Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə22/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

55 
еtməsinə  və  еləcə  də Avropa Milli kitabxanalarının oxucularının Milli 
Kitabxananın xidmətlərindən istifadəsinə imkan yaradır. Beləliklə, əsrlər boyu 
yaradılmış, kitabxanalar tərəfindən mühafizə edilib, ictimai istifadəyə təqdim 
edilmiş Azərbaycanın sənəd kütləsi dünya müstəvisində digər ölkələrin 
xalqlarına təqdim edilir. 
Kitabxananın CENL-lə  əlaqələrinin möhkəmlənməsində yeni mərhələ 
2013-cü ildən başlayır. Belə ki, Azərbaycan Milli Kitabxanasının 90 illik 
yubileyi münasibəti ilə 2013-cü il 22-25 sentyabr tarixlərində Bakıda Avropa 
Milli Kitabxanaçıları Konfransının (CENL) 27-ci illik görüşü 
keçirilmişdir.Tədbirdə Fransa, Almaniya, Polşa, Estoniya, Ukrayna və s. 41 
Avropa ölkəsi Milli Kitabxanalarının rəhbərləri iştirak etmiş, görüşdə Milli 
Kitabxanalarda qarşıda duran prioritet məsələlərdən danışılmış, Milli 
Kitabxanaların fəaliyyətinin optimallaşdırılmasına dair maraqlı  təkliflər 
səslənmiş, yeni layihələr təqdim edilmişdir. Sonrakı illərdə  ənənəyə sadiq 
qalaraq 2014-cü ildə 22 ölkənin iştrakı ilə Avropa Milli Kitabxanaçıları 
Konfransının (CENL) Rusiya Federasiyasının Moskva şəhərində 28-ci illik 
toplantısı, 2015-ci ildə İsveçrənin paytaxtı Bern şəhərində 36 Avropa ölkəsinin 
Milli Kitabxana direktorlarının iştirakı ilə 29-cu toplantı, 2016-cı ildə isə 
Avstriyanın paytaxtı Vyana şəhərində CENL beynəlxalq təşkilatının 30-cu 
illik ümumi toplantısı keçirilmişdir. Təbii ki, bu görüşlərin keçirilməsi həm 
ölkələr arasında elmi, tarixi, mədəni və  ədəbi irsin təbliğində, Milli 
Kitabxanaların birgə  fəaliyyətinin və  gələcəkdə birgə layihələrin həyata 
keçirilməsində, qabaqcıl dünya təcrübəsinin kitabxanalarda tətbiqində böyük 
əhəmiyyət kəsb edir. 
İFLA (Kitabxanaçılıq Assosiasiyaları  və  İdarələrinin Beynəlxalq 
Federasiyası)Azərbaycan Milli Kitabxanasının beynəlxalq  əməkdaşlığı 
tarixində  İFLA ilə  əlaqələr xüsusi yer tutur. İFLA-nın  əsası 1927-ci ildə 
Beynəlxalq Kitabxana və Biblioqrafiya Komitəsi adlı qeyri-hökumət təşkilatı 
kimi qoyulmuş və 1929-cu ilədək başa çatdırılmışdır. 1947-ci ildə YUNESKO 
ilə İFLA arasında qarşılıqlı tanıma haqqında müqavilə imzalanmışdı. 
İFLA qeyri-hökumət təşkilatı olub, məqsədi kitabxanaların beynəlxalq 
əməkdaşlığını möhkəmləndirmək və bütün dünyada kitabxana-informasiya 
xidmətinin səviyyəsinin yüksəldilməsindən, bu sahədə aparılan elmi-tədqiqat 
işlərini dəstəkləməkdən, özəl, ictimai və dövlət sektorunda kitabxana-
informasiya xidmətini daha keyfiyyətli təmin etmək imkanlarını 
dəyərləndirmək və  əhəmiyyətini təbliğ etməkdən ibarətdir. 1971-ci ildə 
təşkilatın Niderlandda nizamnaməsi qəbul olunmuşdur. Dünya kitabxana 
birliyinin  ən mötəbər təşkilatı olan İFLA-nın Baş ofisi Haaqada yerləşir. 
Dünyanın 150 ölkəsinin 1600 üzvünü birləşdirir. 
