Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə30/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

71 
kataloqa malik olan kitabxana öz fondunu daha geniş şəkildə əks etdirə bilər
geniş oxucu-tələbatçıların nəzərinə çatdıra bilər, bütünlükdə kitabxana 
sisteminin ümumi səviyyəsinə və keyfiyyətinə fəal təsir göstərə bilər. Onu da 
qeyd etmək yerinə düşər ki, elektron kataloqları dünya miqyasında təkcə bir 
kitabxana daxilində axtarışı  məhdudlaşdırmır. Oxucu-tələbatçı eyni zamanda 
ona lazım olan informasiyanın axtarışını digər kitabxanalarla əlaqəli  şəkildə 
apara bilər, istədiyi materialı əldə edər, mütailə dolğunluğu yaradar. Buna görə 
də respublikamızda elektron kataloqların yaradılmasına mühüm ehtiyac 
duyulur. Daha doğrusu,  ənənəvi kataloqlarla yanaşı, elektron kataloqlarının 
təşkil edilməli, onun vahid sistemi yaradılmalı, formalaşdırılmalı, bütün ərazi, 
hətta bütünlükdə ölkə kitabxanalarının fondlarını  əhatə etməli və onları 
internetə təqdim etməlidir. Burada toplu elektron kataloqlarının təşkili xüsusi 
rol oynayır. Toplu elektron kataloqları dedikdə, konkret region, rayon, şəhər, 
respublika miqyasında külli miqdarda sənədləri özündə əks etdirən ən zəngin 
sorğu, axtarış, informasiya mənbələri nəzərə alınır. Toplu elektron kataloqların 
müasir texniki təminatını  nəzərə alaraq onlar yüksək operativlik xarakteri 
daşıyır və kitabxananın  ən başlıca vəzifələrindən biri olan xidmət işini 
səmərəliləşdirir, kitabxana fondundan operativ istifadəni təmin edir. Məhz 
buna görə  də toplu elektron kataloqlarının respublikamızın kitabxanalarında 
yaradılması  ən mühüm vəzifələrdən birini təşkil edir. Toplu elektron 
kataloqlarının kooperasiya şəkildə yaradılması  və onun istifadə edilməsi ilə 
ölkəmizdə kitabxanalararası xidmətin imkanlarının artırmasında mühüm rol 
oynayardı, vahid informasiya miqyasını formalaşdırardı. 
Ümumiyyətlə, toplu elektron kataloqlarının yaradılması həmçinin müasir 
cəmiyyətin bütünlükdə  və onun ayrı-ayrı üzvlərinin informasiya tələbatının, 
effektiv təminatının maksimum ödənilməsi üçün mühüm şərait yaradır. Toplu 
elektron kataloqları vasitəsilə oxucu-tələbatçı hər bir kitabxanadan ona lazım 
olan  ədəbiyyat haqqında məlumatı  əldə edə bilər. Bundan başqa, toplu 
elektron kataloqlarından sənədlərin əlaqəli şəkildə tipli kataloqlaşdırılmasında, 
fondların qarşılıqlı komplektləşdirilməsində, konkret kitabxananın tematik 
istiqamətinin qiymətləndirilməsində, xarici nəşlərin təkrar  əldə edilməsinin 
aradan qaldırılmasında istifadə edilir. 
Vahid (respublika üzrə) toplu elektron kataloqlarının yaradılması sistemi 
və yığcam optik disklərin təşkili regionda kitabxana fondlarını tam özündə əks 
etdirəcəkdir. Toplu elektron kataloq sistemi kitabxananın xidmət sahəsində, 
həmçinin məlumat-biblioqrafiya işində mühüm rol oynayır, ölkə daxilində və 
xarici ölkələrdə mövcud olan ən lazımlı  ədəbiyyatı oxucu-tələbatçılara 
çatdırmağa əsas təsir göstərir. 
Dünyanın görkəmli kitabxanaşünasları belə  qərara gəlmişlər ki, region 
(milli) retrospektiv toplu kataloqların (xüsusi nadir kitablar, əlyazmaları, dövri 
və nəşri davam edən materiallar) yaradılması təkcə informasiya ehtiyatlarının 
istifadəetmə miqyasını genişləndirmək məqsədi daşımır, həmçinin ədəbiyyatın 
təminatı ilə onun tələbatçısı arasında baş verən nöqsanları aradan qaldırır. 


