32
Ədəbiyyat
1.
Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamı [Mətn] // Respublika.-2007.-
7 oktyabr.
2.
Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət Proqramı [Mətn] // Kitabxanaşünaslıq və
biblioqrafiya.- 2008.-N2.-S.6-29.
3.
AZS 754-2013. Biblioqrafik yazı. Biblioqrafik təsvir [Mətn]: Ümumi
tələblər
və tərtib qaydaları.- Bakı: Metrologiya və Patent üzrə Dövl. Komitəsi, 2013.-60
s.
4.
İsmayılov, X. Kitabxana və informasiya texnologiyaları [Mətn]: Dərs vəsaiti/
X.İ.İsmayılov- Bakı: Nurlar, 2009.- 312 s.
5.
Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu [Mətn] //
Azərbaycan.- 1999.- 14 mart.
6.
Mustafayeva, S.M. Normativ-texniki sənədlərin təsviri və
təsnifləşdirilməsi[Mətn]: (Dərs vəsaiti) / S.M.Mustafayeva; elmi red.
Ə.M.Rüstəmov; red. T.F.Quliyev; rəyçilər: Z.İ.Baxşəliyev, H.S.Əfəndiyeva.-
Bakı: BDU nəşr-tı, 2001.- 214.
7.
Mustafayeva, S.M. MARC formatlarının yaranması və tətbiqi [Mətn] /
S.M.Mustafayeva // Kitabxanaşünaslıq və biblioqrafiya. – 2004. - №1. – S. 45-
53.
8.
Mustafayeva, S.M. Biblioqrafik təsvirə dair ilk Milli Dövlət Standartı [Mətn]/
S.M.Mustafayeva // Kitabxanaşünaslıq və biblioqrafiya.-2015.- №.1.- S. 90-
100.
9.
Aналитико-синтетическая переработка информации[Текст] : Учебник.-
С.Пб.: Профессия, 2013.-336с.
10. ГОСТ 7.80-2000. Библиографическая запись. Заголовок [Текст]:Общие
требования и правила составления. – Минск, 2000. – 8 с.
11. ГОСТ7.1-2003. Библиографическая запись. Библиографическое описание
[Текст]: Общиетребования и правила составления. – М.: Изд-во
стандартов, 2004. – 48 с. – (Межгосударственный стандарт).
12. 12. Российские правила каталогизации [Текст]:Ч.1:Основные положения и
правила. / Рос. библ. ассоц.,Межрегион. ком. по каталогизации;авт.
коллектив: Н.Н.Каспарова (рук.) [и др.]. - М., 2005. - 242 с.
13. Российские правила каталогизации [Текст]: Ч.2.Специальные правила
каталогизации отдельных видов документов / Рос. библ.
ассоц.,Межрегион. ком. по каталогизации;авт. коллектив: Н.Н.Каспарова
(рук.) [и др.]. - М., 2005.-255 с.
33
M.F.AXUNDOV ADINA MİLLİ KİTABXANANIN
MULTİKULTURALİZM SAHƏSİNDƏ
İNNOVATİV BİBLİOQRAFİK FƏALİYYƏTİ
Solmaz Sadıqova
BDU, Biblioqrafiyaşünaslıq kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
solmaz_bdu@mail.ru
Инновационная библиографическая деятельность Национальной
библиотеки им. М.Ф.Ахундова в области мультикультурализма
Резюме: В статье рассказывается об инновационной библиографической
деятельности Национальной Библиотеки им. М.Ф.Ахундова в области
мультикультурализма. Отмечается важность первичных ресурсов, а также
роль вторичных ресурсов в предоставлении информации. Также
подчеркивается важность электронной базы данных, названной как
«Мультикультурализм в Азербайджане», которая организована в библиотеке.
Innovative bibliographic activity of National Library named after M.F.Akhundov in
the field of multiculturalism
Abstract: The article talks about innovative bibliographic activity of National Library
named after M.F.Akhundov in the field of multiculturalism. The importance of
primary resources, as well as the role of secondary resources in the information
providing are highlighted here. The importance of an electronic database named
"Multiculturalism in Azerbaijan" that organized in library is underlined too.
Açar sözlər: M.F.Axundov adına Milli Kitabxana, multikulturalizm, innovativ
biblioqrafik fəaliyyət, ilkin resurslar, ikinci dərəcəli resurslar.
Ключевые слова: Национальная библиотека им. М.Ф.Ахундова,
мультикультурализм, инновационная библиографическая деятельность,
первичные ресурсы, вторичные ресурсы.
Keywords: National Library named after M.F.Akhundov, multiculturalism, innovative
bibliographic activity, primary resources and secondary resources.
Giriş
Tarixin bütün dövrlərində ölkəmizdə bu gün
multikulturalizm
adlandırdığımız sosial münasibətin mövcudluğu və davamlılığını şərtləndirən
dinc birgəyaşayış ənənəsini, tolerantlıq, qarşılıqlı hörmət və ehtirama
söykənən köklü münasibətləri örnək göstərə bilərik. Bunun nəticəsidir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili
Azərbaycanda “Multikulturalizm ili” elan edib.
“Multikulturalizm ili”ndə Azərbaycan Milli Kitabxanasının həyata
keçirdiyi layihələr də çoxşaxəli və Azərbaycan
multikulturalizm modelinin
sistemli öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olmuşdur. Milli
Kitabxana ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən mədəniyyət
ocaqlarında, kitabxanalarda “Multikulturalizm ili”nə həsr olunmuş tədbirlər
34
keçirmişdir. Multi-kulturalizmə dair ədəbiyyatın toplandığı geniş kitab
sərgisinin və “Multikulturalizm Azərbaycanın həyat tərzidir” mövzusunda
daimi fəaliyyət göstərən guşənin yaradılması bu baxımdan təqdirəlayiqdir.
Məsələnin qoyuluşu
Məqalədə M.F.Axundov adına Milli Kitabxananın multikulturalizm
sahəsində innovativ biblioqrafik fəaliyyətindən bəhs olunur. Bu sahədə
kitabxanaya daxil olan ilkin resursların əhəmiyyətindən, eyni zamanda ikinci
dərəcəli resursların informasiya təminatında rolu işıqlandırılmışdır.
Kitabxanada təşkil olunmuş “Azərbaycanda multikulturalizm” adlı elektron
məlumat bazasının əhəmiyyəti də vurğulanmışdır.
Vətəndaş cəmiyyətində multikultural inkişafın informasiya təminatında
çap olunmuş ilkin sənədlərin mühüm rolu vardır (3).
M.F.Axundov adına Milli Kitabxanaya daxil olmuş ilkin mənbələrə
misal olaraq "Multikulturalizm siyasəti: Din və Gender Dialoqunda" kitabını
göstərmək olar. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda
"Politologiya və siyasi sosiologiya" şöbəsinin müdiri,fəlsəfə elmləri
doktoru
Rəna Mirzəzadənin müəllifi olduğu kitabın elmi məsləhətçisi professor İlham
Məmmədzadədir.
Kitabda Azərbaycan siyasətşünaslıq elmində ilk dəfə olaraq
multikulturalizm siyasəti, Qərb-Şərq mədəni müxtəlifliyi Din və Gender
Dioloqunda təhlil olunub, tarixi inkişaf mərhələlərində cinslərarası
münasibətlərə mədəni, mənəvi aspektdə nəzər yetirilib,
qloballaşma zəminində
gender siyasəti və din məsələləri işıqlandırılıb. Müəllif yüksək əxlaqi
keyfiyyətlər xəzinəsi olan İslam dünyagörüşünü gender ölçülərini izləməklə,
Şərqlə Qərb arasında yerləşən Azərbaycan məkanının özəl və özünəməxsus
mənəvi dəyərlərini işıqlandırmaqla, Qərb-Şərq mədəni müxtəliflərindəki oxşar
və fərqli cəhətlərini araşdırıb. Kitabda Multikulturallıq-Din-Gender
Dialoqu
"dünyasında" olan çarpazlaşma, qarşılaşma, bərabərləşmə, tarazlaşma,
inteqrasiya və s. bu kimi qloballaşan proseslərdə həmin politoloji termin
fenomenləri arasında olan "körpünü" və "savaşı" araşdırmağa cəhd edilir.
Çoxrəngli mədəniliyin yeni dünya mənzərəsində müxtəlif "çalarlarının" oxşar
və fərqliliyi Dövlətlərin Siyasi "palitrasındakı" olan görünüşü və ya reallığı
analiz olunur.
Digər ilkin mənbələrdən A.Həsənovun “Müasir şəraitdə Azərbaycanda
dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri” adlı monoqrafiyası 2014-cü ildə
143 səhifədən ibarət çap olunmuşdur. M.Yaqubqızının “Azərbaycan
folklorunda tolerantlıq və multikulturalizm: Şəki-Zaqatala
bölgəsində yaşayan
xalqların və etnik qrupların folklor örnəkləri əsasında” monoqrafiyası 2016-cı
ildə “Elm və Təhsil” nəşriyyatında 184 səhifədən ibarət işıq üzü görmüşdür.
İlkin mənbələrin çap olunması tələbatçıların informasiya təminatında və
biblioqrafik resursların meydana gəlməsində mühüm rol oynayır.
2016-cı ildə nəşr sahəsində də xeyli iş görülmüşdür. Qəzet və sayt
səhifələrində, ayrı-ayrı kitablarda, jurnal və toplularda multikulturalizm həm