilatları içərisində TÜRKSOY-la münasibətlər xüsusi yer tutur. 
Məlumdur ki, bəşər mədəniyyətinin yaradılmasında böyük rolu olan 
türkdilli xalqlar hər zaman bu mədəniyyətin zənginləşməsinə böyük töhfələr 
vermiş, daima insan həyatının bütün sahələrində öz istedadını, biliyini, 
bacarığını göstərmiş, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq 
abidələri, elmi ixtiraları, qiymətli bədii  əsərləri və musiqisi ilə tarixin parlaq 
səhifələrini yaratmışlar. 
1991-ci ildə SSRİ-nin dağılması  zəminində türkdilli xalqların müstəqil 
dövlətləri yarandı. Artıq SSRİ-nin tərkibindən çıxıb müstəqil dövlət kimi 
fəaliyyətə başlayan bu xalqlar yenidən hər sahədə olduğu kimi elmi, ədəbi-
bədii, mədəni sahələrdə  də  əlaqələrin gücləndirilməsi uğrunda çalışmağa 
başladılar. Müxtəlif birliklər və ya təşkilatlar yaradır, onun nəzdində fəaliyyət 
göstərirdilər ki, Türk Mədəniyyəti və  İncəsənətinin  İnkişafı Üzrə Beynəlxalq 
Təşkilat (TÜRKSOY) da belə təşkilatlardan idi. 
TÜRKSOY Azərbaycan Respublikası  və Türkiyə Cümhuriyyətinin 
təşəbbüsü ilə 1992-ci və 1994-cü illərdə  İstanbul və Bakı  şəhərlərində 
keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə  və 
Türkmənistan respublikaları  mədəniyyət nazirlərinin görüşləri gedişində  əldə 
edilmiş razılaşmalar  əsasında yaradılmışdır. Sonralar TÜRKSOY haqqında 
müqaviləyə müşahidəçi ölkələr simasında Başqırdıstan, Tatarıstan 
respublikaları,  Şimali Kipr Türk Respublikası, Xakasiya, Tuva, Çuvaşiya və 
Qaqauz Yeri respublikaları da qoşulmuşlar [13]. 
Təşkilat türkdilli ölkələrin mədəniyyət və incəsənət sahəsində regional 
əməkdaşlığını  həyata keçirir. Onun əsas məramlarından biri türk dünyasının 
görkəmli tarixi şəxslərinin, mütəfəkkir,  şair və yazıçılarının, habelə digər 
böyük  şəxsiyyətlərinin bütün dünyaya tanıdılmasıdır. Bu məqsədlə  təşkilat 
ümumtürk tarixinin mühüm hadisələrinin, türkdilli ölkələrin dil, ədəbiyyat, 
mədəniyyət və incəsənətinin inkişafına  əhəmiyyətli töhfələr vermiş görkəmli 
şəxsiyyətlərin ildönümlərinə  həsr olunmuş yubileyləri, xatirə gecələrini və 
digər kütləvi tədbirləri təşkil edir. TÜRKSOY-un məqsəd və  vəzifələri 
çərçivəsində beynəlxalq elmi konfransların, simpoziumların, diskussiyaların, 
kitab təqdimatlarının və s. keçirilməsi də mühüm yer tutur. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə