E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
121
sin ki, bu ahəngin Ərəbistandan gəlmiş adı Spendiyarovu çaşdır-
mışdır,
baxmayaraq ki, Zaqafqaziyada bu terminlə tamamilə başqa
quruluşa malik ahəng ifadə olunurdu”. Ancaq hörmətli oxucular başa
düşürlər ki, “Ənzəli”nin melodiya əsasını xalq mahnısı və məşhur
“Ənzəli” Azərbaycan rəqsi təşkil edirdi. Eləcə də geniş yayılmış
“Hincas”ın əsasında ermənilərə heç bir aidiyyəti olmayan populyar
“Hincas” muğam ahəngi durur. Deməli, söhbət muğamların simfoni-
yalaşdırma təcrübəsindən getmişdir. Spendiyarovun Azərbaycan mu-
siqi ənənələrinə marağı o qədər böyük idi ki, İrəvana köçəndən sonra
o, həddən artıq həvəslə mahnılarımıza göz yetirirdi. Avetis İsaakyan
öz xatirələrində belə yazırdı: “Biz [Spendiyarovla] birlikdə yerli və
kənardan gəlmə Azərbaycan aşıqlarının bir-biri ilə yarışaraq, çoxsim-
li uzunqollu sazlarda Koroğludan, “Aşıq Qərib”dən, “Əsli və Kərəm”
dən və başqalarından mahnılar ifa etdikləri çayxanalarda olurduq”.
Azərbaycan musiqisininn və böyük Ü.Hacıbəyov yaradıcılığının er-
məni musiqi məktəbinin banilərinin peşəkar
musiqisinə təsir qüvvəsi
bax belə idi.
K A M R A N İ M A N O V
122
§13.
“..., Mənimsədim“də Azərbaycan musiqisinin və
Üzeyir Hacıbəyov yaradıcılığının peşəkar erməni
musiqi məktəbinin təşəkkülünə böyük təsiri
haqqında danışılır
Öncə qeyd etdiyimiz kimi, oxucuların diqqətini Ü. Hacıbəyov
yaradıcılığının və bütövlükdə Azərbaycan musiqisinin peşəkar
erməni musiqi məktəbinin təşəkkül tapmasına göstədiyi böyük təsirə
yönəltmək istəyirik.
Hörmətli oxucular! XX əsrin əvvəllərində Cənubi Qafqaz həqiqə-
tən Ü. Hacıbəyovun bənzərsiz musiqisi ilə yaşayırdı. Onun 1907-ci
ildə yazılmış və ilk dəfə 1908-ci ildə səhnəyə qoyulmuş “Leyli və
Məcnun” muğam operası böyük müvəffəqiyyət qazanmışdı. Bu,
Şərqdə ilk opera idi. Üzeyir bəyin “O olmasın, bu olsun” (1911) və
xüsusən də 1913-cü ildə ilk dəfə tamaşaya qoyulmuş “Arşın mal
alan” musiqili operettaları çox məşhur idi. A. Tiqranyanın 1912-ci
ildə yazılmış və həvəskar truppanın səyi ilə Aleksandropolda
tama-
şaya qoyulmuş “Anuş” operasını nəzərə almasaq,
ermənilərin həmin
illərdə musiqili-səhnə əsərləri olmamışdır. Bax buna görə, 1959-cu
ildə nəşr olunmuş “Ensiklopedik musiqi lüğəti“ndə qeyd edilir ki, ilk
erməni operası “xalq-məişət” operası olmuşdur, daha dəqiq desək, o,
ilkin variantında ənənəvi anlamda olan opera yox, O. Tumanyanın
“Anuş“ süjeti əsasında yaradılmış və bir necə xalq mahnısı ilə bəzə-
dilmiş bir tamaşa idi. Baxmayaraq ki, 1962-ci ildə nəşr olunmuş
“Opera librettoları”nda bu əsərin yaradılmasının A. Tiqranyanın çox-
dankı arzusu olduğu göstərilir, ancaq bu faktı da qeyd etmək lazımdır
ki, erməni klassik musiqisinin banisi Komitas da bu süjet üzərində
uzun müddət işləmişdir. Ancaq o, niyyətdən irəli bir addım ata bilmə-
mışdir. Üstəlik, sonralar həmin süjet O. Tumanyanın özü
tərəfindən
məşhur peşəkar bəstəkar Spendiyarova təklif edilmiş, lakin bəstəkar
bu təklifi rədd etmişdir. Bir sözlə, hörmətli oxucular başa düşürlər ki,
“Anuş” süjetinin musiqi tərtibatına dəfələrlə qayıdılması A. Tiqran-
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
123
yanın “Anuş” ilkin “xalq-məişət operası”nın səviyyəsinin əyani təsdi-
qidir. İndi erməni musiqi ənənəsinin formalaşması ilə bağlı problemi,
eləcə də bu ənənəni erməni birsəsli-monodiyası əsasında görən er-
məni kilsə xadimlərinin qarşıdurmasını şərh etməyəcəyik. Biz yalnız
onu təsdiq edirik ki, o illərdə Komitasın, N. Tiqranyanın, M, Yermal-
yanın, X.Qara-Murzanın və digər erməni bəstəkarlarının
böyük for-
malı əsər yaratmaq səyləri xoş arzu olaraq qalmışdı. Bax elə buna
görə də Bakıda, Tbilisidə və başqa şəhərlərdə yaradılmış erməni mu-
siqi cəmiyyətləri gözlərini, əvvəlki paraqrafda qeyd olunduğu kimi,
türk musiqisi üzərində qurulan əsərləri ilə Avropa dairələrində də
tanınan bəstəkara- A. Spendiyarova dikmişdilər. S. Ginzburqun
“Sovet musiqi ədəbiyyatı”nda (M., “Muzıka”, 1970) qeyd edildiyi
kimi:
“Oktyabr inqilabından əvvəlki mərhələdə Spendiyarovun əsas
nailiyyəti musiqidə Şərq obrazlarının təcəssümü üçün yeni təsirli
vasitələri tapması idi”. Əsasən türk-Azərbaycan musiqi ənənələrinin
əksini tapdığı “Krım eskizləri”, “Üç palma”, “Şərq beşiyi”, “Tatar
mahnısı” və Spendiyarovun digər əsərləri Lyadova israr etməyə im-
kan verdi ki, “onun (Spendiyarovun) Şərqi bizim yaradıcılarımız tə-
rəfindən istifadə olunmayana qədər yeni idi” (С.Гинзбург, «Совет-
ская музыкальная литература», М., «Музыка», 1970).
Rus klassik musiqi məktəbinin tələbəsi, N. Rimski-Korsakovun
şagirdi A.Spendiyarov müəyyən müddət heç erməni bəstəkarı da
sayılmırdı. Bununla belə, o, 1916-cı ildə Tbilisiyə gələndən sonra
“erməni ədəbi-bədii dairələri tərəfindən fərəhlə qarşılanmışdır”.
Tbilisidə o, xalq xanəndələrinə və çalğıçılara diqqətlə qulaq asır və
Azərbaycan musiqisindən vəcdə gələrək, “Almast” operası üzərində
işləməyə başlayır
. “SSRİ xalqları musiqisinin tarixi”ndə (c.1, M., 1970)
göstərilir ki, “bəstəkar onun (əsərin) üzərində ömrünün sonuna, daha
doğrusu, 1928-ci ilə qədər işləmişdir“. Bu, sadə iş deyildi, “Spendi-
yarov erməni operasının yaradılmasına doğru özünün xüsusi yolu ilə
getmişdir. Onun erməni bəstəkarlarının bu sahədə hər hansı bir təc-
rübəsinə əsaslanmaq imkanı yox idi” (kursiv bizimdir). Bu etiraf
məşhur erməni musiqişünaslarından birinin - Q. Tiqranovun “A.A.
Spendiyarov” (“Muzıka”, M., 1971“) adlı monoqrafiyasındandır. Deməli,
K A M R A N İ M A N O V
124
Tiqranyanın “ilk xalq-məişət operası” adlandırılan “Anuş” operasının
təcrübəsi, eləcə də guya erməni operalarının hələ XIX əsrin ortaların-
da yaradılması barədə çap nəşrlərində rast
gəlinən təcrübəsiz insanla-
rı inandırmaq məqsədi ilə edilən erməni cəhdləri həqiqətə uyğun ol-
mayan iddialardan başqa bir şey deyildir. Onun qızı belə xatırlayır ki,
bəstəkar hələ Krımda olarkən tar və kamança xalq musiqi alətlərində
çalmağı bacaran marinist İ. Ayvazovskidən türk melodiyalarını ifa et-
məyi xahiş edərdi. İ. Ayvazovski böyük həvəslə erməni, tatar və baş-
qa motivləri çalırdı, Spendiyarov isə acgözlüklə onları yazıya köçü-
rürdü. Bəstəkar olarkən o, xalq melodiyalarında əks olunmuş türk
musiqisinin necə dərin köklərə malik olduğunu başa düşürdü. Qeyd
edək ki, operanın yazılması ideyası N. Rimski-Korsakov tərəfindən
verilmişdi. Özü də söhbət Şərq operasının yaradılmasından gedirdi.
Bu da təsadüfi deyildi. Məşhur rus bəstəkarı öz şagirdinin musiqi
zövqlərini və türk musiqisini bilməsini hamıdan yaxşı bilirdi. Spen-
dayarovun əvvəllər türk motivləri əsasında yaradılmış və geniş şöhrət
qazanmış simfonik əsərləri də onun sonrakı fəalliyyəti üçün uğurlu
bir təminat idi.
Bununla birlikdə, Spendiyarov peşəkar musiqiçi kimi
öz operası üçün mövzu seçimində çox vasvası idi. Ona müxtəlif möv-
zular təklif olunurdu və hətta bəstəkarı ədəbi materiallarla təchiz et-
mək üçün ona kömək göstərilərək, qrupa oxşar bir şey yaradılmışdı
və o, gələcək opera üçün süjet seçimi ilə məşgul olurdu. Bu səbəbdən
opera yazmaq üçün Spendiyarova müxtəlif süjetlər, o cümlədən
L.Yeqizaryan “Gözəl Ara və Semiramida” əfsanəsinin, 1911-ci ildə
isə S. Merkurov Babayanın “Semiramida” dramının süjetini
və bir
çox başqalarını təklif etməyə başladılar. T. Tiqranov özünün “A. A.
Spendiyarov” kitabında yazırdı ki, bütün
bu süjetlər bəstəkar tərəfin-
dən, “
həqiqətdən uzaq, şərti və bufator ekzotik süjetlər “təngə gətir-
diyi üçün” rədd olunmuşdu (kursiv bizimdir). Və bunu “ilk erməni
xalq-məişət operası”nın müəllifı Spendiyarovun özü bəstəkar A.Tiq-
ranyana yazmışdı. O, seçilmiş ən yaxşı erməni süjetləri barədə bir
sadə səbəbdən yazırdı ki, onlar həyatilikdən uzaq idi və heç cür er-
mənilərin keçdiyi yolu təcəssüm etdirmirdi. Hətta rəssam M.Saryanın
yazdığına görə, Spendiyarovun zəif damarından tutmaq cəhdi, yəni
“Anuş“ operasının yazılmasının rus bəstəkarı Qreçaninova sifariş