Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə25/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

61 
İNFORMASİYALAŞDIRMA CƏMİYYƏTİNDƏ AZƏRBAYCAN 
RESPUBLİKASI KİTABXANALARINDA ELEKTRON KATALOQUN 
YARADILMASININ BƏZİ MƏSƏLƏLƏRİ 
 
Oruc İslam oğlu Quliyev 
M.Füzuli adına Əlyazmalar İnstitunun dissertantı 
mks-xatai@mail.ru
 
 
Некоторые вопросы о создании электронных каталоговв 
библиотекахАзербайджанской Республикипри информационном обществе  
Резюме: В работе проанализированы состояние и организация электронных 
каталогов в системе библиотечного фонда и выявлена их роль обслуживании 
широких кругов читателей-пользователей документально-информационной 
базы библиотек с помощью Интернета с разными библиотеками стран мира и 
внутри страны.Здесь же выявлены некоторые их положительные стороны в 
пропаганде самых ценнейших среди людей, отражающие интересы и 
потребности всех занимающихся приобретением ими необходимых 
информационные материалов. 
Some issues of creating electronic catalogs in the libraries of Azerbaijan Republic 
in the information society 
Abstract: The paper analyzes the state and organization of electronic catalogs in the 
library collection and identifies their role in serving a wide range of users using the 
internet in different libraries around the world and within the country.  
Açar sözlər: elektron kitabxana, elektron kataloq, xarici jurnal, yeni informasiya 
texnologiyaları, elektron kitab, depozitar fond, elmi kitabxana, verilənlər bazası, 
kitabxanaların avtomatlaşdırılması. 
Keywords: electronic library, electronic catalog, foreign magazine, new information 
technology, e-book, depository fund, scientific library, database, library automation. 
Ключевые слова: элекроннaя библиотека, электронный каталог, иностранный 
журнал, новая информационная технология, депозитарный фонд, научная 
библиотека, элекронная книга, база данных, автоматизаций библиотек. 
 
Giriş  
XXI əsrin informasiya texnologiyalarının xarakterik inkişaf istiqamətləri 
içərisində müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron 
informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizə  və 
şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Bütün bu 
istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yaradılmasında və 
elektron kitabxana-informasiya təminatının təşkilində ifadə olunur. Mövcud 
ənənəvi kitabxanalar kitabxanalararası abonement, ölkədaxili və beynəlxalq 
kitab mübadiləsi və bir neçə  fərdi xidmət formaları baxımından həmişə açıq 
şəbəkə sənəd-informasiya sistemi olmuşdur. Elektron kitabxanalar isə müxtəlif 
sosial qurumlar, o cümlədən  ənənəvi kitabxanalar tərəfindən yaradılan və 
şəbəkə xidməti imkanlarını xeyli dərəcədə genişləndirən superaçıq 
informasiya sistemləridir. Onlar tarixən mövcud olan şəbəkə kitabxana-


62 
informasiya xidmətinin yeni metod, vasitə  və texnologiyalar baxımından 
məntiqi davamıdır. 
Müasir dünya elmi ədəbiyyatında “elektron kitabxana” anlayışına 
sinonim kimi “virtual kitabxana”, “rəqəm kitabxanası”, “şəbəkə kitabxanası”, 
“divarsız kitabxana”, “hibrid kitabxana” anlayışları  işlədilir. Lakin burada 
“hibrid kitabxana” anlayışı yerinə düşmür. Belə ki, hibrid nəyinsə nəyə calaq 
edilməsidir. Guya ənənəvi kitabxanalar bir şey, elektron kitabxana isə başqa 
bir  şeydir. Kitabxana işi baxımından  ənənəvi kitabxana yalnız informasiya 
daşıyıcılarına və emal texnologiyalarına görə elektron kitabxanadan fərqlənir 
və dünyada müstəqil elektron kitabxana yoxdur. O, ənənəvi kitabxananın bəzi 
vacib, həll edilməsi çətin olan mühafizə və xidmət funksiyalarını genişləndirən 
bir bölmədir, yəni kitabxana daxilində kitabxanadır. Onları qəti şəkildə ayırıb, 
hibrid adlandıranların heç bir elmi dəlilləri yoxdur. 
Demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yolunda inamla 
irəliləyən müstəqil Azərbaycan Respublikasında müxtəlif mülkiyyət formaları 
əsasında yaradılmış özəl iqtisadi sistem inkişaf etdirilir, bazar iqtisadiyyatı 
dünya iqtisadiyyatına inteqrasiya əsasında təşkil edilir. Ölkənin sosial-iqtisadi 
həyatında baş verən böyük dəyişikliklər prosesi elm, təhsil və  mədəniyyət 
sahələrinə də dərindən nüfuz edir. Bütün bunlar öz əksini “Təhsil haqqında”, 
“Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında”, 
“Kütləvi informasiya vasitələri haqqında” və başqa mühüm qanunlarda öz 
əksini tapır. 
Bu qanunlar müstəqil Azərbaycan dövləti qarşısında bir çox mühüm 
vəzifələr qoyur. Bu vəzifələri həll etmək və onları müvəffəqiyyətlə başa 
çatdırmaq uğrunda böyük işlərin görülməsi uğurla davam etdirilir. Dünya 
dövlətləri ilə  təhsil, elm və  mədəniyyət sahəsində geniş  əlaqələr yaranmağa 
başlanmışdır. Azərbaycanın bir çox istedadlı  gəncləri xarici ölkələrin ali 
məktəblərində  təhsil alır, elm ocaqlarında yaradıcılıq işləri aparır. Bəşəri 
bilikləri, qabaqcıl təcrübələri öyrənirlər.  İnformasiya vasitələrindən - 
kitablardan, dövri mətbuatdan, kitabxanalardan və s. istifadə etməyə böyük 
ehtiyac yaranmışdır. Bu vəzifələrin yerinə yetirilməsində, həmişə olduğu kimi
yenə də kitabxanaların soraq-biblioqrafik aparatı mühüm rol oynayır. 
Bazar iqtisadiyyatı  şəraitində  həyata keçirilən mühüm islahatlar 
nəticəsində kitabxanaların işinin yaxşılaşdırılması, kitab fondunun 
zənginləşdirilməsi, müasir dövrün tələblərinə cavab verən soraq-biblioqrafik 
aparatın, xüsusilə dünya internet sisteminə qoşulmaqla elektron kataloqlardan 
istifadənin reallaşması, inkişaf etmiş ölkələrin kitabxanaları ilə  əlaqələrin 
yaradılması, onların kitab fondlarından oxucuların istifadəsi və sorğularının 
təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq 
mütəxəssis oxuculara kitabxana xidmətinin yeni tələblərə uyğun təşkilinə
kitabxana işinin avtomatlaşdırılmasına, elektron kataloqlarının yaradılmasına 
böyük ehtiyac yaranmışdı. 
 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə