Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə28/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

67 
ingilis-Amerika qaydalarını  qəbul etməlidirlər. Bu eynilə respublikamızın 
kitabxanalarına da aiddir. 
Müasir dövrdə elektron kataloqlarının təşkil edilməsi olduqca aktuallıq 
təşkil edir. Bu sahədə elektron kataloqları informasiya sisteminin növ 
müxtəlifliyindən biri kimi kitabxanalararası avtomatlaşdırılmış  əlaqələrin 
yaradılmasında və istifadə edilməsində mühüm rol oynayır. Belə ki, elektron 
kataloqlarının internetdə  tətbiq edilməsi təkcə  tələbatçı biblioqrafik 
informasiyanı istənilən vaxtda, istənilən yerdən almaqla kifayətlənmir, eyni 
zamanda müxtəlif kitabxanalarda mövcud olan külli miqdarda qiymətli 
nəşrlərlə tanış olur. 
Müsair dövrdə kitabxanalar bəşəriyyətin mədəni, elmi irsinin 
qoruyucusu,  ən  əsası dünya informasiya məkanı ilə birbaşa  əlaqə yarada 
biləcək mərkəz olmağa doğru gedir (1-3). Yeni tipli cəmiyyət olan 
informasiyalaşdırılmış  vətəndaş  cəmiyyəti gələcək kitabxanaları yalnız 
müxtəlif növ çap məhsulların saxlayıcısı kimi yox, həm də avtomatlaşdırılmış 
xidmət komponentlərini özündə  cəmləşdirməklə oxuculara lokal və Online 
(uzaq məsafədən) rejimdə xidmət göstərə bilən informasiya müəssisəsi kimi 
görmək istəyir (2-3). Bu tələbə cavab vermək və dünya informasiya bazarında 
mövcud rəqabətlə ayaqlaşmaq üçün isə kitabxanalar öz iş prinsiplərində 
dəyişikliklər etməli, müasir dövrün yeniliklərini öyrənməli və fəaliyyətlərində 
tətbiq etməlidirlər. Bu yenilik və nailiyyətlərin kitabxanalara tətbiqi oxuculara 
kitabxana-informasiya xidmətinin səviyyəsinin yüksəldilməsini, onlara 
operativ, dolğun informasiya xidmətinin həyata keçirilməsinin təmin etməlidir. 
Oxucu sorğularının tam və dolğun ödənilməsi üçün kitabxanalar ənənəvi 
fondla bərabər, müasir dövrün tələblərinə cavab verəcək zəngin audiovizual 
fonda və elektron kataloq sisteminə malik olmalıdır. 
Məlumdur ki, kitabxana kataloqu hər bir kitabxananın  ədəbiyyat 
fondunun məzmununu açır və oxuculara xidmət prosesində  bələdçilik edir. 
Oxuculara xidmət və kitabxananın digər bütün fəaliyyəti məhz onun üzərində 
qurulur. Müasir dövrdə informasiyanın sürətlə artması  və köhnəlməsi 
oxuculara operativ və coğrafi uzaqlıqdan asılı olmayaraq xidmət 
göstərilməsini diqtə etdiyindən  ənənəvi kitabxana kataloqlarını bu gün 
elektron kataloqları əvəz edir. 
Elektron kataloq oxuculara şəbəkə vasitəsilə kitabxananın  ədəbiyyat 
fondunun tərkibi ilə tanış olmağa, öz sorğularına operativ və kitabxanaçı 
biblioqrafın köməkliyi olmadan uzaq məsafədən cavab almağa,  ədəbiyyatı 
uzaq məsafədən sifariş verməyi təmin edir. Kitabxanalar üçün isə elektron 
kataloq kitabxana fondunun real uçotunu, oxucuların statistikasını, maraq 
dairəsinin müəyyən edilməsini, kitabın hərəkətinin izlənilməsini (yəni 
ədəbiyyatın kimdə olması, nə zaman qaytarılması, hansı müddətə götürülməsi 
və s.) ədəbiyyat fondunun oxucu sorğusuna uyğun komplektləşdirilməsini və 
yeniləşdirilməsini, oxuculara müasir səviyyədə Online olaraq xidməti təşkil 


68 
etməyə imkan verir (oxuculara və kitabxanalara elektron göndərmə, metodik 
rəhbərlik və s.). 
İnformasiyalaşdırılmış  cəmiyyətin  əsas atributu olan qloballaşma aydın 
məsələdir ki, kitabxanalardan da yan keçə bilməz. Yəni kitabxanalar yanlız 
konsorsium və ya digər kitabxanalarla yaradıcı  əlaqəlar qurmaqla müasir 
tələblərə uyğun öz funksiyalarını yerinə yetirə bilərlər. Qarşılıqlı  əlaqələr, 
qarşılıqlı maraqlar isə elektron-informasiya mübadiləsi  əsasında qurulur. 
Elektron informasiya mübadiləsi isə yalnız kataloq vasitəsilə həyata keçə bilər. 
Elektron kataloq həmçinin kataloqlaşdırıcı  və biblioqraf əməyini 
avtomatlaşdırmaqla kitabxananın kadr və maliyyə ehtiyatlarından səmərəli 
istifadəsini təmin edir. Bu isə keçid dövrünü yaşayan Azərbaycan 
kitabxanaları üçün önəmli amillərdən biridir. Digər tərəfdən elektron kataloq 
kitabxanaçı kadrlardan müasir kitabxana-informasiya texnologiyalarını 
bilməyi tələb etdiyindən, kitabxanaçıların intellektual səviyyələrinin 
yüksəldilməsi üçün stimul yaradır. 
Elektron kataloqunun ənənəvi kitabxana kataloqundan əsas 
üstünlüklərindən biri oxucu sorğusunun daha dolğun yerinə yetirilməsidir. 
Belə ki, elektron kataloq Avtoritet yazılardan istifadəni təmin edir. 
Ədəbiyyatın təsviri daha geniş biblioqrafik ünsürlər əsasında aparıla bilir. Bu 
gün rəqəmli texnologiyanın inkişafı kağız üzərindəki informasiyanın elektron 
formaya çevrilməsinə imkan verdiyindən elektron kataloqdan istifadə edən 
oxucu Online olaraq öz tələbatına uyğun  ədəbiyyatın kitabxanada olması 
haqqında biblioqrafik məlumat almaqla yanaşı, onun elektron versiyasını da 
əldə edə bilər. 
Elektron kataloq kitabxananın fondu haqqında biblioqrafik 
informasiyanı  ənənəvi kataloqdan fərqli olaraq daha etibarlı qorunmasını 
təmin edir. Belə ki, ənənəvi kataloqdan fərqli olaraq kataloq kartoçkalarının 
məhv olması ilə həmin ədəbiyyat haqqında informasiya itirilmiş olur. İtirilmiş 
informasiyanın bərpası üçün onun aşkar edilməsindən asılı olaraq əlavə vaxt 
və maliyyə resursları  tələb olunur. Xüsusuilə, çoxmilyonlu fonda malik olan 
kitabxanalarda bu proses çox çətindir. Elektron kataloqda informasiyanın 
müntəzəm surətdə ehtiyat sürətinin saxlanılması, elektron biblioqrafik 
informasiya bazasının, yüksək texniki göstəricilərə malik kömputerlərdə - 
serverlərdə saxlanılması, informasiyadan istifadənin “imtiyazlı hüquq” rejimi 
və elektron kataloqun texniki təminatına müntəzəm göstərilən diaqnostik və 
profilaktik tədbirlər informasiyanın təhlükəsizlik problemini həll edir. 
Elektron kataloqun tətbiqi kitabxana fondunun real uçotuna nail olmağı 
mümkün etdiyindən, həmçinin “intizamsız” oxuculara (ədəbiyyatı vaxtında 
qaytarmayan, onu itirən, xəsarət yetirən və s.) effektiv mübarizə aparmağa da 
imkan yaradır. Bunun nəticəsində isə digər oxucuların  ədəbiyyatdan istifadə 
hüquqları müdafiə edilmiş olur. 
Elektron kataloqun təşkili bu gün bütün dünyada tətbiq olunan və müasir 
kitabxana-informasiya texnologiyasının  əsasını  təşkil edən UNIMARC (1) 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə