37
Biblioqrafik göstərici 5 hissədən ibarətdir: I hissə - Azərbaycançılıq
ideologiyası – milli birliyin əsası kimi; II hissə -
Milli-mədəni müxtəliflik,
etnik qruplar – dili, mədəniyyəti və incəsənəti; III hissə - Tolerantlıq –
Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi; IV hissə -
Multikulturalizm Azərbaycanda həyat tərzidir; V hissə - Köməkçi göstəricilər.
Mövzuya uyğun olaraq ədəbiyyat bir neçə bölmə və ayrı-ayrı hissələr
daxilində yarımbölmə altında qruplaşdırılmışdır. Bölmə və yarımbölmələrdə
materiallar xronoloji prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq
toplanmışdır. Vəsaitdən istifadəni asanlaşdırmaq
məqsədilə sonda
Azərbaycan, rus və ingilis dillərində müəlliflərin əlifba göstəricisi tərtib
olunmuşdur. Biblioqrafik göstərici kitabxanaçı-biblioqraflar və geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuşdur.
Biblioqrafik göstəricidə milli birliyimizin əsasını təşkil edən, Ulu Öndər
Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasından başlayaraq,
ölkəmizdəki etnik qrupların tarixinə, mədəniyyətinə, incəsənətinə,
həmçinin
nəzəri və praktik baxımdan tolerantlığa və multikulturalizmə aid 5560 adda
ədəbiyyat öz əksini tapmışdır.
Nəticə
“Multikulturalizm ili” ilə əlaqədar Milli Kitabxananın həyata keçirdiyi
layihənin son mərhələsində Azərbaycan Milli Kitabxanasının tərtib etdiyi
“Azərbaycanda multikulturalizm” adlı oxucuya təqdim edilən biblioqrafik
göstəricini xüsusi qeyd etmək lazımdır. İl ərzində ölkə ərazisində müvafiq
mövzuya dair çap olunan ədəbiyyatı və il boyu keçirilən tədbirlər haqqında
dövri mətbuat səhifələrində və məcmuələrdə dərc olunan bütün materialları
əhatə etməklə mövzuya dair 5560 mənbəni özündə əks etdirən bu fundamental
biblioqrafiya kitabxana əməkdaşlarının gərgin əməyinin nəticəsidir.
M.F.Axundov adına Milli Kitabxanada “Azərbaycanda
multikulturalizm” elektron məlumat bazası da yaradılmışdır. Elektron
məlumat bazası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“Multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri ilə başlayır. Sonra Ana
səhifə,
Rəsmi sənədlər, Görkəmli şəxsiyyətlər Multikulturalizm haqqında,
Heydər Əliyev Fenomeni və multikulturalizm, Nəşrlər, Azərbaycan milli
kitabxanasının multikultural fəaliyyəti, Foto qalereya, Videofilmlər, Heydər
Əliyev fenomeni və multikulturalizm. Bu bölmədə bir sıra müvafiq
ədəbiyyatın biblioqrafik siyahısı da verilmişdir: Məsələn, Abdulla K.
Azərbaycan multikulturalizminin siyasi banisi / Kamal Abdulla // Azərbaycan.
– 2015. – 1 may. – S.3., Abdullayev K.
Ulu öndər Azərbaycan
multikulturalizminin banisidir // K. Abdulla // Azərbaycan. – 2014. – 23 iyul.
– S7.Ağayev S. Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər
işığında // 525-ci qəzet. – 2016. – 12 aprel. – S.5. və s. Növbəti bölmələr bu
ardıcıllıqla davam edir: Nəşrlər bölməsi, Multikulturalizm haqqında, Azsaylı
xalqlar haqqında, Görkəmli şəxsiyyətlər multikulturalizm haqqında,
Azərbaycan milli kitabxanasının multikultural fəaliyyəti. Elektron məlumat
38
bazasında yarımbölmələr də verilmişdir: Metodik və biblioqrafik nəşrlər və
Kütləvi tədbirlər və s.
Multikulturalizmə həsr olunmuş haqqında bəhs etdiyimiz ilkin
mənbələrin və biblioqrafik göstəricilərin tələbatçıların
informasiya
təminatında mühüm rolu danılmazdır. “Azərbaycanda multikulturalizm”
elektron məlumat bazasının yaradılması isə M.F.Axundov adına Milli
Kitabxananın multikulturalizm sahəsində innovativ biblioqrafik fəaliyyətinin
nəticəsidir.
Ədəbiyyat
1.
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi
haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 11 yanvar 2016-
cı il//Azərbaycan.-2016.- 12 yanvar
2.
Azərbaycanda multikulturalizm: biblioqrafiya /layih. rəhb. Ə.Qarayev; elmi
red. K.Abdullayev; ixt. red. və burax. məsul K.Tahirov; rəy.: E.Nəcəfov,
A.Məmmədov; red. G.Səfərəliyeva.- Bakı, 2016.- 504 s.
3.
Sadıqova, S.A. Vətəndaş cəmiyyətində multikultural inkişafın informasiya
təminatında ilkin resursların rolu // Mədəni müxtəliflik: Dünya və Azərbaycan /
Beynəlxalq Elmi-praktik Konfrans, Bakı, 29 aprel 2016-cı il.- Bakı: Bakı
Universiteti nəşriyyatı, 2016.- S.90-91.
4.
Yaqubqızı, M.Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm: Şəki-
Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların folklor örnəkləri
əsasında: monoqrafiya /Mətanət Yaqubqızı; elmi red. M.B.Əsgərov; ön sözün
müəl.: M.B.Əsgərov, M.Ə.Mahmudov.- Bakı:
Elm və Təhsil, 2016. - 184 s.
39
ƏDƏBİYYATŞÜNASLIQ ÜZRƏ ŞƏXSİ BİBLİOQRAFİK RESURS
Sima İsmayılova
Biblioqrafiyaşünaslıq kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
simabdu@mail.ru
Персональной библиографический ресурс по литературоведение
Резюме: В статье анализируется персональной библиографие в Азервайджане,
освещена поток информационной ресурс по литературоведение как часть
общий библиографический ресурс.
Personal bibliographic resoures on literature science
Summary:
This paper gives general information about personal bibliography in
Azerbaijanand illuminates the bibliographic resoures on literaturescience as an
important integral part of general bibliographic resource.
Açar sözlər: ədəbiyyatşünaslıq, şəxsi biblioqrafiya, biblioqrafik resurs.
Kлючевые слова: литературоведение, персональный библиография,
библиографический ресурс.
Keywords: literature science, personal bibliography, bibliograhic resource.
Giriş
Azərbaycan milli biblioqrafiyası çox zəngin vəsaitlər sisteminə malikdir
və bu sistem xalqımızın mədəni-mənəvi sərvəti
olan müxtəlif növ məqsəd və
oxucu istiqamətli çap əsərlərini özündə əks etdirir. Biblioqrafik vəsaitlər
sisteminin sabit və uzunmüddətli tərkib hissələrindən biri də şəxsi biblioqrafik
informasiya mənbələridir. Şəxsi biblioqrafik göstəricilərin tərtibində
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və AMEA-nın Mərkəzi
Elmi Kitabxanasının xidmətləri böyükdür.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının çoxşaxəli
biblioqrafik fəaliyyətinin mühüm istiqamətini şəxsi elmi-köməkçi xarakterli
biblioqrafik vəsaitlərin tərtib edilib nəşr olunması təşkil edir.
Biblioqrafiyalaşdırma prosesinin bilavasitə obyektinin
forma və məzmun
əlamətinə görə biblioqrafik fəaliyyətin mühüm sahələrindən biri şəxsi
biblioqrafiya hesab olunur. Ona görə ki, şəxsi biblioqrafik mənbələrin
yaradılması prosesində bilavasitə obyekt kimi müəyyən şəxsin qələminə
məxsus əsərlər və onun haqqında yazılmış ədəbiyyat götürülür.
Məsələnin qoyuluşu
Görkəmli adamlara həsr olunan şəxsi biblioqrafik vəsaitlər ayrı-ayrılıqda
həmin şəxsin əsərləri və haqqında olan ədəbiyyat üzrə faydalı biblioqrafik
axtarış imkanlarına malik olurlar və demək olar ki,
oxucunun həmin şəxslə
əlaqədar biblioqrafik informasiya ehtiyacını hərtərəfli təmin edirlər. Elə buna
görə də elmin, mədəniyyətin, incəsənətin müxtəlif sahələrinin görkəmli
adamları haqqındakı fərdi biblioqrafik göstəricilər o sahənin biblioqrafik