72 
Lakin xarici mütəxəssislər belə hesab edirlər ki, toplu retrospektiv elektron 
kataloqlarının yaradılması çox mürəkkəb, zəhmət tələb edən ağır işdir. 
Təcrübə göstərir ki, kataloqlaşdırmanı düzgün dərk etmək və  mənimsəmək, 
ənənəvi kataloqların elektron kataloqlarına uyğunlaşdırılmasını  təmin etmək 
bilavasitə toplu elektron kataloqlarının formalaşmasının əsasını təşkil edir. Hər 
bir kitabxanada yüksək keyfiyyətli retrospektiv elektron kataloqlarının 
yaradılması bilavasitə  gələcəkdə toplu elektron kataloqlarının kütləvi təşkili 
üçün mühüm şərait yaradar. Bu cəhəti nəzərə almadan toplu elektron 
kataloqlarının formalaşması haqqında müsbət fikir söyləmək olmaz. 
Respublikamızda gələcəkdə toplu elektron kataloqların təşkili və istifadə 
edilməsi kitabxana xidmətinin müvəffəqiyyətlə  həyata keçirilməsinə mühüm 
imkan yaradacaqdır. Lakin ənənəvi kataloqların elektron kataloqlarına 
keçirilməsi səmərəliliyini bilavasitə digər kitabxanalarla əlaqələndirmədən, 
mərkəzi kataloqlaşdırma tərəfindən metodiki rəhbərliyi təmin etmədən 
mümkün deyildir. 
Kitabxanalarda yeni kompüter texnologiyasının və maşınla oxunan 
informasiyanın meydana gəlməsi müasir dövrün ən güclü çağırışına çevrilmiş, 
bu da kitabxanaçılar qarşısında ciddi vəzifələr qoymuşdur. Hazırda dünya 
kitabxanaçıları çalışırlar ki, mühəndislərlə daha sıx  əlaqə yaratsınlar, qarşıda 
duran məsələləri dəqiq həll edə bilsinlər. Yəni kitabxanaçılar profesional 
biliklərini mükəmməl bilməklə yanaşı yeni texniki vasitələrlə  də  işləmək 
bacarığına yiyələnməlidirlər.  
Elektron ehtiyatlarının kataloqlaşdırma məsələlərinə yanaşma problemi 
göstərir ki, ənənəvi kataloqlaşdırma biblioqrafik təsvirin bütün sahələrini
habelə onun ayrı-ayrı ünsürlərini  əhəmiyyətinə görə seçmə yolu ilə vermək 
həmişə mümkün deyildir. 
Elektron ehtiyatlarının (materialarının) müxtəlif tipli olmasına 
baxmayaraq onları ümumi cəhətlər birləşdirir. Bu da sənədin sərlövhəsi, 
müəllifi, nəşri, nəşr tarixi, mətni,  şəkilləri və s. (elektron və qeyri-elektron) 
əlaqələri ilə bağlıdır. Başqa sözlə, kataloqlaşdırma üçün nəzərdə tutulan bütün 
ölçülərin mövcudluğu əsas götürülür. Lakin bir çoxları elektron ehtiyatlarının 
biblioqrafik təsvirinin aparılmasında çətinlik çəkirlər. 
Bu proses 1960-1970-ci illərdə audio və video materiallarının təsvirində 
və  ənənəvi kataloqlaşdırma sahəsində  çətinlik yaradırdı. Buna oxşar bir 
vəziyyət elektron ehtiyatlarının uçotunda da baş vermişdi. Kitabxanaçılar yeni 
tipli informasiyanın kataloqlaşdırılması prinsipinə, yəni elektron ehtiyatlarının 
uçotunu aparmağa başlamışlar. Burada məqsəd təkcə  sənədlər haqqında 
biblioqrafik informasiya deyil, həmçinin sənədin mətni haqqında da məlumat 
verməkdən ibarətdir. 
Kitabxana  şəbəkələrində elektron ehtiyatlarının kataloqlaşdırma 
problemləri daha mürəkkəb xarakter daşıyır. Elektron ehtiyatlarının təkcə əldə 
edilməsi, yerləşdirilməsi, internetə verilməsi deyil, həm də bütün 
informasiyanın həcminə görə kataloqlaşdırılmasını  nəzərə almaq lazımdır. 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə