E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
133
§14.
“...Mənimsədim”də Üzeyir Hacıbəyovun “Arşın
mal alan” operettasının mənimsənilməsi
cəhdlərindən danışılır
Hörmətli
oxucular, “Gəldim, gördüm...mənimsədim” fəslində
Azərbaycan musiqi ənənəsinin və böyük Ü. Hacıbəyovun yaradıcılı-
ğının klassik erməni musiqi məktəbinin formalaşmasına göstərdiyi
təsir haqqında əvvəl başladığımız söhbəti davam etdirərək, bu mate-
rialda biz nəinki ermənilər tərəfindən götürülmüş, eləcə də Ü. Hacı-
bəyovun “Arşın mal alan” operettası ilə bağlı erməni musiqi oğurluq-
larına da toxunacağıq.
Musiqi plagiatı ilə bağlı əvvəlki paraqraflarda biz Ü. Hacıbəyo-
vun məşhur “Arşın mal alan” operettasının yaradılması ərəfəsində
erməni musiqi aləmində yaranmış vəziyyət haqqında danışmışdıq.
İndi isə qısaca olaraq, xronoloji ardıcıllıqla “Üzeyir Hacıbəyov en-
siklopediyası”na əsaslanaraq həmin illərdə Azərbaycan musiqi palit-
rasının nə ilə zənginləşdirildiyi barədə söhbət açacağıq. İş burasın-
dadır ki,
parlaq şəxsiyyət, gözəl publisist – alim və ölməz musiqi us-
tası olan böyük Üzeyir bəy tərəfindən bənzərsiz musiqi aləmi yaradıl-
mışdı. Müsəlman aləmində opera sənətinin əsasını qoyan Ü.Hacıbə-
yov təqribən yüz il bundan əvvəl H.Z.Tağıyev teatrında səhnəyə qo-
yulmuş məhur “Leyli və Məcnun” muğam operasının ardınca 1909-
1915-ci illərdə “Şeyx Sənan” (1909), “Rüstəm və Zöhrə” (1910),
“Şah Abbas və Xurşud Banu” (1912), “Əsli və Kərəm” (1912) mu-
ğam operalarını yaratmışdır. Bunlarla yanaşı, mətni də böyük bəstə-
karın özünə məxsus olan “Ər və arvad” (1910), “O olmasın, bu ol-
sun” (1911) musiqili komediyaları yaradılmışdır.
Ü. Hacıbəyovun benefis tamaşalarından sonra erməni musiqi-
teatr xadimləri öz rahatlıqlırını itirirlər. Erməni bəstəkarlarının gös-
tərdiyi böyük cəhdlərə baxmayaraq, erməni operası yazılmır, erməni
teatr truppaları isə Ü. Hacıbəyovun opera və operettalarını səhnəyə
qoyaraq, demək olar ki, tamamilə Azərbaycan mövzusuna keçirlər.
K A M R A N İ M A N O V
134
Üstəlik də, 1913-cü ildə dünya şöhrətli məşhur “Arşın mal alan” ope-
rettası yaranır...
Hörmətli oxucular, qeyd etmək istəyirik ki, XX əsrin əvvəllərin-
də Azərbaycan musiqi incəsənəti, Ü. Hacıbəyov başda olmaqla bizim
sənət ustalarımız Avropa musiqi mədəniyyətinə daxil olurlar. Teatr
sənətimiz də yüksələn xətlə inkişaf edir. Bir sözlə, Azərbaycan teatr-
musiqi sənəti hələ tam təşəkkül tapmamış bütün Şərqin musiqi sənə-
tinin inkişaf prosesinə böyük təsir göstərməyə başlayır.
Arxiv materialları Azərbaycan musiqisinin klassiki Ü. Hacıbəyo-
vun əsərlərinin böyük sayda tamaşaya qoyulduğunu, onun opera və
komediyalarının daimi uğurlarını əyani şəkildə göstərir.
Bu əsərlərin
librettoları tez bir zamanda başqa dillərə tərcümə olunur və Şərqin
musiqi məkanını doldurur. Özünüz düşünün, hörmətli oxucular, “Ar-
şın mal alan” operettasının ilk tərcümələrindən biri məhz gürcü dilinə
olmuş və əsər gürcü dilində Bakıda və Tiflisdə səhnəyə qoyulmuşdur
(İ.Qiqoşvilinin tərcüməsi). 1916-cı ilin mart ayında Pirumyan operet-
tanı erməni dilinə tərcümə edir. Yerli teatr truppası onun Mozdokda
kazaklar arasında qoyuluşunu hazırlayır.
Karapetyan “Leyli və Məcnun” operasını, D.Ayrapetyans və S.
Maqalov isə “Əsli və Kərəm” operasını erməni dilinə tərcümə edirlər.
“O olmasın, bu olsun” operettası S.Maqalov, “Arşın mal alan”ı S.
Torosyan, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası S.Çalumyan
tərəfindın erməni dilinə tərcümə olunur.
Azərbaycan əsərləri çoxlu sayda yeni yaranmış truppalar tərəfin-
dən ifa edilirdi. Təxminən 100 min azərbaycanlının yaşadığı ancaq
Tiflisdə biri A. Abbasovun, digəri isə Avedyanın olmaqla iki Azər-
baycan truppası fəaliyyət göstərirdi.
Z. Hacıbəyovun truppasının Azərbaycan və İranın şəhərlərinə
qastrol səfərləri böyük uğur qazanmışdır. Petrov-Portda (Mahaçqala),
Teymurxanşurda (Buynaks) Azərbaycan truppaları yaradılmış, həm-
çinin Ərəblinskinin teatr truppası və müsəlman truppası əsasında
Aşqabad Dövlət Azərbaycan Musiqili Teatrının kollektivi formalaş-
mışdı.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
135
Beləliklə, Qafqaz, İran, Rusiya, Orta
Asiya bu musiqili-teatr bu-
muna cəlb olunmuşdu. Hələ bu, heç də tam siyahı deyil. Və əlbəttə,
diqqət mərkəzində librettosu rus, gürcü, erməni, türk, ukrayna, belo-
rus, ingilis, fars, polyak, özbək, çin, bolqar, ərəb, fransız və digər
dünya dillərinə tərcümə olunmuş Ü. Hacıbəyovun “Arşın mal alan”
operettası idi.
Lakin ümumi təsir dairəsinin böyük miqyasına baxmayaraq, təs-
vir olunan dövrün Azərbaycan teatr-musiqi sənəti və ilk növbədə
“Arşın mal alan” məhz erməni cəmiyyətinin musiqi-teatr həyatına
əhəmiyyətli canlanma gətirmişdi.
“Arşın mal alan”ın yaranmasından əvvəlki dövrdə də bir sıra
erməni teatr truppaları var idi. Bakı, Tiflis kimi iri şəhərlərdə erməni
həvəskar tamaşaları qoyulur, həvəskar və yarıpeşəkar heyətli xalq
teatrları yaradılırdı. Bu illərdə Bakıda-şəhər ətrafındakı xalq evləri
nəzdində erməni
dram dərnəkləri var idi, həvəskar truppalar isə İrə-
van, Aleksandropol, Batumi və Yelizovetpolda sadə dildə başa düşü-
lən tamaşalar verirdilər. Tiflisdə Araksyanın Avlabar teatrı (1903-cü
il), Zubalovun Xalq evinin Erməni dram bölməsi (1909-cu il) möv-
cud idi. Erməni mənbələrində yazılanlara görə, erməni milli stasionar
teatrlarının olmaması, senzura qadağaları və başqa səbəblər bu dövr-
də erməni musiqili teatrının inkişaf imkanlarını məhdudlaşdırırdı.
Ancaq bu, heç də belə deyildi. Məsələn, T. Çuxacyanın, A. Vardov-
yanın, Aristakesyanın, O. Voskanyanın rəhbərliyi altında həvəskar və
yarıpeşəkar musiqi truppaları mövcud idi. Ancaq onların repertuarları
yalnız A. Tiqranyanın “Anuş” operası, Qərbi-Avropa və rus müəllif-
lərinin operettaları və vodevilləri ilə məhdudlaşırdı. Beləliklə, əsas
səbəb, ilk növbədə, tamaşaçını maraqlandıran
parlaq musiqili-teatr
materialının və milli koloritli musiqili komediyaların olmamasında idi.
Əslinə baxsan, Q.Qoyanın “Erməni teatrının 2000 yaşı” (1952), həm-
çinin elektron nəşrlər kimi erməni mənbələrinə görə, müasir komedi-
yanın, ozü də musiqili yox, təməli 1924-cü ildə erməni xalq nağılının
motivləri əsasında D.Dəmirçyanın yazdığı “İgid Nazar”la qoyulmuş-
dur. Əlbəttə, şair Y.Çarensin Zaqafqaziya əksinqilabçı partiyalarını
ifşa edən “Kapqaz-tamaşa” satira-komediyasını hesaba almasaq...
K A M R A N İ M A N O V
136
Bir sözlə, Azərbaycanın musiqili teatr əsərləri, xüsusən də “Arşın
mal alan” erməni truppaları ücün arzuolunan idi. Və bunun necə baş
verməsi barədə bir az sonra danışacağıq.
İndi isə Ü.Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyası-
nın - librettosunu da özü yazdığı “Arşın mal alan” operettasının ya-
ranma tarixi haqqında qısaca söhbət açaq. Operetta böyük bəstəkarın
Sankt-Peterburq Konservatoriyasına qəbul imtahanlarına hazırlaşdığı
dövrdə başa çatdırılmışdı. Dəlillərə müraciət edək. Professor S.
Ginzburq “Üzeyir Hacıbəyov Peterburq Konservatoriyasında” adlı
elmi işində göstərir ki, “Üzeyir bəyin Peterburq Konservatoriyasında
aldığı gözəl təhsil bəstəkarın yaradıcılığının formalaşmasında mühüm
rol oynamışdır. Bununla birlikdə, Üzeyir bəyin istedadı ona
hələ Kon-
servatoriyaya qəbul olana qədər operettanı tamamlamağa imkan ver-
mişdi”. Doğrudan da, Üzeyir bəy hələ Peterburq Konservatoriyasında
təhsil aldığı illərdə, 1913-cü ildə öz dostu və silahdaşı M.Maqomaye-
və məktublarında yazırdı ki, o, sayca üçüncü yeni operettası - “Arşın
mal alan” üzərində işləyir və onu tamamlamaq üzrədir. Ü.Hacıbəyov
onun böyük müvəffəqiyyət qazanacağına inanırdı. Müəllifin burada
ifadə olunan hiss və duyğuları Azərbaycan ziyalılarını narahat edən
məsələlərin komediya-satira janrında işıqlandırılmasına, patriarxal
həyat tərzinin vaxtı keçmiş adət-ənənələrinə və normalarına tənqidi
yanaşmağa imkan vermişdi. Operettanın yaranması, həqiqətən, çox
böyük hadisəyə çevrilmişdi (o, dünyanın 45-dən artıq ölkəsində nü-
mayiş etdirilmiş və 75 dilə tərcümə olunmuşdu). Bəstəkarın “Arşın
mal alan” operettasının musiqisi xalq sənətinin üslub xüsusiyyətləri-
ni,
onun ahəng-intonasiya, metro-ritmik və kompozisiya nüanslarını
yaşadan misilsiz bir musiqidir. Bir sözlə, “Arşın mal alan” nəinki çox
gözəl musiqili komediyadır, o həm də dünya musiqi mədəniyyətinin
şah əsəridir.
“Arşın mal alan” operettsının ilk tamaşası 1913-cü ildə oktyabrın
25-də Bakıda H.Z.Tağıyev teatrında olmuşdur, tamaşanın rejissoru
H.Ərəblinski, dirijoru isə M.Maqomayev idi. O, böyük müvəffəqiy-
yət qazandı. Lakin bu şah əsərin xoşbəxt səhnə taleyinə elə həmin
vaxtlarda erməni mənimsəmələri ilə kədərli ovqat yazıldı.