Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə31/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

73 
Bunsuz bütün sənəd-informasiya ehtiyatlarının kataloqlaşdırılması mümkün 
deyildir. Bu da bir sıra sənədlərin işlənmə  və istifadəetmə  məhdudluğuna 
səbəb olur. Buna görə  də elektron informasiya kütləsini düzgün 
müəyyənləşdirəcək iki cəhəti: elektron ehtiyatlarının kataloqunun yaradılması 
və internetə verilən kataloq ehtiyatlarının təşkilini xüsusi nəzərə almaq 
lazımdır. 
Beynəlxalq standarta əsasən elektron ehtiyatlarının biblioqrafik təsviri 
bilvasitə sənədlərin vahid metodikasına əsaslanır. 
Audiovizual sənədlərinin kataloqlaşdırılması daha çox elektron 
ehtiyatlarının xarici və daxili tərtibatından, qeydetmə obyektindən asılı olaraq 
“internet” üçün standart hazırlanmalıdır.  Əgər  ənənəvi kitabların təsvirinin 
mənbəyi titul vərəqi hesab olunursa, elektron ehtiyatlarının təsvirinin mənbəyi 
onun xarici tərtibatı  təşkil edir ki, burada da elektron ehtiyatlarının bütün 
xarakteristikası  əhatə edilir. Elektron ehtiyatlarının texniki xarakteristikası 
çoxcəhətli məna daşıyır. 
Elektron ehtiyatlarının biblioqrafik təsviri ümumi elektron kataloqlarda 
verilə bilər. Lakin burada ənənəvi sənədlərin qeydləri də nəzərə alınır. Belə ki, 
elektron ehtiyatlarının struktur qeydləri  ənənəvi kataloqlarda verilən təsvir 
ünsürlərinə uyğun gəlir. Lakin elektron kitabxanaların öz xüsusi kataloqları 
olmalıdır, yeni yaranmaqda olan elektron kitabxanalarında xüsusi elektron 
kataloqları yaradılmalı, özünə  məxsus axtarış sistemi təşkil edilməlidir. 
Bunlarsız elektron kataloqlarının istifadəsi yararsız olar, sadəcə kartoçkalar 
toplusuna çevrilə bilər. Elektron kitabxanalar üçün özünəməxsus xüsusi 
elektron kataloqları təşkil edilməlidir. 
Nəticə 
Aparılan araşdırmalara  əsasən demək olar ki, elektron kataloqlar 
avtomatlaşdırılmış informasiya sisteminin (AİS) növlərindən biridir. 
İnformatikada “nə axtarırısan?” sualı  tələbatçı anlayışında “informasiya” 
termini kimi işlənilir. İnformasiya tələbatı hər şeydən əvvəl məqsəd istiqaməti 
ilə fərqlənir. Burada konkret tələbatçıların informasiyaya olan peşəkar və şəxsi 
xarakteristikası  nəzərə alınır və  tələbatçının sorğusu formalaşdırılır. Təbii 
olaraq informasiya tələbatı mücərrəd  şəkildə deyil, konkret formada yaranır. 
Bu da o vaxt baş verir ki, tələbatçı konkret sorğu ilə kitabxanaya müraciət edir. 
Oxucular burada hər informasiya mənbələrinə, ənənəvi və ya maşında yazılan 
mənbələrə müraciət edir, lazımi informasiya əldə etmək üçün axtarış 
sisteminə: kataloq kartoçkalarına, referativ məcmuələrə, avtomatlaşdırılmış 
informasiya sisteminə, xüsusi hallarda elektron kataloqlarına müraciət edir. 
Burada ABŞ, Almaniya, Rusiya və digər ölkə kitabxanalarının təcrübəsi xeyli 
diqqəti cəlb edir. 
Hər  şeydən  əvvəl gələcəkdə elektron kataloqları ilə  işləməyin bəzi 
ümumi qaydalarının nəzərdən keçirək. 
Birinci: ilk növbədə, yaxşı olar ki, tələbatçı kitabxanada mövcud olan 
məlumat bazasının həcmini, daha doğrusu, həmin bazada nə qədər biblioqrafik 


74 
qeydlərin əhatə olunmasını, burada hansı növ sənədlərin əks etdirilməsini, bu 
prosesin hansı vaxtdan başlamasını, kataloqa daxil olan bütün sənədlərin əhatə 
olunmasını, kataloq kartoçkalarının tərtib edilməsini və onun elektron 
kataloqları ilə  əlaqəli işlənməsini, kataloq kartoçkalarından istifadəetmə 
illərinin müəyyənləşdirilməsi, konkret bilik sahələrinin və ya tematik 
bölmələrin nəzərə alınmasını, sorğu-informasiyanın növlərini və onun axtarış 
sistemində istifadəsini bilməlidir. 
İkinci: elektron kataloqlarının ekranında axtarışlar ardıcıl aparılır və 
müxtəlif məlumatlar verilir. Əgər ekranda axtarışların sadalanma imkanı 
varsa, onda tələbatçı sadəcə olaraq ekranda göstərilən lazımi variant seçir və 
lazımi informasiyanı əldə edir. 
Üçüncü: ekranda verilən xidmət klavişinin dəstəyinin sətirlər, xətlər 
arasında hərəkəti yuxarı, aşağı istiqamətdə dəqiq təmin olunmalıdır. 
Elektron kataloqlarının proqramı daxilində biblioqrafik təsvirin hər hansı 
iş prosesində axtarışını  həyata keçirmək mümkündür. Burada sənədin rəf 
indeksini düzgün müəyyənləşdirmək lazımdır ki, sənədlərin və ya 
əlyazmalarının tələbatçılara çatdırılması mümkün olsun. Biblioqrafik təsviri 
əsas sayılan ünsürləri hesabına aparmaq daha əhəmiyyətlidir. Burada ən çox 
sənədin başlığı (müəllifi, tərtib edəni, toplayan, işləyəni, tərcümə edəni
rəssamı  və s.), kitabın sərlövhəsi, buraxılış  məlumatları, beynəlxalq standart 
nömrəsi (ISBN) nəzərə alınır. 
Sənədlərin axtarışı KBT, UOT cədvəlləri  əsasında müəyyənləşdirilən 
şifrələr elektron kataloqlarında  əks olunur. Burada şifrə elektron 
kataloqlarında əks olunur. Lakin yoxlamaq lazımdır ki, kataloqlarda göstərilən 
şifrələr elektron kataloqlarını  təmin edirmi, oxucu tələbatını ödəməyə imkan 
verirmi. Son illərdə KBT-nin yenidən təkmilləşdirilməsi elektron 
kataloqlarının daha səmərəli tərtib olunmasına tam imkan verir. Məhz bu da 
respublikamızda kütləvi kitabxanalarda KBT cədvəli  əsasında elektron 
kataloqlarının tərtib edilməsi və onların istifadəsini xeyli asanlaşdıracaq. 
Sənədlərin tematik axtarışı  və informasiyanın  əldə edilməsi  əhəmiyyət 
kəsb edir. KBT əsasında tərtib edilmiş elektron kataloqlarından tematika üzrə 
aparılan axtarışlar mühüm əhəmiyyət kəsb edir və istənilən məqsədə nail 
olmaq mümkündür. Ümumiyyətlə, elektron kataloqlarda aşağıdakı 
mövzulardan (rubrikalardan) daha geniş istifadə edilir: 
a) predmet rubrikaları 
b) açar sözlər 
c) kitabxana-biblioqrafiya təsnifatı (KBT, UOT, ABŞ Konqres 
kitabxanasının təsnifatı və s. 
Onu daqeyd edək ki, ölkəmizdə elektron kataloqların təşkil olunması ilə 
əlaqədar xeyli işlər görülmüş  və bu iş hal-hazırda müvəffəqiyyətlə davam 
etdirilməkdədir ki, bu da Respublika kitabxanalarında soraq-informasiya 
prosesini səmərələşdirir, ən qiymətli sənədlərin əldə edilməsini və təlabatçılara 
çatdırılmasını sürətləndirir. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə