Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
82
bu və ya digər dərəcədə qarışıqlardır və onların öz simasının olduğunu qəbul
etmək çox çətindir. Onların siması artıq tarixi keçmişdə qalmışdır. A.Toynbi
də haqlı olaraq sivilizasiyanı tarixi planda araşdırır və keçmişdə müxtəlif si-
vilizasiyaların olduğunu göstərir. Lakin keçmişdə müxtəlif qalmaq ona görə
mümkün idi ki, onların nisbi müstəqillik imkanları çox idi. Planetimiz hələ
bu dərəcədə kiçilməmiş, müxtəlif bölgələr arasında əlaqələr bu dərəcədə art-
mamış və sivilizasiyalar bu dərəcədə sərhədsizləşməmişdi. Yüksək siviliza-
siyanın aşağı sivilizasiyalarla münasibəti bir şeydir, bir milli mədəniyyətin
başqa milli mədəniyyətlə münasibəti – başqa şeydir. Yəni etnik-milli müstə-
vilərdə ancaq mədəniyyətlər arasında fərqdən danışmaq olar.
Sivilizasiya və mədəniyyətlərin münasibətini, nisbətini çoxmərtəbəli
binanın strukturu ilə müqayisədə daha əyani təsəvvür etmək olar. Sivilizasi-
ya binanın karkasıdır. Kimsə o çoxmərtəbəli binanın tikilməsi işində hələ
başlanğıc səviyyəsində, kimsə orta mərtəbələrində və kimsə artıq yüzüncü
mərtəbədə ola bilər. Beşmərtəbəli binanı da, iyirmimərtəbəli binanı da, yüz-
mərtəbəli binanı da eyni karkas əsasında tikirlər. Yəni fərq əslində kəmiyyət
fərqidir. Metod eynidir, yol eynidir. Lakin bu eyni metodla tikilmiş binalar
görünüş etibarı ilə və mərtəbələrin daxili strukturuna görə çox fərqli ola bi-
lirlər. Bu, mərtəbədaxili layihələr və arakəsmələrin nədən və necə tikilməsi
ilə əlaqədardır. Biz sivilizasiya və mədəniyyətin nisbətini şərti olaraq karkas
və arakəsmələrin nisbəti kimi nəzərdən keçirəcəyik. Binanın hər hansı bir
mərtəbəsində arakəsmələri söküb onu təzədən başqa cür strukturlaşdırmaq
mümkündür. Hərə öz mənzilini istədiyi kimi təmir edə bilər və dizayn verə
bilər. Bütün bunlar mədəniyyətlərin müxtəlifliyi kimidir. Lakin heç kim bü-
növrəsi və ya məsələn, beşinci mərtəbəsi olmayan bir binada onuncu və ya
yüzüncü mərtəbə qura bilməz. Sivilizasiya yolunda yüksələ bilmək üçün bü-
tün əvvəlki mərhələlərin olması şərtdir. Məhz buna görə biz sivilizasiyanın
kumulyativlik prinsipi əsasında qurulduğunu, mədəniyyətlərin isə bir-birin-
dən asılı olmadan yan-yana yerləşdiyini iddia edirik. Məhz buna görə də
mədəniyyətlərarası dialoq iki eynihüquqlu tərəfin dialoqu olduğu halda, si-
vilizasiyalararası dialoq yuxarı ilə aşağının, müxtəlif mərtəbələrin dialo-
qudur.
Bu fərq elm və incəsənət arasındakı fərqi xatırladır. Mən başqa bir
Sosial fəlsəfə
83
əsərimdə elm və incəsənətin spesifikasını izah etmək üçün də bu modeldən
istifadə etmişəm. Və bu, təsadüfi deyil, çünki elm kumulyativlik prinsipi
əsasında inkişaf edir, incəsənət isə – yox. Elm daha çox ictimai, incəsənət
isə daha çox fərdi yaradıcılıqdır və burada toplanma mümkün deyil. Hər sə-
nət əsərinin öz siması var. Vahid sənət yoxdur, amma elm vahiddir.
Əslində bu bənzəyiş heç də təsadüfi deyil. Çünki sivilizasiyanın da
aparıcı komponentlərindən biri məhz elmdir. Və burada biz analogiyanı da-
vam etdirərək deyəcəyik: elmdir, amma sənət deyil. Sənət də, din də mədə-
niyyətin əsas ünsürləri olduğu halda, sivilizasiyaya daxil olmayıb onunla tə-
rəfmüqabil olan hadisələrdir. Ona görə də biz daha çox içərisində din olan,
içərisində sənət olan sivilizasiyadan deyil, din və sivilizasiyadan, incəsənət
və sivilizasiyadan danışmağın tərəfdarıyıq.
Din, əxlaq, bütövlükdə mənəviyyat, hətta bədii-estetik təfəkkür sivili-
zasiyaya daxil olmasalar da, onunla sıx surətdə əlaqəli hadisələrdir. “Daxil
olmamaq” ifadəsini biz o mənada işlədirik ki, bunlar sivilizasiyanın hərəkət-
verici qüvvələri sırasında deyillər. Tam tərsinə, bunlar dəyişən mühitin, in-
sanın müdaxiləsi sayəsində özgələşən təbiətin insanla həmahəngliyini qoru-
yub saxlamaq üçün fərdin ruhani-mənəvi strukturunda intellektual yükün,
rasional komponentlərin xüsusi çəkisinin artması və ətraf mühitdə də məhz
rasionallaşma istiqamətində dəyişikliklərin baş verməsi insanın müvazinəti-
ni qorumaq üçün sanki əks istiqamətdə proseslərin də intensivliyinin artması
tələb olunur.
“Qərb” mədəniyyəti
“Qərbin dini elm, əxlaqı hüquqdur”.
Əbu Turxan
Hantinqton “Sivilizasiyaların toqquşması” kitabında əvvəlcə “Qərb”
anlayışının ənənəvi mənasını qəbul edərək sivilizasiyaların toqquşmasından
bəhs edir, xristianlıq və islam sivilizasiyalarını məlum bir şey kimi qəbul
edib danışır və ancaq bundan sonra “Qərb” anlayışının sərhədlərini müəy-
yənləşdirməyə çalışır. Burada da o, hansı isə bir ciddi elmi meyardan çıxış
etməyərək, yenə də ictimai-siyasi şüurda və kütləvi ədəbiyyatda yayılmış
Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
84
mənaları araşdırır. Hantinqton “Qərbin sərhədlərinin müəyyənləşdirilməsi”
adlı paraqrafda Sovet İttifaqının mövcudluğu dövründə “Qərb” anlayışının
sovet ekspansiyasına qarşı duran ölkələrin, qüvvələrin birliyi kimi formalaş-
dığını deyir. Buraya Qərbi Avropadan başqa, ilk növbədə ABŞ, daha sonra
Türkiyə, Yunanıstan, Yaponiya, Koreya, İsrail kimi coğrafi baxımdan qeyri-
Qərb ölkələri də daxil edilir. Əlbəttə, əslində daha məntiqi olardı ki, bu Şərq
– Qərb bölgüsü kapitalizm və sosializm sistemləri arasında aparılan bir böl-
gü olaydı. Amma sosializm bizim indi işlətdiyimiz mənada Şərq məfhumu-
na uyğun deyil. Əslində sosializm Qərbdən ancaq onunla fərqlənirdi ki, o,
ifrat Qərb hadisəsi idi. Qərb və İfrat Qərb. K.Marks özü Qərb təfəkkürünün
bariz daşıyıcısı idi. Biz bunu ona görə xüsusi olaraq qeyd edirik ki, müasir
mənada Şərq-Qərb bölgüsünün daha bir anlamı, mənası, meyarı məhz mate-
rialist və idealist baxışlar sistemidir. Qərb düşüncəsi materializmə və
praqmatizmə əsaslanan bir düşüncədir. Şərq isə daha çox idealizmə, ideali-
zasiyaya və hətta xəyalpərvərliyə və utopiyaya uyğun gəlir.
Qərbi Qərb edən, onun bütün müasir uğurlarının əsasında duran hadi-
sələr aşağıdakılardan ibarətdir: Dini dünyagörüşündən, idealist baxışlardan,
utopiyadan və s. ayrılaraq daha çox dərəcədə empirik biliklərə, eksperimen-
tal elmə, maddi təcrübəyə, praktikaya istinad etmək, empirik idrakla rasio-
nal idrak arasında körpü atmaq və bu ikisinin sintezindən ibarət yeni elmi
idrak mexanizminin və dünyagörüşünün aparıcı rolunu təmin etmək. Dünya-
ya bir texnokrat münasibəti bəsləmək, dinə isə ən yaxşı halda deizm çərçi-
vəsində yer vermək, yəni hər hansı fövqəlqüvvələrdən azad olan, insan əqli-
nin gücünə inam üzərində qurulan bir düşüncə və həyat tərzi.
F.Bekonun məşhur “bilik qüvvədir” tezisini şüara çevirmək, nəinki tə-
biətin, həm də cəmiyyətin dərk olunmasında sağlam düşüncəni rəhbər tut-
maq və real ictimai ehtiyacları nəzərə almaqla daha optimal ictimai təşkilat-
lanma sistemləri yaratmaq cəhdi də Qərb sivilizasiyasının ilk şərtlərindən
biri sayıla bilər. Yəni insan öz məqsədlərinə bir fərd olaraq deyil, cəmiyyə-
tin bir üzvü kimi və cəmiyyət vasitəsilə nail olmağa çalışır. İnsan ancaq fər-
di-mənəvi prinsiplərdən və dini təcrübədən çıxış etməklə kifayətlənməyə-
rək, öz təbii və ictimai mühitini də təkmilləşdirməyə çalışır və bunun üçün
Dostları ilə paylaş: |