40
vəsaitlər sisteminin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Demək
olar ki, belə vəsaitlərlə nəzərdə tutulan sahənin
biblioqrafik informasiya
təminatı sisteminin əsası qoyulur. Belə ki, hər bir görkəmli alim, mütəxəssis
öz sahəsinin elmi potensialıdır. Onun qələmindən çıxan əsərlər əlaqədar sahə
üzrə informasiya ehtiyaclarının ödənilməsi üçün lazım olan sənədlərin bir
tərkib hissəsidir. Şəxsi biblioqrafik vəsaitlər mühüm informasiya potensialına
malik olur, tələbatçıların biblioqrafik informasiya təminatında mühüm vasitə
hesab olunur. [5]
Beləliklə, konkret bir sahənin tanınmış, nüfuzlu mütəxəssisləri haqqında
şəxsi biblioqrafik göstəricilərin ümumi məcmusu informasiya istifadəçilərinin
o sahəyə dair biblioqrafik informasiya tələbatlarının, ehtiyaclarının
ödənilməsinə müsbət təsir göstərir.
Şəxsi biblioqrafik göstəricilərin yaradılması sahəsində artıq
respublikamızda kifayət qədər təcrübə qazanılmışdır. İlk əvvəl
Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Azərbaycanın
elm və mədəniyyət xadimləri” seriyası ilə 1965-ci ildən bu günə kimi çoxsaylı
şəxsi biblioqrafik göstəricilər tərtib olunub nəşr edilmişdir.
2006-cı ildə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
“Azərbaycanın görkəmli şəxsiyyətləri” seryasının əsası qoyulub. Bu seriya ilə
ilk şəxsi biblioqrafik göstərici görkəmli nasir, ədəbiyyatşünüs-alim, pedaqoq
Mir Cəlal Paşayevə həsr edilmişdir. Daha sonralar bu seriya altında görkəmli
yazıçı, ictimai xadim Elçin Əfəndiyevə, tanınmış yazıçı və ictimai xadim
Teymur Elçinə, satirik şair M.Ə.Sabirə, dahi Azərbaycan şairi Nizami
Gəncəviyə,
Məhəmməd Füzuliyə, ədəbiyyatşünas alim Teyyub Qurbana,
dünya şöhrətli, xalq şairi Səməd Vurğuna həsr edilmiş şəxsi biblioqrafik
göstəricilər geniş informasiya potensialına malikdirlər.
Müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olan Mir
Cəlal Paşayev xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin
vəhdətini yeni formada yaşadan və ədəbiyyata yeni ruh gətirmiş yazıçı, eyni
zamanda tədqiqatçı alim olub. Nasir, müəllim, ədəbiyyatşünas, tənqidçi,
publisist, ictimai xadim olan Mir Cəlal Paşayevin irsi – yəni həm öz
qələmindən çıxmış, həm də həyatı və yaradıcılığı haqqında yazılmış əsərlərin
sayı 1500-dən artıqdır. Belə bir zəngin irsin
tədqiq edilib öyrənilməsi
Azərbaycan ədəbiyyatşünaslığının inkişafında onun rolunun müəyyən edilməsi
və qiymətləndirilməsi baxımından çox aktualdır. Bu sahədə artıq bir sıra işlər
görülüb. Yazıçının irsini əks etdirən biblioqrafik mənbələr tərtib edilmişdir ki,
ilk belə şəxsi biblioqrafik göstərici 1968-ci ildə ədibin 60 illik yubileyi
münasibətilə Azərbaycan Elmlər Akademiyasının Əsaslı Kitabxanası
tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə çap
edilmişdir. Bu biblioqrafik göstərici ədibin 40 illik yaradıcılıq dövrünü (1928-
1968) əhatə edir. Göstəricidə ümumilikdə 1000-ə yaxın sənəd kütləsi haqqında
biblioqrafik məlumat öz əksini tapıb. Buradan məlum olur ki, bəhs olunan
dövrdə Mir Cəlalın Azərbaycan və rus dillərində 57 adda kitabı, 656 adda
41
bədii, ədəbi-tənqidi
və publisistik məqaləsi, eləcə də həyatı və yaradıcılığına
həsr edilmiş 2 kitab və 305 adda məqalə mövcuddur.
Mir Cəlal Paşayev haqqında növbəti şəxsi biblioqrafik göstərici 1998-ci
ildə ədibin 90 illik yubileyi münasibətilə M.F.Axundov adına Dövlət
Kitabxanası tərəfindən çap olunmuşdur. “Mir Cəlal Paşayev: Biblioqrafiya
(1908-1998) (Tərt.ed. R.Q.Muradova; Red. N.P.Nağıyeva) adlı bu göstərici
bilavasitə birinci göstəricinin davamı hesab oluna bilər. Burada məntiqi olaraq
1969-1998-ci illər ərzində Mir Cəlal Paşayevin əsərləri, həyat və yaradıcılığı
haqqında müxtəlif dillərdə olan materiallar əhatə olunmuşdur.
Altay Həsənov
göstəriciyə “Mir Cəlal” adlı giriş məqaləsi yazmış və burada ədibin həyatı,
yaradıcılığı haqqında qısa məlumat vermiş, onun Azərbaycan ədəbiyyatının
inkişafındakı rolunu yüksək qiymətləndirmişdir.
“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə ədəbiyyat,
mədəniyyət və incəsənət xadimlərinə çoxsaylı biblioqrafik vəsaitlər həsr edilib
nəşr edilmişdir. Bu biblioqrafik göstəricilər, ədəbiyyat və incəsənət
xadimlərinə həsr edilmiş biblioqrafik vəsaitlər həmin şəxslərin yubileyləri
münasibətilə tərtib edilmişdir.
Mir Cəlal Paşayev yaradıcılığına oxucu marağının gündən-günə artması,
yeni,
daha mükəmməl, xronoloji əhatəlilik baxımından daha bitkin bir
biblioqrafik məlumat kitabının yaradılması zərurətini meydana çıxarmışdır.
“Mir Cəlal: Biblioqrafiya” (Tərt.ed. N.P.Nağıyeva; Elmi red.
Ş.Ə.Axundov) adlı biblioqrafik əsər 1926-cı ildən 2006-cı ilə kimi alimin
əsərləri və haqqında olan mənbələrin biblioqrafik modelini yaradan universal
xarakterli məlumat kitabıdır. [4]
Biblioqrafik göstəriciyə xalq yazıçısı, professor Elçin “Sadəlik və
müdriklik (Müəllim haqqında söz)” adlı elmi, informasiya baxımından diqqəti
cəlb edən giriş məqaləsi yazmışdır. Məqalədə bütövlükdə Mir Cəlal müəllimin
portretinin əsas cizgiləri haqqında dolğun təsəvvür yaradılmış, sevimli
müəllim haqqında yüksək professionallıqla və səmimiyyətlə ətraflı söhbət
açılmışdır. Bu biblioqrafik məlumat kitabında ilk bölmə “Mir Cəlalın
həyat və
yaradıcılığının əsas tarixləri” adlanır. Bölmədə Mir Cəlal müəllimin həyat və
yaradıcılığı haqqında biblioqrafik məlumatlar xronoloji ardıcıllıqla verilmişdir.
Görkəmli yazıçı Mir Cəlal Paşayevə həsr edilmiş hər üç şəxsi
biblioqrafik göstəricilər, əlbəttə ki, müəyyən nöqsan cəhətlərinə baxmayaraq,
böyük ədibin zəngin irsinin tədqiqi və öyrənilməsi baxımından çox böyük
əhəmiyyət kəsb edir.
Müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, çağdaş ədəbi-
tənqid məktəbinin layiqli davamçısı, xalq yazıçısı, “İstiqlal” və “Şərəf”
ordenli, “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi”, tanınmış
ictimai-siyasi xadim Elçin Əfəndiyev zəngin və çoxşaxəli yaradıcılığa malik
ədəbiyyatşünasdır. Elçin Əfəndiyev xalqımızın tarixi, taleyi və ədəbi-bədii irsi
ilə bağlı olan sənətkarlarımızdandır. Elçin Əfəndiyevin Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin inkişafıında xüsusi xidmətləri, çoxsaylı ədəbi-bədii