35
elmi-nəzəri, həm tarixi,
həm mədəni, həm bölgələr üzrə, həm də müasir siyasi-
ictimai baxımdan sərf-nəzər edildi. BBMM tərəfindən “Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı son dərəcə əhəmiyyətli kitab
çap olundu. On əsrlik Azərbaycan ədəbiyyatı tarixindəən müxtəlif klassik şair
və yazıçılarımızın müxtəlif əsərlərində, dastan və nağıllarımızda başqa dinin,
başqa millətin nümayəndə və rəhbərlərinə hörmət
dolu münasibət, sevgi və
ehtiram sərgiləndiyi bu kitab artıq rus və ingilis dillərində də nəşr edilib.
2016-cı ildə “Multikulturalizm” adlı rüblük jurnalın nəşrinə də
başlanıldı. Jurnal Azərbaycan multikultural dəyərlərinin dünyada, dünya
təcrübəsinin isə Azərbaycanda yayılmasını nəzərdə tutur. Bu jurnal vasitəsilə
Azərbaycan multikultural əhvalının energiyasının dünyaya yayılması prosesi
gələn illərdə də davam edəcək (2, s.9).
M.F.Axundov adına Milli Kitabxananın multikulturalizm sahəsində
innovativ biblioqrafik fəaliyyətindən bəhs edərkən qeyd etmək lazımdır ki,
Tədbirlər Planının icrası ilə əlaqədar Milli Kitabxana Mədəniyyət və Turizm
Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və “Multikulturalizm”
jurnalının Bakıda, Ağcabədidə,
Lənkəranda, Qubada, Gəncədə və
respublikamızın digər regionlarında ictimaiyyət nümayəndələrinin iştirakı ilə
təqdimat mərasimlərini keçirmişdir.
Problemin təhlili
M.F.Axundov adına Milli Kitabxananın hazırladığı “Azərbaycanda
multikulturalizm” adlı fundamental biblioqrafik göstərici də bu əlamətdar
hadisəyə həsr edilib(2).Layihənin rəhbəri Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Naziri, fəlsəfə üzrə fəlsəfə doktoru Əbülfəs Qarayev,
elmi redaktoru Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm
və Dini məsələlər üzrə Dövlət müşaviri,
akademik Kamal Abdullayev, ixtisas
redaktoru və buraxılışa məsulprofessor, Əməkdar mədəniyyət işçisiKərim
Tahirov, rəyçilər fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov və Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, professor Azad
Məmmədov, redaktor Əməkdar mədəniyyət işçisi Gülzar Səfərəliyevadır. 504
səhifəlik biblioqrafik göstərici 2016-cı ildə çapdan çıxmışdır. Biblioqrafik
göstəricidə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”
elan
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
verilmişdir.Sərəncamda deyilir: “Tarixi İpək yolunda yerləşən Azərbaycan
müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni
rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların
nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi
olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən
siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz
nümunəsidir.
36
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal
Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi
barədə qərar qəbul
edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan
münasibətinin real ifadəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub
saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə
qərara alıram:
1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan
edilsin.
2.Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi və Azərbaycan Milli
Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan
Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını
bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin”(1).
Biblioqrafik göstəricidə “Redaktordan” adlı yazı yer almışdır. Burada
biblioqrafik göstəricinin quruluşu və axtarış imkanları haqqında məlumat
verilir.
Biblioqrafik göstəriciyə Azərbaycan Respublikasının Millətlərarası,
Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri,
akademik Kamal
Abdulla tərəfindən “Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət
siyasətidir” adlı geniş məqaləsi verilmişdir. Qeyd olunmuşdur ki, ölkə
Prezidentinin 2014-cü ildə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin də fəaliyyəti məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu
günə qədər 15 xarici ölkədə – Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada,
Gürcüstanda, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda,
İsveçrədə və başqalarında, həmçinin 36
Azərbaycan universitetində
“Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirdi. Onu da
qeyd etmək lazımdır ki, əgər əvvəllər biz xarici universitetləri belə bir fənnin
tədrisinin vacibliyinə inandırmağa çalışırdıqsa, bu gün bizə həm artıq
əlaqəqurduğumuz universitetlərdən, həm də tamamilə yeni universitetlərdən
təkliflər gəlir. Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici
tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin
ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin
universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna
xüsusi
həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını,
mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan
həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələrin Azərbaycana olan
maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir.