E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
137
1914-cü ildə Zaqafqaziya şəhərlərinə qastrol səfərinə çıxan Azər-
baycan truppası Azərbaycan musiqi aləti
tarda çalan Sidrak Maqal-
yanı heyrətlə gətirir. Bir sözlə, “Arşın mal alan” operettası erməni
səhnəsində göründüyü andan onun oğuranmasına Sidrak Maqalyan
tərəfindən ton verilir. Sarabskinin truppasının 1914-cü ildə Tiflis şə-
hərinə qastrol səfərindəki çıxışına valeh olan Qarabağda doğulmuş
Mağalyan Ü. Hacıbəyovdan əsərin tərcümə edilməsinə icazə almağa
nail olur. Maqalyan nəinki tərcüməçi, həm də musiqi tərtibatçısı idi,
o, eyni zamanda Əsgər rolunu, özü də Azərbaycan, rus, gürcü və əl-
bəttə ki, erməni dillərində oynayırdı. Əsər tamaşaya qoyulana qədər
tərcümənin ona göstərilməsi barədə Ü. Hacıbəyovun şərtini
yerinə
yetirmədiyinə baxmayaraq ki, S. Maqalyan “Arşın mal alan” operet-
tasını ilk dəfə erməni dilində 1915-ci ildə Tiflisdə Eriksyan teatrında
tamaşaya qoydu. Əsər yeddi dəfə göstəriləndən sonra S. Maqalyan
onun erməni dilində tamaşaya qoyulmasına razılıq əldə etmək üçün
Bakıya gəlir. Bəli, məhz belə olmuşdur. Birinci mərhələdə o, Ü.Hacı-
bəyovdan hüquqi icazə alır və həmin ildə də əsər tamaşaya qoyulur
və Bakıda yaşayan ermənilərin böyük rəğbətini qazanır.
Hörmətli oxucular, diqqət yetirin. Birinci dəfə məhz 1915-ci ildə
“Arşın mal alan” “erməni operasıdır”,-fikri səsləndirilmiş və bununla
da bu böyük operettanın
mənimsənilməsinin əsası qoyulmuşdur.
Üzeyir bəyin bu şah əsərində öz rolunun ifasına görə Qafqazda birin-
ci mükafat almağı azmış kimi, S. Maqalyan hələ operettanı mənimsə-
mək qərarına da gəlmişdi. 1915-ci ildə Tiflisdə qoyulmuş birinci ta-
maşadan başlayaraq 1921-ci ilə qədər S. Maqalyanın truppası operet-
tanı 800 dəfə, o cümlədən, 200 dəfə gürcü dilində, 2 dəfə rus
dilində
və bir dəfə türk dilində İstanbulda tamaşaya qoymağa müvəffəq ol-
muşdur. S.Maqalyan bundan böyük miqdarda pul qazanmışdı. Hər ta-
maşaya görə yığılmış məbləğin 10 faizinin qonorar kimi Üzeyir bəyə
ödənilməsi barədə razılığın olmasına baxmayaraq, S.Maqalyan bu
şərti yalnız bir dəfə, 1915-ci ildə tamaşadan sonra yerinə yetirmişdi.
Sonralar o, Ü.Hacıbəyovun müəllif əmlak hüquqlarını kobud şəkildə
pozaraq, eyni zamanda əsərin qanunu yaradıcısının şəxsi qeyri-əmlak
hüquqlarını da pozmaqla plagiat yolunu tutmuşdur. Qeyri-qanuni
K A M R A N İ M A N O V
138
gəlir əldə etmək imkanı və milli şöhrət düşkünlüyünün aramsızlığı
digər erməni kollektivlərini bu cəlb edirdi. Müxtəlif erməni truppaları
arılar pətəyə yığışan kimi “Arşın mal alan” operettasının üstünə cum-
muşdular. Misal üçün, İ. Voskanyan tərəfindən tələsik yaradılmış və
ilk tamaşasını 1915-ci ildə Bakıda göstərmiş truppanın qazandığı mü-
vəffəqiyyətdən elə ermənilərin özləri şikayətçi idilər. Guya ki erməni
truppalarının erməni tamaşalarına tamaşaçı gəlmir,
ancaq Azərbaycan
tamaşalarında anşlaq təmin olunmuşdur. Çıxışları Astraxan, Saritsın,
Rostov və Yekaterinodora qədər gedib çatmış A. Armenyanın truppa-
sı demək olar ki, ən peşəkar erməni truppası idi.
Armenyanın truppası da “Arşın mal alan” operettasının “erməni-
ləşdirilməsinə” öz mümkün payını vermişdir. Artıq 1916-cı ildə Vla-
diqafqazda qastrol səfəri zamanı operettanın müəllifinin adı afişadan
çıxarılır. Erməni truppaları müəllifin şəxsi hüquqlarını, məhz əsərin
toxunulmazlığı hüququnu kobud şəkildə pozaraq, Üzeyir bəyin razılı-
ğı olmadan operettaya dəyişikliklər etmiş, həmçinin düşünülmüş təh-
riflərə yol vermişdilər, Rusiya mətbuatında isə mətnini Petroqrad
Universitetinin məzunu Ü. Hacıbəyovun “yazdığı”, musiqisini isə Şərq
melodiyalarından istifadə edərək cənab Armenyanın “yaratdığı” “Ar-
menyanın erməni operettası” haqqında tərif dolu rəylər doldurmuş-
du. “Cənab Armenyana eşq olsun, o nəinki milli teatr yaratdı, həm də
erməni musiqisini bərpa etdi (“Rus musiqi qəzeti”, 21 aprel 1916-cı il).
Beləliklə, A. Armenyanın truppasından
başlayaraq, tamaşanın
afişalarında artıq həqiqi müəllifin – Ü. Hacıbəyovun adına rast gəlin-
mir. Eyni şeylər sonrakı truppaların afişalarında da təkrar olunur. Bu
da təsadüfi deyildi. Erməni truppaları hələ Ü. Hacıbəyovun yaşayıb-
yaratdığı Bakıda tamaşanın kanvasına yolverilməz dəyişikliklər et-
məyi özlərinə rəva bilirdilər. Bakının hüdudlarından kənarda isə ta-
maşanın “erməniləşdirilməsi” tam sürətlə gedirdi. Bunun səbəbi tək-
cə təkəbbür və teatrdan qazanılan pul dalınca qaçmaqda deyildi. Əl-
bəttə, sonuncu amil heç də az rol oynamırdı. Axı yalnız 1917-ci ildə
müxtəlif erməni truppaları “Arşın mal alan” operettasını ancaq Tbilisi
və Şimali Qafqazda 700 dəfədən çox oynamışdılar. Əsərin belə mü-
vəffəqiyyətini “A...yan” soyadlı erməni müəllifi 1915-ci ilin dekabr
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
139
tarixli “Bakı” qəzetində Voskanyan haqqında yazısında açıq qıcıqlan-
ma hissi ilə hamıdan yaxşı ifadə etmişdir: “Ü. Hacıbəyovun layiq
olmadan görünməmiş müvəffəqiyyət qazanan “Arşın mal alan” pye-
sindən sonra Voskanyan tamaşaçılara Raffinin “Xent” tarixi romanını
və Çalaxçinin “Tatevos İvanıç” pyesini təqdim etmişdir. Ancaq bun-
lar heç bir uğur qazanmır... Baxmayaraq ki, bu əsərlər Hacıbəyovun
əsərindən heç nədə geri qalmırdı... Voskanyan bu uğursuz tamaşalara
görə günahkar deyildir. Günahkar səhnə sənətinə tələbkar
olmayan
erməni tamaşaçılarıdır. Onlar Ü. Hacıbəyovun əsərinə həvəslə, həm
də dəfələrlə baxırlar, öz tamaşalarına isə getmirlər...”
Hörmətli oxucular, sizcə, yaranmış belə vəziyyətin səbəbi nədə
idi? Cavab üçün yenidən erməni müəlliflərinə müraciət edək. Məşhur
erməni musiqişünası Qara Dərviş yazırdı: “...uzunmüddətli cəhdlərə
baxmayaraq, Qafqaz erməni səhnəsində heç cür milli operetta yara-
dılmadı”. Bunun bu fəslin səhifələrində dəfələrlə göstərdiyimiz baş-
lıca səbəbini isə Tiflisdə çap olunan “Mşaq” qəzeti (3 sentyabr 1916-
cı il) açıq şəkildə etiraf edirdi: “Niyə
“Arşın mal alan” bu qədər sevil-
di?
Artıq 2 ildən çoxdur ki, erməni səhnəsində böyük uğur qazanan
türk [Azərbaycan] operettası – “Arşın mal alan” həm də erməni zi-
yalıları arasında böyük maraq doğurur. Dünən mən “Artist cəmiy-
yəti” (Tiflis şəhəri) teatrında Q.Yeritsyanın truppasının ifasında bu
əsərin növbəti tamaşasına baxdım. Bu dəfə də zal əhalinin orta təbə-
qəsindən olan tamaşaçılarla dolmuşdu. Onlardan başqa, zalda çoxlu
zabitlər, ziyalı nümayəndələri, hətta ingilis missioner cənab Mak
Kamma Adonis və cənab Qipokbekyan da iştirak edirdilər... Mən
tamaşanı sona qədər izlədim və mənə aydın oldu ki, qədim dövrlər-
dən bəri türklərlə qonşuluqda yaşayan və onlarla daimi ünsiyyətdə
olan erməni xalqı niyə “Arşın mal alan”a bu qədər ləzzətlə baxır.
Zənnimcə, biz xalqa [ermənilərə] bu tamaşaya sonsuz olaraq baxma-
ğı qadağan edə bilmərik... Buna baxmayaraq, bir çox psixoloji sə-
bəblərlə əlaqədar bu əsər erməni xalqının diqqətini cəlb edəcəkdir.
Ermənilər əsrlər boyu türk-tatarların və farsların əsarəti altında ya-
şayıblar. Onların qulaqları tar və kamança səsləri ilə doldurulub.
Ona görə də şərq musiqisi erməni xalqının cisminə və qanına hopub”
(kursiv
bizimdir)
.
K A M R A N İ M A N O V
140
Beləliklə, hörmətli oxucular, “Arşın mal alan” operettasının mə-
nimsənilməsi və “erməniləşdirilməsi” hazır
erməni süjeti ilə həyata
keçirilirdi: əvvəlcə müəllifin qonorar almaq hüququnun (əmlak hüqu-
qunu) inkar edilməsi, sonra afişalarda müəllifin adının “göstərilmə-
məsi”, daha sonra Ü. Hacıbəyovu mətnin müəllifi kimi saxlamaqla,
onun musiqisini mənimsəmək və s. Operetta rus dilinə tərcümə edil-
dikdə isə erməni truppaları, məsələn, Armenyanın truppası Rusiyaya
qastrol səfərləri zamanı artıq operettanı erməni müəllifinin erməni
operası kimi təqdim edirdilər.
Yağışdan sonra çıxan göbələklər kimi əmələ gələn erməni trup-
paları Ü. Hacıbəyovun müəlliflik hüquqlarını kütləvi şəkildə pozur-
dular (1917-ci ilə doğru belə truppaların sayı yeddiyə çatmışdı). Bö-
yük bəstəkar və onun silahdaşı Müslüm Maqomayev şübhəsiz, ermə-
nilərin bu soyğunçuluq təcrübəsinə qarşı mübarizə aparmağa çalışır-
dılar. Bəzi hallarda hüquqşünas-vəkillərin köməyinə müraciət olunur,
digər hallarda, müəllif hüquqlarının pozulması halları ilə bağlı prak-
tiki olaraq bütün qəzetlərdə açıq elanlar verilir, hətta ekranlaşdırılmış
“Arşın mal alan”ın “Forum” kinoteatrında nümayişi ilə bağlı halda
olduğu kimi, şəhər rəisinin inzibati hakimiyyətindən də istifadə edi-
lirdi... Beləliklə, hörmətli oxucular, biz yenidən erməni plagiatının
çoxüzlülüyünə, dəqiq desək, büqələmun mahiyyətinə qayıdırıq. Mü-
əllifin öz əsərini müdafiə etməklə bağlı qanuni hərəkətləri erməni
saxtakarlarına müəyyən qədər təsir göstərirdi, lakin ermənilər müx-
təlif hiyləgərliklərə əl ataraq, əsər tamaşaçıya məhz böyük bəstəkarın
adı altında təqdim olunduğu hallarda Üzeyir bəyin əsərinin mahiy-
yətini təhrif etməyə, onun bədii dəyərini aşağı salmağa çalışırdılar.
Misal gətiririk. Azərbaycan Xalq Cümhuriyyəti illərində M. Maqo-
mayev “Azərbaycan” qəzetində yazırdı: “Fevralın 4-də dövlət teatrın-
da erməni artistlərinin ifasında məşhur müsəlman bəstəkarı Ü. Hacı-
bəyovun populyar “Arşın mal alan” operettası oynanıldı. Mənə elə
gəlir ki, bizim milli ənənələrimizin belə iyrənc şəkildə təhrif olun-
masına son qoymaq vaxtı artıq gəlib çatmışdır... Rejissor aktyorların
rollarının ifasında müxtəlif hiyləgər
tryuklərə yol vermişdir, Bu, əsəri
təhqiredici səviyyəyə salmışdır. Mən bunlara baxarkən qeyri-ixtiyari