E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
109
Erməni plagiatının
həmin o prinsipləri, elə burada Rusiya
internet–mağazaları tərəfindən təklif olunan disklərdə
də öz əksini
tapmışdır. D.Qasparyanın, S.Asaduryanın və başqalarının tütəkdə
ifalarının müxtəlif kolleksiyaları və bunların arasında “Ermənistanın
göz yaşı: tütək səsi” və “Erməni tütəyinin sehri” və s. disklər də
vardır. Yəqin ki, oxucu “qədim erməni aləti”nin, üstəlik də S.Sadur-
yanın ifasında hansı musiqinin sehrini yaydığını yaxşı başa düşür.
Biz pirat SD-də göstərilmiş 8 kompozisiyanın adlarını orada olduğu
kimi veririk: “Qayıqçı”, “Günüm, günəşim olarsan sən”, “Uca dağ-
lar”, “Tutam yar əlindən, tutam”, “Bir çiçək gibi”, “Allı durnam”,
“Yelli yaş”, “Qırmızı gülüm soldu”. Azərbaycan və ya türk musiqi
nümunələri olan bu mahnıların heç birinin mənşəyi göstərilməmişdir.
Əvəzində elə həmin lisenziyasız
toplularda məşhur Azərbaycan
balabançısı Əlixan Səmədovun çox gözəl albomu, həmişə olduğu
kimi “yaxşı erməni musiqisi” adı altında təklif olunur. Kompozisiya-
ların rus dilində göstərilmiş adları: “Tı ne prişla”, “Svetlovolosaya
nevesta”, “Ne prişla”, “Lirika”, “Ayvovıy tsvetok” ermənilər tərəfin-
dən qoyulmuş elə həmin kiçik yaradıcılıq elementidir. Axı, söhbət elə
Ə.Tağıyevin “Sən gəlməz oldun” mahnısından, “Sarı gəlin”, “Gəlmə-
din” Azərbaycan xalq mahnılarından,
“Mirzeyi” və “Heyva gülü”
Azərbaycan rəqs havalarından gedir. Təbii ki, plagiatçılar nə kompo-
zisiyalarının mənşəyini, nə də onun əsil ifaçılarını göstərmirlər.
Şəbəkədə bircə dəfə “erməni xalq musiqisi”nə “müraciət etmək”
kifayətdir ki, istinad etmək üçün on minlərlə internet ünvanı alasan.
Onların çoxu,
bir qayda olaraq, erməni saytları erməni xalq musiqisi-
nin mənbələrini ləzzətlə bizim eradan əvvəl VI-IV əsrlərə aid edirlər.
Azərbaycan köklü erməni xalq musiqisi, bax beləcə təqdim olunur.
Buradaca, “Erməni musiqisi antologiyası”nda (c.4) qədim erməni
musiqi aləti “düdük” haqqında ətraflı məlumat almaq olar. Məlum
olur ki, Orta Asiya xalqlarında, Gürcüstanda, Rusiyada, Belorusda,
Bolqarıstanda, Yuqoslaviyada və Türkiyədə “quruluşına və səslən-
məsinə görə oxşar olan nəfəsli alətlər vardır”. Əlbəttə, bu siyahıda
Azərbaycana yer yoxdur, ona görə ki, Azərbaycan milli balabanında
Azərbaycan mahnılarını ifa edən Azərbaycan ifaçıları erməni düdü-
K A M R A N İ M A N O V
110
yündə
erməni musiqisini ifa edən erməni ifaçları kimi
təqdim olun-
muşdur. “Düdük” sözünün kökünü xatırlatmaq da yerinə düşər. O,
türk və Azərbaycan dillərində “tütək” kimi səslənir. Antologiyada
(c.7) diqqətlə seçilmiş və naşirlərin təqdim etdikləri kimi, “erməni
xalq musiqisinin nadir arxiv yazıları əsasında Ermənistanın folklor
kollektivləri tərəfindən qayğı ilə bərpa olunmuş “Erməni folkloru”
nümunələri gülüş doğurmaya bilmir. Qədimlərdən gələn həmin “er-
məni musiqi incilərindən” bir neçəsinin adına baxın, onlar latın hərf-
ləri ilə verilmişdir, biz onları elə belə təqdim edirik:
“Kele kele”,
“Aliagyaz”, “Tsolako” və s. Şərhi sizin öz öhdənizə buraxırıq, hör-
mətli oxucular. “Çalır Qəribyanın triosu” (Antologiyanın 3-cü cildi)
adlı erməni diasporunun musiqisinə qulaq asmaq istəyənlərə isə nəin-
ki Ermənistanda, eləcə də ermənilərin yayıldığı başqa ərazilərdə ya-
ranmış “müasir erməni musiqi dili”ni tövsiyə edirik:
“Mirzeyi”,
“Tərəkəmə”, “Otaramaci” və bir çox başqaları.
Biz yekuna yaxınlaşırıq, ancaq bir şeyi qeyd etmək istəyirik ki,
Azərbaycan xalqının çox gözəl musiqi folklor ənənələri və o qədər də
gozəl müasir musiqi incəsənəti vardır.
Gözəl musiqi yazmaq - eyni
zamanda gözəl düşünmək, gözəl duymaq və duyğularını gözəl ifadə
etmək deməkdir. Bir sözlə, eyni dərəcədə ağıla, qəlbə və zövqə malik
olmaqdır.
Hörmətli oxucular! Erməni musiqi oğurluqları haqqında danışığı-
mızın birinci hissəsini yekunlaşdıraraq, onu Valerinin gözəl bir fikri
ilə tamamlamaq istərdik: “Tapmaq asandır, tapılanı canına hopdur-
maq isə çətindir”.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
111
§12.
“...Mənimsədim”də Azərbaycan bəstəkarlarının,
ilk növbədə Üzeyir Hacibəyovun yaradıcılıq
nümunələrinin ermənilər tərəfindən
mənimsənilməsindən danışılır
Hörmətli oxucular! Biz latın aforizminin müəyyən qədər dəyişdi-
rilmiş “Gəldim, gördüm, ...mənimsədim” silsiləsinin “...mənimsə-
dim” hissəsini davam etdiririk və bu bölmədə sizi azərbaycanlıların
əqli mülkiyyətinin ermənilər tərəfindən mənimsənilməsi ilə tanış edə-
cəyik ki, bu da həmin mədəni sərvətlərin yaradıcıları və sahibləri
olan azərbaycanlıların ərazilərinə olan iddialarla sıx bağlıdır. Əvvəlki
paraqrafda ermənilərin musiqi oğurluqları və mənimsəmələri, o cüm-
lədən
instrumental-musiqili, musiqili-rəqs folklor nümunələrinin,
xalq havalarının mənimsənilməsi və erməniləşdirilməsi, həmçinin
onların erməni peşəkar-bəstəkar yaradıcılığında istifadə olunması
haqqında başladığımız hekayəni davam etdirərək, istərdik ki, Azər-
baycan bəstəkarlarının və ilk növbədə dahi Üzeyir Hacıbəyovun ya-
radıcılıq nümunələrinin
ermənilər tərəfindən mənimsənilməsi halla-
rını nəzərdən keçirək.
Məlumdur ki, peşəkar bəstəkar musiqisi həmişə folklor musiqi
ənənələrinin təməlinə söykənmişdir. Bu ənənə nə qədər
parlaq və
zəngin olarsa, bəstəkarlar tərəfindən daha dərindən istifadə olunar və
yenidən işlənər və bununla daha əhəmiyyətli əsərlər yaradılardı.
Azərbaycan musiqi mədəniyyəti birbaşa üç ənənəvi nəhəng amilə
- mahnı və rəqs folkloruna, aşıq sənətinə və muğamata əsaslanırdı.
Xalqımızın bütün bu şifahi musiqi ənənəsinin iki nəhəng təbəqəsi
vardır. Hər şeydən öncə, xalq mahnıları, havaları və rəqsləri şəklində
yazılı forması olmayan şifahi musiqi folkloru və əlbəttə, peşəkar şifa-
hi ənənə musiqisi: muğam sənəti və musiqili-poetik aşıq yaradıcılığı.
Azərbaycan bəstəkar məktəbinin banisi Üzeyir Hacıbəyovun bö-
yüklüyü onda olmuşdur ki, ona qarşı yol verilən bütün yanlış hərə-
K A M R A N İ M A N O V
112
kətlərə baxmayaraq, bu dahi bəstəkar
Azərbaycan musiqisini həmin
musiqi ənənələrinə əsaslanaraq yaratmışdır. Bu ənənələr Üzeyir bəy
tərəfindən nəinki dahiyanə şəkildə şərh olunmuş, o həm də onların
istifadəsinin nəzəri əsasını yaratmışdır. Və bu, Azərbaycan musiqi
məqamlarının həmahəng bir sistemi idi. Məhz Ü.Hacıbəyov Şərq və
Qərb melodiya ahənglərini sintez edən nadir musiqi üslubunun banisi
olmuşdur. Görün “Koroğlu” operası ilə bağlı böyük bəstəkarımız nə
yazırdı. O qeyd edirdi ki, yaradıcılıq xalqın hazır melodiyalarını gö-
türmək deyil,
“vacibdir ki, operaya xalq musiqisinin ruhunu verə-
sən” (kursiv bizimdir). Bu, dahi bəstəkarın böyük əqidəsi idi: mə-
nimsəmək yox, milli melosu
yaradıcı şəkildə yenidən işləmək və çox
qayğı ilə öz şəxsi musiqi aləminə daxil etməklə əsl müəllif əsəri
yaratmaqdır.
Bunu onun müasirləri də etiraf edirdilər. Y.Qroşeva 1938-ci ildə
“Sovetskoe iskusstvo” jurnalında yazırdı: “...əbədi
gözəllik, əsl rea-
lizm və xəlqilik “Arşın mal alan”ı musiqili komediyanın ən yaxşı
klassik nümunələri ilə bir sıraya qoyur”. Uzeyir Hacıbəyov yaradıcı-
lığına daha konkret və dərin qiymət məşhur “Opernıye libretto” (M.,
“Muzizdat”, 1962) kitabında verilmişdir:
“Bəstəkar Azərbaycan mu-
siqisinin milli özünəxas olan formasını klassik opera formalarına
[“Leyli və Məcnun”]
mümkün qədər yaxınlaşdırmağa çalışmışdır”...
Əsərdə ənənəvi opera formaları üstünlük təşkil edir: bununla yanaşı,
bəstəkar Azərbaycan xalq musiqisninin, xüsusən də, aşıq musiqi üslu-
bunun melodiya, ahəng və ritmikanın xarakterik inkişaf prinsiplə-
rindən, melodiyaların xüsusiyyətlərindən və digər ifadə vasitələrin-
dən istifadə edir [“Koroğlu” haqqında] (kursiv bizimdir).
Deyilənləri erməni tədqiqatçıları da
etiraf etmiş və bunu qeyd et-
mişlər. Məsələn, N.Şahnazarova “Leyli və Məcnun” operasının bö-
yük əhəmiyyətindən
danışaraq (“Muzıka Vostoka i Zapada”, M.,
“Sovetskiy kompozitor”, 1983)
qeyd etmişdir: “Muğam operası kimi
özünəməxsus bir yanrın yaranması öz milli ənənələrində sərbəst
yaşayan peşəkar Şərq musiqisinin bilicisinin səhvsiz intuisiyası ilə
tərənnüm edilmişdir...
Hacıbəyov dərhal musiqi peşəkarlığının iki
müxtəlif növünü: Avropa operası və Azərbaycan muğamını sintez
etmək yolunu tutdu” (kursiv bizimdir).