Dünyada kitabxana işini  əlaqələndirən, bu sahənin inkişafında böyük 
xidmətləri olan İFLA hər il illik konfrans keçirir. Dünyanın demək olar ki, 
bütün ölkələrinin kitabxana təşkilatlarının və informasiya xidməti ilə  məşğul 
olan bir sıra digər qurumların iştirakı ilə keçirilən bu forum hər il dünyanın bir 


56 
ölkəsində keçirilir və burada həmin fəaliyyət sahəsinin  ən aktual məsələləri 
müzakirə edilir. 
Azərbaycan Milli Kitabxanası XX əsrin 90-cı illərindənetibarənİFLA-
nın üzvüdür. AMK bu təşkilatın keçirdiyi beynəlxalq elmi konfranslarda, 
simpoziumlarda, həyata keçirdikləri bir sıra layihələrdə  iştirak edir. 1995-ci 
ildə Türkiyənin  İstanbul  şəhərində keçirilən  İFLA-nın “Gələcəyin 
kitabxanaları” adlı 61-ci konfransında Milli Kitabxananın nümayəndə heyəti 
iştirak etmişdir. Bu konfransda kitabxanaların yenidənqurulması  və 
informasiya texnologiyalarının tətbiqi, müştərək milli və beynəlxalq 
informasiya  şəbəkələrinin qurulması, kitabxana sənədlərinin gələcəyi, 
kitabxanalar və ictimai təhsil, peşəkər ünsiyyət və başqa məsələlər  ətrafında 
müzakirələr baş tutmuşdur. Təbii ki, belə konfranslarda iştirak Milli 
Kitabxananın da fəaliyyətində mühüm islahatların aparılmasına öz təsirini 
göstərmişdir. Sonrakı illərdə də Azərbaycan nümayəndə heyəti İFLA-nın illik 
konfranslarında iştirak etmişdir. Lakin araşdırma nəticəsində müəyyən 
edilmişdir ki, bir sıra obyektiv və subyektiv səbəblərdən Milli Kitabxananın 
digər beynəlxalq qurumlarla işindən fərqli olaraq İFLA ilə əlaqələri müntəzəm 
və operativ xarakter daşımamış və bu əlaqələrin bərpa edilməsi və inkişafına 
böyük ehtiyac vardır. 
İƏT (İqtisadi  Əməkdaşlıq Təşkilatı-İƏT; Economic Cooperation 
Organization-ECO) 
Milli Kitabxananın beynəlxalq  əlaqələr sistemində  İƏT təşkilatı xüsusi 
yer tutur. 1985-ci ildə  İran, Pakistan və Türkiyə  tərəfindən yaradılan qurum 
üzv ölkələrin Xarici İşlər Nazirləri  Şurasından ibarətdir.  Şura təşkilatın 
fəaliyyət siyasətini, Regional Planlaşdırma  Şurasını, Müavinlər  Şurasını 
müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər  Şurası  İƏT 
ölkələri səfirlərindən ibarətdir. 
İƏT-in kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; 
infrastruktur və ictimai işlər; elm, təhsil və  mədəniyyət; energetika; narkotik 
maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi 
var. Komitələr ildə bir dəfə toplanır. 
Azərbaycan Respublikası  İqtisadi  Əməkdaşlıq Təşkilatının (İƏT) 
Nazirlər  Şurasının 1992-ci ilin 28 noyabr tarixində  İslamabadda keçirilmiş 
növbədənkənar iclası zamanı  təşkilatın üzvlüyünə  qəbul olunmuşdur. Həmin 
gün Azərbaycanla yanaşı daha 5 digər ölkə (Qazaxıstan, Qırğızıstan, 
Özbəkistan, Türkmənistan, Tacikistan) təşkilata üzvlüyə  qəbul olunmuşdur. 
Sonralar  İƏT-in Mədəniyyət institutunun təşkilatçılığı ilə quruma üzv olan 
ölkələrin mədəni irsinin, adət-ənənələrinin təbliği, mədəniyyət müəssisələrinin 
qarşılıqlı  fəaliyyəti məqsədilə konfranslar təşkil edilirdi. Azərbaycan Milli 
Kitabxanası da bu konfranslarda fəal iştirak edirdi. 
2007-ci ildə noyabr ayının 19-20-də Tehran şəhərində  İqtisadi 
Əməkdaşlıq Təşkilatına (EKO) daxil olan ölkələrin Milli Kitabxana 
direktorlarının I konfransı keçirilmiş, Milli Kitabxana bu konfransda yaxından 
iştirak etmişdir. Konfrans EKO-nun Mədəniyyət  İnstitutunun və  İran Milli 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə